Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7080/2024 05.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli C-081-AAE-22saylı müqavilə öhdəliklərini pozduğuna görə əldən çıxmış fayda olaraq 2,254.00 (iki min iki yüz əlli dörd) AZN əsas borc,1239.50 (bir min iki yüz otuz doqquz manat əlli qəpik) manat cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 5,775.00 (beş min yeddi yüz yetmiş beş) manat olmaqla ümumilikdə 9,268.50 (doqquz min iki yüz altmış səkkiz manat əlli qəpik) manat pul vəsaitinin xx.xx.2022-ci il tarixli C-082-AAE-22 saylımüqavilə öhdəliklərini pozduğuna görə əldən çıxmış fayda olaraq 2,254.00 (iki min iki yüz əlli dörd) AZN əsas borc,1239.50 (bir min iki yüz otuz doqquz manat əlli qəpik) manat cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 7,251.00 (yeddi min iki yüz əlli bir) manat olmaqla ümumilikdə 10,744.50 (on min yeddi yüz qırx dörd manat əlli qəpik) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) vəCavabdeh MMC (“Alıcı”) arasında Avtomobil Alqı-satqısına dair xx.xx.2022-ci il tarixli C-081-AAE-22 saylıvə xx.xx.2022-ci il tarixli C-082-AAE-22 saylı Müqavilələr imzalanmışdır. xx.xx.2022-ci il tarixli C-081-AAE22 saylı Müqaviləyə əsasən dəyəri ƏDV daxil73,041.00 (yetmiş üç min sıfır qırx bir) manat müəyyən edilən Changan F70 Hunter markalı, ağ metalik, buraxılış ili 2022 olan (VİN: LSCBBZ2G9NG702940) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcıya istifadəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, Alıcı tərəfindən 5,421.00 (beş min dörd yüz iyirmi bir) manat ilkin ödəniş edilmiş, qalıq borc sayılacaq 67,620.00 (altmış yeddi min altı yüz iyirmi) manat məbləği isə xx.xx.2022-ci il tarixindən etibarən 60 (altmış) ay müddətinə,ayda 1,127.00 (bir min bir yüz iyirmi yeddi) manat olmaqla ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürmüşdür. Eyni zamanda xx.xx.2022-ci il tarixli C-082-AAE-22 saylı Müqaviləyə əsasən dəyəri ƏDV daxil 73,041.00 (yetmiş üç min sıfır qırx bir) manat müəyyən edilən Changan F70 Hunter markalı, ağ metalik, buraxılış ili 2022 olan (VİN: LSCBBZ2G1NG702950) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcıya istifadəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, Alıcı tərəfindən 5,421.00 (beş min dörd yüz iyirmi bir) manat ilkin ödəniş edilmiş, qalıq borc sayılacaq 67,620.00 (altmış yeddi min altı yüz iyirmi) manat məbləği isə xx.xx.2022-ci il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1,127.00 (bir min bir yüziyirmi yeddi) manat olmaqla ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitələrinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən Müqavilələr üzrə ödəniş öhdəlikləri vaxtında icra edilməmiş (Hər iki müqavilə üzrə sonuncu ödənişlər xx.xx.2024-cü il tarixində edilmişdir), bununla bağlı iddiaçı tərəfindən cavabdehə gecikdirilən ödənişlərin təmin edilməsinə, əks təqdirdə hər bir müqaviləyə ayrı ayrılıqda xitam veriləcəyi barədə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubları göndərilmiş, şifahi danışıqlar aparılmış lakin bu da heç bir nəticə vermədiyi və cavabdehin öhdəliklərini əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni iki aydan artıq müddətdə iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişlərietməkdən yayındığına görə müqavilə predmeti olan C-081-AAE-22 saylımüqavilə üzrə 77AF576 və C-082-AAE-22 saylı müqavilə üzrə 77AF675 qeydiyyat nömrəli Changan F70 Hunter markalı hər ikiavtomobilardıcıllığa uyğun olaraq xx.xx.2024cü il tarixində və xx.xx.2024-cü il tarixində cavabdehin sahibliyindən geri götürülmüş, həmçinin iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktublar ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən hər iki Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Bildiririk ki,Avtomobillər iddiaçıya məxsus servis-təmir müəssisəsinə gətirilmiş, hər ikiavtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair aktlar tərtib olunmuşdur. Həmin aktlara əsasən, cavabdehin istifadəsinə verilmiş Changan F70 Hunter markalı, buraxılış ili 2022 olan (VİN: LSCBBZ2G9NG702940) 77AF576 dövlət qeydiyyat nömrəli avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri 5,775.00 (beş min yeddi yüz yetmiş beş) manat, Changan F70 Hunter markalı, buraxılış ili 2022 olan (VİN: LSCBBZ2G1NG702950) 77AF675 dövlət qeydiyyat nömrəli avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri 7,251.00 (yeddi min iki yüz əlli bir) manat müəyyən edilmiş və qeyd edilən həcmdə İddiaçı MMC-yə real zərər dəymişdir. Eyni zamanda cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli C-081-AAE-22 saylı müqavilə üzrə ödənişin edildiyi son tarix olan xx.xx.2024-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə əldən çıxmış fayda olaraq 2,254.00 (iki min iki yüz əlli dörd) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1239.50 (bir min iki yüz otuz doqquz manat əlli qəpik) manat məbləğində dəbbə pulu və xx.xx.2022-ci il tarixli C-082-AAE-22 saylı müqavilə üzrə ödənişin edildiyi son tarix olan xx.xx.2024-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə əldən çıxmış fayda olaraq 2,254.00 (iki min iki yüz əlli dörd) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1239.50 (bir min iki yüz otuz doqquz manat əlli qəpik) manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə Cavabdeh MMC tərəfindən öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində İddiaçı MMCyə xx.xx.2022-ci il tarixli C-081-AAE-22 saylı müqavilə üzrəümumilikdə 9,268.50 (doqquz min iki yüz altmış səkkiz manat əlli qəpik) manat və xx.xx.2022-ci il tarixli C-082-AAE-22 saylı müqavilə üzrə ümumilikdə10,744.50 (on min yeddi yüz qırx dörd manat əlli qəpik) manat miqdarında zərər dəymişdir. Öhdəliklərin icra edilməsinə dair iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehə elektron “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Pretenziya məktubu göndərilmişdir. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin,edilən müraciətlərə cavabdeh tərəfindən heç bir məhəl qoyulmamış,zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkımübahisəliməsələnin həlledilməsiməqsədi ilə məhkəməyə müraciət edilməsizərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli C-081-AAE-22 saylı və C-082-AAE-22 saylı Müqavilələrin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X2 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.
3. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən xx.xx.2022-ci il tarixli C-081-AAE-22 saylı müqavilə öhdəliklərini pozduğuna görə əldən çıxmış fayda olaraq 2,254.00 (iki min iki yüz əlli dörd) AZN əsas borc, 110 manat cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 5,775.00 (beş min yeddi yüz yetmiş beş) manat, xx.xx.2022-ci il tarixli C-082-AAE22 saylımüqavilə öhdəliklərini pozduğuna görə əldən çıxmış fayda olaraq 2,254.00 (iki min iki yüz əlli dörd) AZN əsas borc, 110 manat cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 7,251.00 (yeddi min iki yüz əlli bir) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi C.Əliyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
7. Məhkəmə iddiaçının nümayəndəsi C.Əliyevin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinə əsasən Changan F70 Hunter markalı, ağ metalik, buraxılış ili 2022 olan (VİN: LSCBBZ2G9NG702940) avtonəqliyyat vasitəsi və Changan F70 Hunter markalı, ağ metalik, buraxılış ili 2022 olan (VİN: LSCBBZ2G1NG702950) avtonəqliyyat vasitəsi iddiaçının mülkiyyətindədir.
10. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli C- 081-AAE22 saylı Müqaviləyə əsasən, alıcı dəyəri ƏDV daxil 73,041.00 (yetmiş üç min sıfır qırx bir) manat müəyyən edilən Changan F70 Hunter markalı, ağ metalik, buraxılış ili 2022 olan (VİN: LSCBBZ2G9NG702940) avtonəqliyyat vasitəsi satıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə 5,421.00 (beş min dörd yüz iyirmi bir) manat ilkin ödəniş etməyi, qalıq borc sayılacaq 67,620.00 (altmış yeddi min altı yüz iyirmi) manat məbləği isə xx.xx.2022-ci il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1,127.00 (bir min bir yüz iyirmi yeddi) manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür.
11. Müqavilənin 2.5-ci bəndinə əsasən alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq satıcıya ödəməlidir. Gecikdirilən hər gün üçün X2 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.
12. Müqavilənin 3.2.6-cı maddəsinin “d” bəndinə əsasən, alıcının eyni öhdəliyini 2 dəfə və ya daha çox pozması nəticəsində satıcının müqavilə üzrə marağının kəskin azalması və müqavilənin müddətinin davam etməsi üçün marağının qalmaması əhəmiyyətli pozuntu hesab olunur.
13. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli C- 082-AAE-22 saylı Müqaviləyə əsasən satıcı dəyəri ƏDV daxil 73,041.00 (yetmiş üç min sıfır qırx bir) manat müəyyən edilən Changan F70 Hunter markalı, ağ metalik, buraxılış ili 2022 olan (VİN: LSCBBZ2G1NG702950) avtonəqliyyat vasitəsini alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə 5,421.00 (beş min dörd yüz iyirmi bir) manat ilkin ödəniş etməyi, qalıq borc sayılacaq 67,620.00 (altmış yeddi min altı yüz iyirmi) manat məbləği isə xx.xx.2022-ci il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1,127.00 (bir min bir yüziyirmi yeddi) manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür.
14. Müqavilənin 2.5-ci bəndinə əsasən alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq satıcıya ödəməlidir. Gecikdirilən hər gün üçün X2 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.
15. Müqavilənin 3.2.6-cı maddəsinin “d” bəndinə əsasən, alıcının eyni öhdəliyini 2 dəfə və ya daha çox pozması nəticəsində satıcının müqavilə üzrə marağının kəskin azalması və müqavilənin müddətinin davam etməsi üçün marağının qalmaması əhəmiyyətli pozuntu hesab olunur.
16. Nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair akt əsasən, Changan F70 Hunter markalı, ağ metalik, buraxılış ili 2022 olan (VİN: LSCBBZ2G1NG702950) 77AF675 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə müştəridən təhvil alınaraq servisə təhvil verilmiş və avtomobilə dəymiş zərər ümumi olaraq 7251 manat müəyyən edilmişdir.
17. Nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair akt əsasən, Changan F70 Hunter markalı, ağ metalik, buraxılış ili 2022 olan (VİN: LSCBBZ2G9NG702940) 77AF576 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə müştəridən təhvil alınaraq servisə təhvil verilmiş, avtomobilə dəymiş zərər ümumi olaraq 5775 manat müəyyən edilmişdir.
18. İddiaçı tərəfindən təqdim olunmuş arayışa əsasən, xx.xx.2022-ci il tarixli C-082- AAE-22 saylı müqavilə üzrə gecikdirilən məbləğ 2254 manat təşkil edir.
19. İddiaçı tərəfindən təqdim olunmuş arayışa əsasən, xx.xx.2022-ci il tarixli C-081- AAE-22 saylı müqavilə üzrə gecikdirilən məbləğ 2254 manat təşkil edir.
20. 15.10.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, Changan F70 Hunter markalı, ağ metalik, buraxılış ili 2022 olan (VİN: LSCBBZ2G9NG702940) avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilmişdir.
21. 15.10.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, Changan F70 Hunter markalı, ağ metalik, buraxılış ili 2022 olan (VİN: LSCBBZ2G1NG702950) avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilmişdir.
22. xx.xx.2023-cü il tarixli 579 nömrəli kassa mədaxil orderinə görə 1127 manat, xx.xx.2023-cü il tarixli 578 nömrəli kassa mədaxil orderinə görə 1127 manat, xx.xx.2023-cü il tarixli 3142 nömrəli kassa mədaxil orderinə görə 1127 manat, xx.xx.2023-cü il tarixli 3141 nömrəli mədaxil orderinə görə 1127 manat, xx.xx.2023-cü il tarixli 4034 nömrəli kassa mədaxil orderinə görə 1127 manat, xx.xx.2023-cü il tarixli 4033 nömrəli kassa mədaxil orderinə görə 1127 manat, xx.xx.2023-cü il tarixli 5717 nömrəli kassa mədaxil orderinə görə 1127 manat, xx.xx.2023-cü il tarixli 5718 nömrəli kassa mədaxil orderinə görə 1161 manat, xx.xx.2023-cü il tarixli 7206 nömrəli kassa mədaxil orderinə görə 1127 manat, xx.xx.2023-cü il tarixli 7206 nömrəli kassa mədaxil orderinə görə 1127 manat, xx.xx.2023cü il tarixli 5717 nömrəli kassa mədaxil orderinə görə 1127 manat, xx.xx.2023-cü il tarixli 8695 nömrəli kassa mədaxil orderinə görə 1093 manat, xx.xx.2023-cü il tarixli 8694 nömrəli kassa mədaxil orderinə görə 1127 manat, xx.xx.2023-cü il tarixli 11375 nömrəli kassa mədaxil orderinə görə 2254 manat, xx.xx.2023-cü il tarixli 11374 nömrəli kassa mədaxil orderinə görə 2254 manat, xx.xx.2023-cü il tarixli 12775 nömrəli kassa mədaxil orderinə görə 1127 manat, xx.xx.2023-cü il tarixli 12828 nömrəli kassa mədaxil orderinə əsasən 1127 manat, xx.xx.2023-cü il tarixli 14483 nömrəli kassa mədaxil orderinə görə 1127 manat, xx.xx.2023-cü il tarixli 14482 nömrəli kassa mədaxil orderinə görə 1127 manat, xx.xx.2024-cü il tarixli 878 nömrəli kassa mədaxil orderinə görə 1127 manat, xx.xx.2024-cü il tarixli 879 nömrəli kassa mədaxil orderinə görə 1127 manat, xx.xx.2024-cü il tarixli 1928 nömrəli kassa mədaxil orderinə görə 1127 manat, xx.xx.2024-cü il tarixli 1929 nömrəli kassa mədaxil orderinə görə 1127 manat, xx.xx.2023-cü il tarixli 195 nömrəli kassa mədaxil orderinə görə 1127 manat, xx.xx.2023-cü il tarixli 196 nömrəli kassa mədaxil orderinə görə 1127 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.
23. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqavilələri bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra edərək, nəqliyyat vasitələrini saz və işlək vəziyyətdə cavabdehə təhvil vermiş, cavabdeh üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün iddiaçı tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilərək hər iki nəqliyyat vasitəsi cavabdehdən geri alınmış, lakin cavabdeh avtomobilin geri alındığı tarixə qədər ödənilməli olan borcunu (2024-cü ilin mart və aprel ayları üzrə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2254 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2254 manat) iddiaçıya ödəməmişdir.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
27. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
28. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
29. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən hesablanmış cərimə pullarının (hər bir müqavilə üzrə 110 manat) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
30. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
31. Məhkəmə hesab edir ki, cavabdehin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimə məbləğlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən iddia dəbbə pulunun tutulması hissəsində də təmin edilməlidir.
32. Bundan başqa iddia ərizəsində müqavilələr üzrə cavabdehə təhvil verilmiş nəqliyyat vasitələrinin təmir (servis) xərclərinin cavabdehdən tutulması da tələb edilmişdir.
33. Belə ki, materiallarda olan təhvil aktlarından görünür ki, satıcı (iddiaçı) tərəfindən nəqliyyat vasitələri cavabdehə (alıcı) saz və işlək vəziyyətdə təhvil verilmiş, lakin alıcı olan cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliklərini icra etməyərək, həmin nəqliyyat vasitələrinə vaxtında texniki qulluq göstərməmiş, nəticədə nəqliyyat vasitələrinə zərər dəymişdir.
34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
35. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
37. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
38. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
39. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş nəqliyyat vasitələrinə baxış keçirilməsinə dair aktlardan görünür ki, nəqliyyat vasitələrinə dəymiş zərər (alınmalı və dəyişdirilməli ehtiyat hissələri, habelə işçilik xərci daxil olmaqla) 5775 manat və 7251 manat təşkil edir.
40. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir.
41. Beəliklə, məhkəmə hesab edir, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2254 manat əsas borc, 110 manat dəbbə pulu, 5775 manat zərər, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2254 manat əsas borc, 110 manat dəbbə pulu, 7251 manat zərər tutularaq iddiaçıya ödənilməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 151 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2254 manat əsas borc, 110 manat dəbbə pulu, 5775 manat zərər, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2254 manat əsas borc, 110 manat dəbbə pulu, 7251 manat zərər, 151 manat dövlət rüsumu, ümumilikdə 17905 (on yeddi min doqquz yüz beş) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən apellyasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova