Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-698/2022 06.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi və iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05.04.2022-ci il tarixə 02.08.2018-ci il tarixli 1641-GL/17 nömrəli müqavilə üzrə 9204 manat əsas borc və 4209,42 manat hesablanmış cərimə, 02.08.2018-ci il tarixli 1707-GL/17 nömrəli müqavilə üzrə isə 8680 manat əsas borc ve 4190,15 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 26283,57 manat, habelə mediasiya prosesi ilə bağlı cavabdehin əvəzinə ödənilmiş 100 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat olmaqla, ümumilikdə cəmi 26733,57 manat pulun iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Aqrolizinq' ASC ile Cavabdeh oglu arasında baglanmış 02.08.2018-ci il tarixli 1641-GL/17 nömrəli ve 02.08.2018-ci il tarixli 1707-GL/17 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilələrə əsasən borclu texnikanın ilkin dəyərinə 40% güzəşt tətbiq edilməklə ve ilkin ödeniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə texnikaları lizinqə götürmüşdür. Müqavilələrin 4.2-ci bəndinə görə lizinq alan ödeniş qrafikine uyğun olaraq bir defeden artrq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyin nümayəndəsi X2 tələbi müdafiə edərək izahatında iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Aqroservis” ASC ilə Cavabdeh arasında bağlanmış 02.08.2018-ci il tarixli 1641- GL/17 nömrəli və 02.08.2018-ci il tarixli 1707-GL/17 nömrəli müqavilələrə əsasən Cavabdeh satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Müqavilələrin 4.2-ci bəndinə əsasən lizing alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləğinə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş müqavilə üzrə cərimənin hesablanması qrafikindən və 05.04.2022-ci il tarixə təqdim edilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh 02.08.2018-ci il tarixli 1641-GL/17 nömrəli müqavilə üzrə 9204 manat əsas borc və 4209,42 manat hesablanmış cərimə , 02.08.2018-ci il tarixli 1707-GL/17 nömrəli müqavilə üzrə isə 8680 manat əsas borc ve 4190,15 manat hesablanmış cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2, 467-ci və 747.1-ci maddələrinə əsasən borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh lizinq obyektlərinə görə tam həcmdə ödənişləri etmədiyinə görə öhdəlikləri yerinə yetirməmiş və nəticədə 02.08.2018-ci il tarixli 1641- GL/17 nömrəli müqavilə üzrə 9204 manat əsas borc və 4209,42 manat hesablanmış cərimə , 02.08.2018-ci il tarixli 1707-GL/17 nömrəli müqavilə üzrə isə 8680 manat əsas borc ve 4190,15 manat hesablanmış cərimə borcu yaranmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının əsas borc və mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçının 02.08.2018-ci il tarixli 1641-GL/17 nömrəli müqavilə üzrə və 02.08.2018-ci il tarixli 1707-GL/17 nömrəli müqavilə üzrə cərimə tələbi ilə bağlı məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 1641-GL/17 nömrəli müqavilə üzrə 396 manat, 1707-GL/17 nömrəli müqavilə üzrə isə 320 manat məbləğində müəyyən edilməlidir İş materiallarına əlavə edilmiş 20.12.2021-ci il tarixli, 866593/00828 nömrəli hüquqi yardım göstərilməsi haqqında ödəniş tapşırığını nəzərdən keçirən məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə tələb olunan 350 manat göstərilən xidmətə münasibətdə ağlabatan məbləğ deyil, belə ki, vəkil sadəcə olaraq iddia ərizəsini tərtib edib əlavə edilmiş sənədlərlə yanaşı məhkəmə elektron sisteminə yerləşdirmiş, heç bir məhkəmə iclaslarında iştirak etməmiş və bu səbəbdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin tələbi həmin hissədə qismən, yəni 200 manat məbləğində təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 05.04.2022-ci il tarixə yaranmış 02.08.2018-ci il tarixli 1641-GL/17 nömrəli müqavilə üzrə 9204 manat əsas borc və 396 manat cərimə borcu, 02.08.2018-ci il tarixli 1707-GL/17 nömrəli müqavilə üzrə 8680 manat əsas borc və 320 manat cərimə borcu, həmçinin 100 manat mediasiya xərci və hüquqi yardıma görə ödənilmiş 200 manat cəmi 18900 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 05.04.2022-ci il tarixə yaranmış 02.08.2018-ci il tarixli 1641-GL/17 nömrəli müqavilə üzrə 9204 manat əsas borc və 396 manat cərimə, 02.08.2018-ci il tarixli 1707- GL/17 nömrəli müqavilə üzrə 8680 manat əsas borc və 320 manat cərimə, həmçinin 100 manat mediasiya xərci və hüquqi yardıma görə ödənilmiş 200 manat cəmi 18900 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-698/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-698/2022
06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver