Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6832/2023 26.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, Ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 157707,87 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1083,35 manat, İşsizlikdən sığorta fonduna olan 33,56 manat, İcbari Tibbi Sığorta Fonduna olan 94,91 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxxx 1970-ci il, Doğulduğu yer - Azərbaycan, Bakı, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 7407,19 manat məbləğində (o cümlədən, vergilər üzrə 6787,19 manat, faizlər üzrə 620 manat), Dövlət Sosial Müdafiə Fonduna 7,59 manat, İcbari Tibbi Sığorta Fonduna 1,24 manat, İşsizlikdən sığorta fonduna 7,2 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 17,76 manat, Dövlət Sosial Müdafiə Fonduna 256,18 manat, dövlət büdcəsinə 4834,4 manat məbləğində (o cümlədən, vergilər üzrə 4383,69 manat, faizlər üzrə 450,71 manat), İcbari Tibbi Sığorta Fonduna 44,67 manat, “ADAFDEST TERADE" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 14,58 manat, dövlət büdcəsinə 28586,62 manat məbləğində (o cümlədən, vergilər üzrə 26302,04 manat, faizlər üzrə 2284,58 manat), Dövlət Sosial Müdafiə Fonduna 77,57 manat, İşsizlikdən sığorta fonduna 3,66 manat, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 7841,65 manat məbləğində (o cümlədən, vergilər üzrə 7346,67 manat, faizlər üzrə 394,98 manat, maliyyə sanksiyası üzrə 100 manat), Dövlət Sosial Müdafiə Fonduna 689,07 manat, İcbari Tibbi Sığorta Fonduna 14,66 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 3,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 26,64 manat, dövlət büdcəsinə 97491,74 manat məbləğində (o cümlədən, vergilər üzrə 89719,56 manat, faizlər üzrə 7772,18 manat), İcbari Tibbi Sığorta Fonduna 13,6 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 11546,27 manat məbləğində (o cümlədən, vergilər üzrə 10486,24 manat, faizlər üzrə 1060,03 manat), İcbari Tibbi Sığorta Fonduna 6,16 manat, Dövlət Sosial Müdafiə Fonduna 26,3 manat, İşsizlikdən sığorta fonduna 1,54 manat olmaqla, ümumilikdə 158919,69 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********229900, xx.xx.2023-cü il tarixli **********583300, xx.xx.2023-cü il tarixli **********549400, xx.xx.2023-cü il tarixli **********159100, xx.xx.2023-cü il tarixli **********160500, xx.xx.2023-cü il tarixli **********205700, xx.xx.2023-cü il tarixli **********157700, xx.xx.2023-cü il tarixli **********161200, xx.xx.2023-cü il tarixli **********210900, xx.xx.2023-cü il tarixli **********162900, xx.xx.2023-cü il tarixli **********012100, xx.xx.2023-cü il tarixli **********038800, xx.xx.2023-cü il tarixli **********037100, xx.xx.2023-cü il tarixli **********578400, xx.xx.2023-cü il tarixli **********325100, xx.xx.2023-cü il tarixli **********414000, xx.xx.2023-cü il tarixli **********351400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, ev 150 ünvanında yaşayır. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə işdə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, ev 150 ünvanında qeydiyyatdadır. Fiziki şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü sair şəxsi istifadə əşyalarının və məişət mallarının təmiri olan Maraqlı şəxs (VÖEN: **********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsində qeydiyyatdadır. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdan satış olan "FUTSERTAL” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü dəftərxana ləvazimatlarının topdan satış olan "ADAFDEST TERADE” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü kompüter perefiriya avadanlıqlarının pərakəndə satış olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü kompüterlərin topdan satış olan "DENER - RH SERVİCE” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü geyimlərin pərakəndə satış olan "MONTERA” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Maraqlı şəxs (VÖEN: **********) ünvanlanmış xx.xx.2023-cü il tarixli **********9 nömrəli bildirişə əsasən vergi borcunun ödənilməsi üzrə 7681,13 manat, maliyyə sanksiyaları üzrə 100 manat, faizlər üzrə 290,85 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********5 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 549,65 manat, faizlər üzrə 139,42 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********) ünvanlanmış xx.xx.2023-cü il tarixli **********5 nömrəli bildirişə əsasən vergi borcunun ödənilməsi üzrə 4383,69 manat, faizlər üzrə 450,71 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********8 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 258,75 manat, faizlər üzrə 20,89 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********8 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqqı üzrə 40,32 manat, faizlər üzrə 4,35 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) ünvanlanmış xx.xx.2023-cü il tarixli **********6 nömrəli bildirişə əsasən vergi borcunun ödənilməsi üzrə 26302,04 manat, faizlər üzrə 2284,58 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********8 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqqı üzrə 13,80 manat, faizlər üzrə 0,78 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) ünvanlanmış xx.xx.2023-cü il tarixli **********5 nömrəli bildirişə əsasən vergi borcunun ödənilməsi üzrə 10486,24 manat, faizlər üzrə 1060,03 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********0 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 37,50 manat, faizlər üzrə 1,09 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) ünvanlanmış xx.xx.2023-cü il tarixli **********1 nömrəli bildirişə əsasən vergi borcunun ödənilməsi üzrə 7031,04 manat, faizlər üzrə 620 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********7 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 172,50 manat, faizlər üzrə 6,99 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********9 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqqı üzrə 27,60 manat, faizlər üzrə 1,10 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) ünvanlanmış xx.xx.2023-cü il tarixli **********0 nömrəli bildirişə əsasən vergi borcunun ödənilməsi üzrə 89719,56 manat, faizlər üzrə 7772,18 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********0 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 37,50 manat, faizlər üzrə 3,71 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, fiziki şəxsin xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcu vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə ödənilməmiş borcu vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcu vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcu vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcu vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcu vardır. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2023-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi Maraqlı şəxs (VÖEN: **********) xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə olan hazırki borcu 9799,69 manat təşkil edir. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2023-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə olan hazırki borcu 5816,16 manat təşkil edir. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2023-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə olan hazırki borcu 37888,13 manat təşkil edir. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2023-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə olan hazırki borcu 13857,66 manat təşkil edir. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2023-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə olan hazırki borcu 10018,04 manat təşkil edir. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2023-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə olan hazırki borcu 130220,66 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onların dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna, İcbari Tibbi Sığorta Fonduna borcları yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən ona vergi borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində fiziki və hüquqi şəxslər tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu fiziki və hüquqi şəxslərin dövlət büdcəsinə və müvafiq fondlara olan vergi borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 355-7.5-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 157707,87 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1083,35 manat, İşsizlikdən Sığorta Fonduna olan 33,56 manat, İcbari Tibbi Sığorta Fonduna olan 94,91 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN:**********), "xxxx" MMC-nin (VÖEN:**********), "xxxx" MMC-nin (VÖEN:**********), "xxxx" MMC-nin (VÖEN:**********) və "xxxx" MMC-nin (VÖEN:**********) icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 157707,87 (yüz əlli yeddi min yeddi yüz yeddi manat səksən yeddi qəpik) manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1083,35 (min səksən üç manat otuz beş qəpik) manat, İşsizlikdən Sığorta Fonduna olan 33,56 (otuz üç manat əlli altı qəpik) manat, İcbari Tibbi Sığorta Fonduna olan 94,91 (doxsan dörd manat doxsan bir qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxs hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) icra orqanının rəhbəri olan - Maraqlı şəxs (xx.xx.1970-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA2510199) barəsində ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6832/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6832/2023
26.12.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver