Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-702/2024 29.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 18 dekabr 2020-ci il tarixli mallar (işlər və ya xidmətlər) üzrə satınalınma müqaviləsi üzrə 14024,1 manat əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1424 manat məbləğində pulun və 210 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf elektron kabinet vasitəsi ilə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişini məhkəməyə təqdim etmişdir. Tərəflərin nümayəndələri məhkəmə iclasında barışıq sazişinin təsdiq olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: – İddiaçı və Cavabdeh bu sazişi bağlayır ondan ötrü ki, xx.xx.2021-ci il tarixli EBBM 753612 nömrəli elektron qaimə üzrə İddiaçı xeyrinə yaranmış olan 14024,10 AZN (on dörd min iyirmi dörd manat on qəpik) yekun borc məbləğinin aşağdakı qaydada hissəhissə ödənilməsinə razıdır; – Cavabdeh borcu həftəlik olmaqla aşağıda göstərilən cədvələ uyğun olaraq ödəməyi öhdəsinə götürür: S/s Ödəniş tarixi Məbləğ Qalıq borc 1 xx.xx.2024 1000.00 13024.10 2 xx.xx.2024 1000.00 12024.10 3 xx.xx.2024 1000.00 11024.10 4 xx.xx.2024 1000.00 10024.10 5 xx.xx.2024 1000.00 9024.10 6 xx.xx.2024 1000.00 8024.10 7 xx.xx.2024 1000.00 7024.10 8 xx.xx.2024 1000.00 6024.10 9 xx.xx.2024 1000.00 5024.10 10 xx.xx.2024 1000.00 4024.10 11 xx.xx.2024 1000.00 3024.10 12 xx.xx.2024 1000.00 2024.10 13 xx.xx.2024 1000.00 1024.10 14 xx.xx.2024 1024.10 0.00 CƏMİ 14024.10 0.00 – Odur ki, ümumilikdə müəyyənləşdirilmiş ardıcıl həftələr ərzində cavabdeh tərəfindən ödəniləcək ödənişlərdə hər hansı səbəbdən gecikmələrin olması üzürlü hesab edilməyəcəkdir və iddiaçı qeyd edilən ardıcıl həftələrin hər hansı biri üçün nəzərdə tutulan ödənişlərdə gecikmələr və ya uyğunsuzluqlar olduğu təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qalan borc məbləğinin ödənilməsi ilə bağlı icra tədbirlərin görülməsini tələb edəcəkdir. Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi – qanuni təmsilçisi X2 və cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən imzalamış, saziş hər iki hüquqi şəxsin möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir” ifadəsi işlədilmişdir. Odur ki, məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə qeyd edir ki, adıçəkilən barışıq sazişində iddiaçının çəkdiyi mediasiya xərci cavabdehdən tələb edilməmişdir. Bu səbəbdən də həmin xərc iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin: – İddiaçı və Cavabdeh bu sazişi bağlayır ondan ötrü ki, xx.xx.2021-ci il tarixli EBBM 753612 nömrəli elektron qaimə üzrə İddiaçı xeyrinə yaranmış olan 14024,10 AZN (on dörd min iyirmi dörd manat on qəpik) yekun borc məbləğinin aşağdakı qaydada hissə-hissə ödənilməsinə razıdır; – Cavabdeh borcu həftəlik olmaqla aşağıda göstərilən cədvələ uyğun olaraq ödəməyi öhdəsinə götürür: S/s Ödəniş tarixi Məbləğ Qalıq borc 1 xx.xx.2024 1000.00 13024.10 2 xx.xx.2024 1000.00 12024.10 3 xx.xx.2024 1000.00 11024.10 4 xx.xx.2024 1000.00 10024.10 5 xx.xx.2024 1000.00 9024.10 6 xx.xx.2024 1000.00 8024.10 7 xx.xx.2024 1000.00 7024.10 8 xx.xx.2024 1000.00 6024.10 9 xx.xx.2024 1000.00 5024.10 10 xx.xx.2024 1000.00 4024.10 11 xx.xx.2024 1000.00 3024.10 12 xx.xx.2024 1000.00 2024.10 13 xx.xx.2024 1000.00 1024.10 14 xx.xx.2024 1024.10 0.00 CƏMİ 14024.10 0.00 – Odur ki, ümumilikdə müəyyənləşdirilmiş ardıcıl həftələr ərzində cavabdeh tərəfindən ödəniləcək ödənişlərdə hər hansı səbəbdən gecikmələrin olması üzürlü hesab edilməyəcəkdir və iddiaçı qeyd edilən ardıcıl həftələrin hər hansı biri üçün nəzərdə tutulan ödənişlərdə gecikmələr və ya uyğunsuzluqlar olduğu təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qalan borc məbləğinin ödənilməsi ilə bağlı icra tədbirlərin görülməsini tələb edəcəkdir. İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-702/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-702/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver