Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-699/2021 25.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənın açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixli 01/2019/BQ-AZ saylı müqavilə üzrə 107.671,20 manat məbləğində əsas borcun, 369.312,22 manat məbləğində peniyanın, xx.xx.2019-cu il tarixli 03/2019/BQ-AZ saylı müqavilə üzrə 29.618,50 manat məbləğində əsas borcun, 101.595,5 manat məbləğində peniyanın, xx.xx.2020-ci il tarixli, 03/2020 saylı müqavilə üzrə 12.899,60 manat məbləğində əsas borcun, 35.215, 91 manat məbləğində peniyanın, ümumilikdə isə 150.189,30 manat məbləğində əsas borcun və 506.123,63 manat cərimə borcunun “xxxx” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq cavabdeh “xxxx” MMCnin hüquqi ünvanı Abşeron rayonu Məmmədli kəndi, Yanardağın ərazisi olduğundan qanunvericiliyinin tələbinə uyğun olaraq iddia ərizəsini və əlavə edilmiş sənədlərin məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının vəsatəti təmin edilməli, kommersiya mübahisəsi baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh “xxxx” MMC Abşeron rayonu, Məmmədli kəndi, Yanardağ ərazisi ünvanında rəsmi olaraq qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə görə hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Abşeron rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası MPM-nin: 45.1-ci maddəsinə görə mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin hüquqi ünvanı Abşeron rayonu ərazisində yerləşdiyindən kommersiya mübahisəsinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının vəsatəti təmin edilsin. İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-699/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-699/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver