Məhkəmə qərarları › İş №e-2-2(113)-6933/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6933/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6933/2022 21.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və X1 qızının katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 qarşı lizinq müqaviləsinin ləğvi, pul və lizinq obyektlərinin geri qaytarılması tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021 tarixli, LM№5xx-xx-2021 saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2021 tarixli LM№5xx-xx-2021-01 saylı, xx.xx.2021 tarixli LM№5xx-xx-2021-02 saylı, xx.xx.2021 tarixli LM№5xx-xx-2021-03 saylı və xx.xx.2021 tarixli LM№511-09- 2021-04 saylı əlavələr ləğv edilməsini, lizinq müqavilələri üzrə iddia verilən tarixə ilkin ödəniş üzrə 136088 manat borc, gecikmə cərimələri üzrə 8774,18 manat borcun, faiz üzrə 21630,43 manat borc, əsas borc üzrə 40087,11 manat, cəmi 206579,72 manat məbləğində borcun Cavabdeh1 MMC-dən, Cavabdeh3 MMC-dən, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulmasını, SEM 512 vərdənənin, CAT 320 GC 07D tırtıllı ekskavatorun, CAT 326 07B tırtıllı ekskavatorun, CAT 330 GC07C tırtıllı ekskavatorun, CAT 326 07B tırtıllı ekskavatorun, HOWO ZZ3327N3847E özüboşaldan yük avtomobilinin, HOWO ZZ3327N3847E özüboşaldan yük avtomobilinin, HOWO ZZ3327N3847E özüboşaldan yük avtomobilinin, HOWO ZZ3327N3847E özüboşaldan yük avtomobilinin “X2" MMC tərəfindən "xxxx" QSC-yə işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Azərbaycan Respublikası MPM-nin: 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. 150.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1.4 və 152.1.6-ci maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən pretenziya, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlər Cavabdeh2 (VÖEN: **********) Cavabdeh3 MMC-yə (VÖEN:**********) və Cavabdeh4 (VÖEN:**********) Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmamış, həmçinin Cavabdeh1 MMC-yə pretenziya məktubu çatdırılsa da, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər çatdırılmamışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 qarşı lizinq müqaviləsinin ləğvi, pul və lizinq obyektlərinin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 497 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbz geri qaytarılsın. İddiaçı "xxxx" QSC-yə izah edilsin ki, pretenziya, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehlərə Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmasını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar