Məhkəmə qərarları › İş №e-2-2(113)-6859/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-6859/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6859/2024 19.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumi borc olaraq 4820,31 manat (dörd min səkkiz yüz iyirmi manat otuz bir qəpik), hüquqi yardım ilə əlaqədar 600 (altı yüz) manat, ödənilmiş dövlət rüsumu 74,20 manat (yetmiş dörd manat iyirmi qəpik) olmaqla, ümumilikdə 5494,51 (beş min dörd yüz doxsan dörd manat əlli bir qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (bundan sonra cavabdeh) ilə İddiaçı MMC (bundan sonra iddiaçı) arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdeh üçün müxtəlif növ qida məhsullarını tədarük etməyi öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini vaxtında icra etmiş, cavabdeh də hissə-hissə təhvil verilən mallar üzrə ödənişləri etmişdir. Lakin 2024-cü ilin aprel, may və iyun ayları üzrə alınan mallara görə göndərilən e-qaimələr üzrə ödənişlər həyata keçirilməmiş və həmin qalıq borc cavabdeh tərəfindən ödənilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il, 86 №-li alqı-satqı müqaviləsinin 2.2-ci maddəsinə əsasən alıcı hesab-fakturanı aldığı gündən 30 gün içərisində aldığı mal və ya xidmətin dəyərinin tamamını ödəyir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin bir qismi yerinə yetirilməmiş, 4820,31 manat (dörd min səkkiz yüz iyirmi manat otuz bir qəpik) borc məbləği yaranmışdır. Qeyd edilmişdir ki, cavabdehin borcu 00397264 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 287,5406 manat əsas borc, 51,7573 manat ƏDV olmaqla, ümumilikdə 339,2979 manat, 00447525 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 138,8124 manat əsas borc, 24,9862 manat ƏDV olmaqla, ümumilikdə 163,7986 manat, 00904063 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 116,3123 manat əsas borc, 20,9362 manat ƏDV olmaqla, ümumilikdə 137,2485 manat, 10157298 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 165,507 manat əsas borc, 29,7913 manat ƏDV olmaqla, ümumilikdə 195,2983 manat, 10157267 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 201,3552 manat əsas borc, 36,2439 manat ƏDV olmaqla, ümumilikdə 237,5991 manat, 10211369 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 44,2368 manat əsas borc, 7,9626 manat ƏDV olmaqla, ümumilikdə 52,1994 manat, 10211505 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 241,0164 manat əsas borc, 43,383 manat ƏDV olmaqla, ümumilikdə 284,3994 manat, 10405186 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 64,83 manat əsas borc, 11,6694 manat ƏDV olmaqla, ümumilikdə 76,4994 manat, 10495059 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 137,868 manat əsas borc, 24,8162 manat ƏDV olmaqla, ümumilikdə 162,6842 manat, 10681079 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 126,6088 manat əsas borc, 22,7896 manat ƏDV olmaqla, ümumilikdə 149,3984 manat, 10681031 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 109,83 manat əsas borc, 19,7694 manat ƏDV olmaqla, ümumilikdə 129,5994 manat, 10831168 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 421,0164 manat əsas borc, 75,783 manat ƏDV olmaqla, ümumilikdə 496,7994 manat, 10885837 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 44,2368 manat əsas borc, 7,9626 manat ƏDV olmaqla, ümumilikdə 52,1994 manat, 10904120 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 49,576 manat əsas borc, 8,9237 manat ƏDV olmaqla, ümumilikdə 58,4997 manat, 11071406 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 74,7456 manat əsas borc, 13,4542 manat ƏDV olmaqla, ümumilikdə 88,1998 manat, 11078674 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 145,9316 manat əsas borc, 26,2677 manat ƏDV olmaqla, ümumilikdə 172,1993 manat, 11171641 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 118,9824 manat əsas borc, 21,4168 manat ƏDV olmaqla, ümumilikdə 140,3992 manat, 11292334 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 118,9824 manat əsas borc, 21,4168 manat ƏDV olmaqla, ümumilikdə 140,3992 manat,, 11293819 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 184,5756 manat əsas borc, 33,2236 manat ƏDV olmaqla, ümumilikdə 217,7992 manat, 10086746 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 82,372 manat əsas borc, 14,827 manat ƏDV olmaqla, ümumilikdə 97,199 manat, 10334527 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 286,2704 manat əsas borc, 51,5287 manat ƏDV olmaqla, ümumilikdə 337,7991 manat, 10404313 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 353,8963 manat əsas borc, 63,7013 manat ƏDV olmaqla, ümumilikdə 417,5976 manat, 10494828 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 100,6776 manat əsas borc, 18,122 manat ƏDV olmaqla, ümumilikdə 118,7996 manat, 10917233 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 469,8282 manat əsas borc, 84,5691 manat ƏDV olmaqla, ümumilikdə 554,3973 manat olmaqla, cəmi ƏDV daxil 4820,32104 manat təşkil edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 86 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı alıcıya göstərilən malları satır, alıcı isə həmin malları qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilə üzrə alınacaq malların dəyəri müqavilənin ayrılmaz hissəsi olan əlavə ilə müəyyən olunur. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə təqdim olunmuş qaiməyə əsasən bütün ödənişlər bank köçürməsi yolu ilə həyata keçirilərək qaimə təqdim edildiyi gündən 30 (otuz) gün ərzində tam və ya 2 dəfəyə ödənilməlidir. - xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 00397264 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 339,2979 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 00447525 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 163,7986 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 00904063 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 137,2485 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10157298 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 195,2983 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10157267 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 237,5991 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10211369 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 52,1994 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10211505 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 284,3994 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10405186 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 284,3994 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10495059 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 162,6842 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10681079 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 149,3984 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10681091 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 129,5994 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10831168 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 467,7994 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10885837 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 52,1994 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10904120 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 58,4997 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11071406 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 88,1998 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11078674 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 172,1993 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11171641 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 140,3992 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11292334 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 140,3992 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11292819 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 217,7992 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10086746 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 97,199 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10334527 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 337,7991 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10404313 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 417,5976 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10494828 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 118,7996 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10917233 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 554,3973 manat (ƏDV daxil) təşkil edir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, OD1 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən X1 Part Vekil Bürosunun AZ17NİCB**********0001A40060 nömrəli hesabına 600 (altı yüz) manat məbləğində vəsait köçürülmüşdür. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 86 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Sözügedən müqaviləyə əsasən satıcı, alıcıya bu müqaviləyə əsasən müxtəlif növ qida məhsullarını bu müqavilədə göstərilmiş qaydada təhvil verilməsini öhdəsinə götürür. Alıcı isə malın qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh MMC-dən 4820,31 manat (dörd min səkkiz yüz iyirmi manat otuz bir qəpik) borc iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı vəkilə ödənilmiş 600 manat və 74,20 manat rüsumun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, 600 (altı yüz) manat hüquqi yardım, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74,20 manat (yetmiş dörd manat iyirmi qəpik) (ödənilməli olan dövlət rüsumu olmuşdur) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 4820,31 manat (dörd min səkkiz yüz iyirmi manat otuz bir qəpik) əsas borc, 600 (altı yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74,20 manat (yetmiş dörd manat iyirmi qəpik) olmaqla, cəmi 5494,51 manat (beş min dörd yüz doxsan dörd manat əlli bir qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar