Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-705/2024 20.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh “Fabex" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddia üzrə kommersiya mübahisəsi Açar sözlər: xidmət müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İlkin iddiaçı (qarşılıqlı cavabdeh) Fabex" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə1, İlkin cavabdeh (qarşılıqlı iddiaçı) "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İlkin İddiaçı cavabdeh "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə ilkin, qarşılıqlı iddiaçı "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşılıqlı cavabdeh İddiaçınə qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. "xxxx" MMC (təmsilçi) ilə "X4” MMC (sifarişçi) arasında xx.xx.2023-cü il tarixli FB- ERC-03 saylı xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən broker, təmsil etdiyi sifarişçinin tapşırığı ilə onun hesabına idxal, ixrac, tranzit və digər gömrük prosedurları altında olan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçirilən zaman gömrük təmsilçiliyi xidmətlərinin yerinə yetirilməsini öz üzərinə götürür. Sifarişçi isə görülmüş iş və xidmətlərin dəyərinin ödənilməsini öz üzərinə götürür. 2.1.3-cü bəndinə əsasən sifarişçi xidmətlərin dəyərini vaxtında ödəməyi öz öhdəsinə götürür. 2.2. Təmsilçi 2.2.1. gömrük orqanlarında “Sifarişçi”ni təmsil edir; 2.2.2. gömrük rəsmiləşdirilməsi zamanı yarana biləcək hər hansı bir ortaya çıxan məsələ haqqında “Sifarişçi”ni vaxtında məlumatlandırır; 2.2.3. aldığı xidmət haqqı müqabilində göstərilən xidmətlərin vaxtında yerinə yetirilməsini öhdəsinə götürür. 5.2-ci bəndinə görə bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 5 (beş) il müddətində qüvvədədir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. "xxxx" MMC tərəfindən ümumilikdə (ƏDV-siz) 22.395,60 manat olmaqla, o cümlədən: - 1.522 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 596466 nömrəli, 1.808 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 747837 nömrəli, 785 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 942599 nömrəli, 862 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 956664 nömrəli, 565 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 957690 nömrəli, 620 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 957897 nömrəli, 1.225 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 958103 nömrəli, 4.897 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 960349 nömrəli, 242 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 703582 nömrəli, 862 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023cü il tarixli, EBDE seriyalı, 704167 nömrəli, 1.380 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 706629 nömrəli, 883,60 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 144035 nömrəli, 741 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 661282 nömrəli, 543 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 235930 nömrəli, 664 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 240072 nömrəli, 884 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 831673 nömrəli, 653 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 882015 nömrəli, 450 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023cü il tarixli, EBDK seriyalı, 882172 nömrəli, 1.030 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 081513 nömrəli, 720 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 080838 nömrəli, və 560 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 080230 nömrəli elektron qaimə-fakturalar tərtib edilərək elektron sistem vasitəsilə "X4” MMC-yə göndərilmişdir.
3. xx.xx.2023-cü il tarixli **********2804 nömrəli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, (("xxxx" MMC ilə "X4” MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli FB-ERC-03 saylı müqaviləyə əsasən) bəyannaməç/təmsilçi qismində "xxxx" MMC iştirak etməklə) göndərən (ixracatçı) Foreign Company “Login” tərəfindən malı qəbul edən (idxalatçı) "X4” MMC-yə ünvanlanmış ümumi invoys dəyəri 54.983,04 ABŞ dolları olan cəmi 70 ədəd mallar (monitorlar, USB-lər və s.) AR-in gömrük sərhədindən keçirilmişdir.
4. xx.xx.2023-cü il tarixli **********1432 nömrəli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, (("xxxx" MMC ilə "X4” MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli FB-ERC-03 saylı müqaviləyə əsasən) bəyannaməç/təmsilçi qismində "xxxx" MMC iştirak etməklə) göndərən (ixracatçı) Erc Distribution AG tərəfindən malı qəbul edən (idxalatçı) "X4” MMC-yə ünvanlanmış ümumi invoys dəyəri 2.284,96 ABŞ dolları olan cəmi 1 ədəd mal (yaddaş qurğusu) AR-in gömrük sərhədindən keçirilmişdir.
5. xx.xx.2023-cü il tarixli **********7374 nömrəli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, (("xxxx" MMC ilə "X4” MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli FB-ERC-03 saylı müqaviləyə əsasən) bəyannaməç/təmsilçi qismində "xxxx" MMC iştirak etməklə) göndərən (ixracatçı) X6 LLC tərəfindən malı qəbul edən (idxalatçı) "X4” MMC-yə ünvanlanmış ümumi invoys dəyəri 33.763,54 ABŞ dolları olan cəmi 150 ədəd mallar (paltar yuyan maşın) AR-in gömrük sərhədindən keçirilmişdir.
6. xx.xx.2023-cü il tarixli **********7263 nömrəli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, (("xxxx" MMC ilə "X4” MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli FB-ERC-03 saylı müqaviləyə əsasən) bəyannaməç/təmsilçi qismində "xxxx" MMC iştirak etməklə) göndərən (ixracatçı) X2 Distribution LTD tərəfindən malı qəbul edən (idxalatçı) "X4” MMC-yə ünvanlanmış ümumi invoys dəyəri 44.855,84 ABŞ dolları olan cəmi 13 ədəd mallar (“Fortinet” nişanlı səsin, təsvirin və başqa məlumatların qəbul edilməsi, çevrilməsi və ötürülməsi üçün maşınlar) AR-in gömrük sərhədindən keçirilmişdir.
7. xx.xx.2023-cü il tarixli **********1854 nömrəli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, (("xxxx" MMC ilə "X4” MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli FB-ERC-03 saylı müqaviləyə əsasən) bəyannaməç/təmsilçi qismində "xxxx" MMC iştirak etməklə) göndərən (ixracatçı) X2 Distribution LTD tərəfindən malı qəbul edən (idxalatçı) "X4” MMC-yə ünvanlanmış ümumi invoys dəyəri 1.043,56 ABŞ dolları olan cəmi 1 ədəd mallar (“Fortinet” nişanlı səsin, təsvirin və başqa məlumatların qəbul edilməsi, çevrilməsi və ötürülməsi üçün maşınlar) AR-in gömrük sərhədindən keçirilmişdir.
8. xx.xx.2023-cü il tarixli **********0100 nömrəli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, (("xxxx" MMC ilə "X4” MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli FB-ERC-03 saylı müqaviləyə əsasən) bəyannaməç/təmsilçi qismində "xxxx" MMC iştirak etməklə) göndərən (ixracatçı) Erc Distribution AG tərəfindən malı qəbul edən (idxalatçı) "X4” MMC-yə ünvanlanmış ümumi invoys dəyəri 13.797,43 ABŞ dolları olan cəmi 5,06 kq mal (klaviatura üçün bilək dayanağı) AR-in gömrük sərhədindən keçirilmişdir.
9. xx.xx.2023-cü il tarixli **********4007 nömrəli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, (("xxxx" MMC ilə "X4” MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli FB-ERC-03 saylı müqaviləyə əsasən) bəyannaməçi/təmsilçi qismində "xxxx" MMC iştirak etməklə) göndərən (ixracatçı) X6 LLC tərəfindən malı qəbul edən (idxalatçı) "X4” MMC-yə ünvanlanmış ümumi invoys dəyəri 36.504,50 ABŞ dolları olan cəmi 150 ədəd mallar (paltar yuyan maşın) AR-in gömrük sərhədindən keçirilmişdir.
10. xx.xx.2023-cü il tarixli **********4652 nömrəli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, (("xxxx" MMC ilə "X4” MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli FB-ERC-03 saylı müqaviləyə əsasən) bəyannaməç/təmsilçi qismində "xxxx" MMC iştirak etməklə) göndərən (ixracatçı) X6 LLC tərəfindən malı qəbul edən (idxalatçı) "X4” MMC-yə ünvanlanmış ümumi invoys dəyəri 81.705,92 ABŞ dolları olan cəmi 335,38 kq mallar (uşaq oyuncaqları) AR-in gömrük sərhədindən keçirilmişdir.
11. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli **********/619638685 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, (EBDJ seriyalı 235930 nömrəli və EBDJ seriyalı 240072 nömrəli (elektron qaimələr) üzrə) "X4” MMC tərəfindən "xxxx" MMC-nin hesabına 1.207 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
12. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli **********/625108364 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, (EBDJ seriyalı 831673 nömrəli (elektron qaimə) üzrə) "X4” MMC tərəfindən "xxxx" MMC-nin hesabına 884 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
13. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli **********/637185999 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, (EBDK seriyalı 882172 nömrəli, EBDK seriyalı 882015 nömrəli, EBDL seriyalı 081513 nömrəli, EBDL seriyalı 080838 nömrəli və EBDL seriyalı 080230 nömrəli (elektron qaimələr) üzrə) "X4” MMC tərəfindən "xxxx" MMC-nin hesabına 1.413 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
14. xx.xx.2023-xx.xx.2023-cü il tarixli Trade LLC ilə Cəmilə İsmayılova, Elşən Əbdürrəhimov və digərləri arasında aparılmış “e-mail” yazışmalarından görünür ki, Cəmilə İsmayılovaya, Elşən Əbdürrəhimov və digərlərinə “pdf” formatlı sənədlər (müxtəlif nömrəli GB (gömrük bəyannamələri, əlavələr, qoşmalar və s.) göndərilməklə bildirilmişdir ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində müxtəlif gömrük rəsmiləşmələri (GB №) tamamlanmışdır. Gömrük rəsmiləşmə hesabatını onlara təqdim edilmiş, e-qaimə göndərilmişdir, gömrük rəsmiləşmə xidmət haqqları, rəsmiləşmə zamanı digər xərclər, Ramal Trans anbar pulu, Ramal Trans avtokar+fəhlə, ERC anbar avtokar xidmətlərinin və s. haqları (məbləğləri) göstərilmişdir.
15. xx.xx.2023-cü il tarixdə Trade LLC tərəfindən Cəmilə İsmayılovaya göndərilmiş “email” məktubundan görünür ki, Cəmilə İsmayılovaya “pdf” formatlı sənədlər (gb **********2804, əlavə, qoşma və s.) göndərilməklə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində gömrük rəsmiləşmə GB № **********2804 tamamlanmışdır. Gömrük rəsmiləşmə hesabatını onlara təqdim edilmiş, e-qaimə göndərilmişdir, gömrük rəsmiləşmə xidmət haqqı GB - 400 manat, rəsmiləşmə zamanı digər xərclər 110 manat + 10%, Gömrük postu ERC anbar yol pulu 130 manat + 10%, Ramal Trans anbar pulu 326,28 manat.
16. xx.xx.2023-cü il tarixdə Trade LLC tərəfindən Cəmilə İsmayılovaya göndərilmiş “email” məktubudan görünür ki, Cəmilə İsmayılovaya “pdf” formatlı sənədlər (gb **********1432, əlavə, qoşma) göndərilməklə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində gömrük rəsmiləşmə GB № **********1432 tamamlanmışdır. Gömrük rəsmiləşmə hesabatını onlara təqdim edilmiş, e-qaimə göndərilmişdir, gömrük rəsmiləşmə xidmət haqqı GB - 400 manat, rəsmiləşmə zamanı digər xərclər 90 manat+10%, BTC anbar pulu 40 manat + 10%.
17. xx.xx.2023-cü il tarixdə Trade LLC tərəfindən Cəmilə İsmayılovaya, Georgi Kvaxadze və qeyrilərinə göndərilmiş “e-mail” məktubundan görünür ki, Cəmilə İsmayılovaya, Georgi Kvaxadze və qeyrilərinə “pdf” formatlı sənədlər (gb **********7374, əlavə, qoşma və s.) göndərilməklə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində gömrük rəsmiləşmə GB № **********7374 tamamlanmışdır. Gömrük rəsmiləşmə hesabatını onlara təqdim edilmiş, e-qaimə göndərilmişdir, gömrük rəsmiləşmə xidmət haqqı GB - 400 manat, rəsmiləşmə zamanı digər xərclər 180 manat +10%, Avtokar xidməti 100 manat +10%, ERC anbar fəhlə xidməti 160 manat + 10%, Ramal Trans anbar ödənişi 159 manat + 18% avansdan.
18. xx.xx.2023-cü il tarixdə Trade LLC tərəfindən Cəmilə İsmayılovaya, Georgi Kvaxadze, Yeqor Moşkarev və qeyrilərinə göndərilmiş “e-mail” məktubundan görünür ki, görünür ki, Cəmilə İsmayılovaya, Georgi Kvaxadze, Yeqor Moşkarev və qeyrilərinə “pdf” formatlı sənədlər (gb **********7263, əlavə, qoşma və s.) göndərilməklə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində gömrük rəsmiləşmə GB № **********7263 tamamlanmışdır. Gömrük rəsmiləşmə hesabatını onlara təqdim edilmiş, e-qaimə göndərilmişdir, gömrük rəsmiləşmə xidmət haqqı GB - 400 manat, rəsmiləşmə zamanı digər xərclər 130 manat+10%, BTC anbar pulu 100 manat + 10%.
19. xx.xx.2023-cü il tarixdə Trade LLC tərəfindən Cəmilə İsmayılovaya, Georgi Kvaxadze, Yeqor Moşkarev və qeyrilərinə göndərilmiş “e-mail” məktubundan görünür ki, görünür ki, Cəmilə İsmayılovaya, Georgi Kvaxadze, Yeqor Moşkarev və qeyrilərinə “pdf” formatlı sənədlər (gb **********0100, əlavə, qoşma və s.) göndərilməklə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində gömrük rəsmiləşmə GB № **********0100 tamamlanmışdır. Gömrük rəsmiləşmə hesabatını onlara təqdim edilmiş, e-qaimə göndərilmişdir, gömrük rəsmiləşmə xidmət haqqı GB - 400 manat, rəsmiləşmə zamanı digər xərclər 160 manat +10%, Ramal Trans anbar pulu (Tır 6-cı anbara girdiyi üçün) 125 manat + ƏDV (e-qaimə göndəriləcək)
20. xx.xx.2023-cü il tarixli Trade LLC tərəfindən Cəmilə İsmayılovaya, Georgi Kvaxadze, Yeqor Moşkarev və qeyrilərinə göndərilmiş “e-mail” məktubundan görünür ki, görünür ki, Cəmilə İsmayılovaya, Georgi Kvaxadze, Yeqor Moşkarev və qeyrilərinə “pdf” formatlı sənədlər (gb **********4007, əlavə, qoşma və s.) göndərməklə bildirmişdir ki, xx.xx.2023-cü il tarixində gömrük rəsmiləşmə GB № **********4007 tamamlanmışdır. Gömrük rəsmiləşmə hesabatını onlara təqdim edilmiş, e-qaimə göndərilmişdir, gömrük rəsmiləşmə xidmət haqqı GB - 400 manat, rəsmiləşmə zamanı digər xərclər 200 manat +10%, Ramal Trans anbar pulu (Tır 6-cı anbara girdiyi üçün) 168 manat + ƏDV, ERC anbar avtokar xidməti 120 manat.
21. xx.xx.2023-cü il tarixli Trade LLC tərəfindən Cəmilə İsmayılovaya, Georgi Kvaxadze, Yeqor Moşkarev və qeyrilərinə göndərilmiş “e-mail” məktubundan görünür ki, görünür ki, Cəmilə İsmayılovaya, Georgi Kvaxadze, Yeqor Moşkarev və qeyrilərinə “pdf” formatlı sənədlər (gb **********4652, əlavə, qoşma və s.) göndərməklə bildirmişdir ki, xx.xx.2023-cü il tarixində gömrük rəsmiləşmə GB № **********4652 tamamlanmışdır. Gömrük rəsmiləşmə hesabatını onlara təqdim edilmiş, e-qaimə göndərilmişdir, gömrük rəsmiləşmə xidmət haqqı GB - 400 manat, rəsmiləşmə zamanı digər xərclər 110 manat, Ramal Trans anbar pulu (Tır 2-ci anbara girdiyi üçün) 546 manat + ƏDV, Ramal Trans avtokar+fəhlə 420 manat, ERC anbar avtokar xidməti 100 manat.
22. 15.11.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu göndərilərək gömrük rəsmiləşdirilməsi xidmətlərinə görə 2000 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəmjəyə müraciət ediləcəyi bildirilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
23. İddiaçı cavabdeh "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X4” Məhdud Məsuliyyətli Cəmiyyətindən 2000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 manat xidmət haqqının, 70 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödəniməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh "X4” MMC arasında xx.xx.2023-cü il tarixli FB-ERC-03 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı "xxxx" MMC cavabdeh "X4” MMC hesabına idxal, ixrac, tranzit və digər gömrük prosedurları altında olan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçirilən zaman gömrük təmsilçiliyi xidmətlərinin yerinə yetirilməsini öz üzərinə götürüb. Tərəflərin razılaşmasına əsasən bir gömrük rəsmiləşdirilməsi üçün xidmət haqqı 400 manat müəyyən edilmişdir. Eyni zamanda rəsmiləşdirmə zamanı yaranan digər xərclər "xxxx" MMC tərəfindən ödənilir, daha sonra sifarişçi tərəfindən həmin xərclərdə iddiaçıya ödənilməli idi. "xxxx" MMC tərəfindən "X4” MMC sifarişi əsasında 24 gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Daha öncə həyata keçirilmiş xidmətlərin və əlavə xərclərin dəyəri cavabdeh tərəfindən tam ödənilsə də, aşağıda qeyd olunan son beş gömrük gömrük rəsmiləşdirilməsi xidmət haqqı ödənilməmişdir. 1. **********7263 nömrəli xx.xx.2023-cü il tarixli GB 2. **********1854 nömrəli xx.xx.2023-cü il tarixli GB 3. **********0100 nömrəli xx.xx.2023-cü il tarixli GB 4. **********4007 nömrəli xx.xx.2023-cü il tarixli GB 5. **********4652 nömrəli xx.xx.2023-cü il tarixli GB Xidmətlər həyata keçirildikdən sonra "xxxx" MMC tərəfindən cavabdeh "X4” MMC-yə e-qaimələr (Seriya/№:EBDK 882015 xx.xx.2023-cü il tarixli, Seriya/№: EBDK 882172 xx.xx.2023-cü il tarixli, Seriya/№:EBDL 080230 xx.xx.2023-cü il tarixli, Seriya/№: EBDL 080838 xx.xx.2023 -cü il tarixli, Seriya/№: EBDL 081513-cü il tarixli) göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. E-qaimələrdən göründüyü kimi yerinə yetirilmiş ümumi xidmətin dəyəri 3413 manat təşkil edir. Həmin məbləğin 2000 manat gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün olan xidmət haqqı, qalan 1413 manat isə gömrük rəsmiləşdirməsi zamanı yaranan Kargo anbarı və digər gömrürk xərcləri təşkil edir. Cavabdeh e-qaimədə göstərilən gömrük rəsmiləşdirilməsi zamanı ödənilmiş Kargo anbarı və digər gömrük xərclərinin cəmi olan 1413 manatı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən iddiaçıya ödəmişdir Lakin cavabdeh əsas xidmət üzrə, yəni gömrük rəsmiləşdirilməsi üzrə ödəməli olduğu məbləği iddiaçıya ödəməkdən yayınır. Belə ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan tarixlərdə cavabdeh üçün 5 ədəd gömrük rəsmiləşdirilməsi həyata keçirib. Tərəflərin razılaşmasına əsasən bir gömrük rəsmiləşdirilməsi üzrə xidmət haqqı 400 manat təşkil edirdi. Göstərilən xidmətlərə görə cavabdehin iddiaçıya 2000 manat (400x5=2000) borcu vardır. İşin hallarından göründüyü kimi cavabeh tərəfindən, gömrük rəsmiləşdirilməsi zamanı ödənilmiş digər gömrürk xərcləri deyil, gömrük rəsmiləşdirilməsinin həyata keçirildiyi üçün iddiaçıya ödənilməli olan xidmət haqqı mübahisələndirilir. Yuxarıda qeyd etdikləri kimi iddiaçı dəfələrlə cavabdeh üçün gömrük rəsmiləşdirilməsi həyata keçirib. Həm gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan xidmət haqqı, həm də digər xərclər cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Bununla bağlı bir necə əməliyyatı aşağıda qeyd edirlər. "xxxx" MMC tərəfindən "X4” MMC üçün **********1432 nömrəli xx.xx.2023-cü il tarixli GB(xidmət üzrə Seriya/№:EBDJ 235930, xx.xx.2023-cü il tarixli e-qaimə təqdim edilib) və **********2804 nömrəli xx.xx.2023xx.xx.2023-cü il tarixli GB tərtib edilmiş (xidmət üzrə Seriya/№: EBDJ №: 240072 xx.xx.2023 -cü il tarixli eqaimə təqdim edilib) və hər iki e-qaimədə göstərilən vəsaitin cəmi (yəni 1207 manat) (gömrük rəsmiləşdirməsi üçün olan xidmət haqqı və digər xərclər) xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. 2. "xxxx" MMC tərəfindən "X4” MMC üçün **********7374 nömrəli xx.xx.2023 cü il tarixli GB tərtib edilmiş (xidmət üzrə Seriya/№: EBDJ 831673 xx.xx.2023-cü il tarixli eqaimə təqdim edilib) həmin e-qaimədə göstərilən vəsait 884 manat vəsait (gömrük rəsmiləşdirməsi üçün olan xidmət haqqı və digər xərclər) xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. İşin hallarından göründüyü kimi tərəflərin əvvəlki münasibətlərri də təsdiq edir ki, onlar bir gömrük rəsmiləşdirilməsi üçün xidmət haqqının 400 manat olmağı ilə bağlı razılığa gəliblər və münasibətlərini bu şəkildə davam etdiriblər. Ona görə də müqavilə üzrə yaranmış 2000 manat borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1 və 448.2-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
26. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) Qarşılıqlı iddia tələbi və qarşılıqlı iddia tələbinin dəlilləri
27. xx.xx.2023-cü il tarixdə cavabdeh "X4” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçındən 1600 manat məbləğində hüquqi yardımın göstərilməsi üçün ödənilmiş vəsaitin və 36 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC-nin əsassız iddiasına görə iddiaçı Cavabdeh MMC məcburiyyət qarşısında qalaraq vəkil ilə müqavilə bağlamış və vəkilə 1600 manat məbləğində vəsait ödəmişdir. Bundan başqa, hazırkı qarşılıqlı iddia ərizəsinin verilməsi üçün iddiaçı Cavabdeh MMC dövlət rüsumu ödəmişdir. Hesab edirlər ki, yuxarıda qeyd olunan xərclər cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməlidir.
29. Daha sonra "X4” Məhdud Məsuliyyətli Cəmiyyəti qarşılıqlı iddia tələbinə dəqiqləşmə (tələbin həcminin artırılması barədə ərizə) verərək, İddiaçındən 9499 manat məbləğində vəsait, hebelə hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1600 manat məbləğində vəsait və 124 manat məbləğində dövlət rüsumunun tutularaq "X4“ MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh (ilkin iddia üzrə iddiaçı) “Fabex MMC, iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh MMC-nin əvvəlki rəhbəri ilə qanunsuz sövdələşməyə girərək hazırki ərizədə cədvəldə göstərilən xx.xx.2023-cü il tarixli EBDC seriyalı 596466 nömrəli 1.122 manat, xx.xx.2023-cü il tarixli EBDC seriyalı 747837 nömrəli 1.408 manat, xx.xx.2023-cü il tarixli EBDC seriyalı 942599 nömrəli 385 manat, xx.xx.2023-cü il tarixli EBDD seriyalı 956664 nömrəli 462 manat, xx.xx.2023-cü il tarixli EBDD seriyalı 957690 nömrəli 165 manat, xx.xx.2023-cü il tarixli EBDD seriyalı 957897 nömrəli 220 manat, xx.xx.2023-cü il tarixli EBDD seriyalı 958103 nömrəli 825 manat, xx.xx.2023-cü il tarixli EBDD seriyalı 960349 nömrəli 297 manat, xx.xx.2023-cü il tarixli EBDE seriyalı 703582 nömrəli 242 manat, xx.xx.2023-cü il tarixli EBDE seriyalı 704167 nömrəli 462 manat, 02.05 2023-cü il tarixli EBDE seriyalı 706629 nömrəli 980 manat, xx.xx.2023-cü il tarixli EBDH seriyalı 144035 nömrəli 396 manat, xx.xx.2023-cü il tarixli EBDH seriyalı 661282 nömrəli 341 manat, xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 235930 nömrəli 143 manat, xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 240072 nömrəli 264 manat, xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 831673 nömrəli 484 manat, xx.xx.2023-cü il tarixli EBDK seriyalı 882015 nömrəli 143 manat, xx.xx.2023-cü il EBDK seriyalı 882172 nömrəli 50 manat, xx.xx.2023-cü il tarixli EBDL seriyalı, 080230 nömrəli 160 manat, xx.xx.2023-cü il tarixli EBDL seriyalı 080838 nömrəli 320 manat, xx.xx.2023-cü il tarixli EBDL seriyalı 081513 nömrəli 630 manat, cəmi 9499 manatlıq e-qaimələr göndərmiş və heç bir sənəd və sübut təqdim etmədən iddiaçı (ilkin iddia üzrə cavabdeh) ”ERC” Distribution Azerbaijan" MMC-dən 9499 manat məbləğində külli miqdarda pul vəsaitləri əldə etmiş və əsassız varlanmışdır. Elektron qaimələrdə qeyd olunan xərclər "digər xərclər” kimi qeyd olunmuş, lakin həmin xərclərə dair hər hansı sənədlər təqdim edilməmişdir. Dəfələrlə həmin xərcləri təsdiq edən sənədlərin təqdim edilməsi "Fabex” MMC-dən xahiş və tələb edilsə də bunun nəticəsi olmamışdır. "Fabex” MMC-nin rəhbərliyi həmin sənədləri təqdim edəcəyini vəd versə də, bu günə kimi "X4” MMC-yə heç nə təqdim etməmişdir.
31. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbinin həcminin artırılmasının maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 386.1, 439.4, 1091.1, 1091.2 və 1192.1-ci maddələrinə istinad etmişdir.
d) Qarşılıqlı iddiaya qarşı etirazın dəlilləri
32. Qarşılıqlı iddiaya qarşı etiraz təqdim olunmamışdır
e) İşdə iştirak edən şəxslər və onların izahatları
33. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Fabex" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddia tələbini müdafiə etmiş və ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
34. Əvvəlki məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Fabex" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçi X3 izahatında bildirmişdir ki, digər xərclərə fəhlə xidməti haqqı, anbarda yükləmə, yük boşaldılma xidmətinin xərci, avtokar, bələdçi xərci daxildir. Bu əməliyyatlarda bəzi vaxtlar əvvəlki rəhbər Elşən Əbdürrəhimov şəxsən iştirak edib. Sonuncu beş gömrük rəsmiləşdirilməsindən əvvəlki rəsmiləşdirmə xərcləri cavabdeh tərəfindən tam ödənilib. F.Bədəlzadə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 400 manat xidmət haqqı şifahi razılaşma əsasında müəyyən olunub.
35. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddia tələbini müdafiə etmiş və qarşılıqlı iddia ərizəsində və qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilkin iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə2 həmçinin izahatında bildirmişdir ki, onlar 400 manat ödənişin edilməsi ilə bağlı öhdəlik götürməyib. Elektron qaimələrdən görünür ki, İddiaçı MMC böyük məbləğlərdə pul tələb etmişdir. Həmin məbləğlərlə bağlı açıqlama verə bilmirlər. Nümayəndə2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Elşən Əbdürrəhimovdan bu hadisə ilə bağlı izahat alınıb-alınmamasını bilmir, lakin onda olan məlumata görə, Elşən Əbdürrəhimov işdən çıxarılma ərəfəsində onu faəliyyəti ilə bağlı yoxlamalar aparılıb. Bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmayıb.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
36. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
37. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
38. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. - 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. - 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. - 787.1-ci maddəsinə əsasən broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. - 787.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. - 788.1-ci maddəsinə əsasən brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
39. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
41. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
42. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh "xxxx" MMC ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı "X4” MMC arasında xx.xx.2023cü il tarixli FB-ERC-03 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən ilkin iddiaçı "xxxx" MMC tərəfindən ilkin cavabdeh "X4” MMC-nin tapşırığı ilə onun hesabına idxal, ixrac, tranzit və digər gömrük prosedurları altında olan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçirilən zaman gömrük təmsilçiliyi xidmətləri göstərilmişdir.
43. Hazırda ilkin iddiaçı "xxxx" MMC tərəfindən göstərilmiş xidmətlərin dəyərinin ilkin cavabdeh tərəfindən tam şəkildə ödənilmədiyini - həmin müqaviləyə əsasən göstərilmiş xidmətlərə görə və xidmət göstərilməsi zamanı çəkilmiş xərclərə görə ilkin cavabdehə göndərilmiş ümumilikdə 3413 manat (həmin məbləğin 2000 manat gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün olan xidmət haqqı, qalan 1413 manat isə gömrük rəsmiləşdirməsi zamanı yaranan kargo anbarı və digər gömrük xərcləri təşkil edir) məbləğində elektron qaimə-fakturalar (653 manat məbləğində xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 882015 nömrəli, 450 manat məbləğində xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 882172 nömrəli, 1.030 manat məbləğində xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 081513 nömrəli; 720 manat məbləğində xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 080838 nömrəli, və 560 manat məbləğində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 080230 nömrəli) üzrə cəmi 1413 manat pul vəsaitinin ilkin cavabdeh tərəfindən ödənildiyini - əsas göstərərək, cəmi 2000 manat məbləğində borcun ilkin cavabdehdən tutulmasını tələb edir.
44. İlkin Cavabdeh MMC isə gömrük rəsmiləşdirilməsinə görə xidmət haqqının məbləğinin müqavilədə müəyyən edilmədiyini əsas göstərərək ilkin iddianın rədd edilməsini tələb edir. Eyni zamanda Cavabdeh MMC qarşılıqlı cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia qaldırmış və qarşılıqlı cavabdehin onların əvvəlki rəhbəri ilə qanunsuz sövdələşməyə girərək əvvəllər göndərilmiş e-qaimələr üzrə heç bir sənəd və sübut təqdim etmədən ”ERC” Distribution Azerbaijan" MMC-dən 9.499 manat məbləğində pul vəsaiti əldə etməsinə, bununla da əsassız varlanmasına istinad etməklə həmin pul vəsaitinin, eləcə də vəkil xidmətlərinə çəkilən xərclərin 1.600 manat və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124 manat məbləğində pul vəsaitinin tutulmasını tələb edir.
45. İlkin iddiaya münasibətdə məhkəmə qeyd edir ki, ilkin iddiaçının ödənilməsini tələb etdiyi 2000 manat məbləğində pul vəsaiti hər gömrük rəsmiləşdirilməsi üçün 400 manat olmaqla 5 ədəd gömrük rəsmiləşdirilməsinin aparılması (gömrük bəyannaməsinin tərtibi və s.) xidmətinin göstərilməsinə görə haqdır. İlkin cavabdeh isə həmin tələbə etiraz olaraq mübahisəli onun tapşırığı ilə cavabdehin gömrük təmsilçiliyi xidmətlərini, o cümlədən 5 ədəd gömrük rəsmiləşdirilməsinin aparılması ilə bağlı xidmətlərini göstərməsi faktını inkar etmir, yalnız hər gömrük rəsmiləşdirilməsi üçün xidmət haqqı məbləğinin müqavilədə müəyyən edilməməsinə və onların xidmət haqqının 400 manat olması ilə razılaşmamasına istinad edir.
46. Halbuki iş materiallarından görünür ki, mübahisəli gömrük rəsmiləşdirilməsi əməliyyatlarından əvvəl ilkin iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə dəfələrlə gömrük təmsilçiliyi xidmətləri göstərilmiş, hər bir gömrük rəsmiləşdirilməsinə görə xidmət haqqı 400 manat göstərilməklə ilkin cavabdehə elektron qaimələr göndərilmiş və həmin qaimələr üzrə ilkin cavabdeh tərəfindən tam ödəniş edilmişdir. Göstərilən hal isə tərəflər arasında gömrük rəsmiləşdirilməsi xidmətinin məbləğinin 400 manat məbləğində müəyyən olunmasına dair şifahi razılaşmanın olmasına dəlalət edir.
47. Bundan əlavə “Fabex MMC tərəfindən "X4” MMC-yə 2000 manat məbləğində mübahisəli xidmət haqlarının da daxil olduğu - 653 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 882015 nömrəli, 450 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 882172 nömrəli, 1.030 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 081513 nömrəli; 720 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 080838 nömrəli və 560 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 080230 nömrəli (cəmi 3413 manat məbləğinə dair) elektron qaimə-fakturalar göndərilmiş və ilkin cavabdeh tərəfindən həmin qaimələr üzrə qismən ödənişlər edilərək cəmi 1.413 manat məbləğində pul vəsaiti ilkin iddiaçının hesabına köçürülmüşdür.
48. Məhkəmə onu da qeyd edir ki, ilkin cavabdeh tərəfindən mübahisəli elektron qaimələrin düzəliş üçün qaytarılmaması və həmin qaimələr üzrə qismən ödəniş edilməsi də qaimələrdə ilkin cavabdeh göstərilən xidmət haqları məbləğləri ilə (hər qaimə üzrə 400 manat) də razılaşmasını təsdiq edir.
49. Beləliklə, mübahisəli hüquq münasibətlərində kreditor olan İddiaçı MMC borclu "X4” MMC–dən Mülki Məcəllənin 788.1-ci maddəsinə əsasən broker xidmətlərinə görə muzdun ödənilməsini tələb etmək hüququna malikdir. Odur ki, ilkin iddia təmin edilməli, ilkin cavabdehdən 2000 manat məbləğində borc tutulmalıdır. 50.Qarşılıqlı iddiaya münasibətdə məhkəmə əvvəla qeyd edir ki, qarşılıqlı iddiaçı "X4” MMC tələbini “Fabex MMC-nin Cavabdeh MMC-nin əvvəlki rəhbəri ilə qanunsuz sövdələşməyə girərək qarşılıqlı iddia ərizəsində göstərilən e-qaimələr üzrə heç bir sənəd və sübut təqdim etmədən ”ERC” Distribution Azerbaijan" MMC-dən 9.499 manat məbləğində külli miqdarda pul vəsaitləri əldə etməsi ilə əsaslandırsa da, tələbinə əsas kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir.
51. Əksinə iş materiallarında olan vergi ödəyicisinin tarixçəsindən görünür ki, Cavabdeh MMC-nin hazırki qanuni təmsilçisi Kvakhadze Giorgi MMC-nin həmin vəzifəyə təyin olunmamışdan əvvəl, yəni xx.xx.2023-cü il tarixinə qədər MMC-nin qanuni təmsilçisi (direktoru) X1 olmuşdur. İlkin iddiaçı tərəfindən 3413 manat məbləğində xidmətlərin göstərilməsinə dair ilkin cavabdehə göndərilmiş EBDK seriyalı 882172 nömrəli, EBDK seriyalı 882015 nömrəli, EBDL seriyalı 081513 nömrəli, EBDL seriyalı 080838 nömrəli və EBDL seriyalı 080230 nömrəli elektron qaimələr isə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası dövrü əhatə etmiş və həmin e-qaimələr üzrə Cavabdeh MMC tərəfindən 1413 manat ödəniş xx.xx.2023-cü il tarixində icra edilmişdir.
52. Göründüyü kimi EBDK seriyalı 882172 nömrəli, EBDK seriyalı 882015 nömrəli, EBDL seriyalı 081513 nömrəli, EBDL seriyalı 080838 nömrəli və EBDL seriyalı 080230 nömrəli elektron qaimələrin göndərilməsi və həmin qaimələrlə bağlı ödənişlər Cavabdeh MMC hazırki qanuni təmsilçisi olan Kvakhadze Giorginin MMC-nin qanuni təmsilçisi (direktoru) olduğu dövrdə yerinə yetirilmişdir. 53.Bundan əlavə məhkəmə onu da qeyd edir ki, qarşılıqlı iddiaçının qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl qarşılıqlı iddiaçının qarşılıqlı cavabdehdən gömrük rəsmiləşdirilməsi xidmətlərin göstərilməsi ilə bağlı çəkilmiş xərcləri təsdiq edən sənədlərin təqdim edilməsini tələb etməsi, e-mail vasitəsilə göndərilmiş hesabatlarda, eləcə də elektron qaimə-fakturalarında əks olunmuş xərclərin məbləğləri ilə bağlı qarşılıqlı cavabdehə hər hansı bir formada etiraz etməsi müəyyən edilmir. Əksinə qarşılıqlı iddiaçı sözügedən xərcləri ödəməklə xərclərin məbləği ilə bağlı razı olmasını ifadə etmişdir. 54.Bununla bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçının uzun müddət ərzində tapşırığın icra edilməsi ilə bağlı qarşı tərəfin çəkdiyi xərclərə dair təsdiqedici sənədləri təqdim edilməsini tələb etmədən həmin xərclərlə razılaşması və həmin xərcləri ödəməsi qarşı tərəfdə qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş xərcləri təsdiq edən sənədlərin saxlanılmasına zərurətin olmamasına dair əminlik yaratmışdır. Bu nöqte nəzərdən qarşılıqlı iddiaçının qarşı tərəfin çəkdiyi xərclərlə razılaşaq həmin xərcləri ödədikdən xeyli müddət sonra sözügedən xərcləri mübahisələndirilməsi və ödədiyi məbləğləri geri tələb etməsi Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbləri baxımından mülki dövriyyənin iştirakçısından gözlənilən vicdanlı davranış hesab edilə bilməz. 55.Beləliklə, iş materialları ilə qarşılıqlı cavabdehin əsassız varlanması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir. 56.Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, ilkin iddiaçı tərəfindən ilkin iddia verilərkən 60 manat məbləğində mediasiya xərcləri, qarşılıqlı iddiaçı tərəfindən isə qarşılıqlı iddia verilərkən 128 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 57.Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, ilkin iddia tələbi üzrə dövlət rüsumunun məbləği 40 manat, qarşılıqlı iddia tələbi üzrə dövlət rüsumunun məbləği isə 124 manat təşkil edir. 58.Göründüyü kimi ilkin iddia üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş ilkin iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
59. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia verilərkən ödəniliş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. 60.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. İlkin cavabdeh "X4” MMC-dən 2000 manat məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti ilkin İddiaçı MMC-yə ödənilsin. Qarşılıqlı iddiaçı "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva