Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6971/2025 20.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X1 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən alqı-satqımüqaviləsi üzrə ödənilməmiş 8600.67 manat borc, həmçinin 1720.15 manat dəbbə pulu olmaqla,cəmi 10320.82 (on min üç yüziyirmimanat 82 qəpik) manat pulun, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 325 (üç yüziyirmi beş) manatın və ödənilmiş 121.94 (yüziyirmi bir manat 94 qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 10 oktyabr 2024-cü il tarixdə imzalanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqaviləyə əsasən cavabdehi razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə mallarla təmin etməyi, xidmətlər göstərməyi, cavabdeh isə həmin malları qəbul edərək, onların və xidmətlərin dəyərini müqavilədə müəyyən edilmiş qaydada və şərtlərlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, sözügedən müqaviləyə əsasən İddiaçı MMC elektron qaimə-fakturalarda göstərilmiş tikintimallarınıcavabdeh "xxxx" MMC-yə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Belə ki, 14 oktyabr 2024-cü il tarixli, MT2410 seriyalı, 10696961 nömrəli elektron qaimə üzrə cavabdehin iddiaçıdan aldığı mallara görə sonuncuya əlavə dəyər vergisi daxil 4787.44 manat, MT2410 seriyalı, 10594097 nömrəli elektron qaimə üzrə 3813.23 manat olmaqla, ümumilikdə 8600.67 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh götürülən bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir.
3. İddiaçı idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh MMC-dən alqısatqımüqaviləsi üzrə ödənilməmiş 8600.67 manat borc, həmçinin 400 manat dəbbə və ödənilmiş 121.94 (yüziyirmi bir manat 94 qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
7. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
10. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 10 oktyabr 2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən. Satıcı Alıcıya onun sifarişinə əsasən, Müqavilə əsasında razılaşdırılmış mindarda cpsiddə və kevflvvətdə mallarla (Bundan sonra, “Mallar”) təmin etməyi, xidmətlər göstərməyi. Alıcı isə həmin malları qəbul edərək, Malların və göstərilən xidmətlərin dəyərini bu Müqavilədə müəyyən edilmiş qaydada və şərtlərlə ödəməyi öz öhdəsinə götürür.. - 2.1-ci bəndinə əsasən Malın və xidmətin qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Qiymət razılaşdırma protokolunda müəyyən edilir. Ödənişin forması və qaydası Qiymət razılaşdırma protokolunda müəyyən edilir. - 4.3-cü bəndinə əsasən alıcı bu Müqavilə ilə müəyyən edilmiş qaydada Malı Satıcıdan təhvil aldıqdan sonra bu Müqavilənin Əlavəsinə uyğun olaraq alınmış malın dəyərini ödəmədikdə və ya qismən ödədikdə. Satıcı Alıcıdan hər gecikdirilən iş günü üçün malın dəyərinin ödənməmiş hissəsinin qiymətinin 0,1% həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. İddiaçı tərəfindən cavabdehə MT2410 10696961nömrəli xx.xx.2024-cü il tarixli 8620.93 manat, MT2411 10594097 nömrəli xx.xx.2024-cü il tarixli 3813.22 manat məbləğində elektron qaimə elektron qaimə göndərilmişdir.
12. 10 oktyabr 2024-cü il tarixli alqı-satqı müqaviləsinə 01 saylı Əlavə olan 8620.93 manat malın iddiaçı tərəfindən cavabdehə verilməsi razılaşdırılmışdır. 10 oktyabr 2024-cü il tarixli təhvil təslim aktına əsasən 8620.93 manat dəyərində mal təhvil vrilmişdir.
13. 13 noyabr 2024-cü il tarixli alqı-satqı müqaviləsinə 02 saylı Əlavə olan 3813.22 manat iddiaçı tərəfindən cavabdehə verilməsi razılaşdırılmışdır.
14. 13 noyabr 2024-cü il tarixli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki 3813.22 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə verilmişdir.
15. "xxxx" MMC-nin ədv sub-uçot hesabından çıxarışa əsasən 584.62 manat məbləğində ədv ödənişi cavabdeh tərəfindən ödənilmişdir.
16. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 3248.88 manat köçürülmüşdür. V. Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. VI. Məhkəmənin mövqeyi:
19. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 10 oktyabr 2024-cü il tariхli alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sifariş edilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə borcunun olması iş materiallarına əlavə edilmiş alqı-satqı müqavilələri, elektron qaimə, təhvil-təslim aktı və digər sübutlarla sübuta yetirilir.
21. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 8600.67 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
22. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 400 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
23. Göründüyü kimi cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
24. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 121.94 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
25. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən 121.94 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 8600.67 (səkkiz min altı yüz manat altmış yeddi qəpik) manat məbləğində əsas borc, 400 (dörd yüz) manat məbləğində dəbbə pulu və 121.94 (yüz iyirmi bir manat doxsan dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Günay Həşimova