Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-709/2020 03.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, “xxxxxxx” x3 (MMC) “x5 Klubu” x4 (MMC) qarşı pul barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “x5 Klubu” MMC-dən 2.315,99 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tuutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 05.01.2016-cı il tarixində İddiaçı MMC ilə “xxxxx” MMC arasında “Tibbi xidmət göstərilməsi haqqında” 001/16 saylı müqavilə imzalanmışdır. Həmin müqavilə 1 il müddətinə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə xitam verilmədiyindən müqavilə uzadılmış hesab olunmuşdur. Müqavilənin şərtlərinə uyğun olaraq tibb müəssisəsi öz üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin cavabdeh müqavilə şərtlərini icra etməmiş və nəticədə müəssisəyə ödənilməmiş xidmət haqları qalmışdır. 01.12.2017-ci il tarixdə tərəflər arasında razılaşma müqaviləsi imzalanmış və cavabdeh 10752,99 manat borc məbləğinin ödənilməsini cavabdeh öz üzərinə götürmüş, 8437 manat ödəniş edilmiş, qalan 2.315,99 manat məbləğində pul vəsaiti isə hal – hazıra kimi ödənilməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı tam qəbul etdiyini bildirərək izahatında göstərdi ki, struktur dəyişikliyi ilə əlaqədar olaraq ödənişlərdə gecikmə yaranmışdır. Faktiki olaraq “x5 Klubu” MMC fəaliyyət göstərmir. Borcun ödənilməsi ilə bağlı rəhbərliyə müraciət olunmuşdur və maliyyə vəsaiti ayrıldıqdan sonra borc ödəniləcəkdir. Mülki iş materiallarında olan: - “xxxxxxx” MMC ilə “xxxxx” İK arasında 05.01.2016-cı il tarixli, 001/16 saylı tibbi xidmət göstərilməsi haqqında müqaviləyə əsasən tibb müəssisəsi “xxxxx” İK-yə bağladığı tibbi müqaviləyə əsasən hər hansı bir hadisə baş verdikdə, seçilmiş tibbi proqrama uyğun “xxxxx İK” üzvlərinə tibbi xidmət göstərmiyi, göstərilən xidmətər müqabilində xidmət haqqını müqaviləyə uyğun olaraq əsasən ödəməyi öhdəsinə götürmüşdür. - 01.12 2017-ci il tarixli İddiaçı MMC ilə ikinci tərəf “x5 Klubu” MMC arasında bağlanmış razılaşma müqaviləsinə əsasən tərəflər qəbul edirlər ki, birinci tərəf “xxxxx” PİK üzvlərinə tibbi xidmət göstərməsinə və müvafiq hesab-fakturalar vaxtında “xxxxx” PİK təqdim edilməsinə baxmayaraq, “xxxxx” PİK göstərilən xidmətlər müqabilində xidmət haqqını müqavilənin İV fəslinin hesablaşma qaydalarına əsasən ödəmədiyi və nəticədə 2016-cı ilin oktyabr ayı üçün 6.574,96 manat, noyabr ayı üçün 781.16 manat, dekabr ayı üçün 3.186 manat, 2017-ci ilin yanvar ayı üçün 4.058,02 manat, mart ayı üçün 6.423,27 maat, aprel ayı üçün 2.501,31 manat və may ayı üçün 1.828,41 manat ümumilikdə isə 25.353,13 manat məbləğində ödənilməmiş borcu qaldığı qeyd olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin işin hallarından görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və buna görə də iddia təmin olunmalıdır. İddia tam təmin olunduğuna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «x5 Klubu» x1rşı pul tələbi barədə iddiası təmin edilsin. 2315 (iki min üç yüz on beş) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul vəsaiti «x5 Klubu» x2 tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti «x5 Klubu» x2 tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-709/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-709/2020
03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver