Məhkəmə qərarları › İş №e-2-2(113)-6844/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6844/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6844/2025 18.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı firmasının Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: zərər məbləği) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndələri Nümayəndə2 və X1 iştirakları ilə, İddiaçı firmasının Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh tərəfindən müqavilə öhdəliyinin vaxtında yerinə yetirilməməsi ilə bağlı iddiaçıya ödənilməli olan cəmi 10 322 318.98 AZN məbləğin: ₋ 2,513,901.24 AZN məbləğində cərimə, ₋ 4 214 926,51 AZN məbləğində inflyasiya zərəri, və ₋ 3 593 491,27 AZN məbləğində faiz məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini və iddiaçı tərəfindən ödənilmiş 5951.16 AZN dövlət rüsumu məbləğinin cavabdehdən iddiaçının nəfinə çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “X3" Tresti (Trest və ya Cavabdeh) ilə “Arzu-NNN" firması (“Arzu-NNN" və ya İddiaçı) arasında xx.xx.2017-ci il tarixdə KQ-ANN-02-2017 saylı alğı-satqı müqaviləsi (“Müqavilə") imzalanmışdır. Müqavilənin 4.1-ci maddəsinə əsasən təchiz edilməli Mallar İncoterms DDP şərtləri əsasında Bakı Puta Stansiyasına çatdırıldıqdan sonra, Cavabdeh 7 (yeddi) bank günü ərzində çatdırılmış Malların dəyərini İddiaçının bank hesabına ödəməli idi. Göstərilən Müqavilə üzrə Arzu-NNN tərəfindən Trestə cəmi 25 139 012.39 AZN [iyirmi beş milyon bir yüz otuz doqquz min on iki manat 39 qəplk) məbləğində müxtəlif boru məmulatı təchiz edilmişdir. Müqavilə üzrə borular (Mallar) 7 (yeddi) partiyada – xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020 tarixlərdə təhvil-təslim aktları ilə Arzu-NNN tərəfindən çatdırımış və təhvil verilmiş, Trest tərəfindən qəbul edilmişdir. Həmin mallara üçün Arzu-NNN tərəfindən Trestə xx/xx/2018tarixli HV 955585 saylı, xx/xx/2018 tarixli HV 955586 saylı, xx/xx/2018 tarixli HW 048695 saylı, xx/xx/2019 tarixli HW 914371 saylı, xx/xx/2019 tarixli HY 632965 saylı, xx/xx/2019 tarixli İA 359843 saylı, xx/xx/2020 tarixli EBAF 148250 saylı, xx/xx/2020 tarixli EBAG 554591 saylı, xx/xx/2020 tarixli EBAG 586442 saylı, xx/xx/2020 tarixli EBAL 243034 saylı electron qaimələr təqdim ediliş, bütün electron qaimələr Trest tərəfindən təsdiq edilmiş, heç bir qaimə geri qaytarılmamışdır. Lakin, Trest tərəfindən çatdırılmış Mallara görə ödənişlər gecikdirilmiş və son ödəniş xx.xx.2022 tarixində həyata keçirilmişdir, baxmayaraq ki, ödənişlərin edilməsi ödənişlərin edilməsi hər partiya təqdim edildikdən sonra 7 iş günündə, son ödəniş xx.xx.2020 tarixədək olmaqla, tamamlanmalı idi. Müqavilə üzrə Cavabdeh tərəfindən ödəniş öhdəliklərinin vaxtı-vqxtında yerinə yetirilmədiyi üçüm İddiaçı Cavabdehə Müqavilə ilə nəzərdə tutulan (1) cərimə tətbiq etməyə, habelə (2) ödənişlərin gecikdirilməsi nəticəsində inflaysiya səbəbi ilə ödənilmiş məbləğlərin dəyərdən düşməsi nəticəsində yetirilmiş ziyanın və (3) Azərbaycan Respublikası qanunvericiliyi ilə ödənişlərin gecikdirilməsi ilə bağlı qanunvericilik ilə nəzərdə tutulan faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. 1. Cərimə. Müqavilənin 10.2ci maddəsinə əsasən Trest təhvil aldığı malların dəyərinin ödənişini gecikdirdiyi halda hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada İddiaçıya cərimə ödəməlidir: - ilk 4 (dörd) həftə ərzində – gecikdirilmiş ödənişin 0.5%-·i (sıfır tam onda beş faizi) miqdarında; - daha sonrakı müddətdə – gecikdirilmiş ödənişin 1.5%-i (bir tam onda beş faizi) miqdarında. Müqavilənin 10.3-cü maddəsinə görə cərimənin ümumi məbləği müqavilənin ümumi dəyərinin 10 % (on faizindən) çox ola bilməz . Müqavilə üzrə təchiz edilmiş mallar üzrə hesablanmış ümumi cərimə məbləği 6 861 207.59 AZN(altı milyon səkkiz yüz altmış bir min iki yüz yeddi manat 59 qəpik) təşkil edir, lakin cərimə məbləği Müqavilə dəyərinin 10% (on faizi) ilə məhdudlaşdığı üçün Cavabdeh tərəfindən ödənilməli cərimə məbləği 2,513,901.24 AZN (iki milyon beş yüz on üç min doqquz yüz bir manat 24 qəpik) təşkil edir. Cərimə məbləğinin ödənilməsi barədə Cavabdehə Pretenziya göndərilmiş, lakin Cavabdehdən heç bir cavab alınmamışdır. Cərimə məbləğinin hesabalanması cədvəli iddia ərizəsinə əlavə edilir. Malların çatdırılmasını və qəbulunu təsdiq edən sənədlər və müqavilə ərizəyə əlavə edilmişdir. İddia ərizəsinin surəti Cavabdehə xx.xx.2025 tarixdə göndərilmişdir. Cavabdehin İddiaçıya ödənişlərinin gecikdirilməsi ilə əlaqədar İddiaçıya maddi ziyan yetirilmişdir. Müəyyən edilmişdir ki, maddi ziyan İddiaçı ilə Cavabdeh arasında imzalanmış müqaviləyə zidd olaraq Cavabdeh tərəfindən İddiaçıya ödənilməli olan mələğlərin ödənişinin 3 - 5 (üç) il müddətində gecikdirilməsi səbəbi ilə İddiaçıya ödənişin edilməli olduğu vaxt ilə faktiki ödəniş tarixləri arasında olan dövrdə baş vermiş inflyasiya nəticəsində ödənilməli məbləğlərin inflyasiya faizi dərəcsində dəyərsizləşməsi səbəbilə dəymişdir. Yetirilmiş maddi ziyanın məbləği İddiaçıya ödənilməmiş məbləğə ödənişin edilmədiyi müddət ərzində (gün sayı ilə) baş vermiş inflyasiya faizlərinin tətbiqi ilə müəyyən edilən məbləğ ilə müəyyən edilir. Yetirilmiş maddi ziyanın hesablanması əlavə edilən cədvəldə əks olunmuşdur. Cədvəldən göründüyü kimi, ödənişlərin gecikdirilməsi səbəbi ilə yetirilmiş maddi ziyanın ümumi məbləği 4 214 926,51 AZN (dörd milyon iki yüz on dörd min doqquz yüz iyirmi altı manat 51 qəpik) təşkil edir. Tətbiq edilmiş inflyasiya dərəcələri Azərbaycan Respublikası Statistika Komitəsi tərəfindən öz internet saytında dərc edilmiş məlumatlardan götürülmüşdür. URL: https://www.stat.gov.az/source/price_tarif/. Həmin səhifədə 2-ci cədvəl: 1.2. İstehlak qiymətləri indeksi. (Cədvəllər əlavə edilir). Müqavilədə göstərilən vəzifələrini yerinə yetirməyən tərəf olaraq Cavabdeh öhdəliklərini pozmaqla İddiaçıya yetirilmiş ziyanı tam həcmdə ödəməlidir. İddiaçıya Cavabdeh tərəfindən yetirilmiş zərər vaxtında ödənilməmiş məbləğin inflyasiya səbəbi ilə dəyərsizləşməsinin nəticəsi olaraq meydana çıxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 14.2 və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birini təşkil edir. Baxılan halda Cavabdeh tərəfindən İddiaçıya yetirilmiş zərərin ödənilməsini tələb etmək hüququ və zərərin əvəzini ödəmək vəzifəsi əmələ gəlir ki, hüquq müvafiq olaraq İddiaçıya, vəzifə isə Cavabdehə aid olur. Cavabdeh tərəfindən borcunun ödəməməsi nəticəsində İddiaçının yuxarıda göstərilmiş şəkildə zərər çəkməsi, hüququ pozulmuş şəxsin (yəni İddiaçının) “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda)” olaraq MM-nin 21.2-ci maddəsi ilə nəzərədə tutulan zərər anlayışının altına düşür. MM-nin 443.1-ci maddəsinə əsasən “öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin məcəllənin 445.1-ci maddəsinə görə isə “icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün ... kreditor qarşısında məsuliyyət daşıyır”. MM-nin 445.2 və 445.2.1-ci maddələrinə əsasən “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, Cavabdeh icranı gecikdirməklə İddiaçıya zərər yetirmişdir ki, yuxarıdakılara əsasən bu zərəri tam ödəmək üçün İddiaçı qarşısında məsuliyyət daşıyır. Bu məsuliyyətdən MM-nin 445.6-cı maddəsinə görə borclunu (Cavabdehi) zərərin əvəzini ödəmək üçün məsuliyyətdən azad edilə bilcəyi şərtlərdən biri, öhdəliyin vaxtında icrası zamanı da zərərin əmələ gələcəyinin qaçılmaz olduğunun Cavabdeh tərəfindən sübuta yetirilməsidir. Əks halda Cavabdeh, göstərilən maddəyə görə, hətta, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. Baxılan işdə isə, təbii ki, belə bir əsas müəyyən edilmir, belə ki, Cavabdeh tərəfindən ödəniş öhdəliyinin vaxtında icra edilməsi halında inflyasiya zərərinin əmələ gəlməsi qeyri-mümkün olardı. MM-nin 448.4-cü maddəsinə görə “borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini ... sübuta yetirsin”. Ödəniş öhdəliyinin icrasını qəsdən gecikdirilməsi, heç şübhəsiz ki, Cavabdehin tam nəzarətində olan bir haldır, buna görə də Cavabdeh qəsdən törədilmiş bu pozuntu üçün qanunla nəzərdə tutulan və icazə verilən maksimim həddə məsuliyyət daşımalıdır. MM-ilə nəzərdə tutulan məsuliyyət formalarından biri də pul məbləğlərinin ödənişinin gecikdirilməsi üçün öhdəliyini pozmuş şəxs tərəfindən ödənişi gecikdirilmiş məbləğlər üzrə faizlərin ödənilməsidir. MM-nin 449.1-ci maddəsi nəzərdə tutur ki, pul vəsaitinin ödənilməsini gecikdirmiş şəxs buna görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir və faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. MM-nin 449.2-ci maddəsinə əsasən isə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Bu İddia ərizəsinə qoşma qismində məhkəməyə Cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi üçün Cavabdehə hesablanmış faiz məbləğlərinin hesabı təqdim edilir. Hesablanmış faizlərin cəmi məbləği 3 593 491,27 AZN (üç milyon beş yüz doxsan üç min dörd yüz doxsan bir manat 27 qəpik) təşkil edir ki, MM-ə əsasən həmin məbləğ tam həcmdə Cavabdeh tərəfindən İddiaçıya ödənilməlidir. Yuxarıdakı məbləğ Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən onun internet saytında dərc edilmiş uçot dərəclərinin tətbiqinə əsasən hesablanmışdır. Tətbiq edilmiş uçot dərəcələri Mərkəzi Bankın internet səhifəsində dərc edilmişdir URL:https://www.cbar.az/infoblocks/corridor_percent?year=2018;https://www.cbar.az/infobl ocks/corridor_percent?year=2019;https://www.cbar.az/infoblocks/corridor_percent?year=2 020;https://www.cbar.az/infoblocks/corridor_percent?year=2021;https://www.cbar.az/infobl ocks/corridor_percent?year=2022. Beləliklə, Cavabdeh tərəfindən İddiaçıya ödənilməli olan cəmi məbləğ 10 322 318.98 AZN (on milyon üç yüz iyirmi iki min üç yüz on səkkiz manat 98 qəpik) təşkil edir ki, bunun da 2,513,901.24 AZN (iki milyon beş yüz on üç min doqquz yüz bir manat 24 qəpik) məbləğində hissəsini cərimə, 4 214 926,51 AZN (dörd milyon iki yüz on dörd min doqquz yüz iyirmi altı manat 51 qəpik) məbləğində hissəsini nflyasiya zərəri və 3 593 491,27 AZN (üç milyon beş yüz doxsan üç min dörd yüz doxsan bir manat 27 qəpik) məbləğində hissəsini faiz məbləği təşkil edir. Qanuna görə göstərilən məbləğ yetirilmiş ziyana görə təzminat qaydasında ödənilməlidir. İddia verilməsi ilə bağlı 5951.16 AZN (beş min doqquz yüz əlli bir manat 16 qəpik) dövlət rüsumu ödənilmişdir. Ödənilmiş dövlət rüsumunun məbləği Cavabdehdən İddiaçının nəfinə tutulmalıdır. Beləliklə, ümumi iddia tələbimnin həcmi 10 328 270.14 AZN (on milyon üç yüz iyirmi səkkiz min iki yüz yetmiş manat 14 qəpik) təşkil edir.

3. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi onunla əsaslandırılmışdır ki, "Arzu-NNN” firması ilə KQİT arasında xx.xx.2017-ci il tarixli, KQ-ANN/02-2017 N°-li alqısatqı müqaviləsi (bundan sonra ismin müvafiq hallarında "Müqavilələr”) bağlanmaqla müvafiq hüquq münasibətləri yaranmışdır. Qeyd edək ki, müvafiq müqavilələrlə bağlı tələblər üzrə iddia müddəti ötürülmüşdür. Müqavilənin 4-cü maddəsində təsbit edilmişdir ki, Mallar Alıcıya təhvil verildikdən 7 bank günü ərzində ödəniş ediləcəkdir. Müqavilənin 3.2-ci maddəsinə əsasən mallar Müqavilə imzalandığı tarixdən (xx.xx.2017) 150-300 gün ərzində çatdırılmalı idi. Müqavilə xx.xx.2018-ci il tarixə qədər qüvvədə olmuşdur. Qeyd edək ki, xx.xx.2018-ci il tarixdə yəni müqavilə qüvvədən düşdükdən sonra Müqavilə 3 il müddətinə, yəni xx.xx.2021 -ci il tarixinə qədər uzadılmışdır. Bildiyiniz kimi Müqavilə qüvvədən düşdükdən sonra ona bu formada əlavə edilməsi etibarsızdır. Bundan əlavə malların çatdırılması ən geci xx.xx.2018-ci il tarixinə qədər təmin edilməli idi. Lakin təhvil təslim aktlarından görünür ki, malların təhvili xx.xx.2020-ci il tarixdə yekunlaşmışdır. Yuxarıda qeyd edilənlərə baxmayaraq iddiaçı öhdəliyinin icrası müddətini 2 il lazımi qaydada icra etməməyinə, gecikdirməyinə baxmayaraq hələ dəbbə pulundan əlavə faizlər də tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra ismin müvafiq hallarında "AR MM”) 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. AR MM-in 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. AR MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. AR MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. AR MM-in 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin Plenumun xx.xx.2022-ci il tarixli qərarı).

4. İddiaçının nümayəndəsi məhkəməyə cavabdehlər tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə dair yazılı münasibət təqdim edərək bildirmişdir ki, baxılan iş üzrə əhəmiyyət kəsb edən Konstitusiya Məhkəməsinin qərarları və həmin qərarların müvafiq müddəaları, habelə belə müddəalar üzrə şərhləri aşağıda təqdim edilir.

1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi”. Konstitusiya Məhkəməsi vurğulayır ki, “borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər” və “borcun etiraf olunması hallarına” digərləri ilə yanaşı “ borcun qismən ödənilməsi” və “kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi;öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər”. Cavabdeh tərəfindən İddiaçının müraciətlərindən sonra borcunun qismən ödənilməsi və məktublara cavab verərək və ya cavab verməməklə (yəni borcun mövcud olmasına etiraz etməməklə) borcun etiraf edilməsi KM tərəfindən ifadə edilmiş hüquqi mövqeyə tam uyğundur. Lütfən xahiş olunur nəzərə alasınız ki, borcluya (Cavabdeh-KQİT) borcun ödənilməsi tələbi ilə müxtəlif zamanlarda məktublar göndərilmiş və üzləşmə aktları tərtib edilmişdir. Həmin məktublara cavab verilmıəsi ilə və ya caba verilməməklə KQİT tərəfindən borcun ödənişinin gecikdirilməsi etiraf edilmişdir. Bu zaman təchizatın gecikməsi ilə bağlı heç bir məsələ qaldırılmamış, tələb irəli sürülməmişdir. 2. Konstıtusıya Məhkəməsı Plenumunun 3 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır”. Baxılan iş üzrə dəbbə pulu, zərər və gecikmə faizi ödənişi tələbi ilə bağlı iddia müddəti məhz son ödəniş tarixindən, bütün öhdəliklər icra edildikdən sonra başlanmış və iddia müddəti ötürülmədən iddia məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən ödəniş edilməsi icra müddəti üzrə iddia müddətinin axımının kəsmiş və iddia müddəti, beləliklə də, son ödəniş tarixindən sonra yenidən başlamışdır. 3. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən “müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri)”. Baxılan işdə göstərilən qaydada başlamış iddia müddəti əsas borcun ödənişinə aid olmuşdur. Əsas borcun ödənilməsi ilə əsas borc ödənişi üzrə iddia müddəti kəsilmişdir. Son ödəniş tarixinə qədər dəbbə pulu (cərimə) və digər ziyan növlərinin formalaşması davam etmiş, son və qəti olaraq məhz son ödəniş tarixində formalaşmışdır ki, həmin tarixdən sonra iddia müddəti ötürülmədən son ödəniş tarixində formalaşmış ziyan məbləği və cərimə ödənişi üçün iddia ərizəsi təqdim edilmişdir. 4. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarına əsasən “dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Bu o deməkdir ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir.”. 5. Vurulmuş ziyanın məbləöindən asılı olmayaraq dəbbə pulunun tərəflərin razılaşması ilə nəzərdə tutulan qaydada və həcmdə ödənilməsi öhdəlik pozuntusu nəticəsində yetirilmiş ziyanın ödənilməsini istisna etmir, əksinə Mülki Məcəllə ilə bilavasitə nəzərdə tutulur. İddiaççının dəbbə pulu və ziyanın əvəzinin ödənilməsi tələbi özlüyündə Konstitusiya ilə nəzərə tutulmuş hüquqların məhkəmə təminatı hüququnun (60-cı maddə) həyata keçirilməsi ilə bağlıdır və məhkəmələr tərəfindən təmin edilməlidir. 6. Bu hal Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında ifadə edilmiş mövqyə uyğundur və həmin Qərardan bilavasitə irəli gəlir. Həmin Qərara əsasən “öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri)”. 7. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına əsasən Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilən halların müəyyən edildiyi halda həmin faktın ozü borclu tərəfindən borcun ödənilməməsi ilə bağlı faydalanması halını nəzərdə tutduğunu müəyyənləşdirir. Yəni, həmin 449.1-ci maddə ilə nəzərdə tutulan hərəkətlərin edilməsi artıq həmin hərəkətləri etmiş şəxsin bu hərəkətlərin nəticəsi olaraq artıq faydalanmış olduğunu nəzərdə tutur. Bu mövqe Konstitusiya məhkəməsinin göstərilən Qərarında bu bir neçə dəfə təsbit edilir: • Qərarın 3-cü səhifəsinin 6-cı abzasında qeyd edilir ki, 449.1-ci maddənin “mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənişi digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama”. KM-nin mövqeyi aşkar şəkildə göstərir ki, MM-nin 449.1-ci maddəsinin “mənasına görə borclu şəxs aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır”, yəni faydalanma faktı artıq həmin hərəkətlərin edilməsinin nəticəsi olaraq meydana çıxır və bunun hər hansı bir şəkildə sübut edilməsi lazım gəlmir, çünki qanuna və KM-nin mövqeyinə görə, faydalanma həmin hərəkətlərin edilməsinin nəticəsidir və həmin hərəkətlərdən digər bir nəticənin hasil olunması istisna edilir. • 3-cü səhifənin son abzasında KM bildirir ki, “MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən edilir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”. Buradan aydın olur ki KM-nin mövqeyinə görə, 449.1-ci maddədə göstərilıən əməllərin edilməsi özü-özlüyündə “gəlir, artım, bəhər və s. əldə edilməsi" mənasını daşıyır. • 4-cü səhifənin 7-ci abzası: MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. ... Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır”. Göründüyü kimi KM MM-nin 449.1-ci maddəsinin tətbiqini pul öhdəliyinin pozulmasına görə maliyyə sanksiyası qismində qiymətləndirir. Əgər öhdəlik pozuntusu varsa, maliyyə sanksiyası məsuliyyət tədbiri qismində tətbiq edilməlidir – KM-nin mövqeyi bundan ibarətdir. 8. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən: “Kreditor müqavilədən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir”. Göründüyü kimi, KM-in ifadə etdiyi hüquqi mövqeyə görə, borclu istənilən halda öhdəliyini vaxtında icra etməməklə kreditora yetirdiyi ziyanın əvəzini ödəməlidir və faiz ödənişi belə zərər ödənişinin bir formasıdır. 9. Həmin qərarında KM, həmçinin, qeyd edir ki, “icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin, bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir”. KM-nin bu mövqeyi göstərir ki, həm dəbbə pulu, həm də ziyanın ödənilməsi tələbi tam qanunidir, hüquq pozuntusu və hüquqdan sui-istifadə halı, habelə, ikiqat məsuliyyət halı yaratmır və İddiaçının Konstitusiya ilə təmin edilən hüquqların effektiv məhkəmə təminatı hüququnun təmin edilməsinə yönəlmişdir. Üstəlik, bu mövqe həm də, İddiaçı tərəfindən ən yüksək həddə məsuliyyət tədbiri görülməsi imkanını təsbit edərək göstərir ki, məhkəmə tərəfindən Cavabdehin məsuliyyətinin yalnızca dəbbə pulu və ya hər hansı növdə ziyanla tam və ya qismən məhdudlaşdırılmasına qanunla yol verilmir. 10. KM borca görə faiz ödənilməsini icranın gecikdirilməsinə görə məsuliyyət forması olduğunu bildirir: “MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır”. KMnin mövqeyi məhkəmənin borc üzrə faiz ödənilməsi tələbinin təmin edilməsi üçün birbaşa göstəriş təşkil edir. 11. KM-in mövqeyi İddiaçının İddia ərizəsində izhar edilmiş mövqeyi ilə tam üst-üstə düşür. KM-nin Qərarında deyilir: “qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizliklə) əlaqələndirməklə, MM-in 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə məsuliyyət daşımamasını bu şərtlə müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin”. Eyni mövqe İddia Ərizəsində ifadə edilmişdir. Yəni Cavabdeh onu məsuliyyətdən və məsuliyyət tədbirlərinin tam həcmdə tətbiq edilməsindən azad edə bilən hər hansı bir əsas təqdim etməmişdir. Onun məsuliyyətdən azad olunma üçün gətrdiyi yeganə əsas İddiaçının guya hüquqlardan sui-istifadəsi ilə bağlıdır, lakin bu bəyanını təsdiq edən hər hansı bir sübut təqdim edilmir. Cavabdehin İddiaçı tərəfindən öhdəlik pozuntusu kimi iqtibas etdiyi hal təchizatın gecikməsi ilə bağlıdır ki, bu da özlüyündə hüquqdan sui-istifadə halı yarada bilməz, belə ki, hüquqdan sui istifadə öhdəliyin icra edilməməsi halında yaranır, İddiaçı isə öhdəlikklərini tam həcmdə icra etmişdir. Təchizatın gecikməsi isə Cavabdehin rəhbərliyinin müqavilənin icrasına başlanmasının yubatması və pul ödənişlərinin gecikdirilməsi ilə əlaqədar olmuşdur. 12. KM-nin mövqeyinə görə əgər borclu onu məluliyyətini aradan qaldıra bilən qanunla (MM ilə) nəzərdə tutulan halları sübut edə bilmirsə, o zaman “MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir”. Baxılan işdə Cavabdeh onun məsuliyyətini aradan qaldıra bilən hər hansı bir halların mövcudluğunu sübut edə bilmir, ona görə də KM-nin qərarında göstərilən nəticələrin əmələ gəlməsi qanuna və KM-yə görə labüddür.

13. KM-nin sözü gedən qərarının başqa bir hissəsində KM kreditor (İddiaçı) tərəfindən ən yüksək həddə təzminat tələb edilməsi hüququnu bir daha təsbit edir, belə ki, KM bildirir ki, “müqavilədə nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır". Başqa sözlə, ən azı 5 % hesabından faiz tələb edilə bilər, lakin bank faizi 5%-dən çox olduqda həmin daha yuxarı faiz dərəcəsi ilə təzminat ödənilməsinin tələb olunması hüququ qanun tərəfindən KM-nin ifadə etdiyi hüquqi mövqeyə əsasən təsbit edilmişdir. 14. Eyni mövqe KM-nin başqa bir qərarında da vurğuılanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023- cü il tarixli qərarında KM bildirir ki, “Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.”

II. Tərəflərin mövqeləri:

5. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişlər.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri bildirdilər ki, ödənişlər cavabdehin təqdim etdiyi formada olmuşdur. Bütün ödənişlərə dair, bütün qaimələrə aid iddia müddəti ötürülmüşdür. İddia ərizəsi iddia müddətin ötməsinə son 1 gün qalmış məhkəməyə verilmişdir. Analoji iş Bakı Kommersiya Məhkəməsinin digər hakimində olmuşdur, həmin işdə sırf 1 gün üçün dəbbə pulu hesablanmışdır. Tərəflər arasında olan müqavilədə də mallar 150-300 gün ərzində çatdırılmalı idi. 2017-ci il tarixində müqavilə bağlansa da, 2020-ci il tarixində mallar təhvil verilmişdir. İddiaçı tərəf öz öhdəliklərini kobud formada pozmuşdur, hüquqdan sui-istifadə etmişdir, buna baxmayaraq dəbbə pulu tələb edir. Cavabdeh də dəbbə pulunu məhkəmə qaydasında tələb edə bilərdi, lakin iddia müddəti ötürüldüyü üçün müraciət etməyiblər. Tərəf kifayət qədər bu müqavilələrdən gəlir əldə etmişdir. Cavabdeh öz öhdəliklərini lazımı qaydada icra etsə, cavabdehdə də ödənişi ödərdi. Ona görə də 1 gün üçün dəbbə pulu hesablanmasını məhkəmədən xahiş edirlər.

7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı firması ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixdə KQ-ANN- 02-2017 saylı alğı-satqı müqaviləsinə əsasən:

10. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Satıcı bu Müqavilənin 1 saylı Qoşmada göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları (bundan sonra "Mallar" adlanacaq) “lnkoterms-2010’’-a əsasən DDP Bakı, Azərbaycan şərtilə Puta DY Stansiyasına çatdırır, Alıcı isə Müqavilə əsasında Malların dəyərini ödəyir.

11. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 18% ƏDV daxil olmaqla 25240135,21 AZN təşkil edir.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən mallar DDP Bakı, Azərbaycan, İnkoterms 2010 şərtinə əsasən çatdırılmalıdır.

13. Müqavilənin 3.2-ci bəndinə əsasən mallar Satıcı tərəfindən bu Müqavilənin 3.2-ci maddəsində göstərilmiş Alıcının ünvanına DDP Bakı Puta DY Stansiyasına müqavilə imzalandığı tarixdən 150-300 gün ərzində çatdırılacaqdır. Malların çatdırma müddətindən əvvəl göndərilməsinə, hissə-hissə göndərilməsinə, bir nəqliyyat vasitəsindən, başqa nəqliyyat vasitəsinə yüklənməsinə icazə verilir.

14. Müqavilənin 4.1-ci bəndinə əsasən mallar bu DDP Bakı Puta Stansiyasına çatdırıldıqdan sonra, Alıcı 7 (yeddi) bank günü ərzində Satıcının bank hesabına aşağıdakı sənədlər təqdim olunduqdan sonra çatdırılmış Malların ümumi dəyərini, yəni 18% ƏDV daxil olmaqla 25 240 135,21 AZN məbləğində ödəniş edəcək, a)Hesab-faktura(İnvoys), b) Müvafıq nəqliyyat qaimələri, c) lstehsalçının keyfiyyət sertifikatı, d)İstehsalçının ölkəsinin TSP tərəfindən təsdiq olunmuş malın mənşə sertifikatı.

15. Müqavilənin 4.2-ci bəndinə əsasən satıcı Malı göndərdikdən sonra 2 gün ərzində Alıcıya (“X3" trestinin Maddi-texniki təchizat və marketinq şöbəsinə) aşağıdakı sənədləri gondərməlidir. Eləcə də həmin sənədlər malın üzərində gəlməlidir. a) malın mənşə sertifikatı(əsli), b) keyfıyyet sertifikatı, sınaq sertifikatı(əsli), c) malın göndərilməsini təsdiq edən sənəd-nəqliyyat qaiməsı(əsli), d) hesab faktura(əsli)

16. Müqavilənin 10.1-ci bəndinə əsasən malların çatdırılması müəyyən edildiyi müddətdən çox gecikdirildıyi hallarda Satıcı hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada Alıcıya cərimə ödəməlidir: ilk 4 (dörd) həftə ərzində — gecikdirilmiş Malların dəyərinin 0.5%-i (sıfır tam onda beş faizi) miqdarında; daha sonrakı müddətdə — gecikdirilmiş Malların dəyərinin 1,5%-i (bir tam onda beş faizi) miqdarında.

17. Müqavilənin 10.2-ci bəndinə əsasən alıcı təhvil aldığı malların dəyərinin ödənişini gecikdirdiyi halda hər ləngidilmiş tam hertə üçün aşağıdakı qaydada Satıcıya cərimə ödəməlidir: ilk 4 (dörd) həftə ərzində — gecikdirilmiş ödənişin 0.5%-i (sıfır tam onda beş faizi) miqdarında; daha sonrakı müddətdə — gecikdirilmiş ödənişin 1,5%-i (bır tam onda beş faizi) miqdarında.

18. Müqavilənin 10.3-cü bəndinə əsasən cərimənin ümumi məbləği müqavilənin ümumi dəyərinin 10 % (on faizindən) çox ola bilməz. Cərimə məbləği 10%-ə ( on faizə) çatdıqda tərəflər görüşüb 4 həftə ərzində malların təchiz və ödəniş şərtlərinə yenidən baxmalı və yem təchiz və ödəniş şərtlərini razılaşdırmalıdırlar.

19. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə KQ-ANN-02-2017 saylı müqaviləyə 1 №-li Qoşmaya əsasən malların ümumi invoys qiyməti 25240135,21 manat məbləğində müəyyən edilmişdir.

20. xx.xx.2017-ci il tarixdə KQ-ANN-02-2017 saylı müqavilə 01 saylı Əlavəyə əsasən:

21. 1-ci bəndinə əsasən: xx.xx.2017-ci il tarixli, KQ-ANN/02-2017 saylı Müqavilənin Qoşma 1, "Malların təsviri və qiyməti” cədvəli, bu 1 saylı Əlavənin 1 saylı Qoşmasında göstərilmiş şəkildə redaktə edilsin.

22. 2-ci bəndinə əsasən xx.xx.2017-cı il tarixli, KQ-ANN/02-2017 saylı Müqavilənin 2.2 bəndi dəyişdirilərək - Müqavilənin ümumi dəyəri 18% ƏDV olmaqla -24 946 250.57 (İyirmi dörd milyon doqquz yüz qırx altı min iki yüz əlli manat 57 qəp . şəklində redaktə edilsin.

23. 3-cü bəndinə əsasən uyğun olaraq xx.xx.2017-cı il tarixli, KQ-ANN/02-2017 saylı Müqavilənin 4.1 bəndindəki malların ümumi dəyəri dəyişdirilərək 18% ƏDV daxil olmaqla - 24 946 250.57 manat şəklində redaktə edilsin.

24. xx.xx.2017-ci il tarixdə KQ-ANN-02-2017 saylı müqavilə 02 saylı Əlavəyə əsasən:

25. 1-ci bəndinə əsasən xx.xx.2017-cı il tarixli, KQ-ANN/02-2017 saylı Müqavilənin Maddə 11 (Fors-major), 11.1 və 11.3 bəndlərindəki şərtlərə müvafiq olaraq, xx.xx.2018-cı il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 11.2017-ci il tarixli, 500 saylı qərarı əsas tutulmaqla Müqavilənin Qoşma 1, “Malların təsviri və qiyməti” cədvəli bu 2 saylı Əlavənin 1 saylı Qoşmasında göstərilmiş şəkildə redaktə edilsin.

26. 2-ci bəndinə əsasən xx.xx.2017-cı il tarixli, KQ-ANN/02-2017 saylı Müqavilənin 2.2 bəndi dəyişdirilərək - Müqavilənin ümumi dəyəri 18% ƏDV olmaqla 27 097 975,67 AZN (iyirmi yeddi milyon doxsan yeddi min doqquz yüz yetmiş beş manat, 67 qəpik) şəklində redaktə edilsin.

27. 3-cü bəndinə əsasən uyğun olaraq Müqavilənin 4 1 bəndindəki malların ümumi dəyəri dəyişdirilərək 18% ƏDV daxil olmaqla 27 097 975,67 AZN (iyirmi yeddi milyon doxsan yeddi min doqquz yüz yetmiş beş manat, 67 qəpik) şəklində redaktə edilsin.

28. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə KQ-ANN-02-2017 saylı müqaviləyə 1 №-li Qoşmaya əsasən malların ümumi invoys qiyməti 27097975,67 manat məbləğində müəyyən edilmişdir.

29. xx.xx.2017-ci il tarixdə KQ-ANN-02-2017 saylı müqavilə 02 №-li Əlavəyə əsasən tərəflər arsında bağlanmış müqavilənin vaxtı təchizat şərtləri tam yerinə yetirilmədiyi üçün 3 il müddətinə- xx.xx.2021-ci il tarixinə qədər uzadılır.

30. xx.xx.2019-cu il tarixli Akta əsasən xx.xx.2017-ci il tarixdə KQ-ANN-02-2017 saylı Alqı-Satqı müqaviləsinin 1 saylı Spesifikasiyasına uyğun 1) 473.1x12.34 mm, P-110, HDL, APİ 5CT ölçülü 148.52 tn muftasız qoruyucu boruları uyğunluq və keyfiyyət sertifikatlarına uyğun “Satıcı” təhvil verdi və “Alıcı” qəbul etmişdir.

31. xx.xx.2020-ci il tarixli Akta əsasən həqiqətən 27.11.17-ci il tarixli xx.xx.2017-ci il tarixdə KQ-ANN-02-2017 saylı alğı-satqı müqaviləsinin 1 saylı Spesifikasiyasına uyğun 1) 244.48 x 11.99 mm , Q-125 , VAM SLİJ, APİ 5CT ölçülü -75.451 tn, 2) 168.3x12.07 mm , Q-125, VAM SLİJ İİ , APİ 5CT ölçülü -2.824 tn ölçülü boruları uyğunluq və keyfiyyət Sertifikatlarına uyğun “Satıcı” təhvil vermiş və "Alıcı” qəbul etmişdir.

32. xx.xx.2019-cu il tarixli Akta əsasən xx.xx.2017-ci il tarixdə KQ-ANN-02-2017 saylı alğı-satqı müqaviləsinin 1 saylı Spesifikasiyasına uyğun 1) 339.7 x 13.06 mm .Q-125 , VAM SLİJ İİ, APİ 5CT ölçülü 241.164 tn, 2) 273.1 x 15.11 mm ,Q-125 , VAM SLİJ İİ, APİ 5CT ölçülü 20.535 tn, 3) 244.48 x 11.99 mm ,Q-125 , VAM SLİJ İİ, APİ 5CT ölçülü - 385.525 tn, 4) 0 193.7 x 12.7 mm ,P-110 , VAM SLİJ İİ, APİ 5CT ölçülü 43.044 tn, 5) 0 177.8 x 12.65 mm, P-110 , VAM SLİJ İİ, APİ 5CT ölçülü 253.446 tn, 6) 0 168.3 x 12.07 mm, Q-125 , VAM SLİJ İİ, APİ 5CT ölçülü 28.712 tn, 7) 139.7 x 10.54 mm , Q-125 , VAM SLİJ İİ, APİ 5CT ölçülü- 43.917 tn muftasız qoruyucu boruları Uyğunluq və Keyfiyyət Sertifikatlarına uyğun “Satıcı" təhvil vermiş və "Alıcı" qəbul etmişdir.

33. xx.xx.2020-ci il tarixli Akta əsasən xx.xx.2017-ci il tarixdə KQ-ANN-02-2017 saylı alğı-satqı müqaviləsinin 1 saylı Spesifikasiyasına uyğun 1) 473.1 x 12.34 mm , P-110, HDL, APİ5CT ölçülü - 316.300 tn, 2) 339.7 x 13.06 mm,Q-125, VAM SLİJ, APİ 5CT ölçülü- 407.156 tn boruları Uyğunluq və Keyfiyyət Sertifikatlarına uyğun “Satıcı” təhvil vermiş və “Alıcı” qəbul etmişdir.

34. 29.10.2018-ci il tarixli Akta əsasən xx.xx.2017-ci il tarixdə KQ-ANN-02-2017 saylı alğı-satqı müqaviləsinin 1 saylı Spesifikasiyasına uyğun 1)177.8 x 12.65 mm, P-110 , VAM SLİJ İİ, APİ 5CT ölçülü- 22.0750 tn, 2) 339.7 x 13.06 mm , Q-125 , VAM SLİJ İİ, APİ 5CT ölçülü- 13.2140 tn muftasız qoruyucu boruları Uyğunluq və Keyfiyyət Sertifikatlarına uyğun “Satıcı” təhvil vermiş və “Alıcı” qəbul etmişdir.

35. 23.10.2018-ci il tarixli Akta əsasən xx.xx.2017-ci il tarixdə KQ-ANN-02-2017 saylı alğı-satqı müqaviləsinin 1 saylı Spesifikasiyasına uyğun 1)244.48 x 11.99 mm, Q-125 , VAM SLİJ İİ, APİ 5CT ölçülü -461.356 tn, 2) 139.7 x 10.54 mm ,Q-125 , VAM SLİJ İİ, APİ 5CT ölçülü - 44.191 tn, 3)193.7 x 12.7 mm ,P-110 , VAM SLİJ İİ, APİ 5CT ölçülü - 41.622 tn, 4) 273.1 x 15.11 mm ,Q-125, VAM SLİJ İİ, APİ 5CT ölçülü - 22.484 tn; 5) 177.8 x 12.65 mm ,P-110 , VAM SLİJ İİ, APİ 5CT ölçülü -297.524 tn, 6) 168.3 x 12.07 mm ,Q-125 , VAM SLİJ İİ, APİ 5CT ölçülü- 31.174 tn, 7) 473.1 x 12.34 mm ,P-110 , HDL, APİ 5CT ölçülü- 403.10 tn, 8) 339.7 x 13.06 mm , Q-125 , VAM SLİJ İİ, APİ 5CT ölçülü 635.046 tn muftasız qoruyucu boruları Uyğunluq və Keyfiyyət Sertifikatlarına uyğun “Satıcı” təhvil vermiş və “Alıcı” qəbul etmişdir.

36. 2019-cu il tarixli Akta əsasən xx.xx.2017-ci il tarixdə KQ-ANN-02-2017 saylı alğısatqı müqaviləsinin 1 saylı Spesifikasiyasına uyğun 1) 473.1 x 12.34 mm, P-110, HDL, APİ 5CT ölçülü - 64.839 tn muftasız qoruyucu boruları Uyğunluq və Keyfiyyət Sertifikatlarına uyğun “Satıcı” təhvil vermiş və “Alıcı” qəbul etmişdir.

37. İddiaçı firması tərəfindən verilmiş maliyyə arayışlarına əsasən 2513901,239 manat məbləğində 10% cərimə, 25162672,02 manat məbləğində infilasiya məbləği, ******* manat məbləğində uçot dərəcəsi hesablanmışdır.

38. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməməlidir.

39. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

40. Belə ki, iddia ərizəsi 3 hissədən ibarətdir: 1. 2513901,24 manat dəbbə pulunun ödənilməsi; 2.4214926,51 manat zərərin (inflyasiya faizi nəzərə alınmaqla) ödənilməsi; 3. 3593491,27 manat gecikmə fazinin ödənilməsi.

41. Məhkəmə iddia ərizəsinin birinci hissədə qismən təmin edilməli olması qənaətinə gəlir.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

43. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

44. 382-ci maddəsinə əsasən idiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

45. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixdə KQ-ANN-02-2017 saylı alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən mallar bu DDP Bakı Puta Stansiyasına çatdırıldıqdan sonra, Alıcı 7 (yeddi) bank günü ərzində Satıcının bank hesabına aşağıdakı sənədlər təqdim olunduqdan sonra çatdırılmış Malların ümumi dəyərini, yəni 18% ƏDV daxil olmaqla 25 240 135,21 AZN məbləğində ödəniş edəcək, a)Hesab-faktura(İnvoys), b) Müvafıq nəqliyyat qaimələri, c) İstehsalçının keyfiyyət sertifikatı, d)İstehsalçının ölkəsinin TSP tərəfindən təsdiq olunmuş malın mənşə sertifikatı.

46. Müqavilənin 10.2-ci bəndinə əsasən alıcı təhvil aldığı malların dəyərinin ödənişini gecikdirdiyi halda hər ləngidilmiş tam hertə üçün aşağıdakı qaydada Satıcıya cərimə ödəməlidir: ilk 4 (dörd) həftə ərzində — gecikdirilmiş ödənişin 0.5%-i (sıfır tam onda beş faizi) miqdarında; daha sonrakı müddətdə — gecikdirilmiş ödənişin 1,5%-i (bır tam onda beş faizi) miqdarında.

47. Müqavilənin 10.3-cü bəndinə əsasən cərimənin ümumi məbləği müqavilənin ümumi dəyərinin 10 % (on faizindən) çox ola bilməz.

48. Materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə müqavilənin 4.1-ci bəndinin tələblərinə əsasən ödəniş edilməsi üçün müvafiq elektron qaimələr xx.xx.2018-ci il - xx.xx.2020-ci il tarixlərini əhatə edən dövr ərzində təqdim edilmişdir.

49. Materiallardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya həmin qaimələr üzrə ödənişlər xx.xx.2020-cu il tarixdən başlanmaqla müxtəlif tarixlərdə edilmiş, sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir.

50. İddiaçı təqdim edilmiş xx.xx.2018-ci il-xx.xx.2020-ci il tarixlərini əhatə edən dövr üzrə elektron qaimələrin 7 (yeddi) bank günü ərzində ödənilməli olduğu halda, tələb edilən həmin tarixlərdən gec – xx.xx.2019-cu il tarixdən başlanmaqla ödənilmiş olmasını, bununla da hüquqlarının pozulmuş olmasını bilmişdir.

51. İddiaçı hazırda xx.xx.2018-ci il tarixli ilk qaimənin ödənilməsinin gecikdirildiyi xx.xx.2018-ci il tarixdən sonuncu ödənişin həyata keçirildiyi xx.xx.2022-ci il tarixə qədər hesablanmış 2513901,24 manat dəbbə pulunun ödənilməsini tələb edir.

52. Məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci ilə qədər olan dövr üzrə dəbbə pulunun ödənilməli olması barədə iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir.

53. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

54. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

55. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci ilə qədər olan dövr üzrə dəbbə pulunun ödənilməsi ilə bağlı iddianı xx.xx.2025-ci il tarixdə iddia irəli sürməklə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməklə vermiş, hazırkı iddianı qaldırmaqla müvafiq subyektiv hüquqa malik olsa da, iddia üzrə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın təmin edilməməsini xahiş etmiş, məhkəməyə hazırkı iddia ərizəsi verilənə qədər iddia müddətinin axımı kəsilməmiş, iddia müddəti açıq-aşkar iddiaçı tərəfindən ötürülmüşdür.

56. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci ilə qədər olan dövr üzrə dəbbə pulunun tutulması hissəsində iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.

57. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia müddəti cavabdehin öhdəliyini gecikdirdiyi xx.xx.2022 - xx.xx.2022-ci il tarixlər üçün hesablanmış dəbbə puluna münasibətdə ötürülməmişdir.

58. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2019-cü, xx.xx.2020-ci, xx.xx.2020ci və xx.xx.2020-ci il tarixli elektron qaimələr üzrə son ödəniş xx.xx.2022-ci və xx.xx.2022ci il tarixlərində edilmişdir. Yəni xx.xx.2019-cü il tarixli e-qaimə üzrə 84074,44 manatın ödənişi xx.xx.2022-ci il tarixində, xx.xx.2020-ci il tarixli e-qaimə üzrə 175868,95 manatın ödənişi xx.xx.2022-ci il tarixində, xx.xx.2020-ci il tarixli e-qaimə üzrə 18740,06 manatın ödənişi xx.xx.2022-ci il tarixində, xx.xx.2020-ci il tarixli e-qaimə üzrə 591101,67 manatın ödənişi xx.xx.2022-ci il tarixində tamamlanmışdır.

59. Beləliklə, cavabdeh tərəfindən sonuncu ödənişlər xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə edilmiş, həmin gün üçün iddiaçının tələb etdiyi dəbbə pulu ilə bağlı iddia ərizəsi xx.xx.2025-ci il tarixdə, 3 illik iddia müddətinin bitməsinə müvafiq e-qaimələr üzrə 1 və 3 gün qalmış məhkəməyə verilmişdir.

60. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 10.2-ci bəndinə görə alıcı təhvil aldığı malların dəyərinin ödənişini gecikdirdiyi halda hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada satıcıya cərimə ödəməlidir: ilk 4 (dörd) həftə ərzində - gecikdirilmiş ödənişin 0,5%-i (sıfır tam onda beş faizi) miqdarında; daha sonrakı müddətdə-gecikdirilmiş ödənişin 1,5%-i (bir tam onda beş faizi) miqdarında.

61. Belə ki, xx.xx.2019-cu il tarixli qaimə üzrə xx.xx.2025-ci il tarix üçün cavabdehin gecikdirilmiş əsas öhdəliyi 84074,44 manat təşkil etmiş, həmin məbləğə tam həftə üçün ödənilməli olan dəbbə pulunun məbləği 1261,12 manat (84074,44 manatın 1,5 faizi), xx.xx.2022-ci il tarix üçün isə 180,16 manat (1261,12 manat / 7 gün, tam həftə) təşkil edir.

62. xx.xx.2020-ci il tarixli qaimə üzrə xx.xx.2025-ci il tarixi üçün cavabdehin gecikdirilmiş əsas öhdəliyi 175868,95 manat təşkil etmiş, həmin məbləğə tam həftə üçün ödənilməli olan dəbbə pulunun məbləği 2638 manat (175868,95 manatın 1,5 faizi), xx.xx.2022-ci il tarix üçün isə 1128 manat (2638 manat / 7 gün, tam həftə x 3 gün) təşkil edir.

63. xx.xx.2020-ci il tarixli qaimə üzrə xx.xx.2025-ci il tarixi üçün cavabdehin gecikdirilmiş əsas öhdəliyi 18740,06 manat təşkil etmiş, həmin məbləğə tam həftə üçün ödənilməli olan dəbbə pulunun məbləği 281 manat (18740,06 manatın 1,5 faizi), xx.xx.2022-ci il tarix üçün isə 120 manat (281 manat / 7 gün, tam həftə x 3 gün) təşkil edir.

64. xx.xx.2020 il tarixli qaimə üzrə xx.xx.2025-ci il tarix üçün cavabdehin gecikdirilmiş əsas öhdəliyi 591101,67 manat təşkil etmiş, həmin məbləğə tam həftə üçün ödənilməli olan dəbbə pulunun məbləği 8867 manat (591101,67 manatın 1,5 faizi), xx.xx.2022-ci il tarix üçün isə 1267 manat (8867 manat / 7 gün, tam həftə) təşkil edir.

65. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən cəmi 2695 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.

66. Məhkəmə iddianın 4214926,51 manat zərərin (inflyasiya faizi nəzərə alınmaqla) və 3593491,27 manat faiz məbləğinin ödənilməsi hissəsində təmin edilməli olmaması qənaətinə gəlir.

67. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

68. Belə ki, iddia ərizəsində iddiaçı tələb edilən dəbbə pulu məbləğinə münasibətdə hesablanmış gecikmə faizlərinin və inflyasiya faizi nəzərə alınmaqla zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, dəbbə pulunun ödənilməsinin gecikdirilməsinə görə zərərin ödənilməsi tələb edilə bilməz, alqı-satqı müqaviləsi üzrə isə əsas məbləğ 2022ci il tarixində tam ödənilmişdir, 3 il müddət keçdikdən sonra iddiaçı bu tələblər ilə məhkəmə müraciət etmişdir.

69. Mülki Məcəlləsinin 466.2.3-cü maddəsinə əsasən kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

70. 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.

71. 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:

72. 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;

73. 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;

74. 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

75. 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.

76. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”. 102. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.

77. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.

78. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

79. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

80. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

81. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

82. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

83. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

84. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

85. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

86. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

87. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

88. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

89. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

90. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

91. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddia üzrə cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

92. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, yuxarıda qeyd edilən normalarda göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir.

93. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi faiz və inflyasiya zərəri hissədə əsassızdır və təmin edilməməlidir.

94. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2695 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

95. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 5951,16 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

96. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

97. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 47 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qalan hissədə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

98. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehndən 2695 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 47 manat tutularaq İddiaçı firmasına ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edlsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar