Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-701/2024 18.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı xidmət müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh QSC (müştəri) arasında xx.xx.2017-ci il tarixdə SZ-02 nömrəli mühasibat uçotu və vergi məsələləri üzrə məsləhət xidməti göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icraçı, həmin müqavilənin şərtləri daxilində müştərinin tapşırığı ilə, onun mühasibat uçotu işinin aparılmasını, mühasibat uçotu, vergi məsələləri üzrə müştəriyə, məsləhət xidmətləri göstərməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən həmin müqavilə üzrə icraçı aşağıdakıları yerinə yetirir: 1.2.1. Müştərinin təqdim etdiyi sənədlər əsasında mühasibat uçotunun yerinə yetirilməsi. Uçotun nəticələri olaraq, hesabatların tərtib edilməsi, onların müəssisə rəhbərliyi və müvafiq dövlət orqanlarına təqdim edilməsi, vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi. 1.3-cü bəndinə əsasən qarşılıqlı razılaşma əsasında, haqqı əlavə ödənilməklə, aşağıdakı əlavə xidmətlər göstərilə bilər: 1.3.1.Müştərinin kadrlar üzrə uçot-hesabat işlərinin aparılması və müvafiq dövlət orqanlarına, hesabatların təqdim edilməsi; 1.3.2. Müştəriyə müxtəlif növlü ofis xidmətlərinin göstərilməsi; 1.3.3. Müştərinin gömrük əməliyyatlarının sənədləşmələrinin icrasının təşkili; 1.3.4. Müştərinin xarici işçi və qonaqlarına vizaların və dəvətlərin alınması, onların pasport qeydiyyatına qoyulması; 1.3.5. Müştərinin işə alacağı xarici ölkə vətəndaşları üçün fərdi icazələrin alınması üzrə sənədlərin hazırlanması; 1.3.6. Müştərinin dövlət orqanlarında təmsil edilməsi; 1.4-cü bəndinə əsasən müştərinin adından əlavə işləri, Müştərinin vəkalətnaməsi və ya yazılı bildirişi ilə yerinə yetirə bilər. 2.2.4-cü bəndinə əsasən icraçının müqavilənin şərtlərinə uyğun olaraq gördüyü işlərə görə xidmət haqqını müqavilədə göstərilmiş müddətdə, gecikdirmədən ödəmək müştərinin vəzifəsidir. 3.1-ci bəndinə əsasən yerinə yetiriləcək işlər üzrə xidmət haqqı qiymətləri Müqavilənin 1.2. və 1.3. bəndi üzrə görüləcək işlərin ayrılıqda məbləğləri göstərilməklə, Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələr ilə müəyyənləşdirilir. 3.2-ci bəndinə əsasən müştəri ödəyəcəyi haqqı hesablaşma hesabına köçürmə yolu ilə və ya kassasına nəğd qaydada ödəyir (əgər tapşırıqda başqa hal nəzərdə tutulmamışdırsa). 3.3-cü bəndinə əsasən icraçı əlavə tapşırıqlar üzrə ödənişin yerinə yetirilməsinə əmin olduqdan sonra tapşırığın yerinə yetirilməsinə başlayır. 3.4-ci bəndinə əsasən icraçı hər ayın ilk 3 iş günü ərzində ötən ay üçün təhvil-təslim aktını və cari ay üçün hesab fakturanı müştəriyə təqdim edir, müştəri carı ayın sonuna qədər xidmət haqqı məbləğini icraçıya ödəyir. 3.5-ci bəndinə əsasən ödəniş yerinə yetirilməzsə, növbəti ayın 1-dən etibarən gecikdirilən məbləğə hər gecikdirilən gün üçün 0,1% həcmində cərimə hesablanacaqdır. 6.1-ci bəndinə əsasən müqavilə üzrə işlərin yerinə yetirilməsinə müqavilənin imzalandığı tarixdən başlanır və müqavilə onun ləğvi üçün tərəflərdən birinin-digərinə yazılı müraciəti olmayanadək, qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən SZ-02 saylı, 02 iyun 2017-ci il tarixli müqavilə üzrə İddiaçı tərəfindən Cavabdeh QSC-yə 2017-ci ilin iyun ayında 3500 manat dəyərində xidmətlər göstərilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı MMC (icraçı) ilə Cavabdeh QSC (müştəri) arasında xx.xx.2021-ci il tarixdə S-Z/01 nömrəli mühasibat uçotu və vergi məsələləri üzrə məsləhət xidməti göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icraçı, həmin müqavilənin şərtləri daxilində müştərinin tapşırığı ilə, onun mühasibat uçotu işinin aparılmasını, mühasibat uçotu, vergi məsələləri üzrə müştəriyə, məsləhət xidmətləri göstərməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən həmin müqavilə üzrə icraçı aşağıdakıları yerinə yetirir: 1.2.1. Müştərinin təqdim etdiyi sənədlər əsasında mühasibat uçotunun yerinə yetirilməsi. Uçotun nəticələri olaraq, hesabatların tərtib edilməsi, onların müəssisə rəhbərliyi və müvafiq dövlət orqanlarına təqdim edilməsi, vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi. 1.3-cü bəndinə əsasən qarşılıqlı razılaşma əsasında, haqqı əlavə ödənilməklə, aşağıdakı əlavə xidmətlər göstərilə bilər: 1.3.1.Müştərinin kadrlar üzrə uçot-hesabat işlərinin aparılması və müvafiq dövlət orqanlarına, hesabatların təqdim edilməsi; 1.3.1. Müştəriyə müxtəlif növlü ofis xidmətlərinin göstərilməsi; 1.3.2. Müştərinin gömrük əməliyyatlarının sənədləşmələrinin icrasının təşkili; 1.3.3. Müştərinin xarici işçi və qonaqlarına vizaların və dəvətlərin alınması, onların pasport qeydiyyatına qoyulması; 1.3.4. Müştərinin işə alacağı xarici ölkə vətəndaşları üçün fərdi icazələrin alınması üzrə sənədlərin hazırlanması; 1.3.5. Müştərinin dövlət orqanlarında təmsil edilməsi; 1.3.6. Müştəriyə vergi məsələləri üzrə konsaltinq xidmətinin göstərilməsi. 1.3.7. Müştərinin adından əlavə işləri, Müştərinin vəkalətnaməsi və ya yazılı bildirişi ilə yerinə yetirə bilər. 2.3.4-cü bəndinə əsasən icraçının müqavilənin şərtlərinə uyğun olaraq gördüyü işlərə görə xidmət haqqını müqavilədə göstərilmiş müddətdə, gecikdirmədən ödəmək müştərinin vəzifəsidir. 3.1-ci bəndinə əsasən yerinə yetiriləcək işlər üzrə xidmət haqqı qiymətləri Müqavilənin 1.2. və 1.3. bəndi üzrə görüləcək işlərin ayrılıqda məbləğləri göstərilməklə, Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələr ilə müəyyənləşdirilir. 3.2-ci bəndinə əsasən müştəri ödəyəcəyi haqqı hesablaşma hesabına köçürmə yolu ilə və ya kassasına nəğd qaydada ödəyir (əgər tapşırıqda başqa hal nəzərdə tutulmamışdırsa). 3.3-cü bəndinə əsasən icraçı əlavə tapşırıqlar üzrə ödənişin yerinə yetirilməsinə əmin olduqdan sonra tapşırığın yerinə yetirilməsinə başlayır. 3.5-ci bəndinə əsasən icraçı hər ayın ilk 3 iş günü ərzində ötən ay üçün təhvil-təslim aktını və cari ay üçün hesab fakturanı müştəriyə təqdim edir, müştəri carı ayın sonuna qədər xidmət haqqı məbləğini icraçıya ödəyir. 3.6-cı bəndinə əsasən ödəniş yerinə yetirilməzsə, növbəti ayın 1-dən etibarən gecikdirilən məbləğə hər gecikdirilən gün üçün 0,1% həcmində cərimə hesablanacaqdır. 6.1-ci bəndinə əsasən müqavilə üzrə işlərin yerinə yetirilməsinə müqavilənin imzalandığı tarixdən başlanır və müqavilə onun ləğvi üçün tərəflərdən birinin-digərinə yazılı müraciəti olmayanadək, qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. xx.xx.2021-ci il tarixli S-Z/01 nömrəli müqaviləyə əlavə olan qiymətlərin razılaşma protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə 2021-ci ilin may-iyun ayları üzrə mühasibat uçotu və vergi məsələləri üzrə məsləhət xidmətinin hər ay 350 manat olmaqla 2 ay üçün ümumilikdə 700 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. İddiaçı MMC tərəfindən 03 may 2021-ci il tarixli müqavilə üzrə mart ayı üçün 350 manat dəyərində xidmətlərinin göstərilməsinə dair EBDC seriyalı 580160 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh QSC-yə göndərilmişdir. Elektron qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
6. 31.03.2023-cü il tarixli təhvil-təslim aktına əsasən S-Z/01 saylı, 03 may 2021-ci il tarixli müqavilə üzrə İddiaçı tərəfindən Cavabdeh QSC-yə 2023-cü ilin mart ayı ərzində 350 manat dəyərində mühasibat uçotu və vergi məsələləri üzrə məsləhət xidmətləri göstərilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
7. 28.04.2023-cü il tarixli təhvil-təslim aktına əsasən S-Z/01 saylı, 03 may 2021-ci il tarixli müqavilə üzrə İddiaçı tərəfindən Cavabdeh QSC-yə 2023-cü ilin aprel ayı ərzində 350 manat dəyərində mühasibat uçotu və vergi məsələləri üzrə məsləhət xidmətləri göstərilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. İddiaçı MMC tərəfindən 03 may 2021-ci il tarixli müqavilə üzrə aprel ayı üçün 350 manat dəyərində xidmətlərinin göstərilməsinə dair EBDE seriyalı 648367 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh QSC-yə göndərilmişdir. Elektron qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********171914 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Səyyar vergi yoxlaması zamanı Vergo ödəyici tərəfindən Vergi Məcəlləsinin 104 və 108-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, səyyar vergi yoxlaması ilə mənfəət vergisi bəyannaməsi üzrə xərclərin tərkibi yoxlanılarkən icarə haqqının 1.473.736,32 manat, bilavasitə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə bağlı xərclərin 27.656.171,22 təşkil etdiyi müəyyən olunmuşdur. 2020-ci ildə vergi ödəyicisinin gəlirdən çıxılmalı xərclər 50.981.524,80 manat, mənfəət isə 5.950.620,95 manat təşkil etdiyi müəyyən olunmuşdur. Beləliklə də vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104cü maddəsinin tələbləri pozulmaqla mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1.000.148,99 manat azaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin vergini hesabata göstərilməli olan məbləğinə nisbətən azaldılmış 1.000.148,99 manat vergi məbləğinin 50% miqdarında, yəni 500.074,50 manat maliyyə sanksiyası tətbiq edilməlidir. Vergi ödəyici tərəfindən 2020-ci ildə 1.762,26 manat ƏDV məbləğini malların dəyəri ödənilən gündən gec ödənilmişdir. Odur ki, Vergi Macəlləsinin 58.6-cı madəsinə əsasən vergi ödəyicisi tərəfindən malların dəyəri ödənilən gündən gec yəni 1.762,26 manat manat ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 881,13 maliyyə sanksiyası tətbiq edilməlidir. **********171914 nömrəli, xx.xx.2023-cü il tarixli qərarla cavabdeh vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. 10.Vergi borcunun, faizlərin, maliyyə sanksiyasının məbləğinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********080800 nömrəli Tələbnamədən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə çıxarılmış "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" xx.xx.2023-ci il tarixli **********171914-saylı qarar əsasında aşağıdakı maliyyə sanksiyaları tətbiq edilmiş, faiz məbləğləri müəyyən edilmişdir: a) Əlavə hesablanmış vergilər: 1.000.148,99 manatı b) Vergi Qanunvericiliyinin pozulmasina görə tətbiq edilmiş maliyyə sanksiyalari: 500.955,64 manat, 0.00 ABŞ dolları. Büdcəyə ödənilməli olan cəmi məbləğ 1.501.104,63 manat təşkil edir.
11. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən S-Z/01 saylı, 03 may 2021-ci il tarixli müqavilə üzrə İddiaçı tərəfindən Cavabdeh QSC-yə 2023-cü ilin may ayı ərzində 350 manat dəyərində mühasibat uçotu və vergi məsələləri üzrə məsləhət xidmətləri göstərilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 12.İddiaçı MMC tərəfindən 03 may 2021-ci il tarixli müqavilə üzrə may ayı üçün 350 manat dəyərində xidmətlərinin göstərilməsinə dair EBDG seriyalı 536499 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh QSC-yə göndərilmişdir. Elektron qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. Cavabdeh QSC xx.xx.2023-cü il tarixli məktubla İddiaçınə müraciət edərək, tərəflər arasında bağlanmış S-Z/01 saylı, 03 may 2021-ci il tarixli müqavilənin 31 may 2023-cü il tarixdən etibarən dayandırılması barədə məlumat vermişdir. 14.xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən S-Z/01 saylı, 03 may 2021-ci il tarixli müqavilə üzrə İddiaçı tərəfindən 30000 manat dəyərində 2023-cü ildə Cavabdeh QSC-də aparılan səyyar vergi yoxlaması zamanı dövlət orqanlarında (Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) Cavabdeh QSC-ni təmsil edilməsi və ona vergi məsələləri üzrə məsləhət xidmətləri göstərilmişdir. Akt yalnız İddiaçı imzası və möhürü ilə təsdiq edilmişdir. 15.İddiaçı MMC tərəfindən 03 may 2021-ci il tarixli müqavilə üzrə 30000 manat dəyərində 2023-cü ildə Cavabdeh QSC-də aparılan səyyar vergi yoxlaması zamanı dövlət orqanlarında (Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) Cavabdeh QSC-ni təmsil edilməsi və ona vergi məsələləri üzrə məsləhət xidmətlərinin göstərilməsinə dair EBDG seriyalı 096683 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh QSC-yə göndərilmişdir. Elektron qaimə yalnız İddiaçı imzası və möhürü ilə təsdiq edilmişdir. 16.İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə pretenziya məktubu ünvanlanmışdır. 17.Əmək müqaviləsi və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Nümayəndə3 İddiaçı ilə xx.xx.2024-cü ildə müddətsiz əmək müqaviləsi bağlamış və Nümayəndə3 əmək funksiyası (vəzifəsi) vergi üzrə məsləhətçidir.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
18. İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə "xxxx" QSC arasında bağlanılmış müqavilə əsasında "xxxx" MMC tərəfindən "xxxx" QSC üçün mühasibat uçotunda, vergi məsələləri və müştərinin dövlət orqanlarında təmsil edilməsi üzrə xidmət görülməsinə baxmayaraq, görülmüş xidmətlərin dəyəri olan 37.260,9 manat məbləğində (o cümlədən 2.710,9 manat dəbbə pulu) borc məbləğinin Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC "xxxx" QSC ilə razılığa gələrək, aralarında müqavilə bağlanılmış, həmin müqavilə əsasında "xxxx" MMC tərəfindən "xxxx" QSC üçün mühasibat uçotunda, vergi məsələləri və müştərinin dövlət orqanlarında təmsil edilməsi üzrə xidmət görülməsinə baxmayaraq, görülmüş xidmətlərin dəyəri olan 37.260,9 manat məbləğində (o cümlədən 2.710,9 manat dəbbə pulu) borc bu günə qədər ödənilməmişdir. Dəfələrlə görülmüş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı cavabdeh tərəfə müraciət etsələr də müraciətləri nəticəsiz qalmışdır. Həmçinin, bununla bağlı pretenziya məktubu göndərilmiş və mübahisənin məhkəməyə qədər həll olunması qaydasına əməl olunmuşdur. Lakin qarşı tərəf göndərilən pretenziya məktubuna da cavab verməmişdir.
20. İddiaçı tələbinin maddi hüquqi əsası kimi AR Konstitusiyasının 60-cı maddəsinin 1ci hissəsinə, 4-cü hissəsinə, AR Mülki Məcəlləsinin 17.1, 18, 385.1, 386.1, 442 və 448.1-ci maddələrinə istinad etmişdir. b) İddiaya qarşı etirazın dəlilləri
21.Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir. 22.Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında iki - xx.xx.2017-ci il tarix SZ-02 nömrəli və xx.xx.2021-ci il tarixli, SZ/01 saylı müqavilələr bağlanmışdır. Bildirirlər ki, ilk SZ-02 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləni tərəflər imzalasalar da, sonradan əməkdaşlıq etmək istəmədikləri üçün həmin müqavilə tərəflər arasında ləğv edilmişdir. Odur ki, iddiaçı 2017-ci il tarixli müqavilə üzrə cavabdehə heç bir xidmət göstərməmişdir, buna görə də tərəflərindən hər hansı ödəniş edilməmişdir. Həmin müqavilə sadəcə kağız üzərində qalmışdır. Cavabdeh onda olan müqavilənin nüsxəsini cırıb atmış iddiaçı isə aralarındakı müqavilənin şifahi olaraq ləğv edilməsinə baxmayaraq bir nüsxəsini özündə saxlamışdır. Ona görə də hesab edirlər ki, bu müqavilə üzrə onlardan tələb edilən 3500 manat məbləğində göstərilməyən xidmətlərə görə pul tələbi əsassızdır, rədd edilməlidir. Daha sonra tərəflər əməkdaşlıqlarını davam etdirmək niyyətinə gələrək xx.xx.2021-ci il tarixdə, SZ/01 saylı yeni müqavilə imzalamışlar. Belə ki tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən hər ay 350 manat olmaqla iddiaçı cavabdehə, mühasibat uçotu, vergi məsələləri üzrə, onlara mühasibat xidmətləri, vergi orqanları ilə danışıqlar aparmaq, vergi bəyannamələrinin, hesabatlarının, hazırlanması, dövlət orqanlarına təqdim edilməsi və sair vergi ilə bağlı bütün digər məslələrin həll edilməsində xidmət göstərmək olmuşdur. Onlar cavabdeh olaraq müqavilə şərtlərinə uyğun olaraq iddiaçının göstərdiyi xitmət haqqının məbləğini vaxtı-vaxtında və müqavilə şərtlərinə uyğun olaraq ödəmişlər. Lakin iddiaçı hazırda cavabdehdən əsassız olaraq müqavilədə şərtlərində və müqaviləyə əlavələrdə öz əksini tapmayan əsassız olaraq 30.000 manat pul tələb edir (hardan və neçə hesabladığı müəyyən edilməyən). Tərəflər arasında 30.000 manat xidmət haqqının ödənilməsi ilə bağlı heç bir razılaşma mövcud deyildir. İddiaçı tərəfindən cavabdehə 30.000 manat məbləğində heç bir xidmət göstərilməmişdir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” həmin müqavilənin şərtləri daxilində, müştərinin tapşırığı ilə, onun mühasibat uçotu işinin aparılmasını, mühasibat uçotu, vergi məsələləri üzrə müştəriyə məsləhət xidmətləri göstərməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2.1-ci bəndinə əsasən icraçı üştərinin təqdim etdiyi sənədlər əsasında mühasibat uçotunun yerinə yetirilməsi, uçotun nəticələri olaraq, hesabatların tərtib edilməsi, onların müəssisə rəhbərliyi və müvafiq dövlət orqanlarına təqdim edilməsi, vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsini yerinə yetirir. Müqavilənin (İİİ Hesablaşmalar və ödəniş qaydaları) 3.1-ci bəndinə əsasən, “yerinə yetiriləcək işlər üzrə xidmət haqqı qiymətləri Müqavilənin 1.2 və 1.3. bəndi üzrə görüləcək işlərin ayrılıqda məbləğləri göstərilməklə, Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrlə müəyyənləşdirilir. İddiaçı 30.000 manat məbləğində xidmət haqqı məbləği barədə belə bir əlavəni və ya ikitərəfli imzalanmış təhvil-təslim aktını məhkəməyə təqdim etməmişdir. Çünki iddia yalandır, əsassızdır. İddiaçı bu xidmətlərin göstərilməsi barədə məhkəməyə heç bir sübut verməmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən müştəri ödəyəcəyi haqqı hesablaşma hesabına köçürmə yolu ilə və ya kassasına nəğd qaydada ödəyir (əgər tapşırıqda başqa hal nəzərdə tutulmamışdıra). Müqavilənin 3.3.-cü bəndinə əsasən “İcraçı” Əlavə tapşırıqlar üzrə ödənişin yerinə yetirilməsinə əmin olduqdan sonra tapşırığın yerinə yetirilməsinə əmin olduqdan sonra tapşırığın yerinə yetirilməsinə başlayır. Müqavilənin 3.5-ci bəndinə əsasən İcraçı hər ayın ilk 3 iş günü ərzində ötən ay üçün təhvil-təslim aktını və cari ayın sonuna qədər xidmət haqqı məbləği icraçıya ödəyir. "xxxx" QSC-də xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq hər ay göstərilmiş xidmətə görə ödənişləri iddiaçı tərəfindən vurulmuş elektron qaimələrə uyğun vaxtında ödəmişdir. Həmin müqavilə üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətə görə, vurulmuş elektron qaimələr və ödəniş tapşırıqları etiraza əlavə edilmişdir. Bildirirlər ki, iddiaçının cavabdehə göstərdiyi keyfiyyətsiz xidmətə görə tərəflər arasında mübahisə yaranmışdır. Belə ki, iddiaçının səriştəsiz və keyfiyyətsiz xidməti nəticəsində vergi orqanı tərəfindən Cavabdeh QSC-yə vergi qanunvericiliyinin pozuntusuna görə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Etiraza əlavə edilmiş Vergi borcunun, faizlərin, maliyyə sanksiyasının məbləğinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********080800 nömrəli Tələbnamədən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə çıxarılmış "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" xx.xx.2023-ci il tarixli **********171914-saylı qarar əsasında aşağıdakı maliyyə sanksiyaları tətbiq edilmiş, faiz məbləğləri müəyyən edilmişdir: a) Əlavə hesablanmış vergilər: 1.000.148,99 manatı b) Vergi Qanunvericiliyinin pozulmasina görə tətbiq edilmiş maliyyə sanksiyaları: 500.955,64 manat, 0.00 ABŞ dolları. Büdcəyə ödənilməli olan cəmi məbləğ 1.501.104,63 manat təşkil etmişdir. Etiraza əlavə edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********171914 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından da qeyd olunmuşdur ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104 və 108-ci maddələrinin tələbləri pozulması müəyyən edilmişdir. Belə ki, səyyar vergi yoxlaması ilə mənfəət vergisi bəyannaməsi üzrə xərclərin tərkibi yoxlanılarkən icarə haqqının 1.473.736,32 manat təşkil etdiyi müəyyən olunmuşdur. 2020-ci ildə vergi ödəyicisinin gəlirdən çıxılmalı xərclər 50.981.524,80 manat, mənfəət isə 5.950.620,95 manat təşkil etdiyi müəyyən olunmuşdur. Beləliklə də vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbləri pozulmaqla mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1.000.148,99 manat azaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin vergini hesabata göstərilməli olan məbləğinə nisbətən azaldılmış 1.000.148,99 manat vergi məbləğinin 50% miqdarında, yəni 500.074,50 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyici tərəfindən 2020-ci ildə 1.762,26 manat ƏDV məbləğini malların dəyəri ödənilən gündən gec ödənilmişdir. Odur ki, Vergi Məcəlləsinin 58.6-cı madəsinə əsasən vergi ödəyicisi tərəfindən malların dəyəri ödənilən gündən gec, yəni 1.762,26 manat ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 881,13 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. **********171914 nömrəli, xx.xx.2023-cü il tarixli qərarla cavabdeh vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçının cavabdehə göstərdiyi keyfiyyətsiz mühasibatlıq və vergi xidməti, tərtib etdiyi vergi bəyannamələrinə əsasən vergi orqanı onların müəssisəyə külli miqdarda vergi borcu və maliyyə sanksiyası hesablamışdır. Bundan sonra tərəflər arasında gərginlik yaranmışdır. Vergi orqanı tərəfindən cavabdeh barəsində qəbul edilmiş qərar məhz iddiaçının cavabdehə göstərdiyi keyfiyyətsiz xidmət nəticəsində qəbul edilmişdir, cavabdehin bank hesablarına sərəncam qoyulmuşdur. Məhz bu səbəbdən cavabdeh iddiaçı ilə müqaviləyə xx.xx.2023-ci il tarixindən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. İddiaçının göstərdiyi keyfiyyətsiz xidmət nəticəsində cavabdehə yüksək məbləğdə maliyyə sanksiyası tərtib edilmişdir. Cavabdeh iddiaçının təqsiri üzündən yüksək məbləğdə cərimə ödəmək məcburiyyətində qalmışdır. Əgər iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi olsaydı, onlar onlara kefyiyyətli xidmət göstərmiş olsaydılar onlar onlarla müqaviləyə xx.xx.2023-cü il tarixində xitam verməzdilər, əksinə müqavilə müddətini uzadardılar. Onu da qeyd edirlər ki, hazırda iddiaçının keyfiyyətsiz xidməti nəticəsində cavabdehə vurulmuş ziyanla bağlı iddiaçıya qarşı pul tələbi barədə iddia irəli sürülməsi istiqamətində tərəflərindən müvafiq addımlar atmaqdadırlar (İddia ərizəsi hazılanmışdır). Bildirirlər ki, tərəflərindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə aylıq 350 manat müəyyən edilmiş xidmət haqları üzrə ödənişlər vaxtıvaxtında iddiaçıya ödənlmişdir. Müqavilə şərtləri tərəflərindən vaxtı-vaxtında tam icra edilmişdir. Lakin hazırda iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin heç bir bəndində və müqaviləyə əlavələrdə öz əksini tapmayan, guya səyyar vergi yoxlaması zamanı Dövlət vergi orqanlarında təmsil edilməsi və eyni zamanda İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətində aparılan səyyar vergi yoxlamalarının əldə edilmiş müsbət nəticəsinə görə xidmət haqqı olaraq cavabdehdən əlavə olaraq əsassız 30.000 manat pul tələb edir. Bildirirlər ki, iddiaçının 30.000 manat tələb etməsi tamamilə əsassızdir. İddiaçı cavabdehə 30.000 manat xidmət göstərilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin heç bir bəndində, səyyar vergi yoxlaması zamanı dövlət vergi orqanlarında təmsil edilməsi və eyni zamanda İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətində aparılan Səyyar vergi yoxlamalarının əldə edilmiş müsbət nəticəsinə görə iddiaçıya xidmət haqqı olaraq 30.000 manat ödənilməsi barədə bənd və ya əlavə razılaşma yoxdur. Halbuki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, S-Z/01 nömrəli, müqavilənin (İİİ Hesablaşmalar və ödəniş qaydaları) 3.1-ci bəndində qeyd olunmuşdur ki, “Yerinə yetiriləcək işlər üzrə xidmət haqqı qiymətləri Müqavilənin 1.2 və 1.3. bəndi üzrə görüləcək işlərin ayrılıqda məbləğləri göstərilməklə, Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrlə, müəyyənləşdirilir. Lakin tərəflər arasında belə bir, yəni Yerinə yetiriləcək işlər üzrə xidmət haqqının 30.000 manat müəyyən edilməsi ilə bağlı heç bir əlavələr, ikitərəfli imzalanmış və təsdiq edilmiş təhvil-təslim aktı, e-qaimə yoxdur. Bundan əlavə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Müqavilənin 3.3.-cü bəndinə əsasən icraçı əlavə tapşırıqlar üzrə ödənişin yerinə yetirilməsinə əmin olduqdan sonra tapşırığın yerinə yetirilməsinə əmin olduqdan sonra tapşırığın yerinə yetirilməsinə başlayır. Əgər tərəflər arasında belə bir razılaşma olsaydı bu müqavilədə və ya müqaviləyə əlavədə öz əksini tapmalı idi. Müqavilənin şərtində də göründüyü kimi icraçı Əlavə tapşırıqlar üzrə ödənişin yerinə yetirilməsinə əmin olduqdan sonra tapşırığın yerinə yetirilməsinə başlayır. Göründüyü kimi iddiaçı müqavilə şərtlərində olmayan, tərəflər arasında heç bir razılaşmada öz əksini tapmayan əsassız olaraq cavabdehdən 30.000 manat pul tələb edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, tələb etdikləri 30.000 manat vergi orqanında 1 dəfə iştirak üçün olan puldur. Halbuki, müqavilə şərtlərində belə bir şərt mövcud deyildir. Bildirirlər ki, iddiaçıya hər ay ödənilən 350 manat pul elə cavabdehə mühasibat uçotu, vergi məsələləri üzrə, vergi orqalnarı ilə danışıqlar aparmaq, nazirliyinə binasına müəyyən sənədlərlə gedib müzakirə etmək, hesabatlar tərtib etmək, dövlət orqanlarına təqdim etmək, vergi yoxlamanı və sair vergi ilə bağlı bütün digər məslələrin həlli ilə bağlı ödənilən pul məbləğidir. 1 dəfə vergi orqanında iştirak etmək üçün 30.000 manat pul tələb edilməsi də absurddur. Bildirirlər ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə və həmin müqavilə şərtlərinə uyğun olaraq hər ay 350 manat pul məbləği iddiaçıya məhs cavabdehə mühasibat uçotu, vergi məsələləri üzrə, vergi orqanları ilə danışıqlar aparmaq, nazirliyinə binasına müəyyən sənədlərlə gedib müzakirə etmək, vergi yoxlamanı və sair vergi ilə bağlı bütün digər məslələrin həlli ilə bağlı ödənilən məbləğdir. Lakin iddiaçı tərəflər arasında bağlanmış müqavilənin heç bir bəndində öz əksini tapmayan, heç bir təhvil-təslim aktı ilə təsdiqlənməyən, heç bir sübut, sənədlə təsdiq edilməyən guya hansısa göstərdiyi xidmətin müsbət nəticəsi olaraq 30.000 manat pul tələb edir. Yuxarıda qeyd etdikləri kimi, iddiaçı cavabdehə nəinki yüksək xidmət, müsbət nəticələnən xidmət, əksinə keyfiyyətsiz xidmət göstərmiş, onun göstərdiyi keyfiyyətsiz xidmət nəticəsində cavabdeh vergi orqanı tərəfindən cərimə edilmişdir. Qeyd olunduğu kimi iddiaçının səriştəsiz və keyfiyyətsiz xidmətə görə vergi orqanı cavabdehə maliyyə sanksiyası tətbiq etmişdir. Bu səbəbdən də cavabdeh iddiaçının göstərdiyi keyfiyyətsiz xidmətdən narazı olduğu üçün iddiaçıya xx.xx.2023-cü il tarixində aralarında bağlanmış müqavilənin ləğv edilməsi barədə məktub ünvanlamışdır. İddiaçı ilə cavabdeh arasında göstəriləcək xidmətə görə, yüksək xidmət, müsbət nəticəyə görə 30.000 manat ödənilməsi ilə bağlı heç bir razılaşma yoxdur. Bununla bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SZ/01 saylı müqavilə üzrə xidmətlər göstərilmiş və bu xidmətlər müqabilində vurulmuş elektron qaimələr müqabilində isə müvafiq ödənişlər edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya yalnız 2023-cü ilin mart, aprel, may aylar üzrə aylıq 350 manat olan cəmi 1050 manat ödəniş həyata keçirilməmişdir. Bundan əlavə iddiaçı məhkəməyə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunu və Nümayəndə3 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsini əlavə etmişdir. Həmin sənədlərə istinad edərək iddiaçı bildirir ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində aparılmış səyyar vergi yoxlaması ilə əlaqədar görüşdə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3 iştirak etmiş, vergi orqanlarında müvafiq danışıqlar aparmış, bunun nəticəsində iddiaçı cavabdehə tətbiq edilmiş üç milyona yaxın vergi borcunu sildirmiş, onun danışıqları nəticəsində maliyyə sanksiyası aşağı endirilmişdir. Bunula bağlı ilk olaraq bildirirlər ki, xx.xx.2021-ci il tarixli müqavilə İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli əmək müqaviləsi və əmək müqaviləsi bağlanması barədə bildirişdən də görünür ki, Nümayəndə3 İddiaçınə xx.xx.2024-cü ildə əmək müqaviləsi bağlanmaqla işə qəbul edilmişdir. Yəni əgər Nümayəndə3 iddiaçının nümayəndəsi olaraq onları vergi orqanında təmsil etmişdirsə onda gərək onlar arasında bağlanmış əmək müqaviləsi tərəflər arasında bağlanmış müqavilədən əvvəl olardı. Lakin əmək müqaviləsi və əmək müqaviləsi bildirişindən də göründüyü kimi Nümayəndə3 tərəflər arasında bağlanmış müqavilədən sonra, hətta kommersiya işi məhkəmənin icraatında olduqdan sonra yəni xx.xx.2024-cü il tarixində İddiaçındə işə götürülmüşdür. Göründüyü kimi iddiaçının qeyd etdikləri həqiqəti əks etdirmir. Hətta iddiaçı onları vergi orqanlarında təmsil etsəydi də, onlara xidmət göstərmiş olsaydı da onda ona razılaşdırılmış aylıq 350 manat ödənilə bilərdi. Bundan əlavə iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, guya vergi orqanı onlara üç milyondan çox vergi borcu hesablamışdır, lakin onun göstərdiyi “yüksək xidmət” yəni vergi orqanı ilə aprdığı danışıqlar nəticəsində onlara tətbiq edilən maliyyə sanksiyası azaldılmışdır. İddiaçının nümayəndəsinin bildirdikləri tamamilə yalan, əsassız və heç bir sübutla təsdiq olunmur. Səyyar vergi yoxlaması nəticəsində vergi orqanı tərəfindən barələrində qəbul edilmiş yuxarıda qeyd olunan həmin qərar etiraza əlavə edilmişdir. İddiaçının qeyd etdikləri həmin qərarla da təkzib olunur. Bundan əlavə iddiaçı tərəflər arasında bağlanmış, lakin ləğv edilmiş və heç bir xidmət göstərmədiyi 2017-ci il tarixli müqavilə üzrə pul tələb edir. İddiaçı 2017-ci il üzrə e-qaimənin xx.xx.2023cü il tarixində, 6 il keçdikdən sonra vurub, onlar da e-qaiməni təsdiq etməmişlər. Belə ki, ilk növbədə qeyd edirlər ki, əgər iddiaçı tərəfindən 2017-ci ildə hər hansı xidmət göstərilmişdirsə nə üçün elektron qaiməni 2017-ci ildə deyil, 2023-cü il tarixində vurmuşdur? Əgər 2017-ci ildə iddiaçı tərəfindən hər hansı xidmət göstərilmişdirsə nə üçün bu günə qədər həmin pulu tələb etməmişdir? Bu isə onu sübut edir ki, iddiaçı cavabdehə 2017-ci il tarixli müqavilə üzrə heç bir xidmət göstərməmişdir. Yəni 2017-ci ildə göstərilmiş xidmətə görə 6 il sonra elektron qaimə vurulması inandırıcı deyildir. Onu da qeyd edirlər ki, iddiaçı tərəfindən vurulmuş 3500 manatlıq EQ EBDİ Seriyalı, 578185 nömrəli xx.xx.2023cü il tarixli və 30.000 manatlıq EBDG Seriyalı, 096683 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimələr tərəflərindən təsdiq edilməmiş, həmin elektron qaiməyə tərəflərindən imtina verilmişdir. Onlar həmin elektron qaiməyə imtina verməklə də iddiaçının onlara 2017-ci il tarixli müqavilə üzrə 3500 manatlıq və 2021-ci il tarxli müqavilə üzrə 30.000 manatlıq xidmətlər göstərmədiyini bildirmişlər. Bunlardan əlavə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2017-ci il tarixli müqavilənin (İİİ Hesablaşmalar və ödəniş qaydaları) 3.1-ci bəndinə qeyd edilir ki, “yerinə yetiriləcək işlər üzrə xidmət haqqı qiymətləri müqavilənin 1.2 və 1.3. bəndi üzrə görüləcək işlərin ayrılıqda məbləğləri göstərilməklə, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrlə müəyyənləşdirilir. Lakin iddiaçı belə bir əlavələri məhkəməyə təqdim etməyib. Müqaviləyə əlavə yoxdursa iddiaçı işlərin dəyərini necə hesablayıb müəyyən edib pul tələb edir? Müqavilənin 3.4-cü bəndinə əsasən icraçı hər ayın ilk 3 iş günü ərzində ötən ay üçün təhvil-təslim aktını və cari ayın sonuna qədər xidmət haqqı məbləği İcraçıya ödəyir. İddia ərizəsinə əlavə edilmiş EBDİ Seriyalı, 578185 nömrəli elektron qaimədən də göründüyü kimi iddiaçı 2017-ci ildə gördüyü xidmət haqqı üçün xx.xx.2023-cü il tarixində elektron qaimə vurmuşdur. Həmin elektron-qaiməni cavabdeh ləğv etmiş və təsdiq etməkdən imtina etmişdir. Müavilənin 3.4-cü bəndinin tələblərindən də göründüyü kimi İcraçı hər ayın ilk 3 iş günü ərzində ötən ay üçün təhviltəslim aktını və cari ayın sonuna qədər xidmət haqqı məbləği İcraçıya ödəməli idi. Əgər iddiaçı cavabdehə göstərdiyi xidmətə görə heç bir ödəniş etmirdisə nə üçün xidmət göstərməyə davam edirdi? Nə üçün 2017-ci ildən bu günə qədər göstərdiyi xidmətə görə haqq tələb etməmişdir? Müqavilənin 3.2-ci bəndindən də göründüyü kimi iddiaçı əlavə tapşırıqlar üzrə ödənişin yerinə yetirilməsinə əmin olduqdan sonra tapşırığın yerinə yetirilməsinə başlayır. Buradan belə bir sual ortaya çıxır. Əgər iddiaçı 2017-ci il tarixli müqavilə üzrə hər hansı xidmət göstərmişdisə və cavabdeh bunun müqabilində ona heç bir ödəniş etməmişdirsə nə üçün növbəti ildə xidmət göstərməyə davam etmişdir? İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ona verilən eyni məzmunlu suala tərəflər arasında bir-birlərinə inam və ehtiram olduğu üçün tələb etmədiklərini, arada münasibət olub deyə tələb etmədiklərini bildirmişdir. Bildirirlər ki, hazırki işdə iddiaçı iddiasını təsdiq edən heç mötəbər bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçı tərəfindən 2017-ci il tarixli müqavilə üzrə cavabdehə hansı xidmətlərin göstərməsini əks etdirən heç bir sənəd (təsdiqedici alt sənədlər) əlavə etməmişdir. (vergi orqanlarına yazdığı ərizələr, müraciətlər, hesabatlar və onların göndərilməsini təsdiq edən qəbz və sair). İddiaçı cavabdehə mühasibat üçotunda, vergi məsələləri və xidmətlərin adı, müştərinin dövlət orqanlarında təmsil edilməsi üzrə hər hansı xidmət göstərsəydi vergi yoxlaması nəticəsində onların bank hesablarına sərəncam qoyulmazdı. Yuxarıda qeyd etdikləri kimi iddiaçının 2017-ci ildə göstərdiyi (əslində göstərmədiyi) xidmətlərə görə elektron qaimələrin həmin tarixlərdə deyil, 2023-cü il tarixində vurulmuşdur. Onu da qeyd edirlər ki, iddiaçı tərəfindən əsassız olaraq vurulmuş elektron qaimələr tərəflərindən təsdiq edilməmiş, vurulmuş elektron qaimələrə tərəflərindən imtina verilmişdir. Cavabdeh vurulmuş elektron qaimələri təsdiq eməməklə, vurulmuş qaimələrə imtina verməklə, elektron qaimələr uzrə heç bir hüquqi xidmətin göstərilməməsini bildirmişdir. Bu isə nəticə etibarı ilə iddiaçı tərəfindən ona heç bir xidmətin göstərilmədiyini bəyan etmişdir. Bundan əlavə iddia ərizəsində işin qiyməti ilə bağlı heç bir sənəd mövcud deyildir. İddiaçı özü hesablama apararaq ləğv edilmiş müqavilə üzrə bu günə qədər pul tələb edir. Belə bir sual ortaya çıxır Əgər 2017-ci ildə bağlanmış müqavilə üzrə hər hansı ödəniş edilməmişdirsə nə üçün xidmət göstərməyə davam edirdi? iddiaçı 2017-ci ildən olan borcun niyə bu gün qədər tələb etməmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdikləri inandırıcı deyil. “Səma-Zər" MMC tərəfindən "xxxx" QSC-yə 2017-ci ildə heç bir mühasibatlıq vergi və sair xidmət göstərilməmişdir, iddia ərizəsində qeyd edilənlər tamamilə əsassızdır və həqiqəti əks etdirmir, heç bir sübutla təsdiq edilmir. Bunlardan əlavə bildirirlər ki, iddiaçının iddia tələbləri tamamilə əsassız olmaqla yanaşı, 2017-ci il tarixli müqavilə üzrə pul tələb etməkdə iddia müddətini də ötürülmüşdür. Belə ki, iddiaçı ilə cavabdeh arasında müqavilə xx.xx.2017-ci il tarixində bağlanmışdır. İddiaçı ötən müddət ərzində müqavilə üzrə pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Halbuki mülki qanunvericiliyin tələblərinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il nəzərdə tutulmuşdur. Bu isə onu nəzərdə tutur ki, iddiaçı müqavilə üzrə pul borcunun olmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 3 il ərzində məhkəmədə iddia qaldıra bilərdi. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. İddiaçının isə hazırki iş üzrə 2017-ci il müqaviləsi üzrə pul tələbi barədə iddia qaldırmaq hüququ 2020-ci il tarixində itirmişdir. Müddət bitdiyindən də hazırda göstərilən hüquqdan yararlanmaq qeyri-mümkündür. Odur ki, 3 ildən artıq müddət keçməsi səbəbindən iddiaçının iddiası təmin edilə bilməz. Belə olan halda iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulduğunu bildiyi və ya bilməli olduğu andan onu cavabdehdən tələb etməmişdir. İddiaçı 2020-ci il tarixdən iddia müddətini ötürdüyündən hazırki sözügedən tələb üzrə mübahisəyə məhkəmə qaydasında baxıla bilməz. Belə olan halda iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulduğunu bildiyi və ya bilməli olduğu andan onu cavabdehdən tələb etməmişdir. Odur ki həmin hissədə iddiaçı iddia müddətini də ötürmüşdür. Göründüyü kimi iddiaçının iddiasını təsdiq edən heç bir sübut yoxdur, bununla bağlı hər hansı sübut Məhkəməyə təqdim etməmişdir.
c) İddia müddətinin tətbiqi barədə ərizənin dəlilləri 23.Cavabdeh tərəfindən eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmiş və ərizədə qeyd edilmişdir ki, idiaçının iddia tələbləri əsassız olmaqla yanaşı, tələb etdiyi pul məbləğinin bir hissəsi tərəflər arasında bağlanmış 2017-ci il tarixli müqavilə təşkil etdiyindən həmin müqavilə üzrə iddiaçı göstərmədiyi xidmətlərə görə tələb etdiyi 3500 manat pulun tutulması və ona hesablanmış cərimənin tutulması barədə iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Səma-Zər” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2017-ci il tarixində SZ-02 nömrəli xidmət müqavilədən də göründüyü kimi iddiaçı həmin müqavilə üzrə yaranmış 3500 manat borcun olmasından artıq 2017-ci il tarixində məlumatlı idi. Həmin tarixdən artıq 7 ildən çox müddət keçmişdir. İddiaçı ötən 7 il ərzində müqavilə üzrə pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Halbuki mülki qanunvericiliyin tələblərinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il nəzərdə tutulmuşdur. Bu isə onu nəzərdə tutur ki, iddiaçı müqavilə üzrə pul borcunun olmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 3 il ərzində məhkəmədə iddia qaldıra bilərdi. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi müqavilə və təhvil-təslim aktlarından da göründüyü kimi iddiaçı müqavilə üzrə yaranmış borc məbləğinin olmasından artıq 2017-ci il tarixində məlumatlı idi. Lakin keçən 7 il ərzində məhkəmədə iddia qaldırmamışdır, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Odur ki, 3 ildən artıq müddət keçməsi səbəbindən iddiaçının iddiası təmin edilə bilməz. Hesab edirlər ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsas gətirərək məhkəmədən İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı göstərilmiş xidmətə görə 37.260,9 manat məbləğində (o cümlədən 2.710,9 manat dəbbə pulu) pulun tutulması tələbinə dair kommersiya işi üzrə qətnamə qəbul edilərkən, 3500 manat əsas borc və ona hesablanmış dəbbə pulu tələbi hissəsində qanunvericiliklə nəzərdə tutulan 3 illik iddia müddətinn tətbiq edilməsini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
d) İşdə iştirak edən şəxslər və onların izahatları
24.İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə3 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2017-ci il tarixli müqavilə üzrə göstərilən xidmətlərin dəyəri ödənilməmişdir. 2017-ci ildən 2023-cü ilədək həmin pulun ödənilməsi ilə bağlı dəfələrlə müraciət etmiş, lakin hər dəfəsində borcu ödəməyə söz verdikləri, həmçinin aralarında digər müqavilə münasibətləri olduğu üçün məhkəməyə müraciət etməmişdir. 2017-ci il tarixli müqavilə üzrə göstərdikləri xidmətlərə görə şirkət onlara xidmət haqqını ödəməsə də belə, 2021-ci ildə onlarla yenidən müqavilə bağlamaqları, təklif olunan məbləğə görə idi. 30000 manat onun səyləri nəticəsində vergi orqanı tərəfindən ləğv edilən maliyyə sanksiyası məbləğinin 2%-ni təşkil etdiyi üçün tələb edirlər. 2021-ci il tarixli müqavilədə cavabdehi vergi orqanlarında təmsil etmələri müqaviləyə əsasən əlavə xidmət olduğu üçün həmin xidmətə görə əlavə ödəniş nəzərdə tutulmuşdur. 30000 manat işin nəticəsinə görə müəyyən olunan məbləğdir. 30000 manat ilə bağlı qiymətlərin razılaşdırılması protokolu yoxdur. Çünki bununla bağlı şirkətə məktub təqdim etmişdi, bu məsələ razılaşdırılmalı idi, lakin cavabdeh hər dəfə bu məsələnin razılaşdırılmasından müxtəlif bəhanələrlə boyun qaçırırdı. Müqavilənin 3.3-cü bəndinə uyğun olaraq ödənişin edilməsinə əmin olmadan həmin xidməti göstərməyə başlamaqlarının səbəbi aralarında uzunmüddətli münasibətlərinin olması olmuş və bütün məsələlər əksərən danışıqlar üzərindən razılaşdırılırdı. Şifahi olaraq cavabdeh şirkətin rəhbərliyi bildirmişdir ki, hazırda maddi durumları zəifdir, lakin yaxın zamanlarda şirkət gəlir əldə edəcək və şirkətə pul gələn kimi, xidmət haqqını ödəyəcəklər. Cavabdeh şirkətin öz auditorları var. Əsas mühasibat uçotunu onlar aparırlar. O isə əsasən məsləhət xidmətlərini göstərirdi (350 manat təşkil edən əsas xidmətlər). Hesabatları, vergi bəyannamələrini o göndərmirdi, onlar özləri göndərirdilər. Həmin dövrdə İddiaçı MMC ilə onun arasında fiziki şəxs kimi bağladığı mülki müqavilə mövcud olmuşdur. 25.Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, cavabdeh şirkətdə səyyar vergi yoxlaması təyin edilmişdir. İlkin yoxlama zamanı şirkətə 2,7 milyon manat məbləğində pul hesablanmışdır. Nümayəndə3 vergi xidmətinə etdiyi müraciətləri və aparılmış danışıqlardan sonra həmin məbləğ azaldılmışdır. Nümayəndə1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2017-ci il üçün göstərilmiş xidmətlərinin təhvil-təslimi ilə bağlı aktlar olsa da, ödənilməli olan pul ödənilməmişdir. 2023-cü ildə göstərilmiş xidmətlərinin təhvil-təsliminə dair aktlar yoxdur. Lakin xidmətlərin göstərilməsini vergi orqanına məktubla etdikləri müraciətlər təsdiq edir. Xidmətin dəyərinin 30000 manat məbləğində olması şifahi razılaşdırılmışdır.
26. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş, etiraz və iddia müddətinin tətbiqi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2017-ci il tarixli müqavilə üzrə təhvil-təslim aktları olsa belə heç bir xidmət göstərilməmişdir, həmçinin bu tələb üzrə müddət də ötürülmüşdür, 2017-ci il tarixli müqavilə üzrə elektron qaimələr 2023-cü ildə vurulmuşdur. 2021-ci il tarixli müqavilə üzrə 1050 manat məbləğini də qəbul etmirlər. Belə ki, sonuncu 3 ay üzrə tərəflərindən ödəniş edilməmişdir, çünki iddiaçı keyfiyyətsiz xidmət göstərmişdir. Qarşı tərəfə xidmətin keyfiyyətsiz olması ilə bağlı müraciət etmişlər. Vergi xidmətinin məsuliyyətə cəlb eilməsi haqqında qərar qəbul ediləndən təxminən 14 gün sonra qarşı tərəfə məktubla müraciət edib müqaviləyə xitam verilməsini bildirmişlər. Məktubda öhdəliklərin pozulmasını və s. hüquqşünas qısa formada qeyd etmişdir. 30000 manat pulun ödənilməsi ilə bağlı nə müqavilə, nə də qiymət razılaşması protokolu vardır. Tərəflər arasında ümumiyyətlə belə bir razılaşma olmamışdır.
III. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
27. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
28. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
IV. TƏTBİQ EDİLƏN HÜQUQ
29. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. - 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. - 377.2-ci maddəsinə görə ucra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
30. AR MPM-in: - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 31.“Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. 33.İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
34. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
35. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında iki müqavilə - mühasibat uçotu və vergi məsələləri üzrə məsləhət xidmətlərinin göstərilməsinə dair xx.xx.2017-ci il tarixli SZ-02 nömrəli və xx.xx.2021-ci il tarixli S-Z/01 nömrəli müqavilələr bağlanmışdır. Hazırda İddiaçı MMC həmin müqavilələr üzrə Cavabdeh QSC-yə mühasibat uçotu və vergi məsələləri üzrə məsləhət xidmətləri göstərməklə müqavilələr üzrə öhdəliklərini lazimi qaydada icra etdiklərini, cavabdehin isə göstərilmiş xidmətlərə görə xidmət haqqını ödəməməklə sözügedən müqavilələr üzrə öhdəliklərini pozduğunu əsas göstərərək xx.xx.2017-ci il tarixli SZ-02 nömrəli müqavilə üzrə göstərilmiş xidmətlərə görə 3500 manat, xx.xx.2021-ci il tarixli S-Z/01 nömrəli müqavilə üzrə göstərilmiş xidmətlərə görə 1050 manat, həmin müqavilə üzrə göstərilmiş əlavə xidmətlərə görə 30.000 manat məbləğində xidmət haqqının və ödənişlərin gecikdirilməsinə görə dəbbə pulunun tutulmasını tələb edir. Cavabdeh isə xx.xx.2017-ci il tarixli SZ-02 nömrəli müqavilə üzrə xidmətlərin göstərilmədiyini, eyni zamanda iddia müddətinin buraxıldığını, xx.xx.2021-ci il tarixli S-Z/01 nömrəli müqavilə üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olduğunu, hər hansı əlavə xidmətin isə göstərilmədiyini, eləcə də əlavə xidmətin dəyərinin razılaşdırılmadığını əsas göstərərək iddianın rədd edilməsini xahiş edir.
36. Məhkəmə xx.xx.2017-ci il tarixli SZ-02 nömrəli müqavilə üzrə 3500 manat məbləğində xidmət haqqı tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə göstərilən məbləğdə xidmət göstərilməsi faktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli təhvil-təslim aktı ilə öz təsdiqini tapır. Cavabdeh isə sözügedən xidmətlərə görə ödəniş etməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddiaçının xx.xx.2017-ci il tarixli SZ-02 nömrəli müqavilə üzrə 3500 manat xidmət haqqı tələbi əsaslıdır.
37. Digər tərəfdən iş materiallarından da göründüyü kimi cavabdeh iddia tələbinin həmin hissəsinə münasibətdə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il tarixli SZ-02 nömrəli müqavilə üzrə dəyərinin ödənilməsini tələb etdiyi xidmət 2017-ci ilin iyun ayında göstərmişdir. Mübahisəli müqavilənin 3.4-cü bəndinə əsasən hər ay üçün xidmət haqqı ödənişi cari ayın sonunda ödənilməli olduğundan mübahisəli xidmətə görə ödəniş 2017-ci ilin iyul ayının sonuna qədər edilməli idi. Odur ki, həmin tələb üzrə iddia müddətinin axımı 2017-ci il avqustun 1də başlamış, 2020-ci ilin iyulun 31-də başa çatmışdır. İddiaçı isə hazırkı iddianı xx.xx.2023-cü il tarixdə verməklə tələb üzrə iddia müddətini buraxmışdır.
38. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli SZ-02 nömrəli müqavilə üzrə 3500 manat məbləğində pul tələbinə iddia müddəti tətbiq edilməklə həmin hissədə iddia rədd edilməlidir.
39. İddia tələbinin xx.xx.2021-ci il tarixli S-Z/01 nömrəli müqavilə üzrə 1050 manat məbləğində xidmət haqqının ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin müqavilə üzrə 2023-ci ilin mart, aprel, may ayları üçün aylıq 350 manat olmaqla cəmi 1050 manat məbləğində xidmətin göstərilməsi tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş təhvil-təslim aktları ilə təsdiq edildiyindən və cavabdeh həmin xidmətlərin dəyərinin ödənilməsini təsdiq edən sübut təqdim etmədiyindən 1050 manat məğləğində pulun tutulması hissəsində iddiaçının iddiası əsaslı olduğundan təmin edilməlidir.
40. Həmin müqavilə üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olması və göstərilən səbəbdən göstərilmiş xidmətə görə xidmət haqqını ödəməkdən imtina etməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh müqavilə üzrə 2023ci ilin 3 ayı üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olması barədə həmin dövrdə iddiaçıya hər hansı bir formada irad bildirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh mübahisəli xidmətlərin göstərilməsi barədə təhvil-təslim aktlarına imza atmaqla ilkin olaraq göstərilmiş xidmətlərin keyfiyyətində narazılığının olmamasını ifadə etmişdir. Digər tərəfdən cavabdehin dəlillərini təsdiq etmək üçün təqdim etdiyi vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və ya sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarına istinad etmişdir. Halbuki həmin qərarın məzmunundan aydın olur ki, həmin qərarla cavabdeh şirkət 2020-ci il üçün mənfəət bəyannaməsindəki uyğunsuzluqlara görə məsuliyyətə cəlb edilmişdir. Mübahisəli xidmətlər isə iddiaçı tərəfindən cavabdehə 2023-ci ilin mart-may aylarında göstərilmişdir. Göründüyü kimi yuxarıda istinad edilən hallar cavabdehin vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilməsinin iddiaçı tərəfindən göstərilmiş xidmətlərin keyfiyyətsizliyi ilə bağlı olması imkanını istisna edir.
41. İddia tələbinin üçüncü hissəsinə - xx.xx.2021-ci il tarixli S-Z/01 nömrəli müqavilə üzrə səyyar vergi yoxlaması zamanı vergi orqanında cavabdehin təmsil edilməsi və vergi məsələləri üzrə məsləhət xidmətinə görə 30.000 manat məbləğində pulun tutulması hissəsinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətin göstərilməsini təsdiq edən ikitərəfli təhvil-təslim aktı məhkəməyə təqdim edilməmiş, iddiaçı sözügedən xidmətin göstərilməsini təsdiq etmək üçün Cavabdeh QSC adından Milli Gəlirlər Departamentində sənədlərin alınıb-verilməsi və lazim olan sənədlərə imza atılması səlahiyyətlərinin Nümayəndə3 verilməsinə dair etibarnaməni və Cavabdeh QSC-də aparılan səyyar vergi yoxlaması zamanı ortaya çıxan məsələlərə izah verilməsində cəmiyyətin maliyyə direktoru ilə birlikdə Nümayəndə3 Mansur oğlunun da iştirak etməsi barədə Lokal Gəlirlər Baş İdarəsinin məktubunu məhkəməyə təqdim etmişdir.
42. Məhkəmə ilk növbədə təqdim edilmiş etibarnaməyə münasibətdə qeyd edir ki, həmin etibarnamə ilə Nümayəndə3 Cavabdeh QSC-ni xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan dövrdə Mili Gəlirlər Baş İdarəsində təmsl etmək səlahiyyəti verildiyi halda mübahisəli səyyar vergi yoxlaması 2023-cü ildə və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən keçirildiyindən sözügedən etibarnamənin iddiaçının göstərilməsini iddia etdiyi və ödənilməsini tələb etdiyi əlavə xidmətlərə aidiyyətinin olması istisna olunur.
43. Nümayəndə3 Mansur oğlunun cavabdeh şirkətdə səyyar vergi yoxlaması zamanı ortaya çıxan məsələlərə izah verilməsində iştirak etməsi məsələsinə münasibətdə isə məhkəmə əvvəla cavabdehin etirazının dəlilləri ilə razılaşır ki, birincisi, cavabdeh şirkətdə səyyar vergi yoxlaması keçirilərkən Nümayəndə3 İddiaçı MMC-nin işçisi olması və ya iddiaçı ilə mülki müqavilə münasibətlərində olması müəyyən edilmədiyindən Nümayəndə3 sözügedən səyyar vergi yoxlamasında iştirakının iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmət kimi qiymətləndirilməsi üçün əsas yoxdur.
44. Bundan əlavə Nümayəndə3 məhz İddiaçı MMC-nin tapşırığına əsasən Cavabdeh QSC-də keçirilmiş vergi yoxlamasında iştirak etməsi müəyyən edilsə belə, göstərilən hal 30.000 manat xidmət haqqının tutulması hissəsində iddianın əsaslı hesab edilməsi üçün yetərli deyil.
45. Belə ki, mübahisəli müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə göstərilməli olan əsas xidmətlər mühasibat uçotu və vergi məsələləri üzrə məsləhət xidmətləri olmuşlar. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin cavabdeh şirkətdə keçirilmiş səyyar vergi yoxlamasında iştirak etməsi müqavilə üzrə göstərilməli olan vergi məsələləri üzrə məsləhət xidmətlərin çərçivəsindən kənara çıxmadığından həmin xidmətin göstərilməsinə görə əlavə haqq ödənilməli olan xidmət deyildir.
46. Sözügedən xidmətin əlavə ödəniş edilməli xidmətləri aid olmaması həmçinin onunla da təsdiq edilir ki, cavabdeh tərəfindən mübahisəli müqavilə üzrə əlavə xidmətlərin göstərilməsi ilə bağlı iddiaçıya sifariş verilməmiş və ya tərəflər mübahisəli müqavilə üzrə konkret əlavə xidmətlərin göstərilməsi barədə hər hansı digər formada razılığa gəlməmiş, o cümlədən tərəflər əlavə xidmətlərə görə ödənilməli olan məbləğlə dair razılaşmamışlar.
47. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 2710,9 manat məbləğində dəbbə pulunun Cavabdeh QSC -dən tutulması tələbini də irəli sürmüşdür..
48. Məhkəmə tələb olunan dəbbə pulunun tutulması qət eidlmiş əsas borc məbləğinə (1050 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 50 manat məbləğində müəyyən edilməlidir.
49. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə (200 manat+10 manat poçt xərci) 210 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
50. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 201,78 manat təşkil edir.
51. Hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
1. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
2. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən xx.xx.2021-ci il tarixli S-Z/01 nömrəli xidmət müqaviləsi üzrə 1050 manat məbləğində borc, 50 manat məbləğində dəbbə pulu, cəmi 1100 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva