Məhkəmə qərarları › İş №e-2-2(113)-6980/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6980/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6980/2025 14.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X3 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, mediasiya xərci, vəkil xərci, cərimə pulu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh X3 qarşı “pul” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 AL/ML/1980 saylı Maliyyə Lizinq müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə qrafik üzrə ödənilməmiş 73062 manat borc və hesablanmış 10959 manat cərimə borcunun; AL/ML/2000 saylı Maliyyə Lizinq müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə qrafik üzrə ödənilməmiş 3487 manat əsas, hesablanmış cərimə borcu kimi 523 manat cərimə borcunun; hüquqi yardımın Hüquqi yardımın göstərilməsi üçün Bakışəh, 18 saylı Vəkil Bürosuna ödənilmiş 1800 ( bir min səkkiz yüz) manat pulun; dövlət rüsumunun əvəzi kimi 354.09 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında olan 26.05.22 tarixli AL/ML/1980 saylı və xx.xx.2022 tarixli AL/ML/2000 saylı lizinq müqavilələri mövcuddur ki, mövcuddur ki, həmin müqavilə əsasında tərəfimizdən bir sıra kənd təsərüffatında istifadə edilən suvarma texnikaları cavabdehə lizinq şərtləri ilə satılmışdır. Cavabdehlə bağlanmış AL/ML/1980 saylı maliyyə lizinq müqaviləsinin 2.2-ci bəndinə əsasən Lizinq obyektinin ümumi qiyməti 672.435 manat təşkil etmişdir. 2.3.1 maddəsinə əsasən avans 199.240 manat , 2.2.3 bəndinə əsasən 398.480 manat lizinq məbləği; 2.3.3 bəndinə əsasən, 74.715 manat lizinq şirkətinin komisiyyası; 2.4 bəndinə əsasən 10.043 manat siğorta məbləği təşkiletmişdir. Cavabdehlə bağlanmış AL/ML/2000 saylı Maliyə Lizinq müqaviləsinə əsasən X5 tərəfindən isteksal edilmiş 1 ədəd Belarus 892 markalı Traktor cavabdehə lizinq şərtləri ilə satılmışdır. Həmin müqavilənin 1.3 bəndinə əsasən ümumi Lizinq məbləği 47500 azn; 2.2 bəndinə əsasən 30.400 Lizinq ödənişlərinin ümumi məbləği; 2.2.1 bəndinə əsasən 9500 avans məbləği; 2.2.2 bəndinə əsasən 19.000 manat AKİA tərəfindən güzəşt məbləği; 2.2.3 bəndinə əsasən 19.000 manat qalıq Lizinq məbləği; 2.2.3 bəndinə əsasən 1900 mant Lizinq şirkətinin Komisiyyası təşkiletmişdir. Cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq, ödənişlər dayandırılmış və hazırda AL/ML1980 saylı müqavilə üzrə ümumi borc 232.430 manat, qrafik üzrə gecikdirilmiş borc 73.062 manat əsas, müqavilənin 15.2 və 15.3 bəndinə əsasən hesablanmış cərimə borcu 10959 manat təşkiledir. Cavabdeh tərəfindənAL/ML/2000 saylı lizinq müqaviləsi üzrə ümumi borc 10758 manat, qrafik üzrə ödənilməmiş və gecikdirilmiş borc 3487 manat, müqavilənin 15.2 və 15.3 bəndinə əsasən hesablanmış cərimə borcu 523 manat təşkiletmişdir. Cavabdehlə dəfələrlə əlaqə saxlayıb müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini tələb etməyimizə baxmayaraq cavabdeh öhdəliyi yerinə yetirməkdən qərəzli olraq yayınmışdır. Əlavə olaraq diqqətinizə çatdırmaq istərdim ki, hüquqi yardımın göstərilməsi məqsədi ilə İddiaçı MMC ilə Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndəla EM-1181VK-34122/25 saylı müqavilə imzalanmış vəbir min səkkiz yüz manat hüquqi yardıma görə məbləğ Bakışəhər 18 saylı Vəkil Bürosuna köçürülmüşdür. Bundan başqa cavabdehə pretenziya elektron hökumət və rəsmi poçt vasitəsi ilə göndərilmiş, cavabdeh tərəfindən borcun ödənilməsində heç bir təşəbbüs irəlisürülməmişdir. Azərbaycan Respublikası MM-nin 443.1. maddəsinə əsasən, “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Bundan başqa qeyd edim ki, Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmətedir. Bundan başqa Azərbaycan Respublikası MM-nin425.1. maddəsinə əsasən, “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə X4 arasında bağlanmış 26.05.22 tarixli AL/ML/1980 saylı maliyyə lizinqi müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş, Qusar rayonu, Muçuğ kəndində yerləşən ümumi sahəsi 120 HA-da, qarışıq meyvə bağına 1 dəst Ege Tar markalı (intensiv bağ suvarma sistemi) komplekt damlama suvarma sistemi materiallarını (bundan sonra Lizinq obyekti adlandırılacaq) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən müqavilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini bu Lizinq Müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq obyektinin dəqiq təsviri Lizinq müqaviləsinin ayrılmaz hissəsi olan Əlavə №1-də göstərilir.

10. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq obyektinin satıcısı: Azmaş Lizinq MMC

11. Müqavilənin 1.4-cü bəndinə əsasən lizinq obyektinin qiyməti: 996 200,00 AZN

12. Müqavilənin 1.5-ci bəndinə əsasən lizinq obyektinə tətbiq olunan subsidiya məbləği: 398 480,00 AZN

13. Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və.s.) Əlavə №2-də göstərilən cədvəl üzrə həyata keçirilir.

14. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq ödənişlərinin ümumi məbləği: 672435,00 AZN

15. Müqavilənin 2.3-cü bəndinə əsasən lizinq ödənişlərinin ümumi məbləği aşağıdakılardan ibarətdir:

16. Müqavilənin 2.3.1-ci bəndinə əsasən avans məbləği: 199240,00 AZN

17. Müqavilənin 2.3.2-ci bəndinə əsasən lizinq məbləği: 398480,00 AZN

18. Müqavilənin 2.3.3-cü bəndinə əsasən müqavilənin rəsmiləşdirilmə komissiyası: 74715,00 AZN

19. Müqavilənin 2.4-cü bəndinə əsasən sığorta haqqı (birdəfəlik): 10043,00 AZN

20. Müqavilənin 3.1-ci bəndinə əsasən Lizinq müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir.

21. Müqavilənin 3.2-ci bəndinə əsasən Lizinq müddəti :60 ay.

22. Müqavilənin 3.4-cü bəndinə əsasən tərəflər razılaşırlar ki, subsidiya (güzəşt) məbləğinin (tam va ya hər hansı bir hissəsi) verilməsinə AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi təıəfindən imtina olarsa, həmin imtina olunan subsidiya (güzəşt) məbləği Lizinq Alan tərəfindən tam olaraq 10 iş günü ərzində ödəniləcəkdir.

23. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə qəbul edilmiş təminat(lar) Lizinq alana hesablanan bütün lizinq ödənişlərinin və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya, xidmət haqqı, qeydiyyat xərcləri, notariat xərcləri və s.), o cümlədən hesablanmış faiz və cərimələrin qaytarılmasının və Lizinq alanın öhdəliklərinin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur.

24. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq verən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində istənilən vaxt aşağıdakı hallarda, lakin onlarla məhdudlaşmadan Lizinq alandan öhdəliyin icrasının əlavə təminatının təqdim edilməsini, habelə əvvəllər verilmiş təminatın dəyişdirilməsini tələb edə bilər:

25. Müqavilənin 4.2.1-ci bəndinə əsasən lizinq alanın öhdəliyin icrasının təmin edilməsi haqqında bağlanmış müqavilələrdən hər hansı biri qüvvədən düşübsə, zamin müvafiq müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirmir, yaxud belə müqavilə mübahisə olunur və ya etibarsız hesab edilibsə;

26. Müqavilənin 4.2.2-ci bəndinə əsasən girova və/və ya Zaminə qarşı üçüncü şəxslər tərəfindən lizinq müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək və ya onun icrasını mümkün olmayan edə biləcək tələblər irəli sürülürsə, həmçinin girov predmeti tam və ya qismən məhv olarsa;

27. Müqavilənin 4.2.3-cü bəndinə əsasən lizinq obyekti zədələndikdə (xarab olduqda) və bununla əlaqədar olaraq onun bazar dəyəri azaldıqda;

28. Müqavilənin 4.2.4-cü bəndinə əsasən zaminə və/və ya Lizinq alana qarşı lizinq müqaviləsinin şərtlərinin icra edilməsinə əhəmiyyətli dərəcədə təsir edən və ya onun icrasını mümkün edə bilməyən məhkəmə iddiaları verildikdə;

29. Müqavilənin 4.2.5-ci bəndinə əsasən yenidən təşkil edilmə, ləğvetmə va ya müflisləşmə proseduru başlayıbsa, həmçinin Lizinq alanın və/və ya Zaminin əsas fəaliyyət növünə dair lisenziyası geri çağırılıbsa/ləğv olunubsa;

30. Müqavilənin 4.3-cü bəndinə əsasən lizinq alan Lizinq verənin müvafiq tələbində göstərilən müddətdə Lizinq verənin tələblərinə cavab verən təminatı təqdim etməyi, yaxud əvvəllər verilmiş təminatı əvəz etməyi öhdəsinə götürür. Lizinq alan tərəfindən yuxarıda göstərilən şərtlər yerinə yetirilmədikdə, Lizinq veran Lizinq alanın lizinq obyektinə sahiblik va istifadə hüququna birtərəfli qaydada xitam verə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş qaydada Lizinq obyektini geri ala bilər.

31. Müqavilənin 6.1-ci bəndinə əsasən lizinq verən Lizinq alan tərəfindən seçilmiş və Lizinq müqaviləsinin 1.1 -ci bəndində göstərilən lizinq obyektini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik va istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.

32. Müqavilənin 6.2-ci bəndinə əsasən lizinq obyekti Lizinq verən tərəfindən Alqı-satqı Müqaviləsi əsasında Lizinq alanın müstəqil olaraq seçdiyi Satıcıdan alınır.

33. Müqavilənin 6.3-cü bəndinə əsasən satıcı Lizinq alan tərəfindən müıyyən edildiyi üçün, Alqı-satqı müqaviləsinin Lizinq verən tərəfindən imzalandığı andan, Satıcı tərəfindən Alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə və ya lazımınca icra edilməməsi ilə əlaqədar bütün riskləri, habelə lizinq obyektinin keyfiyyəti, komplektliyi və vaxtında olan tədarükə, lizinq obyektinin qüsurlarına görə Satıcıya irəli sürülən iddialara olan hüquqları Lizinq alan öz üzərinə götürür və bütün mümkün olan xərcləri və zərərləri Lizinq verənə ödəyir. Lizinq verən lizinq obyektinin keyfiyyəti, komplektliyi və vaxtında olan tədarükə, lizinq obyektinin qüsurlarına görə heç bir iddiaları Lizinq alandan qəbul etmir.

34. Müqavilənin 9.1-ci bəndinə əsasən lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin, o cümlədən lizinq obyektinin qeydiyyat şəhadətnaməsinin, bir dəst qeydiyyat nişanının, bir dəst açarların və lizinq obyektinin an azı 1 (bir) ay müddətinə idarə edilməsinə hüquq verən etibarnamənin verilməsi Təhvil-təslim aktı ilə rəsmiləşdirilir.

35. Müqavilənin 9.2-ci bəndinə əsasən lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə mülkiyyət hüququ Lizinq verənə, sahiblik və istifadə hüququ isə Lizinq alana keçir və Lizinq verənin lizinq obyektinin Lizinq alana maliyyə lizinqinə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır.

36. Müqavilənin 12.5.4-cü bəndinə əsasən lizinq obyekti məhv edildikdə, talandıqda və ya itirildikdə, habelə lizinq obyekti zədələndiyi və bərpa oluna bilmədiyi halda va bu hadisə sığortaçı tərəfindən sığorta hadisəsi hesab edilmədikdə, Lizinq alan bu hadisənin baş verdiyi andan 15 (on beş) təqvim günü ərzində lizinq obyektinin cari dəyərinin tam məbləğini, ödənilməmiş cari lizinq ödənişlərinin məbləğini, müqaviləyə əsasən Lizinq alan tərəfindən ödənilməli olan cərimə va (va ya penyanı, habela belə hadisənin baş verməsi nəticəsində Lizinq verənə vurulmuş zərər və itkilərin ödənilməsi üçün tələb olunan məbləği Lizinq verənə ödəməlidir. Yuxarıda qeyd edilən məbləğlər tam həcmdə ödənildiyi andan və müqavilə ilə müəyyən edilmiş ödənişlər üzrə Lizinq alanın borcu olmadıqda, müqaviləyə xitam verilir, lizinq obyektinə mülkiyyət hüququ isə Lizinq alana keçir. Bu halda Lizinq verən mülkiyyət hüququ keçdiyi andan 15 (on beş) təqvim günü ərzində siğorta müqaviləsi üzrə Fayda götürən şəxsin hüquqlarını Lizinq alana verir. Lizinq alan bu bənddə nəzərdə tutulan tələbləri müəyyən edilmiş vaxtda icra etmədikdə, Lizinq verən hər gecikdirilmiş gün üçün lizinq obyektinin cari dəyərinin 0,1% (sıfır tam onda bir faiz) məbləğində dəbbə pulunu tələb edə bilər.

37. 26.05.22 tarixli AL/ML/1980 saylı maliyyə lizinqi müqaviləsinə 1 saylı əlavəyə əsasən lizinq obyektinin texniki təsnifatının məbəği 996,200 manat müəyyən edilmişdir.

38. 26.05.22 tarixli AL/ML/1980 saylı maliyyə lizinqi müqaviləsinə 2 saylı əlavəyə əsasən maliyyələşmə məbəği 398.480 manat və lizinq müddəti 60 ay nəzərdə tutulmuşdur.

39. 26.05.22 tarixli AL/ML/1980 saylı müqavilə üzrə təhvil-təslim aktına əsasən 996.200 manat dəyərində lizinq obyekti iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

40. İddiaçı MMC-nin maliyyə arayışına əsasən İddiaçı MMC ilə X4 arasında 26.05.22 tarixli AL/ML/1980 saylı maliyyə lizinqi müqaviləsinə əsasən dəyərinin bir hissəsin, əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq 60 ay müddətinə aylıq ödənişlər yerinə yetirmək şərti ilə ümumi dəyəri 996200,0 manat olan 1 ədəd suvarma avadanlığı, lizinqə verilmişdir. Həmin avadanlığa görə xx.xx.2025-ci il tarixədək 239112 0 AZN ödənilməli olduğu halda 166060,0 AZN ödəniş edilmiş və qrafik üzrə 73062,0 AZN gecikdirilmiş borc yaranmışdır. Bağlanmış müvafiq müqavilənin 15.2-ci və 15.3-cü bəndlərinə əsasən ödəniş qrafik, uzrə 30 (otuz) təqvim günündən artıq ödənişləri gecikdirdiyinizə görə gecikdirilən hər bir gün üçün qalıq əsas borc məbləğinə gündəlik 0,1% (10959,30 AZN) məbləğində faiz hesablanmışdır. Ümumilikdə müqavilə üzrə ö əı (232430 AZN) ilə hesablanmış faizin cəmi 243389,30 AZN təşkil edir.

41. İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2022 tarixli AL/ML/2000 saylı maliyyə lizinqi müqaviləsinə əsasən:

42. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən Lizinq alan tərəfindən seçilmiş 1 ədəd Traktor Belarus 892 (bundan sonra - Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.

43. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq obyektinin satıcısı: X5 İstehsalat Birliyi -1 ədəd Traktor Belarus 892

44. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq obyektinin alış qiyməti: 47500 AZN (Qırx yeddi min beş yüz manat, sıfır qəpik)

45. Müqavilənin 1.4-cü bəndinə əsasən lizinq obyektinin dəqiq təsviri və qiymət açıqlaması Lizinq müqaviləsinin ayrılmaz hissəsi olan Əlavə № 2-də göstərilir.

46. Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün məbləğlər Azərbaycan Respublikasının manatı təşkil edir.

47. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq ödənişlərinin ümumi məbləği: 30400 AZN (Otuz min dörd yüz manat, sıfır qəpik)

48. Müqavilənin 2.2.1-ci bəndinə əsasən avans məbləği: 9500 AZN (Doqquz min beş yüz manat, sıfır qəpik)

49. Müqavilənin 2.2.2-ci bəndinə əsasən AKİA tərəfindən ödənilən güzəşt məbləği: 19000 AZN (On doqquz min manat, sıfır qəpik)

50. Müqavilənin 2.2.3-cü bəndinə əsasən lizinq məbləği: 19000 AZN (On doqquz min manat, sıfır qəpik)

51. Müqavilənin 2.2.4-cü bəndinə əsasən lizinq şirkətinin komissiya faizi: 1900 AZN (Bir min doqquz yüz manat, sıfır qəpik)

52. Müqavilənin 2.3-cü bəndinə əsasən lizinq ödənişlərinin məbləği və tarixləri haqqında məlumat Lizinq müqaviləsinin ayrılmaz hissəsi olan Əlavə № 1-də göstərilir.

53. Müqavilənin 3.1-ci bəndinə əsasən lizinq müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir.

54. Müqavilənin 3.2-ci bəndinə əsasən lizinq müddəti: 60 ay

55. Müqavilənin 3.3-cü bəndinə əsasən lizinq alanın Lizinq obyektinə sahiblik və istifadə müddəti lizinq müddəti hesab edilir.

56. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq predmeti lizinq müqaviləsinin şərtlərinə əsasən Lizinq alan tərəfindən (Qala sığorta şirkəti) sığortalanır. Sığorta müqaviləsinə əsasən, lizinq alan sığortadan faydalanan şəxs qismində çıxış edəcək və sığorta hadisəsi nəticəsində sığorta şirkəti tərəfindən ödəniləcək sığorta məbləği ilk olaraq lizinq verənə ödəniləcəkdir.

57. Müqavilənin 5.1-ci bəndinə əsasən lizinq obyekti tərəflərin qarşılıqlı razılığı ilə Lizinq alanın balansında uçota alınır.

58. Müqavilənin 7.1-ci bəndinə əsasən lizinq verən Lizinq alan tərəfindən seçilmiş və Lizinq müqaviləsinin 1-ci bəndində göstərilən lizinq obyektini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.

59. Müqavilənin 7.2-ci bəndinə əsasən lizinq obyekti Lizinq verən tərəfindən Alqı-satqı Müqaviləsi əsasında Lizinq alanın müstəqil olaraq seçdiyi Satıcıdan alınır.

60. Müqavilənin 7.3-cü bəndinə əsasən Alqı-Satqı müqaviləsi Lizinq müqaviləsinin 2-ci bəndində göstərilmiş avans tam ödənildikdən və Lizinq müqaviləsi üzrə əlavə təminat (girov və ya zaminlik) nəzərdə tutlmuşdursa həmin təminat Lizinq alan tərəfindən təqdim edildikdən sonra bağlanılır. Tərəflərin qarşılıqlı razılaşma əsasında, Lizinq müqaviləsində avans və ya əlavə təminat nəzərdə tutulmadığı halda, Alqı-satqı müqaviləsi Lizinq müqaviləsi imzalandıqdan sonra bağlanılır.

61. Müqavilənin 7.4-cü bəndinə əsasən lizinq obyektinin verilmə yeri və qaydası Alqısatqı müqaviləsi ilə müəyyən edilir.

62. Müqavilənin 7.5-ci bəndinə əsasən satıcının Lizinq alan tərəfindən müəyyən edildiyi üçün, Alqı-satqı müqaviləsinin Lizinq verən tərəfindən imzalandığı andan, Satıcı tərəfindən Alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə və ya lazımınca icra edilməməsi ilə əlaqədar bütün riskləri, habelə lizinq obyektinin keyfiyyəti, komplektliyi və vaxtında olan tədarükə, lizinq obyektinin qüsurlarına görə Satıcıya irəli sürülən iddialar olan hüquqlar Lizinq alan öz üzərinə götürür və bütün mümkün olan xərcləri və zərərləri Lizinq verənə ödəyir. Lizinq verən lizinq obyektinin keyfiyyəti, komplektliyi və vaxtında olan tədarükə, lizinq obyektinin qüsurlarına görə heç bir iddiaları Lizinq alandan qəbul etmir.

63. Müqavilənin 10.1-ci bəndinə əsasən lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin Satıcı tərəfindən Lizinq verənə və Lizinq alana təhvil-təslimi alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş yerdə, müddətdə və şərtlərlə həyata keçirilir. Lizinq obyektinin təhvil-təslimi Təhvil-təslim aktı ilə rəsmiləşdirilir.

64. Müqavilənin 10.2-ci bəndinə əsasən lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə mülkiyyət hüququ Lizinq verənə, sahiblik və istifadə hüququ isə Lizinq alana keçir və Lizinq verənin lizinq obyektinin Lizinq alana maliyyə lizinqinə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır.

65. Müqavilənin 10.3-cü bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində Lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti Lizinq alan daşıyır.

66. Müqavilənin 10.4-cü bəndinə əsasən təhvil-təslim zamanı Lizinq verən nəqliyyat vasitəsinin açarlarını (digər ləvazimatları), pasportunu, lizinq obyektinin dövlət orqanlarında qeydiyyatı üçün lazım olan digər sənədləri Satıcıdan qəbul edir.

67. Müqavilənin 10.5-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı an Lizinq alan lizinq müqaviləsinin şərtlərinə uyğun olan hər sığorta müqaviləsinin və/və ya sığorta polisinin əslini və ya sığortalı və sığortaçı tərəfindən bir ədəd təsdiq olunmuş surətini, habelə qeyd edilən hər sığorta polisi/sığorta müqaviləsi üzrə sığorta haqqının sığortaçıya ödənilməsini təsdiq edən sənədin surətini Lizinq verənə təqdim etməlidir.

68. Müqavilənin 10.6-cı bəndinə əsasən lizinq alan lizinq müqaviləsinin 15.3,-cü bəndində göstərilən öhdəliyi icra etmədiyi halda, Lizinq verən lizinq obyektinin təhvil-təslim aktını imzalamaqdan imtina edə bilər. Bu halda Lizinq verən (lizinq müqaviləsində avans göstərildiyi halda) lizinq müqaviləsinin 2.3-cü bəndində göstərilmiş avans məbləğinin 100% miqdarında cəriməninin ödənilməsini tələb edə və bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər, habelə lizinq obyektinin əldə edilməsi ilə bağlı cərimə məbləğindən çox olan bütün xərclərin əvəzini Lizinq alandan tələb edə bilər, Lizinq alan isə Lizinq verənin bu haqda yazılı tələbini aldığı gündən 7 (yeddi) təqvim günü ərzində xərclərin əvəzini mübahisəsiz qaydada Lizinq verənə ödəməyi öhdəsinə götürür.

69. Müqavilənin 15.3-cü bəndinə əsasən bu Müqavilə üzrə gecikdirilmiş və ya vaxtı keçmiş lizinq öhdəliyinə görə hər gecikdirilən gün üçün qalıq əsas borc məbləğinə gündəlik 0.1% məbləğində faiz hesablanır və bu faiz Borcalan tərəfindən tam həcmdə ödənilməlidir.

70. xx.xx.2022 tarixli AL/ML/2000 saylı maliyyə lizinqi müqaviləsinə 1 saylı əlavəyə əsasən maliyyələşmə məbəği 19000 manat və lizinq müddəti 60 ay nəzərdə tutulmuşdur.

71. xx.xx.2022 tarixli AL/ML/2000 saylı maliyyə lizinqi müqaviləsinə 2 saylı əlavəyə əsasən lizinq obyektinin yekun alış qiyməti 47500 manat müəyyən edilmişdir.

72. İddiaçı MMC-nin maliyyə arayışına əsasən İddiaçı MMC ilə X6 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış AL/ML/2000 saylı maliyyə lizinqi müqaviləsinə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq 60 ay müddətinə aylıq ödənişlər yerinə yetirmək şərti ilə ümümi dəyəri 47500,0 AZN olan 1 ədəd kənd təsərrüfatı texnikasını lizinqə verilmişdir. Həmin texnikaya görə xx.xx.2025-ci il tarixədək 11729,0 AZN ödənilməli olduğu halda 8242,0 AZN ödəniş edilmiş və qrafik üzrə 3487,0 AZN gecikdirilmiş borc yaranmışdır. Bağlanmış müvafiq müqavilənin 15.2-ci və 15.3-cü bəndlərinə əsasən ödəniş qrafiki üzrə 30 (otuz) təqvim günündən artıq ödənişləri gecikdirdiyinizə görə gecikdirilən hər bir gün üçün qalıq əsas borc məbləğinə gündəlik 0,1% (523,05 AZN) məbləğində faiz hesablanmışdır. Ümumilikdə müqavilə üzrə öhdəlik (10758,00 AZN) ilə hesablanmış faizin cəmi 11281,05 AZN təşkil edir.

73. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ilə maliyyə lizinqi müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh X4 lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə X2 26.05.22 tarixli AL/ML/1980 saylı lizinq müqaviləsi üzrə cəmi 73062 manat məbləğində və xx.xx.2022 tarixli AL/ML/2000 saylı lizinq müqaviləsi üzrə 3487 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır.

74. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

75. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir.

76. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

77. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

78. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

79. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh X2 mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri onun 26.05.22 tarixli AL/ML/1980 saylı lizinq müqaviləsi üzrə cəmi 73062 manat məbləğində və xx.xx.2022 tarixli AL/ML/2000 saylı lizinq müqaviləsi üzrə 3487 manat məbləğində borcunun yarandığını, lizinq müqavilələrində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

80. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

81. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan 26.05.22 tarixli AL/ML/1980 saylı lizinq müqaviləsi üzrə 10959 manat məbləğində və xx.xx.2022 tarixli AL/ML/2000 saylı lizinq müqaviləsi üzrə 523 dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 26.05.22 tarixli AL/ML/1980 saylı müqavilə üzrə 3653 manat məbləğində və xx.xx.2022 tarixli AL/ML/2000 saylı lizinq müqaviləsi üzrə 174 manat məbləğində müəyyən edilməlidir.

82. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X1 26.05.22 tarixli AL/ML/1980 saylı Maliyyə lizinq müqaviləsi üzrə 73062 manat məbləğində əsas borc, 3653 manat məbləğində dəbbə (cərimə borcu) və xx.xx.2022 tarixli AL/ML/2000 saylı lizinq müqaviləsi üzrə 3487 manat məbləğində əsas borc, 174 manat məbləğində dəbbə (cərimə borcu) tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

83. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 354,09 manat dövlət rüsumu və hüquqi yardım xərci olaraq 1800 manat ödənilmişdir.

84. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

85. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

86. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün 331 manat dövlət rüsumunun və 1000 manat vəkil xərcinin əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

87. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh X1 AL/ML/1980 saylı Maliyyə Lizinq müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə qrafik üzrə ödənilməmiş 73062 manat əsas borc və 3653 manat dəbbə pulu; AL/ML/2000 saylı Maliyyə Lizinq müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə qrafik üzrə ödənilməmiş 3487 manat əsas borc, 174 manat dəbbə pulu olmaqla, cəmi ümumilikdə 80376 manat, vəkil xərcinin əvəzi olaraq 1000 manat və dövlət rüsumunun əvəzi olaraq 331 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar