Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6854/2024 25.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ********** VÖEN ilə dövlət qeydiyyatına "xxxx" MMC-dən 10 iyul 2023-cü il tarixli, SPARK-065/2023 saylıalqısatqı müqaviləsi üzrə 19841,70 (on doqquz min səkkiz yüz qırx bir manat yetmiş qəpik) manat əsas borc, 5158,3 (beş min bir yüz əlli səkkiz manat otuz qəpik) manat cərimə, 165 (bir yüz altmış beş qəpik) manat dövlət rüsumu,cəmi ümumilikdə 25165 (iyirmi beş min bir yüz altmış beş) manat məbləğində pulun tutularaq iddiaçı ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 10:20-ə təyin edilmişdir. xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə hazırlıq iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsi verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 165 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6854/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6854/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver