Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7022/2024 28.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümyəndəsi X2 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Firmasının Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "KML İNSAAT” MMC-dən ona 41493,46 manat, bunun 35163,95 manat əsas və 6329,51 manat- ƏDV qismində və hazırkı iddia ərizəsinə görə ödənilmiş 215 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" firmasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Firması ilə Cavabdeh "KML İNŞAAT” MMCn-in (VÖEN: **********)-ilə aralarında bağlanmış xx.xx.2024 ci il tarixli 165-24 saylı müqavilə əsasinda satılmış Tikinti materiallari – taxta və diktin alqı-satqısı müqaviləsi üzrə cavabdeh "KML İNSAAT” MMC-dən 35163.95 AZN əsas və ƏDV -6329.51AZN CƏMİ- 41493.46 AZN qalıq borcu vardır. Cavabdeh müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, yəni İddiaçıya olan qalıq borcunun ödənilməsi məqsədilə Cavabdehə bildiriş/pretenziya göndərilsə də, İddiaçıya olan borcun ödənilməsi təmin edilməmişdir. Bu səbədən İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən, Alıcı aldığı malın dəyərini Malı aldığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq Satıcıya ödəməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı Firması ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024 ci il tarixli 165- 24 saylı müqaviləyə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı tikinti materialları olunmuş yapışqanlı və taxta QOST3916.1-96 və ya QOST 10.55-71 standartlarına uyğun satır, alıcı isə həmin tikinti materiallarını təhvil almağı və dəyərini vaxtında ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən alıcı 1 həftə əvvəlcədən alacağı tikinti materiallarının ölçülərini və iqdarını satıcıya bildirir. Sonradan alıcı-alınacaq malların qiymət razılaşması protokolu əsasında dəyərini satıcıya ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı aldığı tikinti materiallarının dəyərini 5 iş günü ərzində Azərbaycan manatı ilə satıcının bank hesabına köçürmə qaydasında ödəməyi öhdəsinə götürür. Əks təqdirdə yəni 5 iş günü ərzində ödəməsə onda hər gecikdirilən gün üçün ümumi məbləğin 0.01% dəbbə pulu ödəməyi öhdəsinə götürür.
11. Müqavilənin 3.2-ci bəndinə əsasən satıcı tikinti materiallarını alıcının anbarına təhvil verir və təhvil-təslim aktı tərtib edilir.
12. Malların təhvil verilməsinə dair xx.xx.2024-cü il tarixli, 01 saylı təhvil-təslim aktına əsasən Cavabdeh MMC-yə ƏDV daxil 9779,25 manat dəyərində, xx.xx.2024-cü il tarixli, 02 saylı təhvil-təslim aktına əsasən Cavabdeh MMC-yə ƏDV daxil 7863,23 manat dəyərində, xx.xx.2024-cü il tarixli, 03 saylı təhvil-təslim aktına əsasən Cavabdeh MMC-yə ƏDV daxil 3871,88 manat dəyərində, xx.xx.2024-cü il tarixli, 04 saylı təhvil-təslim aktına əsasən Cavabdeh MMC-yə ƏDV daxil 23598,53 manat dəyərində, xx.xx.2024-cü il tarixli, 05 saylı təhvil-təslim aktına əsasən Cavabdeh MMC-yə ƏDV daxil 20502,50 manat dəyərində, xx.xx.2024-cü il tarixli, 06 saylı təhvil-təslim aktına əsasən Cavabdeh MMC-yə ƏDV daxil 14514 manat dəyərində, xx.xx.2024-cü il tarixli, 07 saylı təhvil-təslim aktına əsasən Cavabdeh MMC-yə ƏDV daxil 6373,24 manat dəyərində, xx.xx.2024-cü il tarixli, 08 saylı təhvil-təslim aktına əsasən Cavabdeh MMC-yə ƏDV daxil 6373,24 manat dəyərində, xx.xx.2024-cü il tarixli, 09 saylı təhvil-təslim aktına əsasən Cavabdeh MMC-yə ƏDV daxil 18061,38 manat dəyərində, xx.xx.2024-cü il tarixli, 10 saylı təhvil-təslim aktına əsasən Cavabdeh MMC-yə ƏDV daxil 7079,41 manat dəyərində, xx.xx.2024-cü il tarixli, 11 saylı təhvil-təslim aktına əsasən Cavabdeh MMC-yə ƏDV daxil 15630,21 manat dəyərində, xx.xx.2024-cü il tarixli, 12 saylı təhvil-təslim aktına əsasən Cavabdeh MMC-yə ƏDV daxil 17713,45 manat dəyərində, xx.xx.2024-cü il tarixli, 13 saylı təhvil-təslim aktına əsasən Cavabdeh MMC-yə ƏDV daxil 6372 manat dəyərində, xx.xx.2024-cü il tarixli, 14 saylı təhviltəslim aktına əsasən Cavabdeh MMC-yə ƏDV daxil 11799,72 manat dəyərində, xx.xx.2024cü il tarixli, 15 saylı təhvil-təslim aktına əsasən Cavabdeh MMC-yə ƏDV daxil 944 manat dəyərində mallarn təhvil verilməsi hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
13. “Yapıkredi Bank” Azərbaycanın xx.xx.2024-cü il tarixli əməliyyata əsasən cavabdeh MMC tərəfindən 38231,25 manat dəyərində, xx.xx.2024-cü il tarixli əməliyyata əsasən 35000 manat dəyərində, xx.xx.2024-cü il tarixli əməliyyata əsasən 6076,05 manat dəyərində, xx.xx.2024-cü il tarixli əməliyyata əsasən 10.000 manat dəyərində, xx.xx.2024cü il tarixli əməliyyata əsasən 10.000 manat dəyərində və xx.xx.2024-cü il tarixli əməliyyata əsasən 10.000 manat dəyərində ödənişlər edilmişdir.
14. 18.08.2024-cü il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC "xxxx" Firmasına cəmi borcunun 41.493,47 manat olmasını qəbul etmiş və imza/möhür ilə təsdiq etmişdir.
15. 10.09.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh MMC-nin cəmi borcunun ƏDV daxil 41493,46 manat olması müəyyən olunmuşdu.
16. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
19. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. Tərəflər arasında bağlanmış xx.xx.2024 ci il tarixli 165-24 saylı müqavilənin 1.1-ci bəndinə əsasən satıcı tikinti materialları olunmuş yapışqanlı və taxta QOST3916.1-96 və ya QOST 10.55-71 standartlarına uyğun satır, alıcı isə həmin tikinti materiallarını təhvil almağı və dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
23. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktı, üzləşmə aktı və hissəvi ödənişləri ilə təsdiq olunduğu üçün 41493,46 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
24. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 41493,46 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 41493,46 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
25. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 215 manat dövlət rüsumu xərci ödənilmişdir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 215 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 165-24 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ədv daxil 41493,46 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 215 manat tutularaq İddiaçı Firmasına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova