Məhkəmə qərarları › İş №e-2-2(113)-6833/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6833/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6833/2025 22.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40435,46 manat (qırx min dörd yüz otuz beş manat qırx altı qəpik) əsas borc, 7278,38 manat (yeddi min iki yüz yetmiş səkkiz manat otuz səkkiz qəpik) ƏDV məbləği, 3339,96 manat (üç min üç yüz otuz doqquz manat doxsan altı qəpik) faiz, vəkilə ödənilmiş 1000 (min) manat və hazırkı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 250 (iki yüz əlli) manat dövlət rüsumu olmaqla, ümumilikdə 52303,80 manat (əlli iki min üç yüz üç manat səksən qəpik) məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəflər arasında barışıq sazişinin bağlandığını bildirdi, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdi, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu qeyd etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə tərəflər arasında barışıq sazişinin bağlandığını bildirdi, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdi, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu qeyd etdi. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 22 oktyabr 2025-ci il tarixli barışıq sazişindən görünür ki: Bir tərəfdən "xxxx" ATSC (bundan sonra İddiaçı) Nizamnaməsi əsasında fəaliyyət göstərən İdarə heyətinin sədri Qanuni nümayəndə1 şəxsində və digər tərəfdən Bakı Tekstil Fabriki” MMC (bundan sonra Cavabdeh) Nizamnaməsi əsasında fəaliyyət göstərən Direktoru Qanuni nümayəndə2 şəxsində: Nəzərə alaraq ki, iddiaçının ərizəsi əsasında Bakı Kommersiya Məhkəməsində e-2-2(113)- 6833/2025 saylı kommersiya iş üzrə başlanılmış və cavabdehdən iddiaçının xeyrinə 47713,84 manat (ƏDV daxil) borcun və müqavilə üzrə ödənişin gecikdirilməsi üçün hesablanmış 3339,96 (üç min üç yüz otuz doqquz manat doxsan altı qəpik) manat faizin və iddiaçı tərəfindən vəkil xərcləri üçün ödənilmiş 1000 (bir min) manat xidmət haqqının və 250 (iki yüz əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin cəmi 52303,80 (əlli iki min üç yüz üç manat səksən qəpik) manat məbləğində pulun tutulması barədə iddia ərizə vardır; Nəzərə alaraq ki, cavabdeh iddia tələbini qismən qəbul edərək əsas məbləğdən 40435,46 (qırx min dörd yüz otuz beş manat qırx altı qəpik) manat, ƏDV məbləği üzrə 7278,38 (yeddi min iki yüz yetmiş səkkiz manat otuz səkkiz qəpik) manatı və 250 (iki yüz əlli) manat məbləğində dövlət rüsumunu, ümumilikdə 47963,84 (qırx yeddi min doqquz yüz altmış üç manat səksən dörd qəpik) manat pulun iddiaçıya ödənilməsini etiraf edir; aşağıdakı şərtlərlə bu Barışıq sazişini bağlayırlar:

1. Cavabdeh iddia tələbində tələb edilən əsas məbləğ 40435,46 manat (qırx min dörd yüz otuz beş manat qırx altı qəpik), ƏDV məbləği üzrə 7278,38 manat (yeddi min iki yüz yetmiş səkkiz manat otuz səkkiz qəpik) və 250 (iki yüz əlli) manat məbləğində dövlət rüsumunu, ümumilikdə 47963,84 manat (qırx yeddi min doqquz yüz altmış üç manat səksən dörd qəpik) məbləği bu sazişin 3-cü bəndində nəzərdə tutulmuş qaydada iddiaçıya ödəməyi öhdəsinə götürür.

2. İddiaçı ödənişin gecikdirilməsi üçün hesabladığı 3339,96 manat (üç min üç yüz otuz doqquz manat doxsan altı qəpik) faiz pulu və iddiaçı tərəfindən vəkil xərcləri üçün ödənilmiş 1000 (min) manat xidmət haqqı tələbindən cavabdehin xeyrinə barışıq sazişində nəzərdə tutulmuş qaydada ödənişlər həyata keçirildiyi halda imtina edir, həmin qrafikdə nəzərdə tutulmuş qaydada ödənişlər həyata keçirilməzsə, 3339,96 manat (üç min üç yüz otuz doqquz manat doxsan altı qəpik) faiz pulunun iddiaçı tərəfindən vəkil xərcləri üçün ödənilmiş 1000 (min) manat xidmət haqqının cavabdehdən alınması məcburi qaydada təmin ediləcək. Cavabdeh bu bənddə qeyd edilənləri qəbul edir və ödəniş qrafikində kənarlaşma, yubanma baş verərsə, həmin məbləğin ödənilməsini təmin edəcəyini bəyan edir.

3. Cavabdeh bu sazişin 1-ci bəndində qeyd olunan məbləğin ƏDV daxil 11180 (on bir min bir yüz səksən) manatını oktyabr ayının, ƏDV daxil 9195,96 manatını (doqquz min bir yüz doxsan beş manat doxsan altı qəpik) noyabr ayının, ƏDV daxil 9195,96 manatını (doqquz min bir yüz doxsan beş manat doxsan altı qəpik) dekabr ayının, ƏDV daxil 9195,96 manatını (doqquz min bir yüz doxsan beş manat doxsan altı qəpik) 2026-cı ilin yanvar ayının, ƏDV daxil 9195,96 manatını (doqquz min bir yüz doxsan beş manat doxsan altı qəpik) 2026-cı ilin fevral ayının sonunadək tam olaraq İddiaçının bank hesabına köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür.

4. Cavabdeh bu barışıq sazişində nəzərdə tutulmuş ödənişlərin ödənilməsini iki aydan çox gecikdirərsə, bu barışıq sazişi ilə müəyyən edilmiş və ödənilməmiş vəsaitin məcburi qaydada tutulması təmin ediləcəkdir.

5. Azərbaycan Respublikası MM-nin 881.2-ci maddəsinə müvafiq olaraq bu barışıq sazişinin qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və qeyri müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi bu razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu Barışıq sazişində təsbit edilənlər etibarlı olur. Hər hansı mübahisəyə və ya müqavilənin bəndlərində göstərilən müddəalarının başqa cür təfsir edilməsinə yol verilmir. Tərəflər razılaşırlar ki, bu günə qədər onlara məlum olmamış iddialara da bu barışıq razılaşması aid edilir.

6. Bu Barışıq sazişi məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildikdən sonra qüvvəyə minir.

7. Bu barışıq sazişi eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilir, hərəsində bir nüsxə olmaqla müvafiq olaraq məhkəmədə, iddiaçıda və cavabdehdə saxlanılır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:

1. Cavabdeh iddia tələbində tələb edilən əsas məbləğ 40435,46 manat (qırx min dörd yüz otuz beş manat qırx altı qəpik), ƏDV məbləği üzrə 7278,38 manat (yeddi min iki yüz yetmiş səkkiz manat otuz səkkiz qəpik) və 250 (iki yüz əlli) manat məbləğində dövlət rüsumunu, ümumilikdə 47963,84 manat (qırx yeddi min doqquz yüz altmış üç manat səksən dörd qəpik) məbləği bu sazişin 3-cü bəndində nəzərdə tutulmuş qaydada iddiaçıya ödəməyi öhdəsinə götürür.

2. İddiaçı ödənişin gecikdirilməsi üçün hesabladığı 3339,96 manat (üç min üç yüz otuz doqquz manat doxsan altı qəpik) faiz pulu və iddiaçı tərəfindən vəkil xərcləri üçün ödənilmiş 1000 (min) manat xidmət haqqı tələbindən cavabdehin xeyrinə barışıq sazişində nəzərdə tutulmuş qaydada ödənişlər həyata keçirildiyi halda imtina edir, həmin qrafikdə nəzərdə tutulmuş qaydada ödənişlər həyata keçirilməzsə, 3339,96 manat (üç min üç yüz otuz doqquz manat doxsan altı qəpik) faiz pulunun iddiaçı tərəfindən vəkil xərcləri üçün ödənilmiş 1000 (min) manat xidmət haqqının cavabdehdən alınması məcburi qaydada təmin ediləcək. Cavabdeh bu bənddə qeyd edilənləri qəbul edir və ödəniş qrafikində kənarlaşma, yubanma baş verərsə, həmin məbləğin ödənilməsini təmin edəcəyini bəyan edir.

3. Cavabdeh bu sazişin 1-ci bəndində qeyd olunan məbləğin ƏDV daxil 11180 (on bir min bir yüz səksən) manatını oktyabr ayının, ƏDV daxil 9195,96 manatını (doqquz min bir yüz doxsan beş manat doxsan altı qəpik) noyabr ayının, ƏDV daxil 9195,96 manatını (doqquz min bir yüz doxsan beş manat doxsan altı qəpik) dekabr ayının, ƏDV daxil 9195,96 manatını (doqquz min bir yüz doxsan beş manat doxsan altı qəpik) 2026-cı ilin yanvar ayının, ƏDV daxil 9195,96 manatını (doqquz min bir yüz doxsan beş manat doxsan altı qəpik) 2026-cı ilin fevral ayının sonunadək tam olaraq İddiaçının bank hesabına köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür.

4. Cavabdeh bu barışıq sazişində nəzərdə tutulmuş ödənişlərin ödənilməsini iki aydan çox gecikdirərsə, bu barışıq sazişi ilə müəyyən edilmiş və ödənilməmiş vəsaitin məcburi qaydada tutulması təmin ediləcəkdir.

5. Azərbaycan Respublikası MM-nin 881.2-ci maddəsinə müvafiq olaraq bu barışıq sazişinin qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və qeyri müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi bu razılaşmaya əsasan istisna edilir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu Barışıq sazişində təsbit edilənlər etibarlı olur. Hər-hansı mübahisəyə və ya müqavilənin bəndlərində göstərilən müddəalarının başqa cür təfsir edilməsinə yol verilmir. Tərəflər razılaşırlar ki, bu günə qədər onlara məlum olmamış iddialara da bu barışıq razılaşması aid edilir.

6. Bu Barışıq sazişi məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildikdən sonra qüvvəyə minir.

7. Bu barışıq sazişi eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilir, hərəsində bir nüsxə olmaqla müvafiq olaraq məhkəmədə, iddiaçıda və cavabdehdə saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar