Məhkəmə qərarları › İş №e-2-2(113)-6986/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6986/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6986/2024 01.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “daxili maliyyə lizinqi müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 04 may 2022-ci il tarixl nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 12 962,81 manat lizinq ödənişinin, lizinq obyektinə vurulmuş 8 550 manat maddi zərəinin əvəzinin, bu zərərin müəyyənləşdirilməsi üçün qiymətləndirmə və nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi üçün ödənilmiş 233,05 manat xərcin, yol hərəkəti qaydalarının pozulması nəticəsində yazılmış 631,40 manat cərimənin və ödənilmiş 159 manat dövlət rüsumunun cabvabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili hazırkı işin tərəflər arasında olan digər mübahisə ilə əlaqədar işlə bir icraatda birləşdirilməsinə etiraz etdi, cavabdehin nümayəndəsi və vəkili etiraz etmədi. Məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 6986/2024 nömrəli iş həmin məhkəmənin icraatında olan e-2-2(113)-6368/2024 nömrəli işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə müəyyən edir ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı “daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsinin ləğvi” tələbinə dair e-2-2(113)-6368/2024 nömrəli kommersiya mübahisəsi Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatındadır. e-2-2(113)-6368/2024 nömrəli iş məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı tələbi lizinq müqaviləsi üzrə pulun tutulması, Cavabdeh İddiaçınə qarşı tələbi isə həmin müqavilənin ləğvinin əsassızlığı ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün, həmçinin prossesual qənaət prinsipi baxımından onlara birgə baxılması zəruri olduğundan həmin işlər bir icraatda birləşdirilməli, hazırkı kommersiya mübahisəsi üzrə e-2-2(113)-6986/2024 nömrəli iş daha sonra (xx.xx.2024-cü il) icraata qəbul olunduğundan e-2-2(113)-6368/2024 nömrəli işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “daxili maliyyə lizinqi müqaviləsi üzrə pulun tutulması” tələbinə dair e-2-2(113)-6986/2024 nömrəli iş, iddiaçı Cavabdeh İddiaçınə qarşı “daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsinin ləğvi” tələbinə dair e-2-2(113)-6368/2024 nömrəli işlə bir icraatda birləşdirilsin və baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi Əhmədova Nərmin Məzahir qızına verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar