Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7096/2025 06.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, avans, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X4, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 703,97 manat əsas borc, 70,39 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Salyan Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 625 saylı alğı-satqı müqaviləsinə əsasən Neftçala rayonu, Qaçaqkənd kəndi ərazisində yerləşən 4.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 6170,4 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 265,20 manat məbləğində mala çəkmə, 109.20 manat məbləğində çiyid səpini, 249,60 manat məbləğində kultivasiya, 115.60 manat məbləğində gübrə ilə kultivasiya, 156,80 manat məbləğində boroza, 166,40 manat məbləğində dərman səpini, 1571 manat məbləğində gübrə/dərman, 921,60 manat məbləğində çiyid toxumu, avans olaraq 1400 manat arat, becərməyə,1215 manat məbləğində avans əl yığımına, cəmi 6170,40 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 5466.43 manat məbləğində 6833.04 kq xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya 703,97 manat məbləğində borcu qalmışdır. Müqavilənin 2.2.3. bəndinə əsasən “Alıcı” tərəfindən servis xidmətlərinin, verilən avans pul vəsaitinin, mineral gübrənin, pesdisitlərin və toxumun dəyərinin müqavilənin 2.2.2. bəndində nəzərdə tutulan müddətdə (xx.xx.2021-ci il tarixədək) tam şəkildə Alıcıya ödəyir,əks halda hər gecildirilən gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərti ilə Alıcıya cərimə ödəyir. Borcun ümumi məbləği -703,97 manat x 10% =70,39 manat cərimə ödəməlidir. Cavabdehin yekun borcu: 774.36 manat təşkiledir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüzsəbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması hər iki tərəfin imzasıilə təsdiq edilən iş və xidmətlərin görülməsi barədə xx.xx.2023-cü il tarixli yekun akt- üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 14.1, 14.2.1, 385.1, 386.1, 442, 448.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC “Alıcı”, Cavabdeh “Satıcı” olmaqla tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 625 nömrəli alğı-satqı müqaviləsinin predmetini “Alıcı” tərəfindən “Satıcı”ya məxsus (mülkiyyətində və ya istifadəsində olan) Salyan rayonu, Qacaqkənd kəndində yerləşən 4 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “Satıcı” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində “Alıcıya” təhvil verilməsi və “Alıcı” tərəfindən “Satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir. Müqavilənin 2.1.7-ci bəndinə əsasən Alıcı Satıcının yetişdirdiyi pambığı qəbul edir, müqavilənin 4-cü bəndinə uyğun olaraq növlər üzrə xam-pambığın hər tonuna görə müəyyən edilmiş qiymətlər əsasında və “Satıcı”nın bütün borcları, ilk növbədə 2020-2021ci il müqavilələri üzrə qalıq borcları çıxıldıqdan sonra 15 bank günündən gec olmayaraq dəyərini ödəyir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən “Alıcı” tərəfındən göstərilən servis xidmətlərin, nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2.-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə “Alıcı’ya ödəyir, əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərti ilə “Satıcı’ya cərimə ödəyir. xx.xx.2022-ci il tarixli 625 nömrəli “Xam-pambığın alqı-satqısına dair” müqaviləsinə Əlavə 1 X1 əsasən Çöp Doğrama 16 manat, Şum 38 manat, Şum 36 manat, Ripper İşi (45 Sm) 33 manat, X9 20 manat, X10 23 manat, Mala Çəkmə 17 manat, Kanal Çəkmə 10 manat,X3 10 manat, Kanal Doldurma 10 manat, Çiyid Səpini (90 Sm) 14 manat,X7 (90 Sm) 14 manat, Çiyid Səpini (X11) 15 manat, X7 (X11) 15 manat, Kultivasiya 16 manat, Kultivasiya (X11) 17 manat, Rotasion Kultivasiya 18 manat, Boroza 16 manat, Dərman Səpini 13 manat, Gübrə Səpini 16 manat, Çizel Çəkmə 15 manat, 1 X8 Yiğilmasi (Birinci Yığım) 150 manat, 1 X8 Yiğilmasi (İkinci Yığım) 90 manat, X5 20 manat, Baraza (X11) 16 manat, Qaysaq Dağidan 12 manat, Ucvurma 14 manat məbləğində razılaşdırılmışdır. xx.xx.2023-cü il tarixli İş və Xidmətlərin Yerinə Yetirilməsi Aktında Fermerə yekun xərc 6170,40 manat, Fermerdən alınmış xam pambıq və fermer tərəfindən dərman və gübrə üçün ödənilmiş subsidiya məbləği 5466,43 manat, yekun olaraq 703,97 manat borc qaldığı qeyd edilib. xx.xx.2022-ci il tarixli PAM00022143 saylı, xx.xx.2022-ci il tarixli PAM00022448 saylı xx.xx.2022-ci il tarixli PAM00011262 saylı, xx.xx.2022-ci il tarixli PAM00015882 saylı xx.xx.2022-ci il tarixli PAM00016309 saylı, xx.xx.2022-ci il tarixli PAM00020051 saylı xx.xx.2022-ci il tarixli PAM00022014 saylı ödəniş tapşırıqlarına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh hesabına müvafiq olaraq 410 manat, 350 manat, 480 manat, 280 manat, 320 manat, 320 manat, 455 manat əl yığımı üçün və avans ödənişi köçürülmüşdür. İddiaçı MMC tərəfindən müxtəlif tarixlərdə tərtib edilərək Cavabdeh göndərilmiş Mallarin (Materiallarin) X2-Fakturalarda aqrotexniki iş və xidmətlərin razılaşdırılmış qiyməti öz əksini tapır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, 703,97 manat əsas borcun 3 iş günü ərzində ödənilməsi cavabdehdən xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 491.2ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 642-ci maddəsinə əsasən malların tam göndərilməməsi və ya göndərilməsinin gecikdirilməsi üçün qanunla və ya göndərmə müqaviləsi ilə müəyyənləşdirilmiş dəbbə pulu mal göndərəndən onun tam göndərilməmiş malların miqdarını göndərmənin sonrakı dövrlərində tamamlamaq vəzifəsinin hüdudları daxilində öhdəliyini faktik icra edənədək tutulur, bu şərtlə ki, qanunla və ya müqavilə ilə dəbbə pulunun ödənilməsinin ayrı qaydası nəzərdə tutulmasın. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 14 saylı “Xam pambığın alqı-satqısı haqqında” müqavilədən irəli gələn alq-satqı üzrə öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri (aqrotexniki iş və xidmətləri razılaşdırılmış müddətdə, qiymətdə və həcmdə yerinə yetirmiş) lazımi qaydada icra etdiyi, avans ödədiyi halda, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuş, iddiaçının çəkdiyi xərcdən aşağı dəyərdə pambıq təhvil vermiş, qalan ödənişə uyğun pambıq verməmişdir. Belə ki, iddiaçı müqavilənin icrası ilə əlaqədar cavabdehə 6170,40 manat məbləğində işlər görmüş və avans vermişdir. Lakin cavabdeh verilmiş avansın görülmüş işlərin əvəzi olaraq xam pambıq məhsulunu razılaşdırılmış müddət ərzində müvafiq həcmdə tam təhvil verməli olduğu halda, öhdəliyini qismən icra edərək 5466,43 manat məbləğində xam-pambıq təhvil vermiş və beləliklə, iddiaçıya 703,97 manat məbləğində borcu yaranmışdır. Buna görə də iddiaçının Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən qabacadan dəyərini ödədiyi pambığın verilməyən hissəsinə görə ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 703,97 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 70,39 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 35 manat müəyyən olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan hesab edirəm ki, ödənilmiş 30 manat dövlət rüsumunun 28,5 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh 703,97 manat əsas borc, 35 manat cərimə olmaqla, ümumilikdə 738 (yeddi yüz otuz səkkiz) manat 97(doxsan yeddi) qəpik pul vəsaiti və ödənilmiş 28 (iyirmi səkkiz) manat 50 (əlli) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7096/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7096/2025
06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver