Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-699/2020 19.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 900 manat məbləğində əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 500 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0.2 faizi həcmində penya 900 manat olmaqla, cəmi 1830 manat məbləğində borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh X7 ilə İddiaçı arasında bağlanmış 601/12 saylı, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh, dəyərinin bir hissəsini malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəsə də, onunla xx.xx.2016-cı il tarixdə imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması akt”ları tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf etmiş və yaxın vaxtlarda tam ödəməyi öz üzərinə götürsə də, indiyədək 900 manat borc qalığını ödəməmişdir. Cavabdeh bu günədək öz borcunu ödəmədiyindən, o, tərəflər arasında imzalanmış müqavilənin 6.2 bəndinə əsasən gecikdirmənin müddəti 30 gündən çox olduqda hər gün üçün 0.2% həcmində penya pulunu da ödəməli və həmin məbləğ borc məbləğinin üzərinə əlavə edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş, iddianı müdafiə etdiyini bildirərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X7 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı, şirkətin prezidenti E.H.Bəşirovun şəxsində (SATİCİ), digər tərəfdən X4 şəxsində (ALİCİ), öz aralarında xx xxxxxxx 2012-ci il tarixli, 601/12 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. xx xxxxxxx 2012-ci il tarixli, 601/12 nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 üzrə xx.xx.2016-cı il tarixli, 10734 nömrəli Öhdəliklərin X1 görünür ki, İddiaçı, şirkətin prezidenti E.H.Bəşirovun şəxsində, digər tərəfdən X4 şəxsində, aralarında olan qarşılıqlı öhdəliklərin üzləşdirməsini apararaq xx.xx.2016-cı il tarixinə öhdəliklərin qarşılıqlı vəziyyəti haqqında satıcı - İddiaçı 1770 manat alacaq-debet qismində, alıcı - X7 isə 1770 manat verəcək- Kredit qismində, yəni, öhdəliklərin qarşılıqlı tanınması aktına əsasən alıcının satıcıya olan borcu 1770 manatdır. xx xxxxxx 2019-cu il tarixli, MA-02/583 nömrəli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən X5 19312.92 manat məbləğində mal verilmiş, X7 isə 18412.97 manat məbləğində ödəniş etmiş və nəticədə X4 İddiaçınə 899.95 manat məbləğində borcu qalmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 465.2, 467 və 567-ci maddələri). Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X7 arasında alqı-satqı müqaviləsi bağlanmış, lakin alıcı, yəni, cavabdeh X7 üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, ona 899.95 manat borc hesablanmışdır. Məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan penya azaldaraq 10,05 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 50,55%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 50,55%-i, yəni 15,16 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X3 899,95 manat məbləğində əsas borc, 10,05 manat məbləğində penya və 15,16 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X3 899,95 manat məbləğində əsas borc, 10,05 manat məbləğində penya cəmi 910 manat və dövlət rüsumu kimi ödənilmiş 15,16 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-699/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-699/2020
19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver