Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7086/2025 06.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, xidmət müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5691,95 manat məbləğində borcun, 500,00 manat məbləğində cərimənin və 81,92 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Neftçala filialı iləCavabdeh Ağabab oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 11/21-280 saylı alğısatqı müqaviləsinə əsasən Neftçala rayonu, Sarıqamış kəndi ərazisində 4,00 ha hektar sahədə pambıq əkməyivə yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 5942,00 manat məbləğində vəsaiti (iş vəxidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 96,00 manat məbləğində çöp doğrama, 520,00 manat məbləğindəşum, 204,00 manat məbləğində mala çəkmə, 168,00 manat məbləğində çiyid səpini, 240,00 manat məbləğində kultivasiya, 80,00 manat məbləğində baraza, 143,00 manat məbləğində dərman səpini, 1350,00 manat məbləğində pambığın maşınla yığımı, 920,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans, 1453,00 manat məbləğində gübrə və dərman, 768,00 manat məbləğində toxumluq çiyid, ümumilikdə, 5942,00 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avansverilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 2589,98 kq, 2054,80 manat məbləğində xam-pambıq təhvil vermiş, 1188,00 manat məbləğində ödəmə nəzərə alınmaqla, çəkilmiş xərclərdən 2699,20 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə aktlar,iş və xidmətlərin yerinə yetirilməsinə dair üzləşmə aktı və digər sənədlərlətəsdiq edilir. İddiaçı MMC-nin Neftçala filialı iləcavabdeh oğlu arasında bağlanmış xx.xx.2023-ci il tarixli 11/23- 48 saylı alğı-satqı müqaviləsinəəsasən Neftçala rayonu, Yeniqışlaq kəndi ərazisində 3,00 ha hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 5304,50 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişiəsasında 375,00 manat məbləğində şum, 140,00 manat məbləğində mala çəkmə, 119,00 manat məbləğində çiyid səpini, 252,00 manat məbləğində kultivasiya, 140,00 manat məbləğində rotasion kultivasiya, 126,00 manat məbləğində baraza, 560,00 manat məbləğində dərman səpini, 1050,00 manat məbləğində pambığın maşınla yığımı, 126,00 manat məbləğində baraza gübrəsəpini, 837,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans, 652,00 manat məbləğində gübrə və dərman, 927,00 manat məbləğindətoxumluq çiyid, ümumilikdə, 5304,50 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh”müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 2889,69 kq, 2311,75 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərcdən 2992,75 manat məbləğində borcu qalmışdır. Ötən ildən ödənilməmiş 2699,20 manat borc nəzərə alınmaqla, yekun olaraq 5691,95 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə aktlar,iş və xidmətlərin yerinə yetirilməsinə dair üzləşmə aktıvə digər sənədlərlətəsdiq edilir. Eynizamanda, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.3-ci bəndinəəsasən alıcı tərəfindən göstərilən servis xidmətlərin, nisyə verilən nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə “Alıcı”ya ödəyir, əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,1% həcmində, 10%artıq olmamaq şərtilə “Satıcıya” cərimə ödəyir. Göründüyü kimiCavabdehğababa oğlu borcun ödənilməsi ilə bağlı öhdəliyi icra etməkdən imtina etməklə,Cəmiyyətinmənafeyinə zərər vurmuş, bununla da onun barəsində müqavilənin 2.2.3 bəndlərinəəsasən ödənilməyən məbləğin 10% həcmində 500,00 manat məbləğində cərimə tətbiq edilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Səfərəliyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Əvvəlki məhkəmə iclasında cavabdeh iddia ərizəsində göstərilən əsas borcu mübahisələndirmədiyini göstərib, dəbbə pulu ilə razılaşmadığı üçün həmin hissədə iddianın təmin edilməməsini xahiş etdi.
5. Cavabdehə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Sonuncu məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı MMC-nin Neftçala filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 11/21-280 saylı alğı-satqı müqaviləsinə əsasən cavabdeh Neftçala rayonu, Sarıqamış kəndi ərazisində 4,00 ha hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürür.
9. Müqavilənin xx.xx.2021-ci il tarixli Əlavəsində iddiaçı tərəfindən cavabdehə göstəriləcək xidmətlərin adı, qiyməti və sairə razılaşdırılmışdır.
10. İddiaçı MMC-nin Neftçala filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 11/21-48 saylı alğı-satqı müqaviləsinə əsasən cavabdeh Neftçala rayonu, Yeniqışlaq kəndi ərazisində 3,00 ha hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürür.
11. Müqavilənin xx.xx.2023-cü il tarixli Əlavəsində iddiaçı tərəfindən cavabdehə göstəriləcək xidmətlərin adı, qiyməti və sairə razılaşdırılmışdır.
12. Müqavilənin 2.2.3-cü bəndinə əsasən alıcı ödənişi gecikdirdiyi halda, gecikdirilmiş ödənişin 0,01 faizi həcmində, 10 faizdən artıq olmamaqla satıcıya cərimə ödəyir.
13. İddiaçı tərəfindən təqdim edilmiş ikitərəfli aktlara əsasən cavabdehin sifarişi əsasında 96,00 manat məbləğində çöp doğrama, 520,00 manat məbləğində şum, 204,00 manat məbləğində mala çəkmə, 168,00 manat məbləğində çiyid səpini, 240,00 manat məbləğində kultivasiya, 80,00 manat məbləğində baraza, 143,00 manat məbləğində dərman səpini, 1350,00 manat məbləğində pambığın maşınla yığımı, 1453,00 manat məbləğində gübrə və dərman, 768,00 manat məbləğində toxumluq çiyid işləri icra edilmişdir.
14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü ildə 300 manat, xx.xx.2024-cü ildə 537 manat pambığın becərilməsinə görə avans ödənilmişdir.
15. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci ildə 100 manat, xx.xx.2022-ci ildə 320 manat, xx.xx.2022-ci ildə 500 manat pambığın becərilməsinə görə avans ödənilmişdir.
16. İkitərəfli iş və xidmətlərin yerinə yetirilməsi barədə xx.xx.2025-ci il tarixli aktına əsasən cavabdehin iddiaçıya olan borcu 5691,95 manat təşkil edir. Akt cavabdehin imzası ilə təsdiq edilmişdir.
17. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 390.4-ci maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 837 manat avans ödənilmiş, 2888 manat dəyərində xidmətlər göstərilmiş, işlər icra edilmiş, 652 manat dəyərində olan gübrə və pestisidlər, 927,50 manat dəyərində toxumluq çiyid verilmiş, cavabdeh tərəfindən iddiaçıya 2311,75 manat dəyərində xam pambıq təhvil verilmiş, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş borcu 2699,20 manat təşkil edir. İddiaçı hazırda qalıq 5691,95 manat borcun ödənilməsini (iddiaçı tərəfindən verilmiş malın, göstərilmiş xidmətin ümumi dəyəri olan 8003,70 manat – cavabdeh tərəfindən verilən xam pambığın dəyəri olan 2311,75 manat) tələb edir.
27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 5691,95 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
28. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 2.2.3-cü bəndinə əsasən hesablanmış 500 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
30. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
31. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
32. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 200 manat məbləğində müəyyən edilməlidir.
33. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 5691,95 manat əsas borc və 200 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 78,92 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 3 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5691,95 manat əsas borc, 200 manat dəbbə pulu, 78,92 manat dövlət rüsumu, ümumilikdə 5970,87 (beş min doqquz yüz yetmiş manat səksən yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 3 (üç) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova