Məhkəmə qərarları › İş №e-2-2(113)-704/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-704/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-704/2025 19.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Vəliyeva Nigar Rauf qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin və müstəqil tələb irəli sürməyən 3-cü şəxsin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh MMC-yə (mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 olmaqla) qarşı “pul” tələbinə dair, həmçinin birləşdirilmiş qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı (mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 olmaqla) “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Prior Leasing ASC ilə 4S MMC arasında bağlanmış xx.xx.2021-ci il tarxli PA-KTA-KTT-21/0059 nömrəli alqı-satqı müqaviləsi üzrə 63000 manat əsas borc və 75915 ( 1205 gün x63000x0,1%), manat cərimə borcunun 2. Prior Leasing ASC ilə 4S MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli PA- KTA-KTT-21/0100 nömrəli alqı satqı müqaviləsi üzrə 125000 manat əsas borc və 129375 (1035 gün x 125000x0,1%) cərimə borcunun 3. Prior Leasing ASC ilə 4S MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli PA-KTA-KTT-21/0101 nömrəli alqı-satqı müqaviləsi üzrə 22500 manat əsas borc və 22837 manat (1015 x22500 x0,1%) cərimə borcu 4. Prior Leasing ASC ilə 4S MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli PA-KTA-KTT-21/0102 nömrəli alqı-satqı müqaviləsi üzrə 19500 manat əsas borc və 19753 manat (1013 gün x 19500 x0,1 %) cərimə borcununun, Ümumilikdə 477880 manat vəsaitin və ödənilmiş 768 manat dövlət rüsumunun 4S MMC tərəfindən Prior Leasing ASC-nin hesabına ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birləşdirilmiş qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməyən 762560 (yeddi yüz altmış iki min beş yüz altmış) manat, dövlət rüsumuna görə ödənilmiş 1053 (bir min əlli üç) manat, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat pul vəsaitinin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən (VÖEN **********) alınaraq iddiaçı Cavabdeh (VÖEN **********) xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə tərəflər arasında bağlanmış barışıq sazişi və ərizə təqdim edilmişdir. Həmin ərizədə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. İş üzrə cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onu iştirakı olmadan keçirilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh MMC-yə (mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 olmaqla) qarşı “pul” tələbinə dair, həmçinin birləşdirilmiş/qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı (mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 olmaqla) “pul” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Bir tərəfdən İddiaçı ASC (VÖEN: **********), baş direktor X7 şəxsində, digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyi və nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh (VÖEN: **********), etibarnamə üzrə nümayəndəsi Vəkil (AA*******, FİN-xxxxxxx) şəxsində,“4S"MMC-nin (VÖEN:**********) təsisçisi X4 şəxsində, digər tərəfdən X6 Bəhərzal oğlu (AZE15582251, FİN-477HG77) şəxsində (bundan sonra, birlikdə “Tərəflər” adlandırılacaqlar, X14ni (bundan sonra “Saziş”) aşağıda qeyd olunan şərtlərlə bağladılar: Nəzərə alaraq ki,

1. İddiaçı ASC-nin Cavabdeh MMC Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair e-2-2(113)-704/2025 saylı kommersiya işi hal-hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır. İddiaçı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək məhkəmədən Prior Leasing ASC ilə 4S MMC arasında bağlanmış -xx.xx.2021-ci il tarxli PA-KTA-KTT-21/0059 nömrəli alqı-satqı müqaviləsi üzrə 63000 manat əsas borc və 75915 ( 1205 gün x 63000x0,1%) manat cərimə borcunun - Prior Leasing ASC ilə 4S MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli PA-KTA-KTT-21/0100 nömrəli alqı satqı müqaviləsi üzrə 125000 manat əsas borc və 129375 (1035 gün x 125000x0,1%) cərimə borcunun -Prior Leasing ASC ilə 4S MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli PA-KTA- KTT-21/0101 nömrəli alqı-satqı müqaviləsi üzrə 22500 manat əsas borc və 22837 manat (1015 x22500 x0,1%) cərimə borcu -Prior Leasing ASC ilə 4S MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli PA-KTA-KTT-21/0102 nömrəli alqı-satqı müqaviləsi üzrə 19500 manat əsas borc və 19753 manat (1013 gün x 19500 x0,1 %) cərimə borcununun ümumilikdə 477880 manat vəsaitin və ödənilmiş 768 manat dövlət rüsumunun 4S MMC tərəfindən Prior Leasing ASC-nin hesabına ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh İddiaçı ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair e-2-2(113)- 986/2025 saylı kommersiya işi hal-hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır. İddiaçı Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək məhkəmədən Prior Leasing ASC ilə 4S MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, PL- 4S-MS-0001/2024 nömrəli, xx.xx.2024-cü il tarixli PL-4S-MS-0002/2024 nömrəli, xx.xx.2024cü il tarixli, PL-4S-MS-0003/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, PL-4S-MS-0004/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, PL-4S-MS-0005/2024 nömrəli müqavilələrə əsasən 762560 manat vəsaitin, 1053 manat dövlət rüsumunun və 320 manat hüquqi xidmət göstərilməsinə görə ödənilmiş vəsaitin Prior Leasing ASC tərəfindən 4S MMC-nin hesabına ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. X13 imzalandığı tarixəCavabdeh Fiziki şəxs X3 xx.xx.2019-cu il tarixli Borc mu qaviləsi və onun əlavələrinə əsasən o dəməli olduğu məbləğ əsas borc üzrə 783.015 (yeddi yüz səksən üç min 15 ) manat təşkil edir.

4. 4S MMC-nin xx.xx.2021-ci il tarixli, PA-KTA-KTT-21/0059 nömrəli, xx.xx.2021-ci il tarixli, PAKTA-KTT-21/0100 nömrəli, xx.xx.2021-ci il tarixli, PA-KTA-KTT-21/0101 nömrəli və xx.xx.2021-ci il tarixli, PA-KTA-KTT-21/0102 nömrəli alqı-satqı müqavilələri üzrə Prior Leasing ASC-yə qalıq əsas borcu 230000 (iki yüz otuz min) manat məbləğidir.

5. X14 imzalandığ ı tarixə Prior Leasing ASC-nin CavabdehMMC-yə xx.xx.2020-ci il tarixli, PL-4S- GA-2020/003 saylı alğı-satqı müqaviləsi üzrə 18739.20 manat qalıq borcu mövcuddur.

6. X14n imzalandığı tarixə X11 ASC-nin PA-KTA-KTT-21/0059 nömrəli, xx.xx.2021ci il tarixli, PA-KTA-KTT-21/0100 nömrəli, xx.xx.2021-ci il tarixli, PA-KTA-KTT21/0101 nömrəli və xx.xx.2021-ci il tarixli, PA-KTA-KTT-21/0102 nömrəli alqı-satqı müqavilələri üzrə tələb etdiyi 230000 (iki yüz otuz min) manat əsas borc və 4S MMC-nin bağlanmış xx.xx.2024-cü il tarixli, PL-4S-MS-0001/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, PL-4S-MS-0002/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, PL-4S-MS-0003/2024 nömrəli, xx.xx.2024-cü il tarixli PL-4S-MS- 0004/2024 nömrəli, xx.xx.2020-ci il tarixli, PL-4S- GA-2020/003 saylı və xx.xx.2024-cü il tarixli PL-4S-MS0005/2024 nömrəli müqavilələrə əsasən tələb etdiyi 781299.20 manat vəsaitin qarşılıqlı surətdə əvəzləşdirilməsi və yekunda 551299.20 (7812xx.xx-230000) manat vəsaitin X14 məhkəmə tərəfindən təsdiqləndikdən sonra 30 gün ərzində Prior Leasing ASC tərəfindən 4S MMCnin yuxarıda qeyd olunan müqavilə və əlavələr üzrə borclu olduğu Fiziki şəxs X1 hesabına ödənilməsi barədə razılığa gəldiklərindən tərəflər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, qeyd olunan mübahisəni hazırkı Barışıq Sazişini bağlamaqla yekunlaşdırmaq qərarına gəldilər. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ 1.1.Tərəflər razılaşırlar ki, Prior Leasing ASC yuxarıda qeyd olunan qarşılıqlı əvəzləşdirmənin nəticəsi olaraq müəyyən edilmiş 551299.20 (7812xx.xx-230000) manat vəsaitin X14 məhkəmə tərəfindən təsdiqləndikdən sonra 30 gün ərzində 4S MMC-nin borclu olduğu Fiziki şəxs X1 müvafiq bank hesabına ödənilməsini öz öhdəsinə götürür, 4S MMC və Fiziki şəxs X5 bunu qəbul edir. 1.2.Prior Leasing ASC Bu Sazişin 1.1-ci bəndində göstərilən borcun bir ödənişlə, Bu Saziş imzalandığı tarixdən 30 (otuz) gün ərzində ödəməyi öhdəsinə götürür. 1.3.Prior Leasing ASC tərəfindən Bu Saziş üzrə qəbul olunmuş borc məbləğinin Bu Sazişdə nəzərdə tutulan müddətədək tam həcmdə ödənilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir. 1.4.Bu hal Sazişin məhkəmə qaydasında məcburi icraya yönəldilməsi, Bu Sazişin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğlərin Prior Leasing ASC tərəfindən ödənilməsi üçün məcburi icra tədbirlərinin həyata keçirilməsinin tələb edilməsi üçün əsasdır.

2. DİGƏR MÜDDƏALAR 2.1. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. 2.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir. 2.3. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191- ci və 261-262-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 2.4. X15 üçün məcburi şərtləri özündə əks etdirməklə hər biri 2 (iki) səhifədən ibarət olan 5 (beş) əsl nüsxədən ibarət şəkildə tərtib olunur. Nüsxələrin üçü tərəflərdə saxlanılır, iki əsl nüsxə isə təsdiq edilməsi üçün Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar