Məhkəmə qərarları › İş №e-2-2(113)-6918/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6918/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6918/2025 19.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 68523,39 manat əsas borc, uçot faiz dərəcəsi üzrə 1598,17 manat əlavə borc, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 302 manat dövlət rüsumu və 325 manat məbləğində ödənilmiş vəkillik xidmət haqqı olmaqla ümumilikdə 70.748,56 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, 97216,24 manat dəymiş zərərin və 382 manat ödənilmiş dövlət rüsumunun, cəmi 97598,24 manat pul məbləğinin cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6918/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Cavabdeh MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. Məhkəmə iclasında nümayəndələri iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:

1. İlkin iddia üzrə Cavabdeh iddia ərizəsi üzrə əsas tələb olan 68523.39 (altmış səkkiz min beş yüz iyirmi üç manat otuz doqquz qəpik) manat pul məbləğinin 45%-ni təşkil edən 30.835,52 (otuz min səkkiz yüz otuz beş manat əlli iki qəpik) manatı, həmçinin həmin məbləğin 5.550,39 ( beş min beş yüz əlli manat otuz doqquz qəpik) manat Əlavə dəyər vergisini (ƏDV) ilkin iddia üzrə İddiaçınə hazırki barışıq sazişi təsdiq olunduqdan sonra 3 (üç) iş günü ərzində sonuncunun hesabına köçürməyi öz öhdəsinə götürür.

2. İddiaçınə əlavə olaraq, 3 (üç) iş günü müddətində 11.233,60 (on bir min iki yüz otuz üç manat altmış qəpik) manat pul məbləği Cavabdeh tərəfindən köçürülür. Qeyd: 2-ci bənddə qeyd edilən məbləğ 9520 manat əsas məbləğ + 1713,60 manat ƏDV olmaqla hesablanmışdır.

3. İddiaçı tərəfindən hazırkı barışıq sazişinin 2-ci və 3-cü bəndləri icra edildikdən sonra 3 (üç) iş günü müddətində 8500 (səkkiz min beş yüz) manat və 600 (altı yüz) ABŞ dolları nağd formada (təhvil-təslim aktı əsasında) Cavabdehnə verilir.

4. Cavabdeh anbarında saxlanılan, siyahısı hazırki barışıq sazişinə əlavə olunan və dəyəri 42918.14 (qırx iki min doqquz yüz on səkkiz manat on dörd qəpik) manat olan kabellər təhvil-təslim aktı əsasında ilkin iddia tələbi üzrə qalıq borcun əvəzi olaraq İddiaçınə verilir.

5. Hazırki barışıq sazişinə əlavə olunan 4 (dörd) ədəd e-qaimə (MT2503 11329682; MT2504 10124686; MT2504 10514891; MT2504 ********) Cavabdeh tərəfindən geri qaytarılır.

6. Tərəflər barışıq sazişi imzalandıqdan sonra İddiaçı iddia tələbindən imtina edir və barışıq sazişində göstərilən hər hansı məsələ ilə bağlı gələcəkdə iddia tələbi ilə məhkəməyə və digər aidiyyəti orqanlara müraciət etməməyi öz öhdəsinə götürür.

7. Tərəflər barışıq sazişi imzalandıqdan sonra Cavabdeh qarşılıqlı iddia tələbindən imtina edir və barışıq sazişində göstərilən hər hansı məsələ ilə bağlı gələcəkdə İddiaçı MMC-yə və ya digər şəxslərə qarşı iddia tələbi ilə məhkəməyə və digər aidiyyəti orqanlara müraciət etməməyi öz öhdəsinə götürür.

8. Tərəflər barışıq sazişini imzaladıqdan sonra Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-6918/2025 saylı mülki iş üzrə tərəflər iddia tələblərindən imtina edir;

9. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişi imzaladıqdan sonra tərəflərin barışıq sazişi əsasında üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmədiyi halda barışıq sazişinin şərtləri tərəflərdən hər hansı biri tərəfindən pozulduğu təqdirdə, tərəfin ərizəsi əsasında bu barışıq sazişi və saziş əsasında qəbul edilmiş məhkəmə qərardadı məcburi icraya yönəldiləcəkdir. 2.1. Tərəflər bu Saziş ilə üzərinə götürdükləri bütün öhdəliklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkət və ya hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini hazırkı Sazişin müvafiq bəndlərində nəzərdə tutulmuş maddi öhdəliklərin icrası ilə yanaşı əlavə olaraq 30000 manat məbləğində kompensasiya ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödəmək öhdəliyini öz üzərinə götürür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməli, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və hazırkı iş üzrə icraata xitam verilsin:

1. İlkin iddia üzrə Cavabdeh iddia ərizəsi üzrə əsas tələb olan 68523.39 (altmış səkkiz min beş yüz iyirmi üç manat otuz doqquz qəpik) manat pul məbləğinin 45%-ni təşkil edən 30.835,52 (otuz min səkkiz yüz otuz beş manat əlli iki qəpik) manatı, həmçinin həmin məbləğin 5.550,39 ( beş min beş yüz əlli manat otuz doqquz qəpik) manat Əlavə dəyər vergisini (ƏDV) ilkin iddia üzrə İddiaçınə hazırki barışıq sazişi təsdiq olunduqdan sonra 3 (üç) iş günü ərzində sonuncunun hesabına köçürməyi öz öhdəsinə götürür.

2. İddiaçınə əlavə olaraq, 3 (üç) iş günü müddətində 11.233,60 (on bir min iki yüz otuz üç manat altmış qəpik) manat pul məbləği Cavabdeh tərəfindən köçürülür. Qeyd: 2-ci bənddə qeyd edilən məbləğ 9520 manat əsas məbləğ + 1713,60 manat ƏDV olmaqla hesablanmışdır.

3. İddiaçı tərəfindən hazırkı barışıq sazişinin 2-ci və 3-cü bəndləri icra edildikdən sonra 3 (üç) iş günü müddətində 8500 (səkkiz min beş yüz) manat və 600 (altı yüz) ABŞ dolları nağd formada (təhvil-təslim aktı əsasında) Cavabdehnə verilir.

4. Cavabdeh anbarında saxlanılan, siyahısı hazırki barışıq sazişinə əlavə olunan və dəyəri 42918.14 (qırx iki min doqquz yüz on səkkiz manat on dörd qəpik) manat olan kabellər təhvil-təslim aktı əsasında ilkin iddia tələbi üzrə qalıq borcun əvəzi olaraq İddiaçınə verilir.

5. Hazırki barışıq sazişinə əlavə olunan 4 (dörd) ədəd e-qaimə (MT2503 11329682; MT2504 10124686; MT2504 10514891; MT2504 ********) Cavabdeh tərəfindən geri qaytarılır.

6. Tərəflər barışıq sazişi imzalandıqdan sonra İddiaçı iddia tələbindən imtina edir və barışıq sazişində göstərilən hər hansı məsələ ilə bağlı gələcəkdə iddia tələbi ilə məhkəməyə və digər aidiyyəti orqanlara müraciət etməməyi öz öhdəsinə götürür.

7. Tərəflər barışıq sazişi imzalandıqdan sonra Cavabdeh qarşılıqlı iddia tələbindən imtina edir və barışıq sazişində göstərilən hər hansı məsələ ilə bağlı gələcəkdə İddiaçı MMC-yə və ya digər şəxslərə qarşı iddia tələbi ilə məhkəməyə və digər aidiyyəti orqanlara müraciət etməməyi öz öhdəsinə götürür.

8. Tərəflər barışıq sazişini imzaladıqdan sonra Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-6918/2025 saylı mülki iş üzrə tərəflər iddia tələblərindən imtina edir;

9. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişi imzaladıqdan sonra tərəflərin barışıq sazişi əsasında üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmədiyi halda barışıq sazişinin şərtləri tərəflərdən hər hansı biri tərəfindən pozulduğu təqdirdə, tərəfin ərizəsi əsasında bu barışıq sazişi və saziş əsasında qəbul edilmiş məhkəmə qərardadı məcburi icraya yönəldiləcəkdir. 2.1. Tərəflər bu Saziş ilə üzərinə götürdükləri bütün öhdəliklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkət və ya hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini hazırkı Sazişin müvafiq bəndlərində nəzərdə tutulmuş maddi öhdəliklərin icrası ilə yanaşı əlavə olaraq 30000 manat məbləğində kompensasiya ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödəmək öhdəliyini öz üzərinə götürür. Çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Tərəflərə izah olunur ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar