Məhkəmə qərarları › İş №e-2-2(113)-7096/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7096/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7096/2024 03.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X2 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “lizinq obyektinin geri qaytarılması və pul” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “lizinq obyektinin geri qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan 2022ci il buraxılışlı, “Chevrolet Cobalt” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmasını; Cavabdeh MMC-dən 23 may 2024-cü il tarixli ALY-2126 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 sentyabr 2024-cü il tarixə 725.73 manat gecikdirilmiş əsas, 779.42 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 373.60 manat dəbbə pulu, cəmi 1878.60 manat borc və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, e-2-2(113)-7096/2024 saylı məhkəmə işi məhkəmənin icraatında davam edərkən tərəflər arasında müvafiq razılaşmalar əldə olundu. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Azərmaş Alyans ” MMC iddia ərizəsinin qaytarılması haqqında vəsatət verdiyindən Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. QƏRARA ALDİ: İddiaçı X1 cavabdehlər "xxxx" QSC və "xxxx" MMC-yə qarşı “keçirilmiş hərracın etibarsız hesab edilməsi və həmin hərracın nəticələrin ləğv edilməsi” tələbinə dair ərizəsi dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. ********** nömrəli qəbz üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar