Məhkəmə qərarları › İş №e-2-2(113)-7097/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7097/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7097/2025 24.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “İddiaçı”nın xeyrinə 1109,33 manat məbləğində borcun, 100,00 manat məbləğində cərimənin və 32,01 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Neftçala filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli 11/23-168 saylı alğı-satqı müqaviləsinə əsasən Neftçala rayonu, Tatarməhlə kəndi ərazisində 5,0 hektar sahədə pambıq əkməyi vəyetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası iləəlaqədar “Cavabdeh” “İddiaçı”dan 8254,00 manat məbləğində vəsaiti (iş vəxidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 88,00 manat məbləğində çöp doğrama, 540,00 manat məbləğindəşum, 480,00 manat məbləğində mala, 204,00 manat məbləğində çiyid səpini, 216,00 manat məbləğində kultivasiya, 152,00 manat məbləğində gübrə kultivasiya, 135,00 manat məbləğində baroza, 800,00 manat məbləğində dərman səpini, 690,00 manat məbləğində pambığın maşınla yığımı, 1465,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 1894,00 manat məbləğində gübrə və dərman, 1590,00 manat məbləğində toxumluq çiyid, ümumilikdə, 8254,00 manat məbləğində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraqmövsüm başa çatsa da 9006,52 kq, 7144,67 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərclərdən 1109,33 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə aktlar,iş və xidmətlərin yerinə yetirilməsinə dair üzləşmə aktı və digər sənədlərlətəsdiq edilir. Eyni zamanda, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.3-ci bəndinə əsasən alıcı tərəfindən göstərilən servis xidmətlərin, nisyə verilən nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə “Alıcı”ya ödəyir, əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,1% həcmində, 10%artıq olmamaq şərtilə “Satıcıya” cərimə ödəyir. Göründüyü kimi cavabdeh “CavabdehQurbanxan oğlu borcun ödənilməsi ilə bağlı öhdəliyi icra etməkdən imtina etməklə,Cəmiyyətinmənafeyinə zərər vurmuş, bununla da onun barəsində müqavilənin 2.2.3 bəndlərinəəsasən ödənilməyən məbləğin 10% həcmində 100,00 manat məbləğində cərimə tətbiq edilməlidir.

3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin ona qarşı “müqavilə üzrə borcun ödənilməsi”nə dair tələbi tam şəkildə rədd edilməlidir. Bunun üçün kifayət qədər dəlil və sübutlar var. Belə ki, məsələ ilə bağlı Məhkəmə bildirişi aldıqdan sonra cavabdehin - İddiaçı MMC-nin Neftçala filialına müvafiq sənədlərin ona təqdim edilməsi ilə bağlı müraciət etmişdir. Qeyd edir ki, 2023-cü ildə onunla bağlanan müqaviləyə əsasən 2024-cü ildə Neftçaia rayonunun Tatarməhlə kəndi ünvanında, hüquq sahibliyi onun adına rəsmiləşdirilmiş və ailəmizə məxsus, Reyestr nömrəsi **********56 olan, ümumi sahəsi 12.673 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində pambıq əkini apardım. Lakin MMC-dən ona verilmiş - “Xam-pambığın alqı-satqısı haqqında xx.xx.2023-cü il tarixli, Müqavilə Nq 11/23-168 olan sənədi gördükdə Şirkətin ona qarşı qanunsuzluq etdiyini başa düşmüşdür. Belə ki, cavabdeh - İddiaçı MMC mənimlə təqdim etdiyim torpaq sahəsində deyil, ona ümumiyyətlə aid və məlum olmayan toıpaq sahəsi ilə müqavilə bağlayıb. Təqdim edilən bu fakt cavabdehin hansı qanunsuzluğa yol verdiyini aşkar sübut edir. Hesab edirəm ki, şirkət etibarımdan sui-istifadə edərək, bununla qanunazidd əməllərini həyata keçirib. Hər bir halda o həmin vaxt işsiz olduğum üçün ailəmin dolanşığını əkin torpağımdan əldə etdiyim gəlirlə qarşılamaq arzusunda idim. Bunun üçün bütün çətinliklərə dözməli idim. Təcrübəyə əsasən tərəflər müqavilə bağlayarkən üzərlərinə öhdəlik götürürlər. O real vəziyyətdə pambıq əkini apardığı – ailəsinə məxsus 12.673 hektar torpaq sahəsində hələ əvvəli dövrlərdən cavabdehin öhdəliklərini yerinə yetirmədiyini hiss etdi və gördü. Qış ayları zamanında həyata keçirə bilmədi. Pambığın becərilməsi prosesində ən azı 3 dəfə su verilməsinə zərurət olduğu halda cavabdeh əkin sahəsini 1 dəfə suvarma suyu ilə təmin edə bildi. Becərmə prosesndə mütəmadi həyata keçirilməli olan və bir-biri ilə zəncirvari bağlı olan kultuvasiya işlərini normalar daxilində yerinə yetirə bilmədi. Bununla bağlı dəfələrlə sahə rəhbərlərinə, şirkət mənsublarına müraciət etdi. Lakin bunların heç bir faydası olmadı. Alaq işləri və pambığın yığımı prosesi daha bərbad oldu. İkinci dərim prosesində pambıqyığıan maşınla təmin edilmədiyim üçün sahəmdəki olan-qalan zəif pambığı əllə, ayrı-ayrı şəxslərə yığdıraraq cavabdehin Neftçala rayonunda yerləşən məntəqəsinə təhvil verdim. Bu da öz növbəsində mənə maddi cəhətdən baha başa gəldi. Xüsusi olaraq vurğulayım ki, həmin prosesdə ayrı-ayrı şəxslərə əllə yığıma görə 1500 manatdan çox nağd pil ödəmişəm. Məqsədim müqavilə üzrə öhdəliyimi yerinə yetirməklə topladığım pambığı təhvil verərək adıma yazılmış borcun silinməsi idi. “İş və xidmətlərin yerinə yetirilməsi” haqında xx.xx.2025-ci il tarixli AKT-a əsasən güya pambıq sahəmin becərilməsi üçün şirkətin (cavabdehin) 8254.00 manat pul sərf etdiyi görünür. Bunun müqabilində isə mənim şirkətə təqdim etdiyim pambığın maya dəyəri 7144.67 manat hesablanıb. Şirkətin mənə qarşı irəli sürdüyü 1109.33 manat tələbin yuxarıda qeyd edilənlərə əsasən heç bir əsası yoxdur. Cavabdehin, məsuliyyətsiz davranışı nəticəsində fermer kimi mənə dəymiş ziyanı sığortalamaq, dəstək vermək əvəzinə qarşısına tələb qoyması absurd və qəbul edilməzdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdeh xx.xx.2025-ci il tarixindən məhkəməyə teleqram göndərərk bildirmişdir ki, məhkəmə iclasında ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilmir. İddiaya qarşı verdiyi etirazın qəbul edilməsini və tələbin rədd edilməsini xahiş edir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli 11/23-168 saylı alğı-satqı müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilənin predmetini “Alıcı” İddiaçı MMCnin Neftçala filialı tərəfindən “Satıcı” Cavabdeh məxsus (istifadə və ya icarədə olan) Neftçala rayonu, Tatarməhlə kəndində yerləşən 5 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “Satıcı” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, “Alıcıya” təhvil verilməsi və “Alıcı” tərəfindən “Satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir.

10. Müqavilənin 2.1.1-ci bəndinə əsasən “Satıcıdan” torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədi tələb etmək;

11. Müqavilənin 2.1.2-ci bəndinə əsasən “Alıcı” tərəfindən pambığın istehsalı üçün aqrotexniki normalara uyğun olaraq, “Satıcının” sifarişi əsasında hazırkı müqaviləyə əlavədə göstərilən qiymətlərlə kənd təsərrüfatı texnikaları ilə aqrotexniki işlər görülə bilər həmçinin, avans olaraq toxumluq çiyid, mineral gübrə, pestisid və nəğd pul vəsaiti verilə bilər, pambıq sahəsinin su təchizatının yaxşılaşdırılmasına aidiyyatı qurumlarla birgə köməklik göstərilə bilər;

12. Müqavilənin 2.1.3-cü bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmətlərin vaxtında yerinə yetirilməsi üçün lazımı miqdarda kənd təsərrüfatı texnikasının saz vəziyyətdə saxlanmasını təmin edir;

13. Müqavilənin 2.1.4-cü bəndinə əsasən pambıq istehsalı prosessinin monitorinqini aparır, pambığın becərilməsində göstərilən servis xidmətlərinə, mineral gübrələrdən, pestisidlərdən səmərəli istifadəyə, “Satıcı”-ya pambığın becərilməsi ilə bağlı onun sifarişi əsasında verdiyi pul vəsaitinin təyinatı üzrə istifadəsinə nəzarət edir;

14. Müqavilənin 2.1.5-ci bəndinə əsasən “Satıcı”ya məxsus torpaq sahəsində görülmüş işlər növbəti gündən gec olmayaraq “Satıcı”nın, iş icraçısının və “Alıcı”nın məsul şəxsinin iştirakı ilə üç nüxsədən ibarət aktlaşdırlır. Nüsxələrdən biri “Satıcı”ya, biri “Alıcı”-ya, üçüncü nüsxə isə İddiaçı MMC-nin mühasibatlığına təqdim olunur;

15. Müqavilənin 2.1.6-cı bəndinə əsasən “Alıcı” “Satıcı”ya məxsus, istifadə və ya icarəsində olan torpaq sahəsində pambıq becərilməsi ilə əlaqədar aqrotexniki xidmətləri kənd təsərrüfatı texnikaları ilə “Satıcf'ilə razılaşdırılmış müddətdə və həcmdə keyfiyyətlə yerinə yetirir;

16. Müqavilənin 2.1.7-ci bəndinə əsasən “Satıcı"-nın yetişdirdiyi pamaığı qəbul edir, müqavilənin 4-cü bəndinə uyğun oiaraq növlər üzrə xam pambığın hər tonuna görə müəyyən edilmiş qiymətlər əsasında və “Satıcı”nın bütün borcları, ilk növbədə 2017-2022-ci il müqavilələri üzrə qalıq borcları çıxıldıqdan sonra, dəyərini ödəyir;

17. Müqavilənin 2.1.8-ci bəndinə əsasən yerinə yetirdiyi xidmətlərin dəyərinin belə ki, “Satıcf’ya göstərilən aqrotexniki iş və xidmətlərin, verilmiş toxum, mineral gübrə və pestisidlərin dəyərini və verilmiş becərmə və yığım pullarının müqavilədə nəzərdə tutulan müddətdə “Satıcı"-dan ödənilməsini tələb edir;

18. Müqavilənin 2.2.1-ci bəndinə əsasən görüləcək işlərin həcmi barədə “Alıcı”-ya bir gün əvvəl sifariş verir;

19. Müqavilənin 2.2.2-ci bəndinə əsasən istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini “Alıcı”-ya ödəmək üçün (hər hektardan -25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam-pambığı son məhsuladək, xx.xx.2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam-pambığın yığılması və tədarükünə dair” Təlimatın tələblərinə uyğun “Alıcı”-ya təhvil verir; Təhvil verilən xam-pambığın dəyəri “Alıcı”-dan alınan avans məbləğin (hər hansı formada göstərilən xidmətin dəyəri də daxil olmaqla) dəyərindən az olarsa o zaman “Alıcıya” həmin yaranan fərqi ödəyir;

20. Müqavilənin 2.2.3-cü bəndinə əsasən "Alıcı” tərəfindən göstərilən servis xidmətlərin, verilən nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2.-ci bəndində nəzərdə tutulan qaydada tam şəkildə “Alıcı”ya ödəyir, əks halda, tədarük mövsumu bitdikdən sonra hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərti ilə “Alıcıya” cərimə ödəyir;

21. Müqavilənin 2.2.4-cü bəndinə əsasən “Alıcı”dan borc kimi aldığı vəsaitdən yalnız bu müqavilədə nəzərdə tutulan pambığın becərilməsi üçün istifadə edir, xərclərin təyinatı barədə mövsüm ərzində mütəmadi olaraq “Alıcı”ya məlumat verir və aldığı borcun tam şəkildə qaytarılmasını təmin edir;

22. Müqavilənin 2.2.5-ci bəndinə əsasən pambıq əkilən sahədə pambığın itkiiərdən qorunması üçün tədbirlər görür. Pambıq sahəsinin suvarılmasını, eləcə də tələb olunan digər aqrotexniki tədbirlərin aparılmasını, mineral gübrə və pestisidlərin vaxtında verilməsini öhdəsinə götürür;

23. Müqavilənin 2.2.6-cı bəndinə əsasən müqavilə üzrə əkilmiş sahədə yetişdirilmiş xampambığm “Satıcı” tərəfindən “Alıcf’ya təhvil verilməməsi aşkar olunarsa, “Satıcı” “Alıcı”ya çəkilən xərcin 3(üç) misli həcmində cərimə ödəyir.

24. Müqavilənin 2.2.7-ci bəndinə əsasən hazırkı müqavilənin pozulmasına yönəlmiş hərəkətlərə yol vermir, pambığın becərilməsi, o cümlədən suvarma, kənd təsərrüfatı texnikalarından, mineral gübrədən və toxumdan istifadə zamanı, habelə “Alıcı”-dan aldığı borcun qaytarılması ilə bağlı yaranan problemlər barədə dərhal “Alıcı”-ya məlumat verir;

25. Müqavilənin 2.2.8-ci bəndinə əsasən “Satıcı” tərəfindən xam-pambıq əkilmədikdə “Alıcı” avans vəsaitin verilməsini dayandırır, bu halda “Satıcı” aldığı avans məbıəğin o cümlədən, görülmüş iş və xidmətlərin, verilmiş çiyid, dərman və gübrələrin dəyərinin 2(iki) mislini “Alıcı”-ya geri qaytarır.

26. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı müqavilənin şərtlərinin pozulmasına görə hər iki tərəf məsuliyyət daşıyır;

27. Müqavilənin 3.2-ci bəndinə əsasən məhsulun olmaması və ya az olması “Satıcı- Fermer"-i göstərilmiş xidmətlərin, alınmış vəsaitin, nisyə alınmış toxum, mineral gübrə və petisidlərin dəyərinin ödənilməsi öhdəliyindən azad etmir:

28. Müqavilənin 4.1-ci bəndinə əsasən "Alıcı" nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı “Satıı”-dan (istehsalçıdan) aşağıdakı qiymətə qəbul edir; İ növ- 800 AZN/ton, İİ növ - 780 AZN/ton, İİİnöv - 740 AZN/ton, İV növ - 700 AZN/ton.

29. Tərəflər arasında imzalanmış 15 noyabr 2023-cü il tarixli X2 əsasən 29 adda Aqrotexniki Xidmətin dəyəri razılaşdırılmışdır.

30. İddiaçı MMC tərəfindən 19 noyabr 2023-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2023-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 4 ha çöp doğrama işləri, 17 fevral 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 3 ha ərazidə 2-ci şum işləri, 18 fevral 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 6 ha ərazidə 2-ci şum işləri, 21 aprel 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 12 ha ərazidə mala işləri, 26 aprel 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 6 ha ərazidə mala işləri, 27 aprel 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 6 ha ərazidə mala işləri, 21 aprel 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 5 ha ərazidə əkin işləri, 28 aprel 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 4 ha ərazidə əkin işləri, 27 aprel 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 3 ha ərazidə əkin işləri, 29 may 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 1 ha ərazidə kultivasiya işləri, 26 may 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 4 ha ərazidə kultivasiya işləri, 02 iyun 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 3,5 ha ərazidə kultivasiya işləri, 01 iyun 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 3,5 ha ərazidə kultivasiya işləri, 07 iyul 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 5,5 ha ərazidə kultivasiya işləri, 06 iyul 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 2,5 ha ərazidə kultivasiya işləri, 23 may 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 12 ha ərazidə dərman səpim işləri, 03 avqust 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 7,5 ha ərazidə boroza işləri, 04 iyul 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 4 ha ərazidə dərman səpini işləri, 06 iyun 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 11 ha ərazidə dərman səpimi işləri, 11 iyul 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 8 ha ərazidə dərman səpimi işləri, 04 iyul 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 8 ha ərazidə dərman səpimi işləri, 06 oktyabr 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 4.6 ha ərazidə pambıq yığım işləri, 16 sentyabr 2024-cü il tarixli Aqrotexniki işlərin aktına əsasən xx.xx.2024-cü il tarixində torpaq sahəsi Abasallı kəndi ərazisində yerləşən fermer Cavabdeh üçün 11 ha ərazidə dərman səpimi işləri yerinə yetirilmişdir. Aktlar sahə aqronumu, traktorçu və Cavabdeh tərəfindən imzalanmışdır.

31. 21.01.2025-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi Aktına əsasən fermer Cavabdeh İddiaçı MMC-yə olan borc məbləği 1109,33 manat müəyyən edilmişdir. Akt MMCnin əməkdaşları və Cavabdeh tərəfindən imzalanmışdır.

32. Ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 10 iyun 2024-cü il tarixində 500 manat, 15 avqust 2024-cü il tarixində 965 manat məbləğində ödəniş edilmişdir.

33. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

35. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur

36. Həmin Məcəllənin 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər.

37. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

38. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

39. Həmin Məcəllənin 599.3-ci maddəsinə əsasən Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

40. Həmin Məcəllənin 599.4--ci maddəsinə əsasən Satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

41. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

42. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

43. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

44. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

45. Həmin Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

46. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

47. Həmin Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

48. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

49. Göründüyü kimi tərəflər arasında xx.xx.2023-ci il tarixli 11/23-168 saylı alğı-satqı bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilənin predmetini “Alıcı” İddiaçı MMC-nin Neftçala filialı tərəfindən “Satıcı” Cavabdeh məxsus (istifadə və ya icarədə olan) Neftçala rayonu, Tatarməhlə kəndində yerləşən 5 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “Satıcı” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, “Alıcıya” təhvil verilməsi və “Alıcı” tərəfindən “Satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş avansa görə pambıq məhsulu təhvil verilməmişdir, 1109,33 manat borcu yaranmışdır. Cavabdehin etirazında qeyd edilənlərə dair iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdehin etiraza əlavə etdiyi sənədlər iddiaçının təqdim etdiyi sənədlərlə eynilik təşkil edir. Suvarmanın təmiri müqavilənin 2.1.2-ci maddəyə əsasən iddiaçının vəzifələrinə aid deyil. Müqavilənin 2.2.5-ci maddəsinə əsasən suvarma məhz ferma öhdəliyi daşıyan məsələlərdir, ona görə də ferma sahibi məsuliyyət daşıyır.

50. Məhkəmə qeyd edir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.

51. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla –müqavilə, iş və xidmətlərin yerinə yetirilməsi Aktı və ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 1109,33 manat avans məbləğinin geri qaytarılmasına dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

52. Beləliklə, 1109,33 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

53. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində öhdəliklərini vaxtında icra etmədiyinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.2.3-cü bəndinə əsasən hesablanmış 100 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

54. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

55. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

56. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, tutulacaq dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir.

57. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 32,01 manat dövlət rüsumu ödənilmişdir.

58. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün 32,01 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1109,33 manat əsas borc, 50 manat dəbbə pulu olmaqla cəmi 1159,33 manat borc məbləği və dövlət rüsumunun əvəzi olarq 32,01 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar