Məhkəmə qərarları › İş №e-2-2(113)-6889/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6889/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6889/2024 03.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasıxxxxnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasıxxxxnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikasıxxxxnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə cavabdeh ARxxxx arasında müxtəlif markalı avtomobil və xüsusi texnikaların alınması haqqında xx.xx.2015-ci il tarixli k/19 saylı müqavilə, avtomobil texnikalarının təmir emalatxanası üçün avadanlıqların alınması haqqında xx.xx.2015-ci il tarixli, k/46 saylı müqavilə və minik avtomobilləri və zirehli texnikalar üçün avtoşinlərin alınması haqqında xx.xx.2015-ci il tarixli, k/43 saylı müqavilə üzrə yaranmış, xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə təsdiqlənmiş ümumilikdə 95428,34 manat borcun cavabdeh Azərbaycan Respublikasıxxxxndən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh ARxxxx arasında müxtəlif markalı avtomobil və xüsusi texnikaların alınması haqqında xx.xx.2015ci il tarixli k/19 saylı müqavilə, avtomobil texnikalarının təmir emalatxanası üçün avadanlıqların alınması haqqında xx.xx.2015-ci il tarixli, k/46 saylı müqavilə və minik avtomobilləri və zirehli texnikalar üçün avtoşinlərin alınması haqqında xx.xx.2015-ci il tarixli, k/43 saylı müqavilə bağlanmışdır. İmzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən cavabdehxxxxnin İddiaçı MMC-yə xx.xx.2015-ci il tarixli, k/19 saylı müqavilə üzrə 56508,34 manat, xx.xx.2015-ci il tarixli, k/46 saylı müqavilə üzrə 34400 manat və xx.xx.2015-ci il tarixli, k/43 saylı müqavilə üzrə 4520 manat borcu qalmışdır. Ümumilikdə hər 3 müqavilə üzrə cavabdehxxxxnin İddiaçı MMC-yə 95428,34 manat borcu vardır. İddiaçı MMC tərəfindən dəfələrlə cavabdehxxxxnin səlahiyyətli nümayəndələri ilə əlaqə saxlanılmış və borcun ödənilməsi bildirilmişdir. Hətta bununla bağlı cavabdehə elektron qaydada pretenziya da göndərilmişdir. Lakin cavabdeh ARxxxx tərəfindən borcun ödənilməsi istiqamətində heç bir real addım atılmamışdır. Bu səbəbdən iddiaçı yaranmış borcun ödənilməsini təmin etmək məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445.1, 445.2, 448.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdehxxxxnə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, iddianı qəbul edirlər və həmin məbləğdə iddiaçıya borcları mövcuddur.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Azərbaycan Respublikasıxxxx arasında xx.xx.2015-ci il tarixdə k/19 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi, ARxxxxnin Mərkəzi Anbarlarına daşınmaqla, müxtəlif markalı avtomobil və xüsusi texnikaların satılması məqsədilə icraçının 9591921,49 manat məbləğində birbaşa müqavilə əsasında təklifini qəbul etmişdir. Həmin müqaqvilənin 2.3-cü maddəsinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 12.1-ci maddəsinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar və digər sənədlər) əsasında aparılır. Həmin müqavilənin 12.2-ci maddəsinə əsasən sifarişçi müqavilənin icrasını təmin etmək məqsədi ilə hər ödənişdən müqavilənin xüsusi şərtlərində göstərilən məbləği tutur. Həmin vəsait müqavilənin icrası tam başa çatdırıldıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) icraçıya ödənilir.

9. xx.xx.2015-ci il tarixli K/19 saylı müqaviləyə əlavə olunmuş “Qiymətlərin razılaşdırılması protokolu”nda ƏDV daxil yekun məbləğ 9591921,46 manat müəyyən edilmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. İcraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Azərbaycan Respublikasıxxxx arasında bağlanmış xx.xx.2015-ci il tarixli, k/43 saylı müqavilənin 2.1-ci maddəsinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi, ARxxxxnin Mərkəzi Anbarlarına daşınmaqla, lot 3 üzrə minik avtomobilləri və zirehli texnikalar üçün avtoşinlərin satınalınması məqsədilə icraçının 263130 manat məbləğində tender təklifini qəbul etmişdir. Həmin müqaqvilənin 2.3-cü maddəsinə əsasəm sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 12.1-ci maddəsinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar və digər sənədlər) əsasında aparılır. Həmin müqavilənin 12.2-ci maddəsinə əsasən sifarişçi müqavilənin icrasını təmin etmək məqsədi ilə hər ödənişdən müqavilənin xüsusi şərtlərində göstərilən məbləği tutur. Həmin vəsait müqavilənin icrası tam başa çatdırıldıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) icraçıya ödənilir.

11. xx.xx.2015-ci il tarixli K/43 saylı müqaviləyə əlavə olunmuş “Qiymətlərin razılaşdırılması protokolu”nda ƏDV daxil yekun məbləğ 263130 manat müəyyən edilmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.

12. İcraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Azərbaycan Respublikasıxxxx arasında bağlanmış xx.xx.2015-ci il tarixli, k/46 saylı müqavilənin 2.1-ci maddəsinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi, ARxxxxnin Mərkəzi Anbarlarına daşınmaqla, lot 7 üzrə avtomobil texnikalarının təmir emalatxanası üçün avadanlıqların satınalınması məqsədilə icraçının 59070 manat məbləğində tender təklifini qəbul etmişdir. Həmin müqaqvilənin 2.3cü maddəsinə əsasəm sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 12.1-ci maddəsinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar və digər sənədlər) əsasında aparılır. Həmin müqavilənin 12.2-ci maddəsinə əsasən sifarişçi müqavilənin icrasını təmin etmək məqsədi ilə hər ödənişdən müqavilənin xüsusi şərtlərində göstərilən məbləği tutur. Həmin vəsait müqavilənin icrası tam başa çatdırıldıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) icraçıya ödənilir.

13. xx.xx.2015-ci il tarixli K/46 saylı müqaviləyə əlavə olunmuş “Qiymətlərin razılaşdırılması protokolun”da ƏDV daxil yekun məbləğ 59070 manat müəyyən edilmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.

14. İddiaçı MMC vəxxxx arasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, cavabdehxxxxnin xx.xx.2015-ci il tarixli K/43 nömrəli müqavilə üzrə 4520 manat, xx.xx.2015-ci il tarixli K/46 nömrəli müqavilə üzrə 34400 manat, xx.xx.2015-ci il tarixli K/19 nömrəli müqavilə üzrə 56508,34 manat olmaqla, ümumilikdə xx.xx.2024-cü il tarixinə İddiaçı MMC-yə 95428,34 manat borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. İddiaçı MMC tərəfindənxxxxnə göndərilən xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

18. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı MMC ilə ARxxxx arasında xx.xx.2015-ci il tarixli, k/19 saylı, xx.xx.2015-ci il tarixli, k/43 saylı, xx.xx.2015-ci il tarixli, k/46 saylı müqavilələr bağlanmış və həmin müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh öhdəliklərini lazımi qaydada icra etməmiş, iddiaçıya müqavilə üzrə etməli oldğu ödənişləri tam şəkildə icra etməmişdir.

19. İddia tələbini cavabdeh ARxxxxndən 95428,34 manat borc məbləğinin tutulması təşkil edir.

20. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə mallar göndərilmiş, lakin onların dəyərinin bir hissəsi ödənilmiş, qalan hissəsi isə ödənilməmişdir. Qalan borcla bağlı tərəflər arasında üzləşmə aktı tərtib edilmişdir. Üzləşmə aktından göründüyü kimi, xx.xx.2024-cü il tarixinə 95428,34 manat borc müəyyən edilmiş və tərəflərin imzası ilə təsdiq olunmuşdur. Üzləşmə aktı ilə yanaşı, sübut qismundə iddiaçı tərəfindən məhkəməyə müqavilələr, qiymətlərin razılaşdırılması protokolları təqdim edilmiş, eləcə də məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi həmin borcun olmasını təsdiq etmişdir.

21. Beləliklə, məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və cavabdeh ARxxxxndən 95428,34 manat (doxsan beş min dörd yüz iyirmi səkkiz manat otuz dörd qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasıxxxxndən xx.xx.2015-ci il tarixli, k/19 saylı, xx.xx.2015-ci il tarixli k/46 saylı və xx.xx.2015-ci il tarixli k/143 saylı müqavilələr üzrə yaranmış, xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə təsdiqlənmiş ümumilikdə 95428,34 manat (doxsan beş min dörd yüz iyirmi səkkiz manat otuz dörd qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə m Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar