Məhkəmə qərarları › İş №e-2-2(113)-686/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-686/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-686/2021 18.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə Cavabdeh MMC-dən 23375 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx/xx/2019/2 nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin predmeti, sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtgü yağları, akkumlyatorlar, avtoşinlər və filterləri alıcıya satır, alıcı isə malları satıcıdan qəbul edir, müqabilində isə sifariş ilə nəzərdə tutulmuş qiyməti ödəyir. Həmin müqavilə əsasında elektron poçt vasitəsi ilə cavabdehin sifarişinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə bir sıra mallar təqdim edilmişdir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün cavabdehin iddiaçı qarşısında yerinə yetirilməyən borc öhdəliyi yaranmışdır. Tərərflər arasında yaranmış borca dair iddia tələbinin dəlillərini iddiaçı tərəfindən cavabdehin elektron vergi idarəsində olan elektron qutusuna göndərilən elektron qaimə-fakturalar, elektron poçt yazışmaları, pretenziya məktubları və sair sübutlar təşkil edir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər şifahi, istərsə də yazılı müraciət edilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmış və bu günədək borcunu ödəməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və yekun qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh arasında bağlanmış 28.112019cu il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı sifariş edilən malları təhvil verməyi, alıcı isə malların dəyərini vaxtında satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçınə xx.xx.2021-ci il tarixə olan yekun borcu 21016,70 manat (17810,75 manat əsas borc və 3205,95 ƏDV borcu) təşkil edir. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, borcun 2 gün müddətində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Ödənilməsi tələb olunan borcun olması tərəflər arasında tərtib edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən 17810,75 manat əsas borc, 3205,95 manat ƏDV borcu olmaqla, ümumilikdə 21016,7 manat (iyirmi bir min on altı manat yetmiş qəpik) borc iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı cavabdehdən 23375 manat borcun tutulmasını xahiş etsə də, üzləşmə aktından göründüyü kimi, Cavabdeh İddiaçınə xx.xx.2021-ci il tarixə olan yekun borcu 21016,70 manat təşkil edir. Ona görə də iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 27 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 3 manat hissəsi iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 17810,75 manat (on yeddi min səkkiz yüz on manat yetmiş beş qəpik) əsas borc, 3205,95 manat (üç min iki yüz beş manat doxsan beş qəpik) ƏDV, ümumilikdə 21016,7 manat (iyirmi bir min on altı manat yetmiş qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 (iyirmi yeddi) manat olmaqla, cəmi 21043,70 manat (iyirmi bir min qırx üç manat yetmiş qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun üç manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar