Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-69/2021 13.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qanuni nümayəndə Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi” dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qanuni nümayəndə Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin tərəflər arasında bağlanmış 91 saylı müqavilə öhdəliklərinə əməl əməl etmədiyi üçün dəbbə pulu qismində yaranmış 20 722,46 manat məbləğində borcun cavabdehin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-215/2020 saylı 17 iyun 2020-ci il tarixli qərardadı ilə iş üzrə Cavabdeh MMC-nin müflis sayılması barədə işə baxılıb qurtarana və həmin mübahisə üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı Qanuni nümayəndə Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair e-2-2(113)- 215/2020 saylı kommersiya işi üzrə icraat dayandırılmışdır. 23.09.2021-ci il tarixdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 22.09.2021-ci il tarixli 1-28-109/6546-21 nömrəli məktub ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-61/2021 nömrəli 17.03.2021-ci il qərarını məhkəməyə təqdim etmişdir. Məhkəmə iclası 13.10.2021-ci il tarixə saat 11:15-ə təyin edilmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, hazırki iddia tələbi üzrə Cavabdeh MMC müflis elan edilmişdir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən iflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. - 18ci maddəsinə əsasən borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; c) qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır; ç) əmlak inzibatçısı tərəfindən verilən səlahiyyətlər istisna olmaqla borclu müəssisənin müdiri bütün digər səlahiyyətlərini itirir; d) borclu müəssisə öz əmlakı barəsində hər hansı sərəncam vermək və hərəkətlər etmək səlahiyyətlərini itirir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi borclunun müflis elan olunması məqamından etibarən bütün məhkəmə araşdırmalarına və ondan alınmalı məbləğlərin tutulması üçün bütün digər hərəkətlərə son qoyulur. İşdən göründüyü kimi Cavabdeh MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehə qarşı tələblər yalnız tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər, yəni, məhkəmədə baxıla bilməz. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddəsinə əsasən, iş iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin məcəllənin 262.5-ci mddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Qanuni nümayəndə Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-69/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-69/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver