Məhkəmə qərarları › İş №e-2-2(113)-6935/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6935/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6935/2024 24.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, mal göndərmə müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 874,53 manat borc və 30 manat dövlət rüsumu olmaqla, ümumillikdə 904,53 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC İddiaçı ASC arasında xx.xx.2023-ci il tarixli NSV-0002 saylı alqı-satqı müqaviləsi bağlanmışdır (müvafiq müqavilənin surəti sənədə əlavə olunur). Həmin müqavilənin 1.1-ci bəndinə əsasən,“ Satıcı” “Alıcı” nın sifarişi əsasında “Mallar”ı Alıcıya satır. ”Alıcı” isə malların dəyərini bu müqaviləyə uyğun şərtlərlə “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd olunan edilən alqı-satqı müqaviləsinə əsasən, tərəfindən cavabdehin sifarişləri üzrə ona aşağıdakı məbləğlərdə elektron-qaimələr üzrə mallar satılmışdır: 1. EBDE 526256 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 119,05 AZN; 2. EBDE 526258 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 568,92 AZN 3. EBDF 668882 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 122,47 AZN 4. EBDF 869785 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 134,40 AZN 5. EBDG 515342 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 306,56 AZN 6. EBDİ 184476 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1318,03 AZN 7. EBDK 719602 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 104,40 AZN 8. EBDK 719604 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 660,60 AZN 9. EBDM 095292 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 65,40 AZN. Beləliklə, Cəmiyyət tərəfindən “FRUİT SHOP MMC“-yə ümumilikdə 3399,84 AZN dəyərində mal satılmışdır. Cavabdeh tərəfindən Cəmiyyətin balansına aşağıdakı bank çıxarışlarına uyğun olaraq ödəniş həyata keçirilmişdir. 1. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 86,79 AZN

2. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 482,13 AZN 3. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 578,38 AZN 4. xx.xx.2023 cü il tarixli ödəniş tapşırığına əsasən 104,11 AZN 5. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 200,00 AZN 6. xx.xx.2023cü il tarixli ödəniş tapşırığına əsasən 100,77 AZN 7. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 359,83 AZN 8. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 300,00 AZN 9. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 201,06 AZN Ümumilikdə cavabdeh tərəfindən 2525,31 AZN ödəniş həyata keçirilmişdir. Beləliklə, tərəflər arasındakı alqı-satqı əməliyyatları üzrə Cavabdeh MMC-nin Cəmiyyətə 874,53 AZN borcu qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.2-ci maddələrinə istinad olunmuşdur. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar: İş materiallarında olan: İddiaçı ASC “Satıcı”, Cavabdeh MMC “Alıcı” olmaqla tərəflər arasında xx.xx.2024cü il tarixli NSV-0002 nömrəli “alqı-satqı” müqaviləsi imzalanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”nın sifarişi əsasında “Mallar”ı (bundan sonra “Mallar” adlandırılacaq) “Alıcı’ya satır, “Alıcı" isə “Mallar”ın dəyərini bu Müqaviləyə uyğun şərtlərlə “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən təchiz olunmuş “Mallar”la aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə “Tərəflər”in hər birinin tələbi ilə “üzləşmə aktı” tərtib oluna bilər. Müqavilənin 2.1-ci bəndinə əsasən “Mallar” “Alıcı”nın yazılı və ya şifahi sifarişlərinə (Satış təmsilçiləri vasitəsilə) əsasən və “Satıcı" tərəfdən təsdiq edildikdən sonra təchiz edilir. “Alıcı” “Mallar”ı tələb olunan çeşid və miqdarda ən azı 3 (üç) iş günü müddətində qabaqcadan “Satıcı”ya yazılı, elektron formada və ya “Satış Təmsilçisi” vasitəsilə şifahi sifariş edir. Sifariş olunan Mallar mövcüd olmadıqda, “Satıcı” belə sifarişdən imtina edə, yaxud da “Alıcı” ilə razılaşdırılmış şərtlərlə “Mallar”ın çatdırılma müddətini uzada bilər. "Tərəflər” razılaşır və qəbul edirlər ki, sifariş yalnız “Satıcı” tərəfindən təsdiq edildikdən sonra “Satıcı”nın “Mallar”ı satmaq və təhvil vermək öhdəliyi yaranır. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri maliyyə-mühasibatlıq sənədləri (təhvil-təslim aktları və ya yol qaimələri və ya qaiməfakturalar və ya elektron qaimə-fakturalar və ya tərəflər arasında bağlanmış aktlar və ya üzləşmə aktları) əsasında müəyyən edilir. Bu müqavilənin həcmi, verilmiş malların sayı, miqdarı və qiymətləri göstərilmiş qaimə-fakturalarda və ya yol qaimələri ilə təhvil-təslim aktları və ya hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmiş üzləşmə aktlarına əsasın müəyyən olunur. EBDK seriyalı 719602 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 104,40 manat, EBDİ seriyalı 184476 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1318,03 manat, EBDM seriyalı 095292 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 65,40 manat, EBDK seriyalı 719604 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 660,60 manat, EBDK seriyalı 719604 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 660,60 manat, EBDG seriyalı 515342 nömrəli, xx.xx.2023cü il tarixli elektron qaiməyə əsasən 306,56 manat, EBDF seriyalı 869785 nömrəli, xx.xx.2023-cü il tarixlielektron qaiməyə əsasən 134,40 manat, EBDF seriyalı 668882 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 122,47 manat, EBDE seriyalı 526258 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 568,92 manat, EBDE seriyalı 526256 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 119,05 manat dəyərində müxtəlif çeşidli malların dəyəri İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 21 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Bu müqaviləyə əsasən cavabdehin 874,53 AZN borcu var. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər borclu FRUİT SHOP MMC tərəfindən qeyd olunan məbləğdəki borc ödənilməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh MMC-nin ümumilikdə 874,53 manat borcu mövcuddur. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 30 manat dövlət rüsumu ödəmişdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.

Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimələrlə) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini, 874,53 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının satdığı malların pulunu tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 874,53 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia təmin edilsin. Cavabdeh MMC-dən 874 (səkkiz yüz yetmiş dörd) manat 53 (əlli üç) qəpik əsas borc, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar