Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7072/2024 20.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı cavabdeh X2 qarşı əmlakın geri qaytarılması və dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı əmlakın geri qaytarılması və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində İddiaçı MMC ilə X3 arasında bağlanılmış xx.xx.2023cü il tarixli, K-10/23 saylı əmlak kirayəsi müqaviləsinə əsasən “Gilavar Kafesi” konteynerinin cavabdehin müvəqqəti istifadəsinə verildiyini və cavabdeh tərəfindən həmin müqavilədən irəli gələn öhdəliklərini icra edilmədiyini qeyd etmişdir. Göründüyü kimi, tərəflər arasında yaranan münasibətlər əşya hüquq münasibətləri (mülkiyyət hüquq münasibətləri və ya məhdud əşya hüquq münasibətləri) deyil, müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətləridir (borclu şəxsin hərəkətlər etməsi, pul ödənilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və s). Başqa sözlə, hazırkı iddia tələbi daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında deyil, tərəflər arasında bağlanmış xx.xx.2023-cü tarixli əmlak kirayəsi müqaviləsindən əmələ gələn öhdəliklərin icra edilməməsi ilə bağlıdır. Odur ki, məhkəmənin qənaətinə əsasən hazırkı iddia tələbi üzrə müstəsna aidiyyət qaydaları tətbiq edilə bilməz və mübahisəyə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsi tərəfindən baxılmalıdır. Həmçinin əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verilmiş əmlak daşınar əşyadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.5-ci maddəsinə əsasən daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Qanunvericiliyin tələbindən göründüyü kimi, konteyner tipli kafe daşınmaz əşyalara deyil, daşınar əşyalara aiddir. Belə olan halda da məhkəmə hesab edir ki, hazırkı mübahisəyə əşya hüquq münasibətlərindən irəli gəlmiş olsa da, müstəsna aidiyyət qaydalarının tətbiq edilməsi yolverilməzdir. Müəyyən olunur ki, cavabdeh X1 qeydiyyat ünvanı ünvan 1r haqqında” Azərbaycan Respublikasının Qanununun 46-2-ci maddəsinə və Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarına əsasən Sumqayıt şəhəri Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdeh X2 qarşı əmlakın geri qaytarılması və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-7072/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7072/2024
20.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver