Məhkəmə qərarları › İş №e-2-2(113)-693/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-693/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-693/2025 07.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pu tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdehnə (Cavabdeh PHŞ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə “Bakı X1 Təmir-Quraşdırma və Sazlama İdarəsi” arasında bağlanmış 09 mart 2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 saylı alqı-satqı müqaviləsinə əsasən yaramış 2304,12 manat (iki min üç yüz dörd manat on iki qəpik) əsas borc, 1000 manat cərimə, 54 manat dövlət rüsumunun sözügedən idarəni yaratmış və onun öhdəlikləri üçün məsuliyyət daşıyan cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar cavabdeh tərəfindən yaradılan və onun tabeliyində fəaliyyət göstərən “Bakı X1 Təmir-Quraşdırma və Sazlama İdarəsi” ilə iddiaçı arasında 09 mart 2021-ci il tarixində 004-BİEATQSİ-CEC/21 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (əlavə 1 əlavə 2 və sair) göstərilmiş malları alıcıya satmağı və alıcı isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Sözügedən müqaviləyə və həmin müqavilənin xx.xx.2024-cü il tarixli, 30 saylı və xx.xx.2024-cü il tarixli, 31 saylı əlavələrinə əsasən “Bakı X1 Təmir-Quraşdırma və Sazlama İdarəsi”nin Cəmiyyətə sözügedən müqavilə üzrə bugünə 2304,12 manat (iki min üç yüz dörd manat on iki qəpik) məbləğində (ƏDV daxil) yaranmışdır. Bildirilir ki, iddia ərizəsində cavabdeh qismində (Cavabdeh PHŞ-ı qeyd etməyin səbəbi “Bakı X1 Təmir- Quraşdırma və Sazlama İdarəsi”nin Cavabdeh tərəfindən yaradılması və onun tabeliyində fəaliyyət göstərməsi olmuşdur, yəni borclu idarənin məsuliyyəti “X6 Xidmətinin” üzərinə düşür. Bu əsasla hazırkı borc məbləği üzrə hazırkı Cavabdehlik daşıyır. Sözügedən borcun ödənilməsi ilə bağlı 30 və 31 saylı əlavələr üzrə hesab-fakturalar qarşı tərəfə təqdim edilmişdir. Alqı-satqı müqaviləsinin 2.6-cı maddəsinə əsasən alıcı sifarişin əlavədə göstərilmiş dəyərinin 100%-i satıcıya Qiymətlərin razılaşdırılması protokoluna imza etdikdən 3 iş günü ərzində köçürmə yolu ilə ödəməldir. Lakin cavabdeh qeyd olunan əlavələr üzrə yaranmış 2304,12 manat (iki min üç yüz dörd manat on iki qəpik) məbləğindəki qalıq borcunu bugünkü günə qədər ödəməmişdir. Beləliklə, cavabdehin bu müqavilə üzrə əsas borcu toplamda 2304,12 manat (iki min üç yüz dörd manat on iki qəpik) (ƏDV daxil) təşkil edir. Bundan əlavə, 09 mart 2021-cüil tarixli müqavilənin 4.1.3-cü maddəsinə əsasən əgər sifariş olunmuş malların təhvilə hazır olması haqqında alıcıya məlumat verildikdən sonra həmin mallar üzrə ödəniş alıcı hər ləngimə günü üçün ödəniləcək məbləğin 0.1 %-i həcmində cərimə ödəyəcək. Bu əsasla cavabdehin müəssisəyə əlavə olaraq 1000 manat cərimə borcu da yaranmışdır. Borclu hüquqi şəxsin öz borcunu ödəməsi üçün xx.xx.2024-cü il tarixli pretenziya məktubu da elektron kargüzarlıq qaydasında göndərilmişdir. O da qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin hər ikisinin üzərinə düşən icra hərəkətləri olub. İddiaçının həmin hərəkətləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir və yaranmış borcu qəsdən ödəmir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.1, 54.2, 54.4, 425.1, 427.3, 427.4, 441.1, 441.4, 448.2-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək, İddiaçı ASC ilə “Bakı X1 Təmir-Quraşdırma və Sazlama İdarəsi” arasında 09 mart 2021-ci il tarixində bağlanmış 004-BİEATQSİ-CEC/21 saylı alqı-satqı müqaviləsinə əsasən yaramış 3052,99 manat (üç min əlli iki manat doxsan doqquz qəpik) əsas borc, 700 manat cərimə məbləği, 61 manat dövlət rüsumu və 320 manat vəkil xərcinin sözügedən idarəni yaratmış və onun öhdəlikləri üçün məsuliyyət daşıyan Cavabdehndən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

6. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı ASC ilə alıcı qismində “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” arasında xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2) göstərilmiş, bundan sonra əlavə, malları alıcıya satmağı və alıcı isə öz növbəsində mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən malların adı, ölçüsü, kəmiyyəti, çatdırılma şərtləri və qiymətləri əlavələrdə göstərilib. X4 hər iki tərəfin imzaladığı təhvil-təslim aktına uyğun olaraq həyata keçiriləcək. Əlavələr hər iki tərəfdən imzalandıqdan sonra qüvvəyə minəcək və müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən satıcı sifarişi qəbul etdikdən sonra alıcıya onun istəyindən asılı olaraq bir və ya bir neçə variantda malların ölçüsünü, çatdırılma müddətini və qiymətlərini əks etdirən təkliflərini göndərir. Həmin müqavilənin 2.6-cı maddəsinə əsasən alıcı sifarişin əlavədə göstərilmiş dəyərinin 100%-i satıcıya qiymətlərin razılaşdırılması protokoluna imza etdikdən 3 iş günü ərzində köçürmə yolu ilə ödəməlidir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən satıcının alıcını istifadəyə uyğun mallarla təmin etmək, malları alıcıya müqavilə üzrə müəyyən edilmiş keyfiyyətə və standartlara uyğun və tamamlanmış formada təqdim etmək vəzifəsi vardır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən alıcının təqdim edilmiş malları qəbul etmək, müqaviləyə əsasən vaxtında ödəniş etmək, sifariş olunmuş malların təhvilə hazır olması haqqında alıcıya məlumat verildikdən sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, alıcının hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0,1%-i həcmində cərimə ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilə hər iki tərəfdən imzalandığı gündən 1 il müddətinə etibarlıdır. Müqavilənin müddəti bitdikdən sonra tərəflərdən biri müqaviləyə xitam vermək üçün təşəbbüs göstərməzsə, müqavilə eyni müddətə uzanmış sayılır.

9. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2021-ci il tarixli, 01 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 1651,89 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2021-ci il tarixli, 02 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 121,01 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2021-ci il tarixli, 03 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 1156,49 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2021-ci il tarixli, 04 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 2289,99 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2021-ci il tarixli, 05 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 597,23 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2021-ci il tarixli, 06 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 2230,01 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2021-ci il tarixli, 07 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 480 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2021-ci il tarixli, 08 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 719,99 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

17. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2021-ci il tarixli, 09 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 1572,92 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

18. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2022-ci il tarixli, 16 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 1740,09 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

19. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2022-ci il tarixli, 17 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 150 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

20. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2022-ci il tarixli, 18 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 330,01 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

21. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2022-ci il tarixli, 19 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 220,99 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

22. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2022-ci il tarixli, 20 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 280 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

23. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2022-ci il tarixli, 21 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 560 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

24. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2022-ci il tarixli, 22 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 2270 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

25. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2022-ci il tarixli, 23 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 1440,02 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

26. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2022-ci il tarixli, 24 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 1823,57 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

27. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2023-cü il tarixli, 25 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 1280 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

28. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2023-cü il tarixli, 26 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 3145 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

29. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2023-cü il tarixli, 27 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 130 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

30. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2023-cü il tarixli, 28 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 1979,99 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

31. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2023-cü il tarixli, 29 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 3012 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

32. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2024-cü il tarixli, 30 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 2035 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

33. xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə əlavə olan xx.xx.2024-cü il tarixli, 31 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında aktdan məlum olur ki, ümumi dəyəri ƏDV daxil 1017,99 manat olan aktda adıçəkilən məhsullar İddiaçı ASC tərəfindən təhvil verilmiş, alıcı “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” ASC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

34. xx.xx.2024-cü il tarixli, EBDW seriyalı, 853022 sömrəli elektron qaimədən məlum olur ki, İddiaçı ASC tərəfindən “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi”nə yola salınmış malların, gösrülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 2035 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə 30 saylı əlavə qeyd edilmişdir.

35. xx.xx.2024-cü il tarixli, EBDW seriyalı, 853095 sömrəli elektron qaimədən məlum olur ki, İddiaçı ASC tərəfindən “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi”nə yola salınmış malların, gösrülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 1017,99 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 nömrəli müqaviləyə 31 saylı əlavə qeyd edilmişdir.

36. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ƏDV Sub-Uçot hesabından çıxarışdan məlum olur ki, “X1 Təmir Quraşdırma-Sazlama İdarəsi” tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı ASC-nin bank hesabına 349,32 manat və 176,41 manat vəsait, xx.xx.2021-ci il tarixdə 387,46 manat, xx.xx.2021-ci il tarixdə 58,09 manat, xx.xx.2021-ci il tarixdə 532,82 manat, xx.xx.2022-ci il tarixdə 99,3 manat, xx.xx.2021-ci il tarixdə 523,22 manat, xx.xx.2023-cü il tarixdə 801,61 manat və 195,25 manat, xx.xx.2022ci il tarixdə 1254,44 manat, xx.xx.2021-ci il tarixdə 361,53 manat, xx.xx.2022-ci il tarixdə 50,34 manat, xx.xx.2022-ci il tarixdı 651,35 manat, xx.xx.2023-cü il tarixdə 22,91 manat və 436,55 manat, xx.xx.2022-ci il tarixdə 30,85 manat, 23,64 manat və 265,44 manat köçürülmüşdür.

37. İddiaçı tərəfindən iş materiallarına X2 uyğun hesab-fakturalar əlavə edilmişdir.

38. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 092/CEC/24 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2021-cü il tarixli, 004-BİEATQSİ-CEC/21 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri ƏDV daxil olmaqla 43832,25 manat dəyərində mal satılmışdır. Borclu ilə İddiaçı ASC arasında olan 37145,97 manat məbləğindəki əsas, 6686,28 manat məbləğindəki ƏDV məbləği üzrə olan maliyyə dövriyyəsi üzrə borclu tərəfindən 34554,42 manat məbləğində əsas, 6220,53 manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir. Maliyyə arayışının tərtib edildiyi günə borclunun ümumi olaraq 2590,93 manat məbləğində əsas, 466,37 manat məbləğində ƏDV olmaqla, ümumilikdə 3057,3 manat məbləğində yekun borcu yaranmışdır.

39. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, borcun 5 (beş) təqvim günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

42. İşin faktiki hallarından göründüyü kimi, “Bakı X1 Təmir-Quraşdırma və Sazlama İdarəsi” ilə iddiaçı arasında 09 mart 2021-ci il tarixli, 004-BİEATQSİ-CEC/21 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2) göstərilmiş, bundan sonra əlavə, malları alıcıya satmağı və alıcı isə öz növbəsində mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə satıcı üzərinə götürdüyü öhdəlikləri icra etsə də, alıcı öhdəliklərini lazımi qaydada icra etməmişdir. İddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, alıcı qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmiş, qalıq borcu yaranmışdır. Həmçinin alıcı idarə statusunda olduğundan, hüquqi şəxs statusuna malik olmadığından iddiaçı onun öhdəlikləri üzrə məsuliyyət daşıyan hazırkı cavabdehə qarçı tələb irəli sürməkdə haqlı olmuşdur.

43. İddia tələbinin bir hissəsini cavabdehdən 09 mart 2021-ci il tarixində 004- BİEATQSİ-CEC/21 saylı alqı-satqı müqaviləsinə əsasən yaramış 3052,99 manat əsas borcun tutulması təşkil edir.

44. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və cavabdehdən 3052,99 manat (üç min əlli iki manat doxsan doqquz qəpik) əsas borc pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu ilə bağlı məhkəməyə 2 elektron qaimə və 30 və 31 nömrəli “Qiymətlərin Razılaşdırılması və X4” haqqında 2 akt təqdim edilmişdir ki, həmin məbləğlərin cəmi 3052,99 (1017,99+2035=3052,99) manat təşkil edir.

45. Bundan əlavə, iddiaçı cavabdehdən 700 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.

46. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərin nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 150 (yüz əlli) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

47. Eləcə də, iddiaçı 61 manat dövlət rüsumunun və 320 manat vəkil xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

48. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumununa görə 49,1 manat (qırx doqquz manat on qəpik) və 320 (üç yüz iyirmi) manat hüquqi yardım xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3052,99 manat (üç min əlli iki manat doxsan doqquz qəpik) əsas borc, 150 (yüz əlli) manat cərimə, 320 (üç yüz iyirmi) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumununa görə 49,1 manat (qırx doqquz manat on qəpik) olmaqla, cəmi 3572,09 manat (üç min beş yüz yetmiş iki manat doqquz qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar