Məhkəmə qərarları › İş №e-2-2(113)-696/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-696/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-696/2022 25.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi ilə Tərəflərin iştirakları olmadan İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh Vüqar Firmasına qarşı borcun ödənilməsi barədə iddia ərizəsi üzə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ərizə ilə məhkəməyə müraciət edərək, 05.06.2008-ci il tarixli, 12-LA/08 nömrəli və 16.12.2013-cü il tarixli, 33-LA/13 nömrəli müqavilələr üzrə 313,324.60 (üç yüz on üç min üç yüz iyirmi dörd manat, altmış qəpik) manat gecikdirilmiş əsas borc və 549,789.22 (beş yüz qırx doqquz min yeddi yüz səksən doqquz manat, iyirmi iki qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manatın, cəmi: 863,463.82 (səkkiz yüz altmış üç min dörd yüz altmış üç manat, səksən iki qəpik) manat pul vəsaitinin cavabeh "Vüqar" firmasındantutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, məhkəmə hazırlıq iclası təyin olunmuş, iddiaçının nümayəndəsi məhkəməyə 25.01.2022-ci il tarixdə ərizə ünvanlayaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni nəzərdən keçirib, iş materiallarım araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmişdir sənədlər geri qaytarılmalıdır.. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-ci maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 260, 263,264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh Vüqar Firmasına qarşı borcun ödənilməsi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar