Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6939/2025 23.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dövlət rüsumu ) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Olympus Fibrobeton MMC-dən 4601 manat borc pulun və 66,01 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC – yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Olympus Fibrobeton MMCilə İddiaçı MMC arasında K 2022-0244 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh İddiaçı MMC-dən müqavilənin əlavələrində göstərilən materialları qəbul etməyi və onun əvəzində X2ni müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə iddiaçıya odəməyi öhdəsinə götürmüşdür. Belə ki, hal-hazırda müqavilə üzrə satılmışmalların dəyəri olaraq 4601 manat pul Olympus Fibrobeton MMC tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. Bununla əlaqədar olaraq cavabdehə xx.xx.2025-ci il tarixli Pretenziya məktubu ünvanlanmış, lakin nəticəsiz qalaraq İddiaçı MMC-ə heç bir ödəniş edilməmişdir. Beləliklə,cavabdehin müqavilə üzrə İddiaçı MMC – yə ümumilikdə 4601 manat məbləğində borcunun olmasımüəyyən edilmişdir.Bu günə kimi cavabdeh tərəfindən İddiaçı MMC – yə heç bir ödəniş edilməmişdir.Əlavə olaraq bildirmək istəyirik ki, tərəflər arasında müqavilə bir dəfə bağlansa da alqı – satqımünasibətləri davam etmişdir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: -284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. -Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış K2022-0244 nömrəli, xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinə əsasən:
5. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən Satıcı hazırki Müqavilənin Əlavələrində göstərilən materialları (bundan sonra "Mar'adlandırılacaq) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin Malı qəbul etməyi və onun əvəzində X2ni Müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə Satıcı-ya ödəməyi öhdəsinə götürür.
6. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən satılan mal/malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan X1 vəya Satıcı tərəfdən verilən qiymət cədvəlində müəyyən edilir.
7. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı, üçüncü tərəflərin razılığı tələb olunmadan bu Müqaviləni bağlamaq hüquq və səlahiyyətlərinə malikdir, əgər bu cür razılıq tələb olunarsa, belə razılıq qanunvericilik ilə nəzərdə tutulmuş qaydada əldə edilir.
8. Müqavilənin 2.2-ci bəndinə əsasən satıcı bu müqavilə imzalandığı tarixdən etibarən razılaşdırılmış vaxt, çeşid və miqdarda keyfiyyətli malı Alıcının səlahiyyətləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş nümayəndəsinə təhvil verir.
9. Müqavilənin 2.3-cü bəndinə əsasən mal/mallar və ya Satıcı-nın ona olan hüquqları satın alınmamış, ona girov qoyulmamış, müsadirə olunmamış yaxud ona başqa cür yüklü edilməmiş və o, aparılan və ya gözlənilən heç bir məhkəmə işinin, hər hansı girov və ya istisna (müsadirənin) predmeti deyildir. Satıcı-nın mal/mallara olan hüquqları Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla yaranmış və onun şərtləri bu müqavilənin bağlanmasına və yerinə yetirilməsinə zidd olmamalıdır.
10. Müqavilənin 2.4-cü bəndinə əsasən satıcı satışa təklif edilən mal/mallar haqqında Alıcı-ya qanunvericilikdə müəyyənləşdirilmiş və ticarətdə adətən irəli sürülən tələblərə uyğun olan zəruri və düzgün informasiya verməyə borcludur.
11. Müqavilənin 2.5-ci bəndinə əsasən satıcı mal/mallar üçün ödənilməli olan vergilər, rüsumlar və başqa ödənişlər formasında heç bir borcu olmadığı barədə məsuliyyəti öz üzərinə götürür.
12. Müqavilənin 2.6-ci bəndinə əsasən satıcı mal/malların keyfiyyətinin qanunvericiliklə müəyyən olunmuş və aidiyyatı qurumların təsdiq və tətbiq edilən norma və standartlarına uyğun olmasını təmin etməlidir.
13. Müqavilənin 2.7-ci bəndinə əsasən satıcı bu müqaviləyə əsasən razılaşdırılmış çeşiddə və miqdarda mal/malları anbarındaki mal səviyəsinə və Alıcı-ya verilən limitlər daxilində qarşılamağa çalışacaqdır.
14. Müqavilənin 2.8-ci bəndinə əsasən satıcı, Alıcı-nın tələbi olarsa sifariş olunan mal/malları paletlərdə göndərə bilər. Satıcı paletlər özünə qaytarıldığı zaman çıxılmaq şərti ilə Alıcı-nın hesabına depozit məbləği yaza bilər.
15. Müqavilənin 2.9-cu bəndinə əsasən satıcı bu Müqavilənin 5.3 - cü maddəsində göstərilən müddətdə Alıcı tərəfindən ödəniş edilmədiyi təqdirdə, 90 (doxsan) gün ərzində qanunvericiliklə müəyyən olunmuş formada Azərbaycan Respublikası məhkəmələrinə müraciət etmək hüququ vardır.
16. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı Azərbaycan Respublikasının mövcud qanun və qaydalarına riayət etməlidir. Müqavilənin icrası və ya yerinə yetirilməsi zamanı mövcud qanun və qaydalarının pozulmasından yaranan və satıcıya dəyə biləcək zərərə görə satıcı qarşısında məsuliyyət daşıyır.
17. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı, üçüncü tərəflərin razılığı tələb olunmadan bu Müqaviləni bağlamaq hüquq və səlahiyyətlərinə malikdir, əgər bu cür razılıq tələb olunarsa, belə razılıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə edilməlidir.
18. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı aldığı mal/malların qiymətini Satıcı ilə razılaşdırılan və bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəməlidir.
19. Müqavilənin 3.4-cü bəndinə əsasən alıcı mal/malların öz səlahiyyətli nümayəndəsi tərəfindən qəbul olunmasını təmin etməli və bu şəxsin məlumatlarını satıcının tələb etdiyi formada satıcıya verməlidir.
20. Müqavilənin 3.5-ci bəndinə əsasən alıcı mal/malları təhvil aldığı andan 14 (on dörd) gün ərzində aldığı mal/malları başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirmək və geri qaytarmaq hüququna malikdir. Bu şərtlə ki həmin malların fiziki və tekniki xüsusiyyəti zərər görməmiş və dəyişməmiş olmalıdır.
21. Müqavilənin 3.6-cı bəndinə əsasən almış olduğu malın keyfiyyəti lazimi səviyyədə olmadıqda Alıcı, öz seçiminə əsasən, mal/malların dəyişdirilməsini tələb edə bilər vəya mal/malların nöqsanlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin ödənilməsini Satıcı-dan tələb edə bilər.Bu halda Alıcı çəkdiyi xərcləri sübut etməlidir.
22. Müqavilənin 3.7-ci bəndinə əsasən bu müqavilə bağlanıldığı anda Alıcı-nııı mal/malları gözdən keçirmək, öz yanında mal/malların xassələrinin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasını tələb etmək hüququ vardır.
23. Müqavilənin 3.8-ci bəndinə əsasən alıcı mal/malların nöqsanları ilə bağlı tələblərini həmin nöqsanlar istifadə müddəti ərzində aşkar edilmiş olduqda Satıcı-ya təqdim edə bilər. Zəmanət müddətinin axını mal Alıcı-ya təhvil-təslim aktı əsasında verildiyi andan başlayır və son istifadə tarixinədək davam edir.
24. Müqavilənin 4.1-ci bəndinə əsasən satıcı bu müqavilə qüvvəyə mindikdən sonra Alıcı-nın tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı mal/malları təhvil-təslim aktı əsasında Alıcı-ya təhvil verir. Təhvil-təslim icra olunuqdan sonra Satıcı tərəfindən Alıcı-ya elektron qaiıııə-faktura göndərilir.
25. Müqavilənin 4.2-ci bəndinə əsasən mal/malların təhvil-təslimi icra olunduğu andan mülkiyyəti Alıcı-ya aid həsab olunur, məhv olması və ya zədələnməsi riski Alıcı-nın üzərinə düşür.
26. Müqavilənin 4.3-cü bəndinə əsasən alıcı malları sayaraq və yoxlayaraq qəbul etməlidir. Təhvil-təslim vaxtı mal/malların miqdarı, çeşidi, keyfiyyəti barədə nöqsanlıqlar aşkar edildikdə bu barədə Satıcı-ya dərhal xəbər verməlidir. Bu nöqsanlıqlar Satıcı tərəfdən mallar təhvil verilməzdən əvvəl yaranmışdırsa, Satıcı bu nöqsanlıqları aradan qaldırmalıdır.
27. Müqavilənin 4.4-cü bəndinə əsasən bu müqavilənin 4.3.-cü bəndində nəzərdə tutulan qaydaya əməl edilmədikdə, əgər Satıcı Alıcı-nın həmin qaydaya əməl etməməsi üzündən, Alıcı-nın, çatışmayan malın ona verilməsi, malın dəyişdirilməsi barədə tələblərini ödəmək mümkün olmadığını, yaxud həmin tələblərin ödənməsi müqavilə şərtlərini pozulması barədə Satıcı-ya vaxtında xəbər veriləcəyi halda tələb olunan xərclərlə müqayisəyəgəlməz dərəcədə artıq xərc çəkilməsinə səbəb olduğunu sübut edərsə, Satıcı Alıcının həmin tələblərin ödəməkdən tamamilə və ya qismən imtina edə bilər.
28. Müqavilənin 4.5-ci bəndinə əsasən malların daşınması Bakı, Xırdalan, Sumqayıt şəhərləri daxilində (şəhərlərin qəsəbə və kəndləri daxil) Satıcı tərəfindən edilir və satılan malların qiymətinə daxildir. Alıcı-nın istəyi, Satıcı-nın razılığı və öz logistika imkanlarını nəzərə alaraq (razılıq dedikdə malın miqdarı və daşınma xərcinin təyin edilməsi) Malı Alıcı-nın Azərbaycanın digər şəhər və regoionlarında müəyyən etdiyi nöqtəyədək nəql edə bilər.
29. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satılan Malın hər bir vahidinin və ƏDV-ni nəzərə almaqla X2 X1 (Qiymət Cədvəli) ilə müəyyən edilir.
30. Müqavilənin 5.2-ci bəndinə əsasən hazırki müqavilə qüvvədə olduğu müddətdə Satıcı mal/malların qiymətinin dəyişdirilməsi hüququna malikdir. Qiymətin dəyişdirilməsi Alıcı-ya əvvəlcədən bildirilməklə həyata keçirilir. Materialların qiymətinin sonradan azalması və ya artması daha əvvəl olunan əməliyyatlar üçün yenidən hesablaşmaya səbəb olmur.
31. Müqavilənin 5.3-cü bəndinə əsasən alıcı qəbul etdiyi mal/malların dəyərini qanunvericiliklə nəzərdə tutulmuş qaydada, 30 (otuz) gün ərzində Satıcıya ödənilməsini təmin etməlidir.
32. Müqavilənin 5.4-cü bəndinə əsasən razılaşdırılmış müddət ərzində mal/malların dəyəri ödənilmədikdə Satıcı onun ödənilməsini Alıcı-dan tələb etmə hüququna malikdir. Alıcı mal/malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün Satıcı-ya vaxtında ödəmədiyi məbləğin 0.1 %-i (umumi məbləğin 10%- dən artıq olmamaq şərti ilə) məbləğində dəbbə pulu ödəyir.
33. 11.01.2024-cü il tarixli EBDW796172 nömrəli e-qaiməyə əsasən 1765,28 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX197438 nömrəli e-qaiməyə əsasən 1569,40 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX537768 nömrəli e-qaiməyə əsasən 92,04 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX537770 nömrəli e-qaiməyə əsasən 1170,05 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDY156657 nömrəli e-qaiməyə əsasən 1170,05 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDY410888 nömrəli eqaiməyə əsasən 1361,13 manat məbləğində malların satışına dair İddiaçı MMC tərəfindən "xxxx" MMC–yə e-qaimə göndərilmişdir.
34. 31.12.2023-cü il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi barədə akta əsasən "xxxx" MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə olan borcu 5100,44 manat müəyyən edilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
35. xx.xx.2024-cü il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi bardə akta əsasən "xxxx" MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə olan borcu 4601,90 manat müəyyən edilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
36. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
38. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
39. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
40. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
41. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
42. Göründüyü kimi tərəflər arasında bağlanmış K2022-0244 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən Satıcı hazırki Müqavilənin Əlavələrində göstərilən materialları (bundan sonra Mal adlandırılacaq) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin Malı qəbul etməyi və onun əvəzində X2ni Müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə Satıcı-ya ödəməyi öhdəsinə götürür. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 4601 manat ödənilməmiş borcu qalmışdır.
43. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimələr və üzləşmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 4601 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
44. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 4601 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 4601 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
45. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 66,01 manat dövlət rüsumu ödənilmişdir.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 66,01 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
IV. Nəticə:
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdеh "xxxx" MMC-dən müqavilə üzrə yaranmış 4601 manat borc məbləği və dövlət rüsumu xərcinin əvəzi olaraq 66,01 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova