Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-697/2022 13.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı müqavilə üzrə gecikdirilmiş əsas borcun və cərimə borcunun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.02.2011-ci il tarixli, 06-LA/11 nömrəli müqavilə üzrə 1.301.900 manat gecikdirilmiş əsas borc və 2.133.634,10 manat cərimə borcunun, 02.05.2011-ci il tarixli, 11-LA/11 nömrəli müqavilə üzrə 1.754.085 manat gecikdirilmiş əsas borc və 2.932.128,32 manat cərimə borcunun, 12.05.2009-ci il tarixli, 62-LD/09 nömrəli müqavilə üzrə 5.073,61 manat gecikdirilmiş əsas borc və 16.720,55 manat cərimə borcunun, 02.03.2009-cu il tarixli, 24- LD/09 nömrəli müqavilə üzrə 1.501 manat gecikdirilmiş əsas borc və 5.268,51 manat cərimə borcunun və 11.05.2010-cu il tarixli, 07-LD/10 nömrəli müqavilə üzrə 7.084,44 manat gecikdirilmiş əsas borc və 21.317,70 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi: 8.579.063,23 manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 12.05.2009-ci il tarixli, 62-LD/09 nömrəli, 02.03.2009-cu il tarixli, 24- LD/09 nömrəli, 11.05.2010-cu il tarixli, 07-LD/10 nömrəli və "xxxx" ASC ("xxxx" ASC) ilə X2 arasında bağlanmış 18.02.2011-ci il tarixli, 06-LA/11 nömrəli, 02.05.2011-ci il tarixli, 11- LA/11 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə texnoloji avadanlıqları və cins damazlıq heyvanları lizinqə götürmüşdür. Öhdəliyin verilməsi barədə 15 aprel 2019-cu il tarixli müqaviləyə əsasən, "xxxx" ASC ("xxxx" ASC) ilə X2 və 18.02.2011-ci il tarixli, 06-LA/11 nömrəli, 02.05.2011-ci il tarixli, 11-LA/11 nömrəli müqavilələr üzrə bütün öhdəlikləri, o cümlədən gecikdirilmiş borcun ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış 02.03.2009-cu il tarixli, 24-LD nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən 6 baş Simmental cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 7.202,86 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan 6.602,86 manat məbləği isə 2009-cu ilin 2-ci rübündən 2010-cu ilin 2-ci rübünə qədər hər rüb 600 manat, 2010-cu ilin 3-cü rübündə 602,86 manat, 2010-cu ilin 4-cü rübündən 2011-ci ilin 4-cü rübünə qədər hər rüb 600 manat məbləğində ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. Müqavilənin 1.4-cü bəndinə əsasən tam ödəniş aparılana qədər damazlıq heyvanlara mülkiyyət hüququ lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 2 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş 25.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 02.03.2009-cu il tarixli 24-LD/09 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 1.501 manat, cərimə borcu 5.268,51 manat təşkil edir. - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış 12.05.2009-cu il tarixli, 62-LD nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən 24 baş Holştin-friz cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə vemişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 9.186,82 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, qalan 39.119,14 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. Müqavilənin 1.4-cü bəndinə əsasən tam ödəniş aparılana qədər damazlıq heyvanlara mülkiyyət hüququ lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 2 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş 25.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 12.05.2009-cu il tarixli 62-LD/09 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 5.073,61 manat, cərimə borcu 16.720,55 manat təşkil edir. - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış 11.05.2010-cu il tarixli, 07-LD/10 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən 6 baş Simmental və 2 baş Şvis (cəmi 8 baş) cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə vemişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 6.500 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, qalan 8.108,44 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. Müqavilənin 1.4-cü bəndinə əsasən tam ödəniş aparılana qədər damazlıq heyvanlara mülkiyyət hüququ lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 2 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş 25.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 11.05.2010-cu il tarixli 07-LD/10 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 7.084,44 manat, cərimə borcu 21.317,70 manat təşkil edir. - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan X2 arasında bağlanmış 18.02.2011-ci il tarixli, 06-LA/11 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən bu müqavilənin tərkib hissəsi sayılan 1-2 nömrəli əlavələrində göstərilən dəyəri 1.173.900 manat, tutumu 2000 ton olan soyuducu kamera və dəyəri 504.000 manat, tutumu 500 ton olan soyuducu kamera avadanlıqları dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinqə vemişdir. Avadanlıq Quba rayonu, Nügədi kəndi ərazisində quraşdırılıb. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan avadanlığın dəyərindən 168.000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq alan tərəfindən tam ödəniş aparılana qədər texnoloji avadanlığa mülkiyyət hüququ lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan X2 arasında bağlanmış 02.05.2011-ci il tarixli, 11-LA/11 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən dəyəri 1.406.100 manat və dəyəri 725.550 manat olan 2 dəst soyuducu kamera üçün avadanlıqların quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinqə vemişdir. Avadanlıq Quba rayonu ərazisində quraşdırılıb. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan avadanlığın dəyərindən 213.165 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq alan tərəfindən tam ödəniş aparılana qədər texnoloji avadanlığa mülkiyyət hüququ lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borclu X2 və öhdəliyi qəbul edən Cavabdeh arasında bağlanmış 15.04.2019-cu il tarixli, 01-ÖV nömrəli öhdəliyin verilməsi barədə müqaviləyə əsasən Cəmiyyətlə Borclu arasında bağlanmış 18 fevral 2011-ci il tarixli 11- LA/11 nömrəli və 02 may 2011-ci il tarixli 06-LA/11 nömrəli lizinq müqavilələrinin predmeti olan ümumi dəyəri 3.809.550 manat olan soyuducu kamera avadanlıqlarının lizinq ödəniş qrafiki üzrə qalan 3.077.985 manat üzrə bütün öhdəlikləri, o cümlədən 2.631.400 manat məbləğində gecikdirilmiş borcun ödənilməsi öhdəliyini öhdəliyi qəbul edən (Cavabdeh) öz üzərinə götürür. Müqavilənin: 2.2.1-ci bəndinə əsasən öhdəliyi qəbul edən cəmiyyətlə borclu arasında bağlanmış 18 fevral 2011-ci il tarixli 11-LA/11 nömrəli və 02 may 2011-ci il tarixli 06-LA/11 nömrəli lizinq müqavilələri ilə müəyyən edilmiş ödəniş qrafiki üzrə müəyyən olunmuş məbləği, o cümlədən gecikdirilmiş borcunu tam şəkildə ödəməyi öz öhdəsinə götürür. 4.3-cü bəndinə əsasən bu müqavilə qüvvəyə mindiyi tarixdən, borclu 18 fevral 2011ci il tarixli 11-LA/11 nömrəli və 02 may 2011-ci il tarixli 06-LA/11 nömrəli lizinq müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi və digər şərtlər üzrə heç bir məsuliyyət daşımır. Müqavilə tərəflərin imzası və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq edilmişdir. 25.04.2019-cu il tarixli akta əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus (18 fevral 2011-ci il tarixli 11-LA/11 nömrəli və 02 may 2011-ci il tarixli 06-LA/11 nömrəli) lizinq müqavilələri əsasında X1 lizinqə verilmiş, tutumu 5000 ton (şərti olaraq), qalıq borcu 3.077.985 manat, 2 ədəd dəhliz və 36 ədəd soyutma kamerasından ibarət olan 4 dəst soyuducu anbarı (öhdəliklərlə birlikdə) tam, saz və işlək vəziyyətdə Cavabdeh təhvil-təslim edilmişdir. Aktın doğruluğu təhvil verənin (N.Əliyeva), təhvil alanın (Cavabdeh) və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin imzası (və möhürü) ilə təsdiq edilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş 25.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 18.02.2011-ci il tarixli 06-LA/11 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 1.301,900 manat, cərimə borcu 2.133.634,10 manat təşkil edir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş 25.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 02 may 2011-ci il tarixli 11-LA/11 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 1.754,085 manat, cərimə borcu 2.932.128,32 manat təşkil edir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş məlumat xarakterli arayışdan (hesabdan çıxarış) görünür ki, lizinq alan Cavabdeh 62-LD/09 nömrəli; 24-LD/09 nömrəli və 07-LD/10 lizinq müqavilələri üzrə sonuncu dəfə 15.04.2019-cu ildə olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Hüquqi yardımın göstərilməsi haqqında 3307 saylı müqavilədən görünür ki, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə göstərilən hüquqi yardım haqqının məbləği 340+10 (350) manat müəyyən edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC (hazırkı adı "xxxx" ASC) ilə Cavabdeh arasında 02.03.2009-cu il tarixli, 24-LD saylı, 12.05.2009-cu il tarixli, 62-LD saylı, 11.05.2010-cu il tarixli, 07-LD/10 saylı, 18.02.2011-ci il tarixli, 06-LA/11 saylı və 02.05.2011-ci il tarixli, 11-LA/11 saylı lizinq müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq həyata keçirməməklə lizinq müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh beş lizinq müqaviləsi üzrə cəmi 3.069.644,05 (1.301.900+1.754.085+5.073,61+1501+7.084,44) manat məbləğində gecikdirilmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh mübahisəli lizinq müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri üzrə Cavabdeh beş lizinq müqaviləsi üzrə cəmi 3.069.644,05 (1.301.900+1.754.085+5.073,61+1501+7.084,44) manat məbləğində borcunun yarandığını, lizinq müqavilələrində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqavilələri üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 18.02.2011-ci il tarixli, 06-LA/11 saylı müqavilə üzrə 65.000 manat, 02.05.2011-ci il tarixli, 11-LA/11 saylı müqavilə üzrə 90.000 manat, 12.05.2009-cu il tarixli, 62-LD saylı müqavilə üzrə 250 manat, 02.03.2009-cu il tarixli, 24-LD saylı müqavilə üzrə 75 manat, 11.05.2010-ci il tarixli, 07-LD/10 saylı müqavilə üzrə 350 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh beş lizinq müqaviləsi üzrə cəmi 3.069.644,05 (1.301.900+1.754.085+5.073,61+1501+7.084,44) manat məbləğində əsas borc və 18.02.2011-ci il tarixli, 06-LA/11 saylı müqavilə üzrə 65.000 manat, 02.05.2011-ci il tarixli, 11-LA/11 saylı müqavilə üzrə 90.000 manat, 12.05.2009-cu il tarixli, 62-LD saylı müqavilə üzrə 250 manat, 02.03.2009-cu il tarixli, 24-LD saylı müqavilə üzrə 75 manat, 11.05.2010ci il tarixli, 07-LD/10 saylı müqavilə üzrə 350 manat məbləğində dəbbə pulu (cərimə) tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunu də ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 200 (iki yüz) manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçıAzərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi dövlət rüsumunu ödəməkdən azad edildiyindən iddia verilərkən dövlət rüsumu ödənilməmişdir. 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia verilərkən ödənilməli olan dövlət rüsumunun (8.579.063 manat məbləğində iddia tələbinə görə 5079,53 manat) iddianın təmin edilmiş hissəsinə (3.225.319,05 manat, 37,6%)) mütənasib olan hissəsi (1905 manat) cavabdehə aid edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun cavabdehə aid hissəsindən cavabdehdən tutulması qət edilmiş 200(iki yüz) manat məbləğində mediasiya xərci çıxılmaqla qalan 1705 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18.02.2011-ci il tarixli, 06-LA/11 saylı müqavilə üzrə 1.301.900 (bir milyon üç yüz bir min doqquz yüz) manat məbləğində gecikdirilmiş əsas borc, 65.000 (altmış beş min) manat məbləğində dəbbə pulu; 02.05.2011-ci il tarixli, 11-LA/11 saylı müqavilə üzrə 1.754.085 (bir milyon yeddi yüz əlli dörd min səksən beş ) manat məbləğində gecikdirilmiş əsas borc, 90.000 (doxsan min) manat məbləğində dəbbə pulu; 12.05.2009-cu il tarixli, 62- LD saylı müqavilə üzrə 5.073,61 manat (beş min yetmiş üç manat altmış bir qəpik) məbləğində gecikdirilmiş əsas borc, 250 (iki yüz əlli) manat məbləğində dəbbə pulu; 02.03.2009-cu il tarixli, 24-LD saylı müqavilə üzrə 1501 (bir min beş yüz bir) manat məbləğində gecikdirilmiş əsas borc, 75 (yetmiş beş) manat məbləğində dəbbə pulu; 11.05.2010-ci il tarixli, 07-LD/10 saylı müqavilə üzrə 7.084,44 manat (yeddi min səksən dörd manat qırx dörd qəpik) məbləğində gecikdirilmiş əsas borc, 350 (üç yüz əlli) manat məbləğində dəbbə pulu, cəmi 3.225.319,05 manat (üç milyon iki yüz iyirmi beş min üç yüz on doqquz manat beş qəpik) məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 200 (iki yüz) manat və mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Cavabdehdən 1705 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-697/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-697/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver