Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-686/2020 22.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (Şikayətin təmin edilməməsi haqqında) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı sədrliyilə, İddiaçı "Cavabdeh" Firmasına qarşı pul tələbinə dair mülki iş məhkəmənin xx xxxx 2020-ci il tarixli mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardadından İddiaçı vəkili və nümayəndəsi tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı "Cavabdeh" Firmasına qarşı xx xxxxxxxx 2010-cu ildə İddiaçı ilə Cavabdeh Firması arasında bağlanmış 6055 saylı Müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan Yeni ticarət mərkəzində yerləşən 240 kvadrat metr qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, Cavabdeh Firmasından maddi zərər qismində 43.200 manat və mənəvi zərərin əvəzi olaraq 20.000 manat, ümumilikdə 63.200 (altmış üç min iki yüz) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-686/2020 saylı qərardadı ilə İddiaçı "Cavabdeh" Firmasına qarşı pul tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırda İddiaçı vəkili və nümayəndəsi qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-686/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdi. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd edilən qərardad mülki prosessual qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının sahibkarlıq fəaliyyətinin olmamasını və vergi ödəyicisi qismində qeydiyyata alınmamasını əsas gətirərək, MPM-nin 26.1-ci maddəsinə istinad etmiş və işə ümumi məhkəmədə baxılmalı olduğu qənaətinə gəlmişdir. Halbuki, iş materiallarında olan Qaradağ rayon Məhkəməsinin 2(002)-596/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli Qərardadından görünür ki, Qaradağ rayon Məhkəməsi İddiaçı tərəfindən Cavabdeh Firmasına qarşı verilmiş iddia ərizəsini, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarmış və hazırki iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etməli olduğunu izah etmişdir. Doğrudur, Azərbaycan Respublikasında İddiaçı sahibkarlıq fəaliyyəti yoxdur və vergi ödəyicisi qismində qeydiyyata alınmamışdır. Lakin, AR MPM-nin 26.1-ci maddəsinin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş materillarında olan tərəflər arasında bağlanmış və hazırki mübahisənin əsasını təşkil edən xx xxxxxxxx 2010-cu il tarixli, 6055 saylı Müqavilədən görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi göstərilmiş və müqavilənin predmetini Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan Xocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan Yeni ticarət mərkəzində ticarət fəaliyyəti ilə məşğul olmaq üçün 240 kv. metr sahə təşkil edir. Şərh edilənlərə əsasən hesab edirik ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-686/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və işə ümumi məhkəmədə deyil, kommersiya məhkəmsində baxılmalıdır. Məhkəmə tərəflərin iştirakı olmadan şikayətə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət rədd edilməli və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə uyğun olaraq, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Məhkəmə təqdiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı fərdi sahibkar statusuna malik olduğu halda belə, hazırki iş üzrə mübahisə onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayacaqdır. Çünki tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi, iddiaçı ticarət mərkəzində gələcəkdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeyri yaşayış obyektinin istifadə hüququ ilə əldə etmək niyyəti ilə cavabdehlə müqavilə bağlamışdır. Lakin müqavilə bağlandığı anda iddiaçının fərdi sahibkar statusu mövcud olmamış və bu günədək yoxdur. Bundan başqa tərəflər arasında bağlanmış müqavilə üzrə hər iki tərəf öz üzərinə müəyyən öhdəliklər götürdüyü halda, iddiaçı fərdi sahibkar statusunu əldə edənədək, tərəflər arasında həmin müqavilə üzrə mübahisələr mülki xarakter daşımaqla, iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin maddənin məzmunundan göründüyü kimi sahibkarlıq fəaliyyəti əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsindən ibarət olan fəaliyyət olmaqla həmin fəaliyyətin subyekti qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edir. Başqa sözlə desək, fiziki şəxs yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs statusunu aldıqdan sonra müstəqil surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının fərdi sahibkar statusuna malik olmaması tərəflər arasında mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olmasını da istisna edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə qeyri yaşayış obyektinin istifadə hüququ ilə əldə etmək niyyəti ilə bağlanmış və hazırki dövrə deyil, gələcək dövr üçün nəzərdə tutulmuşdur. Hesab etsək ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş qaydada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən bu və ya digər şəkildə imtina etdiyi halda, həmçinin fəaliyyət qabiliyyətinin olmaması səbəbindən sahibkarlıq fəaliyyətinin keçirilməsi imkanından məhrum olduğu halda, müqavilənin digər tərəfi olan cavabdeh iddiaçıya qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi təqdirdə həmin mübahisə istənilən halda kommersiya mübahisə olmayacaq. Belə olan halda isə, müqavilə üzrə iddiaçı fərdi sahibkar statusunu əldə edənədək, tərəflər arasında həmin müqavilə üzrə mübahisələr mülki xarakter daşımaqla, iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyil. Azərbaycan Respublikası MPM-nin 269.2 və 269.3-cü maddələrinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir.. Belə olan halda isə məhkəmə hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Ona görə də, şikayət rədd edilməli və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-686/2020 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət 7 gün müddətində işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-686/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-686/2020
22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver