Məhkəmə qərarları › İş №e-2-2(113)-6977/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6977/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6977/2025 06.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh OO Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə “Cavabdeh” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 10/2021 saylı Contraktlıənğv edilməsi və 38.000 (otuz şəkkiz min) ABŞ dolların, ödənilmiş 285 manat dövlət rüsumunun “Cavabdeh” MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclasları xx.xx.2025-ci il tarixə saat 09:45-ə təyin edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə iə müraciət edərək “bu günə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilmədikləri üçün hazırlıq iclasını təxirə salınmasını” xahiş etsə də, lakin iştirak etməməklərinin üzürlü səbəblərinə dair hərhansı sübutu məhkəməyə təqdim etməmişlər. Bundan əlavə birinci hazırlıq iclasında iddiaçının nümayəndəsi bildirsə də ki, tərəflər arasında məhkəmə aidiyyəti ilə bağlı (işə Bakı Kommersiya Məhkəməsində baxılması ilə bağlı) əlavə bağlanmış razılaşma mövcüddur və növbəti iclasa qədər məhkəməyə təqdim ediləcək, lakin bugünə kimi məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş sənədlərin əksəriyyəti xarici dildə EMİS-nə əlavə edilmişdir, həmin sənədlərin tərcümələri iş materiallarında mövcüd deyil. Bundan da, məhkəmə onu da qeyd dir ki, iddiaçının iş materiallarına əlavə etdiyi dövlət rüsumunun ödənilməsi barədə qəbz EMİS-i üzərindən yoxlanıldıqda müəyyən edilir ki, **********28 saylı xx.xx.2024-cü il tarixli rüsum bir neçə (e-2-2(113)-2035/2024, e-2-2(113)-6096/2024, e-2-2(113)-6269/2024, e- 2-2(113)-6977/2024) iş üzrə istifadə edilmişdir. Bir rüsumdan təkrar istifadə edilməsinə yol verilmir. Beləliklə, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi müəyyən edilmir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmənin çağırışına gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. - 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh OO Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar