Məhkəmə qərarları › İş №e-2-2(113)-700/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-700/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-700/2021 02.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Cavabdehin nümayəndəsinin iştirakı olmadan. İddiaçı “X1 X2 Pazarlama ve Ticaret Limited şirkətinin Azərbaycan Respublikasında Filialının Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 X2 Pazarlama ve Ticaret Limited şirkətinin Azərbaycan Respublikasında Filialı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 108449.84 manat əsas borc, 19520.97 manat ƏDV olmaqla, ümumilikdə 127970.81 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında CR-0306 saylı xx xxxxxx 2019-cu il tarixli müqavilə bağlanmışdır. Müqavilənin müddəti 4 ay, ümumi məbləği isə 196800 manat təşkil edir, müqavilənin bitmə tarixi xx xxx 2019-cu il tarixi kimi müəyyən edilmişdir. Müqavilənin mahiyyəti müəyyən texnikaların icarəyə verilməsidir. Həmin müqavilənin məzmunu bu formadadır: Avtokran Faun ARF65G-4 (mobile Crane) 65te. 2007 buraxılışı aylıq icarə haqqı -14000 manat, operatorun aylıq haqqı daxildir. Günlük kirayə haqqı-900 manat (1-10 gün), əlavə iş saatlarına görə (hər saat üçün) 81 manat, cəmi x xxx 56000 manat təşkil etmişdir. Avtoyükləyici –Teleskopik Forklift (5te) buraxılış ili 2012: daşınması 600 manat, operatorunaylıq haqqı 1600 manat, günlük kirayə haqqı 360 manat (1-10 gün) , Əlavə iş saatlarına görə (hər saat üçün) 50 manat, aylıq icarə haqqı 6000 manat olmaqla cəmi x xxx 30400 manat təşkil etmişdir. X3 JLG 80 HX buraxılış ili 2000- daşınması 600 manat, operatorun aylıq haqqı 1600 manat, günlük kirayə haqqı 300 manat (1-10 gün), əlavə iş saatlarına görə (hər saat üçün) 45 manat, aylıq icarə haqqı 5500 manat, cəmi x xxx 28400 manat təşkil etmişdir. Səbət-Cherry Picker JLG80 HX buraxılış ili 1999- daşınması -600 manat, operatorun aylıq haqqı 1600 manat, günlük kirayə haqqı 300 manat (1-10 gün), əlavə iş saatlarına görə (hər saat üçün) 45 manat, aylıq icarə haqqı 5500 manat olmaqla cəmi x xxx 28400 manat təşkil etmişdir. Yəhərli dartıcı daymon 30 te, 2007 buraxılışı- aylıq icarə haqqı 7000 manat, operatorun aylıq haqqı daxildir. Günlük kirayə haqqı 300 manat (1-10 gün), əlavə iş saatlarına görə (hər saat üçün) 42 manat olmaqla, cəmi 28000 manat təşkil etmişdir. Daha sonra tərəflər arasında xx xxx 2019-cu il tarixində qeyd edilmiş müqaviləyə 1 nömrəli əlavə imzalanmışdır, həmin əlavəyə əsasən müqavilənin şərtləri saxlanılmaqla müddəti xx xxxxxx 2019-cu il tarixinə qədər uzadılmışdır və müqavilənin ümumi məbləği 1968xx xxxxxxxx 440400 manata kimi qaldırılmışdır. Həmin müqaviləyə əsasən müəyyən işlər görülmüş və bunun müqabilində müəyyən ödənişlər olunmuşdur. Qeyd edilməlidir ki, tərəflərin arasında hər hansı anlaşmazlıq olmamış, etiraz və narazılıqlar yaranmamışdır. Lakin buna baxmayaraq cavabdeh tərəfindən xx xxxx 2019-cu il tarixində göndərilmiş məktuba əsasən müqaviləyə xx xxxx 2019-cu il tarixindən etibarən birtərəfli qaydada xitam verməsi qeyd edilmişdir. Həmin məktubun sonunda müqavilə üzrə yaranmış öhdəliklərin icra ediləcəyi qeyd edilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh bu günə qədər üzərinə düşən vəzifələri yerinə yetirməmiş, görülmüş işlərə və xidmətlərə dair ödənişləri həyata keçirməmişdir. Dəfələrlə aralarında danışıqların aparılmasına baxmayaraq bu məsələ həllini tapmamışdır. Bu səbəbdən xx.xx.2020-ci il tarixində cavabdehə pretenziya məktubu çatdırılmış və 3 gün ərzində icra edilməsi təklif olunmuşdur. Pretenziyanın müddəti xx.xx.2020-ci il tarixində bitmişdir. Hazırki iddianın predmetini cavabdeh tərəfindən ödənilməli olan lakin ödənilməmiş 127970,81 manat məbləğində borcu təşkil edir. Belə ki, xx.xx.2019-cu il tarixində NS/G-06-2019 saylı cavabdehə görülmüş işllərin və xidmətlərin ödənilməsinə dair elektron qaimə göndərilmişdir. Həmin qaiməyə əsasən borcun məbləği 127970.81 manat məbləğində (108449.84 əsas məbləğ 19520.97 ƏDV) təşkil edir. Müqavilənin 3.6-cı maddəsinə əsasən ödəniş hesab-faktura təqdim edildikdən 30 təqvim günü ərzində ödənilməlidir. Müqavilənin bütün şərtləri tərəflərindən tam məsuliyyətlə icra edilməsinə baxmayaraq heç bir əsas olmadan cavabdeh müqavilə üzrə yaranmış borcu ödəmir və bu işlə bağlı hər hansı hərəkət etmir. Bu günə olan borc xx.xx.2019-cu il tarixində NS/G-06-2019 saylı invoiceden yaranmış və ödənilməsi təmin edilməmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehdən xx.xx.2019-cu il tarixində EAAQ seriyalı 537827 saylı e-qaiməyə əsasən 3605.58 manat (ƏDV xaric), xx.xx.2019-cu il tarixində EAAV seriyalı 312396 saylı eqaiməyə əsasən 32348 manat (ƏDV xaric) , xx.xx.2019-cu il tarixində EAAW seriyalı 649067 saylı e-qaiməyə əsasən 108449.84 manat, pozulmuş hüququnun bərpasına sərf edilmiş dövlət rüsumu 30 manat, vəkil xidmətinə dair 110 manat, ümumilikdə 144543.42 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən EAAQ seriyalı 465002 saylı e-qaiməyə əsaən PO CDP-PR-122126PO-01 (əlavə qeyd NS/G-01-2019 hesab) hesablanmış və sistemə vurulmuş 29900 manat (ƏDV ilə birlikdə 35282 manat) cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində iddiaçının X4 hesabına ödənilmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən EAAQ seriyalı 183103 saylı e-qaimə əsasən CR0306 (əlavə qeyd NS/G-02-2019 hesab) HY 787738 saylı Vergi hesab fakturasına əsasən hesablanmış və sistemə vurulmuş 60885.42 manat (ƏDV ilə birlikdə 71844.80 manat) cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində tam ödənilmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən EAAQ seriyalı 537827 saylı e-qaiməyə, (əlavə qeyd NS/G-03-2019 hesab) HZ 556117 saylı vergi hesab fakturaya əsasən hesablanmış və sistemə vurulmuş 97200 manatın (ƏDV ilə birlikdə 114696 manat) cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində 89094 manat hissəsi, daha sonra isə xx.xx.2019-cu il tarixində 4500.42 manat hissəsi ödənilmişdir. Beləliklə, cavabdeh 97200 manat məbləğində olan borcundan 89094+4500.42 manat olmaqla ümumilikdə 93594.42 manat ödəmiş və 3605.58 manat ƏDV xaric borcu qalmışdır. xx.xx.2019-cu il tarixində EEAT seriyalı 973993 saylı e-qaiməyə əsas kimi Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində 111380 manat tam ödənilmişdir. xx.xx.2019-cu il tarixində EAAV seriyalı 312396 saylı e-qaiməyə, (Əlavə qeyd NS/G-05-2019) İC 510077 saylı Vergi hesab-fakturasına əsasən hesablanmış və sistemə vurulmuş 172348 manat (ƏDV ilə birlikdə 203370.64 manat) cavabdeh tərəfindən əsassız olaraq tam ödənilməmişdir. Cavabdeh qeyd edilən məbləğ üzrə xx.xx.2020-ci il tarixində 140000 manat ödəmişdir. Beləliklə həmin məbləğdən 32348 manat borcu qalmışdır. xx.xx.2019-cu il tarixində EAAW seriyalı 649067 saylı e-qaiməyə əsasən hesablanmış və sistemə vurulmuş 108449.84 manat (ƏDV ilə birlikdə 127970.81 manat) cavabdeh tərəfindən əsassız olaraq ödənilməmişdir. Beləliklə, həmin məbləğdən 108449.84 manat borcu qalmışdır. İyun ayının 25-də cavabdeh rəsmi məktub göndərərək müqaviləni birtərəfli qaydada ləğv etmiş və borcları ödəyəcəyini vəd etmişdir, lakin bü günə qədər bu istiqamətdə hər hansı addımlar atılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin həcminin artırılması barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Sifarişçi qismində “xxxx” MMC ilə podratçı qismində “X1 X2 Pazarlama ve Ticaret Limited şirkətinin Azərbaycan Respublikasında Filialı arasında bağlanmış xx xxxxxx 2019cu il tarixli CR-0306 nömrəli müqaviləyə əsasən podratçı müqavilənin şərtlərinə uyğun olaraq sifarişçiyə Aypara İnkişaf Layihəsi X5 Metal Konstruksiya işləri üçün aylıq əsasda avadanlıqların/texnikaların təmin olunması xidmətlərini yerinə yetirir. Xidmət x xxxxxx 2019-cu il tarixində başlanacaqdır və x xxx 2019-cu ilə qədər yekunlaşmalıdır və podratçı zamanın önəmini və əhəmiyyətini qəbul edib razılaşır. 3.1-ci bəndə əsasən müqavilənin ümumi gözlənilən qiyməti 196,800 manatdır. Qiymətlərə ƏDV daxil deyildir. 3.2.Müqavilənin Əlavə 1-Qiymətlər siyahısı altında göstərilmiş nəzərdə tutulan xidmətlər sabitləşmiş vahid qiymət əsasında həyata keçirilir. 3.3. Aylıq tərəqqi ilə bağlı ödəniş xidmətlərin yerinə yetirilməsini təsdiq edən aylıq ödəniş sənədi əsasında həyata keçirilir. Aylıq ödəniş sənədi şirkət tərəfindən təsdiqləndikdən sonra hesab faktura şirkətə verilir. Ödəniş faktura tarixindən sonrakı 30 gün ərzində həyata keçirilir. 3.6.ödəniş işlərin qəbul edilməsinə dair imzalanmış akta uyğun olaraq və düzgün orijinal vergi hesab-fakturası təqdim edildikdən sonra 30 təqvim günü ərzində bank köçürməsi yolu ilə Azərbaycan manatı ilə həyata keçirilir. - CR-0306 nömrəli müaviləyə edilmiş 01 nömrəli əlavəyə əsasən tərəflər müqavilə öhdəliklərinin sadalanan qaydada dəyişdirilməsi barədə razılığa gəlmişlər: a)yenidən işlənmiş qiymət siyahısını əsas müqavilənin Əlavə1 qiymət siyahısı ilə əvəz etmək. b) müqavilə müddətini Əlavə 1-in qiymət siyahısında göstərildiyi kimi xx xxxxxx 2019-cu il tarixədək uzatmaq.c) Bu 1 saylı Əlavənin imzası ilə xx xxxxxx 2019-cu il tarixli 01 saylı dəyişiklik sərəncamını ləğv etmək.d) 3.2-ci yarımbənddə göstərilən müqavilənin ümumi gözlənilən qiymətini 440,400 manata dəyişdirmək. Bütün tariflərə ƏDV daxil deyil. - “X1 X2 Pazarlama ve Ticaret Limited şirkətinin Azərbaycan Respublikasında Filialı tərəfindən “xxxx” MMC-yə təqdim edilmiş xx.xx.2019-cu il tarixli NC/G-01-2019 nömrəli invoysdan və EAAQ qeriyalı 465002 saylı, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, görülmüş işlərin dəyəri 29000 manat , ƏDV 5382 olmaqla ümumilikdə 35282 manat təşkil etmişdir. - xx.xx.2019-cu il tarixli, NS/G-02-2019 nömrəli invoysdan və EAAR seriyalı 183103 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, görülmüş işlər və göstərilən xidmətlərin dəyəri 60885.42 manat, ƏDV 10959.38 manat olmaqla ümumilikdə 71844.80 manat təşkil etmişdir. - xx.xx.2019-cu il tarixli, NS/G-03-2019 nömrəli invoysdan və EAAS seriyalı 537827 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, görülmüş işlər və göstərilən xidmətlərin dəyəri 97200 manat, ƏDV 17496 manat olmaqla ümumilikdə 114696 manat təşkil etmişdir. - xx.xx.2019-cu il tarixli, NS/G-04-2019 nömrəli invoysdan və EAAT seriyalı 973993 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, görülmüş işlər və göstərilən xidmətlərin dəyəri 111380 manat, ƏDV 20048.40 manat olmaqla ümumilikdə 131428.40 manat təşkil etmişdir. - xx.xx.2019-cu il tarixli, NS/G-05-2019 nömrəli invoysdan və EAAV seriyalı 312396 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, görülmüş işlər və göstərilən xidmətlərin dəyəri 172348 manat, ƏDV 31022.64 manat olmaqla ümumilikdə 203370.64 manat təşkil etmişdir. -xx.xx.2019-cu il tarixli, NS/G-06-2019 nömrəli invoysdan və EAAW seriyalı 649067 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, görülmüş işlər və göstərilən xidmətlərin dəyəri 108449.84 manat, ƏDV 19520.97 manat olmaqla ümumilikdə 127970.81 manat təşkil etmişdir. - “X1 X2 Pazarlama ve Ticaret Limited şirkətinin Azərbaycan Respublikasında Filialının “X4” ASC-də olan hesabına köçürmələrdən məlum olur ki, “xxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə 29,998.16 manat, xx.xx.2019-cu il tarixdə 60,937.17 manat , xx.xx.2019-cu il tarixdə 89,094 manat, xx.xx.2019-cu il tarixdə 18.272.38 manat, xx.xx.2019-cu il tarixdə 111,380 manat, xx.xx.2020-ci il tarixdə 140,000 manat ödəniş həyata keçirilmişdir. - Sifarişçi və podratçının nümayəndələri tərəfindən imzalanmaqla təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 002 nömrəli görülmüş işlərin aktından məlum olur ki, həmin dövrdə “X1 X2 Pazarlama ve Ticaret Limited şirkətinin Azərbaycan Respublikasında Filialı tərəfindən “xxxx” MMC-yə təhvil verilmiş işlərin dəyəri 71,844.80 manat təşkil etmişdir. - xx.xx.2019-cu il tarixdə “X1 X2 Pazarlama ve Ticaret Limited şirkətinin Azərbaycan Respublikasında Filialı və “xxxx” MMC-nin nümayəndələri tərəfindən təsdiq edilmiş yerinə yetirilən işlərin qəbul aktından görünür ki, həmin tarixdə ümumi dəyəri 97,200 manat təşkil edən işlər görülmüşdür. -xx.xx.2019-cu il tarixdə tərtib edilmiş aktdan məlum olur ki, həmin dövrdə “X1 X2 Pazarlama ve Ticaret Limited şirkətinin Azərbaycan Respublikasında Filialı tərəfindən görülmüş işlərin dəyəri 111,380 manat təşkil etmişdir. Beləliklə işin hallarından məlum olur ki, tərəflər arasında xx xxxxxx 2019-cu il tarixli CR-0306 saylı podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, CR-0306 saylı müqavilə və həmin müqaviləyə edilmiş 1 saylı əlavəyə əsasən iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2019-cu il tarixli NS/G- 01-2019 nömrəli invoysa əsasən ƏDV xaric 29900 manat, xx.xx.2019-cu il tarixli, NS/G- 02-2019- nömrəli invoysa əsasən 60885.42 manat, xx.xx.2019-cu il tarixli, NS/G-03-2019 nömrəli invoysa əsasən 97200 manat, xx.xx.2019-cu il tarixli, NS/G-04-2019 nömrəli invoysa əsasən111380 manat, xx.xx.2019-cu il tarixli, NS/G-05-2019- nömrəli invoysa əsasən 172348 manat, xx.xx.2019-cu il tarixli, NS/G-06-2019 nömrəli invoysa əsasən 108,449.84 (ƏDV 19520.97) manat dəyərində işlər görülmüş, lakin cavabdeh tərəfindən ödənişlərin bir qismi həyata keçirilməmişdir. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixli, NS/G-03-2019 nömrəli invoysa, EAAS 537827 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 97200 manat təşkil edən borc məbləğindən cəmi 93594.42 manat ödəniş etmiş, nəticədə 3605.58 manat ödənilməmiş qalmışdır. Eyni zamanda xx.xx.2019-cu il tarixli, NS/G-05-2019- nömrəli nömrəli invoys və EAAV312396 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimə üzrə də ödənişi tam həyata keçirməmiş, 172348 manat təşkil edən məbləğdən 140000 manat ödəniş etmiş, 32348 manat ödənilməmişdir. xx.xx.2019-cu il tarixli, NS/G-06-2019 nömrəli invoys və EAAW 649067 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimə üzrə isə ümumiyyətlə ödəniş həyata keçirilməmiş və nəticədə 108,449.84 manat (ƏDV xaric) ödənilməmiş qalmışdır. Cavabdeh MMC müqavilədən irəli gələn vəzifəsini icra etməmişdir, yəni görülümş işlərin pulunu tam ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən xx.xx.2019-cu il tarixli EAAS seriyalı 537827 saylı e-qaiməyə əsasən 3605.58 manat, xx.xx.2019-cu il tarixli EAAV seriyalı 312396 saylı e-qaiməyə əsasən 32348 manat və xx.xx.2019-cu il tarixli EAAW seriyalı 649067 saylı e-qaiməyə əsasən 108449.84 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbini iddiaçıya vəkil xidmətinin göstərilməsinə görə cavabdehdən 110 manat məbləğində pulun tutulması hissəsində də əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən xx.xx.2019-cu il tarixli EAAS seriyalı 537827 saylı eqaimə üzrə 3605.58 manat (ƏDV xaric), xx.xx.2019-cu il tarixli EAAV seriyalı 312396 saylı e-qaimə üzrə 32348 manat (ƏDV xaric), xx.xx.2019-cu il tarixli EAAW seriyalı 649067 saylı e-qaimə üzrə 108449.84 manat, pozulmuş hüququnun bərpasına sərf edilmiş dövlət rüsumu 30 manat, vəkil xidmətinə dair 110 manat, ümumilikdə 144543.42 (yüz qırx dörd min beş yüz qırx üç manat qırx iki qəpik) manat tutularaq iddiaçı “X1 X2 Pazarlama ve Ticaret Limited şirkətinin Azərbaycan Respublikasında Filialına ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar