Məhkəmə qərarları › İş №e-2-2(113)-6913/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6913/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6913/2025 11.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4624 manat 15 qəpik ƏDV daxil olmaqla 30313 manat 91 qəpik borcun və iddia ərizəsinin verilməsi üçün tərəfimizdən ödənilmiş 181 manat dövlət rüsumunun, ümumilikdə 30494 (otuz min dörd yüz doxsan dörd) manat 91 (doxsan bir) qəpik vəsaitin İddiaçı MMC-nin xeyrinə tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli “Diler Müqaviləsi” (“Müqavilə”) üzrə ödənilməmiş borc məbləği MT**********41; MT**********47; MT**********82 və MT**********90№lielektron qaiməfakturalar üzrə 4624.15 manat ƏDV daxil olmaqla 30313,91 manat təşkil edir. xx.xx.2025-ci il tarixli Çatdırılma Qaiməsi № 80093107, xx.xx.2025-ci il tarixli Çatdırılma Qaiməsi № 80094143, xx.xx.2025-ci il tarixli Çatdırılma Qaiməsi № 80095137, xx.xx.2025-ci il tarixli Çatdırılma Qaiməsi № 80096918, xx.xx.2025-ci il tarixli Çatdırılma Qaiməsi № 80097384, xx.xx.2025-ci il tarixli Çatdırılma Qaiməsi № 80097385, xx.xx.2025-ci il tarixli Çatdırılma Qaiməsi № 80097392, xx.xx.2025-ci il tarixli Çatdırılma Qaiməsi № 80097393, xx.xx.2025-ci il tarixli Çatdırılma Qaiməsi № 80097394, xx.xx.2025-ci il tarixli Çatdırılma Qaiməsi № 80097525, xx.xx.2025-ci il tarixli Çatdırılma Qaiməsi № 80097526, xx.xx.2025-ci il tarixli Çatdırılma Qaiməsi № 80097527, xx.xx.2025-ci il tarixli Çatdırılma Qaiməsi № 80096888, xx.xx.2025-ci il tarixli Çatdırılma Qaiməsi № 80097391 və xx.xx.2025-ci il tarixli Çatdırılma Qaiməsi № 80097523 əsasında iddiaçı müxtəlif markalı markalı məişət avadanlıqlarını cavabdehə təhvil vermişdir. Müqavilə əsasında xx.xx.2024-cü il tarixli X3 və xx.xx.2024-cü il tarixli 2; 3; 4; 5; 6 və 7 №li X2 əsasən cavabdeh malların dəyərini 30 gün ərzində iddiaçının bank hesabına ödəməli idi. Müqavilənin 8.7-ci bəndinə əsasən isə ödənişin gecikdirildiyi hər gün üçün iddiaçının 0.5% dəbbə pulu (cərimə) hesablamaq və cavabdehdən tələb etmək hüququ vardır. Dəfələrlə şifahi və yazılı müraciətimizə (pretenziya məktubumuz da daxil olmaqla) baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmir və borcunu iddiaçıya ödəmir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-ci il tarixli “Diler Müqavilə”-sinə əsasən:

8. Müqavilənin 2.1-ci bəndinə əsasən Diler ELİT.EO-nun təchiz etdiyi müxtəlif çeşiddə və adda məhsulları (bundan sonra “Mallar”) vaxtaşırı ELİT.EO-ya sifariş edəcək; ELİT.EO Malları Dilerin sifarişinə uyğun olaraq razılaşdılmış miqdarda, çeşiddə və keyfiyyətdə Dilerə təhvil verəcək, Diler sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini ELİT.EO-ya Müqavilədə (Müqavilənin müvafiq Əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəyəcək; Diler Məhsulların vitrində nümayiş və Satışını təşkil etmək üçün bütün imkanlarından istifadə edir.

9. Müqavilənin 2.2-ci bəndinə əsasən Diler təsdiq edir ki, bu Müqaviləyə əsasən Malları ELİT.EO-dan təhvil alan, o cümlədən bu hərəkətlərin yerinə yetirilməsini təsdiq edən hər hansı sənədləri tərtib edən və/və ya imzalayan, Dilerin adından sifariş verilməsini həyata keçirən hər hansı şəxs Dilerin nümayəndəsi və Dilerin adından çıxış etməyə səlahiyyətli şəxs hesab olunur, ELİT.EO bu cür şəxslərin Dilerin adından çıxış etməsinə səlahiyyətli olduğuna dair hər hansı sənəd tələb edə bilər və Diler bu cür sənədləri təqdim etməlidir, ancaq ELİT.EO-nun bu cür sənədlər tələb etmək öhdəliyi yoxdur.

10. Müqavilənin 2.3-cü bəndinə əsasən Elit EO mallar üçün minimal və maksimal satış qiymətlərini müəyyən edərək Mallara vaxtaşırı X5 Pərakəndə Qiymətini (GPQ) tətbiq edə və Dilərə təqdim edə bilər.

11. Müqavilənin 2.4-cü bəndinə əsasən ELİT.EO Mallarını vitrindən yerləşdirmək və satmaq hüquqlarını DİLER-ə təqdim edir, lakin bu hüququn DİLER-ə həmin hüququ digər şəxslərə vermək hüququnu məhdudlaşdırmır və ELİT.EO hazırkı Müqavilədə nəzərdə tutulan istənilən zaman geri ala bilər.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən Diler Malları aşağıdakı formalarda sifariş edə bilər: ELİT.EO-nun nümayəndəsi vasitəsilə; Əlavə yazılı razılaşma formasında; Faks vasitəsilə; Telefonla; Elektron poçt vasitəsilə.

13. Dilerə Malların çatdırılması sifarişini verildiyi tarixdən sonra Tərəflər arasında razılaşdırılmış vaxtda həyata keçirilməlidir. Tərəflər bununla tam razılaşırlar ki, Diler tərəfindən faksla, telefonla və/və ya elektron poçtla göndərilən sifarişlər icra edildiyi formadan və üsuldan asılı olmayaraq ELİT.EO tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir və bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Mallarm çatdırılma tarixi və şərtləri ELİT.EO tərəfindən müəyyən olunur.

14. Müqavilənin 3.2-ci bəndinə əsasən ELİT.EO Dilerdan aldığı müvafiq sifarişlər əsasında Malları ona göndərir. Sifarişdə aşağıdakılar göstərilməlidir: Sifarişin nömrəsi və tarixi; Malların adları, sayları; çatdırılma ünvanı; digər zəruri məlumatlar (əgər tələb olunarsa).

15. Müqavilənin 3.3-cü bəndinə əsasən Dilerin sifarişi bu Müqavilənin ayrılmaz hissəsi sayılır. Sifariş Dilerə məxsus və ya digər formada Dilerin idarəçiliyində olan satış şəbəkəsinin məsul şəxsi və ya sifarişlər üzrə meneceri və ya Dilerin təyin etdiyi istənilən şəxs tərəfindən bu Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan formada və ya üsulla verilir. Sifarişlər ELİT.EO tərəfindən təsdiq edildikdən sonra Diler tərəfindən ləğv edilə bilməz.

16. Müqavilənin 3.4-cü bəndinə əsasən ELİT.EO Malları Dilerə təhvil verdikdən dərhal sonra Mallarm Təhvil-Qəbul Aktı (bundan sonra “Akt”) 2 (iki) nüsxədə tərtib edilməli, imzalanmak, möhürlə təsdiq edilməlidir. Aktla birlikdə ELİT.EO Mallarm təhvil təslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədləri də (bundan sonra “Digər Sənədlər”) Dilerə təqdim edə bilər. Diler bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz.

17. Müqavilənin 3.5-ci bəndinə əsasən Diler Malları qəbul etdikdən, Aktı və Digər Sənədləri əldə etikdən sonra onların hər bir nüsxələrini imzalayacaq, onların bir nüsxələrini özündə saxlayacaq digər nüsxəsini isə ELİT.EO-ya verəcək.

18. Müqavilənin 3.6-cı bəndinə əsasən mallar Dilerə AKT əsasında təhvil verildiyi tarixdən onların itməsi, oğurlanması, müsadirə edilməsi, zədələnməsi və ya təsadüfən məhv edilməsi riski Dilerə keçir.

19. Müqavilənin 3.7-ci bəndinə əsasən ELİT.EO Dilerin qeydləri ilə razılaşmadıqda, məsələ bu Müqavilədə nəzərdə tutulan mübahisələrin həlli qaydasma uyğun olaraq həll olunur. Hər bir halda Diler Akt və Digər Sənədləri imzalamaqdan imtina etdikdə ELİT.EO Mallan ona təhvil verməkdən imtina edə bilər.

20. Tərəflər arasında imzalanmış X4 əsasən Soyuducu Vestelin ƏDV daxil qiyməti 895 manat məbləğində, 17 adda məişət elektronika avadanlığının ƏDV daxil qiyməti 12712 manat məbləğində, Kondisoner Boschın ƏDV daxil qiyməti 692 manat məbləğində, 20 adda məişət elektronika avadanlığının ƏDV daxil qiyməti 14033 manat, Paltaryuyan Boschın ƏDV daxil qiyməti 876 manat məbləğində razılaşdırılmışdır. Həmin X4 əsasən ödəniş 30 iş günü ərzində icra edilməlidir.

21. xx.xx.2025-ci il tarixli 80093107 №-li çatdırılma qaiməsinə əsasən 2 ədəd Paltaryuyan Vestel W710T2BS, 2 ədəd Paltaryuyan Vestel, 2 ədəd Paltaryuyan Vestel, 2 ədəd Paltaryuyan Gorenje və 2 ədəd Paltaryuyan Gorenje, xx.xx.2025-ci tarixli 80094143 №-li çatdırılma qaiməsinə əsasən 1 ədəd Soyuducu Vestel, xx.xx.2025-ci il tarixli ********* №-li çatdırılma qaiməsinə əsasən 1 ədəd Qabyuyan Bosch, xx.xx.2025-ci il tarixli 80096918 №-li çatdırılma qaiməsinə əsasən 1 ədəd Paltaryuyan Bosch, xx.xx.2025-ci il tarixli 80097384 №-li çatdırılma qaiməsinə əsasən 2 ədəd Paltaryuyan Gorenje, xx.xx.2025-ci il tarixli 80097385 №-li çatdırılma qaiməsinə əsasən 7 ədəd Paltaryuyan Vestel, xx.xx.2025-ci il tarixli 80097392 №-li çatdırılma qaiməsinə əsasən 5 ədəd Paltaryuyan Vestel, xx.xx.2025ci il tarixli 80097393 №-li çatdırılma qaiməsinə əsasən 1 ədəd Paltaryuyan Gorenje, xx.xx.2025-ci il tarixli 80097394 №-li çatdırılma qaiməsinə əsasən 1 ədəd Paltaryuyan Gorenje, xx.xx.2025-ci tarixli 80097525 №-li çatdırılma qaiməsinə əsasən 1 ədəd Paltaryuyan Gorenje, xx.xx.2025-ci tarixli 80097526 №-li çatdırılma qaiməsinə əsasən 1 ədəd Paltaryuyan Gorenje, xx.xx.2025-ci il tarixli 80097527 №-li çatdırılma qaiməsinə əsasən 1 ədəd Paltaryuyan Gorenje, xx.xx.2025-ci il tarixli 80096888 №-li çatdırılma qaiməsinə əsasən 1 ədəd Kondisoner Bosch, xx.xx.2025-ci il tarixli 80097391 №-li çatdırılma qaiməsinə əsasən 2 ədəd Paltaryuyan Gorenje, xx.xx.2025-ci il tarixli 80097523 №-li çatdırılma qaiməsinə əsasən 2 ədəd Paltaryuyan Gorenje iddiaçı tərəfindən cavabdehə çatdırılmışdır.

22. İddiaçı tərəfindən cavabdehə satılmış mallara dair xx.xx.2024-cü il tarixli MT**********05 saylı 233 manat, xx.xx.2025-ci il tarixli MT**********41 saylı 12711,95 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********47 saylı 16033,96 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********82 saylı 875,99 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********90 saylı 692 manat məbləğində e-qaimələr göndərilmişdir.

23. Hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2025-ci il tarixində 197,46 manat ödəniş edilmişdir.

24. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

26. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

27. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

28. 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

29. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

30. 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

31. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

33. Tərəflər arasında bağlanmış xx.xx.2024-ci il tarixli Müqaviləyə əsasən cavabdeh iddiaçının təchiz etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı ELİT.EO-ya sifariş verir; ELİT.EO Malları cavadehin sifarişinə uyğun olaraq razılaşdılmış miqdarda, çeşiddə və keyfiyyətdə cavabdehə təhvil verir, Cavabdeh sifarişə uyğun çatdırılmış malları təhvil alır və malların dəyərini iddiaçıya 30 iş günü ərzində ödəyir. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə ƏDV daxil 30313,91 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh şirkətin EMİS-də e-kabineti mövcüd olsa da, məhkəmə araşdırılması dövründə nə malların təhvil verilməsinə, nə də iddiaçı tərəfindən tələb edilən borcun məbləğinə dair hər hansı etirazını məhkəməyə yazılı və ya məhkəmə iclaslarında iştrak edərək şifahi qaydada bildirməmişdir.

34. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, çatdırıma qaimələri, e-qaimələr və qismən (197 manat) ödəniş ilə təsdiqini tapdığı üçün, iddia tələbinin ƏDV daxil 30313,91 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

35. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya ƏDV daxil 30313,91 manat bоrcun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən ƏDV daxil 30313,91 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

36. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 181 manat dövlət rüsumu ödənilmişdir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 181 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müqavilə üzrə ƏDV daxil 30313,91 manat borc məbləği, dövlət rüsumunun əvəzi olaraq 181 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar