Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6923/2024 06.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “pul” tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh QSC tərəfindən xx.xx.2024-cü il tarixli, 0801-AZC\24 saylı və xx.xx.2022-ci il tarixli 0110- AZC/10-22 saylı müqavilələr üzrə ƏDV daxil olmaqla 276146,77 manat, cərimə qismində 64584,00 manat, ödənilmiş dövlət rüsumu 631 manat olmaqla ümumilikdə 341361,77 manat məbləğində pulun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: Kommersiya mübahisələrinə dair iş üzrə İddiaçı MMC-nin (VÖEN: **********) adından direktor və qanuni təmsilçi Nümayəndə və həmin iş üzrə Cavabdeh QSC-nin (VÖEN: **********) adından direktor və qanuni təmsilçi X1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47 və 52.3-cü maddələrinin tələblərinə istinadən kommersiya mübahisələrinə dair işi və aralarında olan mülki-hüquqi mübahisəni bütövlükdə barışıqla qurtarmaq məqsədi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin tələblərinə müvafiq aşağıdakı sərtlər daxilində bu Müqaviləni bağlayır: 1) İddiaçı MMC-nin (VÖEN:**********) adından direktor və qanuni təmsilçi Nümayəndə öhdəsinə götürür: Cavabdeh QSC-nin (VÖEN:**********) adından direktor və qanuni təmsilçi X1 ilə əldə olunmuş razılığa əsasən xx.xx.2024-cü il tarixli, 0801-AZCY24 saylı və xx.xx.2022-ci il tarixli, 0110-AZC/10-22 saylı müqavilələr üzrə ƏDV daxil olmaqla qeyd olunan 276146,77 manat borcu hissəli, yəni ümumi məbləğin ilkin ƏDV-siz 60000 (altımış min) manatını xx.xx.2024-cü il tarixə kimi, digər ƏDV-siz 60000 (altımış min) manatını xx.xx.2024-cü il tarixə kimi, qalan qalıq borcu isə 2024-cü ilin dekabr ayının sonuna kimi ödəməyi öhdəsinə götürdüyündən, “Barışıq Razılaşması” bağlamaqla qarşılıqlı kompromisə gəldikləri üçün, İddiaçı MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə razılaşmanın şərtlərinə uyğun barışığı qəbul edir və Bakı Kommersiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(113)-647/2024-cü il nömrəli müvəqqəti təminat tədbiri ilə bağlı qərarının icrasından imtina edir. 2) Cavabdeh QSC-nin (VÖEN:**********) adından direktor və qanuni təmsilçi X1 öhdəsinə götürür: İddiaçı MMC-nin (VÖEN: **********) adından direktor və qanuni təmsilçi Nümayəndə Cavabdeh QSC-nin adından direktor və qanuni təmsilçi X1 tərəfindən cavabdehin hissəhissə olmaqla ödəməyi öhdəsinə götürdüyü xx.xx.2024-cü il tarixli, 0801-AZC\24 saylı və xx.xx.2022-ci il tarixli 0110-AZC/10- 22 saylı müqavilələr üzrə ƏDV daxil olmaqla 276146,77 manat borcun ilkin ƏDV-siz 60000 (altmış min) manat məbləğini xx.xx.2024-cü il tarixə kimi, digər ƏDV-siz 60000 (altmış min) manat məbləğini xx.xx.2024-cü il tarixə kimi, qalan qalıq borcu isə 2024-cü ilin dekabr ayının sonuna kimi ödəməsinə etirazı yoxdur. 3) Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, “Barışıq Razılaşması”nın şərtlərini icra etmədikdə bir-birilərinə qarşı maddi məsuliyyət daşıyacaqlar və e-2-2(113)-199/2023 nömrəli qətnamə icrası üçün müvafiq icra orqanına göndəriləcək. 4) Tərəflərə aydındır ki, hazırkı işi “Barışıq Razılaşması” ilə başa çatdırdıqları üçün gələcəkdə bir-birinə qarşı eyni məzmunlu iddia ilə məhkəməyə müraciət edə bilməzlər və “Barışıq Razılaşmanın” şərtləri onlar üçün məcburidir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasında imzalanmış barışıq sazişini təsdiq etdiyini qeyd etmişdir. Qeyd olunan barışıq sazişini təsdiq edilməsini və iş üzrə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasında imzalanmış barışıq sazişini təsdiq edilərək icraata xitam verilməsini və təyin edilmiş məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: Kommersiya mübahisələrinə dair iş üzrə İddiaçı MMC-nin (VÖEN: **********) adından direktor və qanuni təmsilçi Nümayəndə və həmin iş üzrə Cavabdeh QSC-nin (VÖEN: **********) adından direktor və qanuni təmsilçi X1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47 və 52.3-cü maddələrinin tələblərinə istinadən kommersiya mübahisələrinə dair işi və aralarında olan mülki-hüquqi mübahisəni bütövlükdə barışıqla qurtarmaq məqsədi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin tələblərinə müvafiq aşağıdakı sərtlər daxilində bu Müqaviləni bağlayır: 1)İddiaçı MMC-nin (VÖEN:**********) adından direktor və qanuni təmsilçi Nümayəndə öhdəsinə götürür: Cavabdeh QSC-nin (VÖEN:**********) adından direktor və qanuni təmsilçi X1 ilə əldə olunmuş razılığa əsasən xx.xx.2024-cü il tarixli, 0801-AZCY24 saylı və xx.xx.2022-ci il tarixli, 0110-AZC/10-22 saylı müqavilələr üzrə ƏDV daxil olmaqla qeyd olunan 276146,77 manat borcu hissəli, yəni ümumi məbləğin ilkin ƏDV-siz 60000 (altımış min) manatını xx.xx.2024-cü il tarixə kimi, digər ƏDV-siz 60000 (altımış min) manatını xx.xx.2024-cü il tarixə kimi, qalan qalıq borcu isə 2024-cü ilin dekabr ayının sonuna kimi ödəməyi öhdəsinə götürdüyündən, “Barışıq Razılaşması” bağlamaqla qarşılıqlı kompromisə gəldikləri üçün, İddiaçı MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə razılaşmanın şərtlərinə uyğun barışığı qəbul edir və Bakı Kommersiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(113)-647/2024-cü il nömrəli müvəqqəti təminat tədbiri ilə bağlı qərarının icrasından imtina edir. 2) Cavabdeh QSC-nin (VÖEN:**********) adından direktor və qanuni təmsilçi X1 öhdəsinə götürür: İddiaçı MMC-nin (VÖEN: **********) adından direktor və qanuni təmsilçi Nümayəndə Cavabdeh QSC-nin adından direktor və qanuni təmsilçi X1 tərəfindən cavabdehin hissəhissə olmaqla ödəməyi öhdəsinə götürdüyü xx.xx.2024-cü il tarixli, 0801-AZC\24 saylı və xx.xx.2022-ci il tarixli 0110-AZC/10- 22 saylı müqavilələr üzrə ƏDV daxil olmaqla 276146,77 manat borcun ilkin ƏDV-siz 60000 (altmış min) manat məbləğini xx.xx.2024-cü il tarixə kimi, digər ƏDV-siz 60000 (altmış min) manat məbləğini xx.xx.2024-cü il tarixə kimi, qalan qalıq borcu isə 2024-cü ilin dekabr ayının sonuna kimi ödəməsinə etirazı yoxdur. 3) Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, “Barışıq Razılaşması”nın şərtlərini icra etmədikdə bir-birilərinə qarşı maddi məsuliyyət daşıyacaqlar və e-2-2(113)-199/2023 nömrəli qətnamə icrası üçün müvafiq icra orqanına göndəriləcək. 4) Tərəflərə aydındır ki, hazırkı işi “Barışıq Razılaşması” ilə başa çatdırdıqları üçün gələcəkdə bir-birinə qarşı eyni məzmunlu iddia ilə məhkəməyə müraciət edə bilməzlər və “Barışıq Razılaşmanın” şərtləri onlar üçün məcburidir. İddiaçı Cavabdeh QSC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-6923/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6923/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver