Məhkəmə qərarları › İş №e-2-2(113)-697/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-697/2020

07.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-697/2020 07.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin və İddiaçı1 cavabdeh Azərbaycan Milli İstiqlal Partiyasına qarşı icarə haqqı üzrə yaranmış borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi və İddiaçı1 cavabdeh Azərbaycan Milli İstiqlal Partiyasına qarşı cavabdehdən 1035.42 manat və 1410.20 manat olmaqla, cəmi 2445.62 manat məbləğində icarə haqqı üzrə yaranmış borcun iddiaçının xeyrinə tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçılar tərəfindən cavabdehdən 1035.42 manat və 1410.20 manat olmaqla, cəmi 2445.62 manat məbləğində icarə haqqı üzrə yaranmış borcun tutulması tələbini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə uyğun olaraq verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-ci maddəsinin tələblərini tətbiq edərək hesab edir ki, iddiaçılar tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin və İddiaçı1 cavabdeh Azərbaycan Milli İstiqlal Partiyasına qarşı icarə haqqı üzrə yaranmış borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar