Məhkəmə qərarları › İş №e-2-2(113)-6940/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6940/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6940/2025 27.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “müqavilənin ləğvi, lizinqin dövlət qeydiyyatının ləğvi və əmlakın boşaldılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “müqavilənin ləğvi, lizinqin dövlət qeydiyyatının ləğvi və əmlakın boşaldılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğvi, lizinqin dövlət qeydiyyatının ləğvi və əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, D180 saylı X2 ləğv edilməsi; (lizinq və alqısatqı müqavilələrinin etibarlılığı məsələsinə qiymət verilməklə birlikdə) 1 Saylı Bakı Ərazi idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi; ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 tutulması; lizinq obyekti olan mənzilin - ünvan 1, Yeni qaydalarla: AZ 1142, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, giriş 43, M2, m4 ünvanında yerləşən daşınmaz əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli, D180 X5 üqaviləsi bağlanmış və lizinq predmeti ünvan 1, Yeni qaydalarla: AZ 42, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, giriş 43, M2, m4 ünvanında yerləşən daşınmaz əmlak olan, lizinq məbləği 41 000 (qırx bir min) BŞ dolları, lizinq müddəti 24 ay və lizinq mükafatı illik 21 faiz olmaq şərtilə lizinqə verilmişdir. Lizinq obyekti Cavabdeh2 xeyrinə lizinqlə yüklü edilmişdir. Cavabdeh2tərəfindən öhdəliklər lazimi qaydada yerinə yetirilməmişdir və lizinq üzrə gecikmə və hesablanmış cərimələr övcuddur. Lizinq alan bu günə qədər ümumilikdə 18 540 (on səkkiz min beş yüz qırx) ABŞ dolları ekvivalentində ödəniş etməli idi. Lakin müqavilə ğlandığı tarixdən onun tərəfindən cəmi 9 053 (doqquz min əlli üç) ABŞ dolları ekvivalentində ödəniş edilmişdir. Hazırda D180 X5 müqaviləsi üzrə 39 205 (otuz doqquz min iki yüz beş) ABŞ dolları ekvivalentində əsas məbləğdən (lizinq ükafatı daxil olmaqla) və 9 916 (doqquz min doqquz yüz on altı) ABŞ dolları ekvivalentində hesablanmış cərimə məbləği olmaqla, cəmi 49 121 (qırx qquz min yüz iyirmi bir) ABŞ dolları ekvivalentində borc mövcuddur. Belə ki, sözügedən X2 3.1-ci bəndinə əsasən, lizinq ənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Müqavilənin 4.2.8-ci bəndinə asən, lizinq alan lizinq ödənişlərini gecikdirməmək öhdəliyini üzərinə götürmüşdür. Həmin Müqavilənin 5.5-ci bəndinə əsasən isə, lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün qalıq əbləğin 0.1 faizi məbləğində cərimə ödəməlidir. Lizinq müqaviləsinin 6.1.4-cü maddəsinə görə Lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəmə müddətləri üzrə dıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin lizinq obyektini mübahisəsiz qaydada geri almaq hüququ vardır. Cavabdehə dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə, yazılı bildirişlər göndərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, müqavilə rə öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Musayeva iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Cavabdeh2 iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədə icarəyə verilmək məqsədilə mənzilin ona lizinqə verilməsini xahiş etmişdir.

8. İddiaçı MMC (alıcı) və X3 (satıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsinə əsasən iddiaçı tərəfindən lizinq obyekti olan mənzil iddiaçı tərəfindən satın alınmışdır.

9. İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh2 (lizinq alan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, D180 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq verən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür.

10. Müqavilənin 1.2-ci bəndinə görə lizinq alanın ilkin maliyyə öhdəliyi 41000 (qırx bir min) ABŞ dolları müəyyən edilmişdir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavənin tərtibi metodikasına uyğun hesabalanacaq məbləğdə ödənilir.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin müddəti 24 ay müəyyən edilir

12. Müqavilənin 3.1-ci bəndinə əsasən, hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafiki bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavəsində göstərilir.

13. Tərəflər arasında imzalanmış D180 saylı daxili maliyyə lizinq müqaviləsinə 1 saylı əlavədə lizinq ödənişlərinin qrafiki razılaşdırılmışdır.

14. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına görə ünvan 1; Yeni qaydalarla: AZ1142, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, giriş 43, M2, m4 ünvanında yerləşən mənzil cavabdeh (lizinq alan) tərəfindən sahiblik və istifadəyə qəbul edilmişdir.

15. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1; Yeni qaydalarla: AZ1142, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, giriş 43, M2, m4 ünvanında yerləşən daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2024).

16. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1; Yeni qaydalarla: AZ1142, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, giriş 43, M2, m4 ünvanında yerləşən ümumi sahəsi 96.4 kv.m olan daşınmaz əmlak 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh2 xeyrinə yüklü edilmiş, hüququ yüklü edilən şəxs İddiaçı MMC olmuşdur (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2024).

17. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 0237/25 nömrəli maliyyə arayışına əsasən müqavilə üzrə cavabdehin hazırda müqavilə üzrə əsas borcu 39205 ABŞ dolları, cərimə borcu 9916 ABŞ dolları olmaqla, cəmi borc 49121 ABŞ dolları təşkil edir.

18. İddiaçıya məxsus hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya lizinq müqaviləsi üzrə ümumilikdə son ödəniş xx.xx.2025-ci il tarixdə edilmişdir.

19. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

20. Belə ki, iddia iki hissədən ibarətdir: 1. Lizinq müqaviləsinin ləğv edilməsi və lizinq obyektinin boşaldılaraq təhvil verilməsi; 2. Lizinqin dövlət qeydiyyatının ləğv edilməsi.

21. Məhkəmə iddia tələbini birinci hissədə əsaslı hesab edir.

22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli D180 X5 müqaviləsi bağlanmışdır. Lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, lizinq ödənişlərinin ödənilməsini gecikdirmişdir.

23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

25. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

26. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

27. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

28. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

29. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

30. Lizinq müqaviləsi üzrə Cavabdeh2 üzərinə düşən öhdəlikləri icra etməmişdir, belə ki, xx.xx.2025-ci il tarixə (xəbərdarlıqda göstərilən tarix) cavabdehin müqavilə üzrə ödənilməmiş əsas borcu 39205 ABŞ dolları, cərimə borcu 9916 ABŞ dolları olmaqla, cəmi borc 49121 ABŞ dolları təşkil edir.

31. İddiaçı müqavilənin ləğvi ilə bağlı Cavabdeh2 xx.xx.2025-ci il tarixdə xəbərdarlıq göndərməklə öz iradə ifadəsini bəyan etmişdir.

32. Məhkəmə araşdırması zamanı Cavabdeh2nın öhdəliklərini pozmasını müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçı hazırda lizinq müqaviləsinin ləğv edilməsini və lizinq obyekinin geri qaytarılmasını tələb etməkdə haqlıdır.

33. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli D180 X5 müqaviləsi ləğv edilmiş hesab edilməli, lizinq obyekti olan mənzil boşaldılaraq iddiaçıya qaytarılmalıdır.

34. Məhkəmə iddia tələbini ikinci hissədə də əsaslı hesab edir.

35. Belə ki, hazıkı halda tərəflər arasında olan lizinq müqaviləsi ləğv edilmiş hesab edildiyi üçün iddiaçı lizinqin dövlət qeydiyyatının ləğv edilməsini tələb etməkdə haqlıdır.

36. Materiallardan görünür ki, lizinq obyekti iddiaçının mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində lizinqlə yüklü edilmişdir.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-5-ci maddəsinə əsasən lizinq müqaviləsinin obyekti olan əmlaka hüquqlar bu Məcəllədə nəzərdə tutulan hallarda bu Məcəlləyə və digər normativ hüquqi aktlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmalıdır.

38. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli D180 X5 müqaviləsi ləğv edilmiş hesab edilməli, cavabdeh tərəfindən lizinq predmeti olan mənzil boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməli, əmlak üzərində Cavabdeh2 adına qeydə alınmış lizinqin dövlət qeydiyyatı (lizinq yüklülüyü) ləğv edilməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, D180 X5 müqaviləsi ləğv edilmiş hesab edilsin. Cavabdeh2 tərəfindən lizinq predmeti olan mənzil - ünvan 1 (Yeni qaydalarla: AZ 1142, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. Lizinq predmeti olan mənzil - ünvan 1 (Yeni qaydalarla: AZ 1142, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində Cavabdeh2 adına qeydə alınmış lizinqin dövlət qeydiyyatı (lizinq yüklülüyü) ləğv edilsin. Cavabdeh2 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar