Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6978/2025 07.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,pul) X9 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, İddiaçının qanuni təmsilçisi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc olaraq - 6637,50 (altı min altı yüz otuz yeddi manat 50 qəpik) manat, bank uçot faiz dərəcəsi olaraq - 465 (dörd yüz altmış beş) manat, dəbbə pulu olaraq - 664 (altı yüz altmış dörd) manat hüquqi yardıma görə vəkil qurumuna ödənilmiş - 320 (üç yüz iyirmi) manat dövlət rüsumu olaraq ödənilmiş - 102 (bir yüz iki) manat, ümumilikdə 8188,50 (səkkiz min yüz səksən səkkiz manat 50 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli № 20-1/24 saylı müqaviləyə (bundan sonra “Müqavilə” adlandırılacaq) əsasən İddiaçı MMC müxtəlif adda malları cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini icra edərək malları cavabdehə təhvil vermişdir. Müqavilə şərtlərinə əsasən, Alıcı malların qiymətini 30 gün ərzində ödəməli idi. Təəssüf ki, müqavilə çərçivəsində satılan mallara görə təqdim edilən xx.xx.2024-cü il tarixli MT**********45, MT**********61 və xx.xx.2025-ci il tarixli MT**********80, MT**********79, MT**********78 nömrəli elektron qaimələrə görə bu günədək Alıcının cəmi ƏDV daxil 6637.50 manat borc məbləği yaranmışdır. Bununla da Alıcı tərəfindən müqavilədə göstərilən öhdəliklərə əməl olunmamış, müqavilənin tələbləri pozulmuşdur. xx.xx.2025-ci il tarixdə cavabdehə onlayn kargüzarlıqla müvafiq pretenziya təqdim edilərək 3 gün ərzində borc məbləğinin ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Göründüyü kimi cavabdeh uzun müddət keçməsinə baxmayaraq bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir və ödəməkdən imtina edir. Bu isə İddiaçı MMC-nin hüquqlarını pozduğu üçün biz məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Bugünkü günə, cavabdehin 6637,50 (altı min altı yüz otuz yeddi manat 50 qəpik) manat (əsas məbləğ – 5625 və ƏDV məbləği – 1012,5) əsas borcu mövcuddur. AR Mərkəzi Bankı tərəfindən bank uçot dərəcəsi 7 faiz müəyyən edilmişdir. Əsas borcun (6637,5*7%=465) 7 faizi465 manat təşkil edir. Həmin faiz borc cavabdehdən tutulmalıdır. Müqavilənin 5.4-cü maddəsinə əsasən, Alıcı mallar üzrə ödənişi müqavilə ilə nəzərdə tutulmuş müddətdə ödəmədiyi təqdirdə Satıcının hər gün üçün gecikdirilən məbləğin 1%-i məbləğində (ümumi məbləğin 10%-dən artıq olmamaqla) dəbbə pulu tələb etmək hüququ vardır. Bu səbəbdən cavabdehin ümumilikdə 664 manat dəbbə pulu öhdəliyi yaranmışdır (6637,5x 10%=664). Hüquqi yardım göstərilməsinə dair müqaviləyə uyğun olaraq GREEN TECH" MMC-yə qarşı müqavilə üzrə pul tələbinə dair iddia ilə məhkəməyə müraciət və məhkəmədə təmsilçilik məqsədi ilə vəkilin hesabına 320 manat pul ödənilmiş və həmin məbləğ də cavabdehdən tutulmalıdır. II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək,iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
4. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək,iddianın təmin edilməməsini xahiş etdi.Əlavə olaraq bildirdi ki, tərəflər arasında təhvil-təslim aktlarının imzalanmasına baxmayaraq,həmin aktlarda olan mallar faktiki olaraq cavabdehə təhvil verilməmiş, təhvil-təslim aktları səhvən imzalanmışdır.
III. Məhkəmə baxışının hədləri:
5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
7. İddiaçı MMC (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 20-1/24 nömrəli nömrəli alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1-ci bəndinə əsasən Satıcı satır, Alıcı isə Müqaviləyə əsasən tərəflər arasında razılaşdırılacaq Qoşmalarda göstəriləcək çap, tipoqrafiya, promo, reklam, möhürştamplar, dəftərxana və təsərrüfat mallarım və/və ya xidmətlərini alır. Mövcud Müqavilə Azərbaycan Respublikası qanunları ilə tənzimlənir. Müqavilə Alıcı və Satıcı tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və bütün keçmiş təklifləri, danışıqları və yazışmaları əvəz edir. X8 və Satıcı tərəfindən imzalanana qədər Aha Satıcı qarşısında heç bir öhdəlik daşımır. - 5.1-ci bəndinə əsasən Mallar üzrə qiymət və müvafiq ödəniş şərtləri, bu Müqavilənin Qoşmalarında müəyyən edilib. - 5.2-ci bəndinə əsasən bu Müqavilənin Qoşmalarında başqa hal müəyyən edilməyibsə, Malların ödənişi Satıcının hesab faktura təqdim etdiyi təqvim günündən 30 (otuz) təqvim günü ərzində ödənilməlidir. Ödənişlər bu müqavilədə müəyyən edilən Satıcının bank hesablarına edilməlidir. - 5.4-cü bəndinə əsasən Alıcı Mallar üzrə ödənişi bu Müqavilənin 5.2-ci Maddəsində müəyyən oiunmuş vaxtda həyata keçirmədikdə, Satıcının hər gecikən gün üzrə, ödənməyən məbləğə görə Alıcıya həmin məbləğin 1 faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır, lakin bu məbləğ həmin borcun 10 (on) faizindən arüq olmamalıdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
8. İddiaçı MMC (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 20-1/24 nömrəli nömrəli alğı-satqı müqaviləsinə 28 saylı Əlavə olan X1 əsasən iddiaçı tərəfindən cavabdehə 4094.60 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
9. İddiaçı MMC (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 20-1/24 nömrəli nömrəli alğı-satqı müqaviləsinə 26 saylı Əlavə olan X1 əsasən iddiaçı tərəfindən cavabdehə 784.70 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
10. İddiaçı MMC (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 20-1/24 nömrəli nömrəli alğı-satqı müqaviləsinə 08 saylı Əlavə olan X1 əsasən iddiaçı tərəfindən cavabdehə 725.70 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
11. İddiaçı MMC (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 20-1/24 nömrəli nömrəli alğı-satqı müqaviləsinə 10 saylı Əlavə olan X1 əsasən iddiaçı tərəfindən cavabdehə 247.80 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
12. İddiaçı MMC (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 20-1/24 nömrəli nömrəli alğı-satqı müqaviləsinə 14 saylı Əlavə olan X1 əsasən iddiaçı tərəfindən cavabdehə 778.80 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
13. İddiaçı tərəfindən cavabdehə MT2412 10362845 saylı xx.xx.2024-cü il tarixli 4100.50 manat, MT2412 10362961 saylı xx.xx.2024-cü il tarixli 784.70 manat, MT2407 11120680 saylı xx.xx.2025-ci il tarixli 725.70 manat, MT2407 11468379 saylı xx.xx.2025-ci il tarixli 247.80 manat, MT2407 11467278 saylı xx.xx.2025-ci il tarixli 778.80 manat,məbləğində elektron qaimə göndərilmişdir.
14. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 4094.60 manat məbləğində mal verilmişdir.Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 784.70 manat məbləğində mal verilmişdir.Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
16. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 725.70 manat məbləğində mal verilmişdir.Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
17. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 247.80 manat məbləğində mal verilmişdir.Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
18. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 778.80 manat məbləğində mal verilmişdir.Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. V. Tətbiq edilən hüquq:
19. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
23. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimə, eləcə də malların təhvil-qəbul aktları ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında alğı-satqı münasibətlərinin olması, təhvil təslim aktlarının hər iki tərəfin səlahiyyətli şəxslərinin imzaları və mğhürləri ilə təsdiq edilməsi şin mübahisəsiz halıdır. Tərəflər arasında mübahisəli hal, cavabdeh qeyd edilən 4 təhvil təslim aktı ilə verilməli olan malların ona verilmədiyini, lakin aktların səhvən imzalanmasını qeyd edir, lakin əsaslnadığı hala dair heç bir sübut məhkəməyə təqdim etməmişdir.
25. Cavabdehin nümayəndəsinın etirazında bildirdiyi hala münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi tərəflər arasında təhvil-təslim aktlarının imzalanmasına baxmayaraq,həmin aktlarda olan malların cavabdehə təhvil verilməməsini bildirsə də bununla bağlı məhkəməyə heç bir sübut təqim etməmiş və aktalrda olan imza (möhürün) mübahisələndirməmişdir.
26. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 6637.50 (ƏDV daxil) manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, məhkəmə cavabdeh tərəfindən məhkəmə icraatı dövründə etdiyi ödənişləri nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 6637.50 (ƏDV daxil) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
27. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 664 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
28. Göründüyü kimi cavabdeh alğı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
29. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 331.87 manat məbləğində müəyyən edilməlidir.
30. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 320 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
31. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 92.90 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 6637.50 (altı min altı yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində əsas borc, 331.87 (üç yüz otuz bir manat səksən yeddi qəpik) manat məbləğində dəbbə pulu, 320 (üç yüz iyirmi) manat məbləğində vəkil xərci və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 92.90 (doxsan iki manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova