Məhkəmə qərarları › İş №e-2-2(113)-710/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-710/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-710/2021 20.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən CPSX19/0417 nömrəli, 11.04.2017-ci il tarixli xidmət müqaviləsinə əsasən ödənilməmiş 9576,35 manat məbləğində borcun, məhkəmə xərcləri üçün 500 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciətlə bağlı ödədiyi 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı MMC və cavabdeh “X1” MMC arasında CPSX19/0417 nömrəli, 11.04.2017-ci il tarixli xidmət müqaviləsi bağlanılmışdır. “X1” MMC ilə “xxxx” MMC arasında bağlanmış CPSX19/0417 nömrəli, 11.04.2017-ci il tarixli xidmət müqaviləsinə əsasən “İcraçı” (iddiaçı xxxx) Sifarişçiyə (cavabdeh “X1” MMC) “xxxx” MMC-nin istehsalı olan kisə sement məhsullarının öz nəqliyyat vasitələri ilə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən məntəqədən qeyd edilmiş şəhər və rayonlara təyin edilmiş qiymət tarifinə uyğun olaraq daşınması və Sifarişçinin təyin etdiyi anbara boşaldılması (daşınma xidmətləri) xidmətlərini göstərməyi, Sifarişçi isə həmin xidmətin müqabilində İcraçıya Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra cavabdehin sifarişi əsasında “xxxx” MMC cavabdeh üçün 2017-2018-ci illər ərzində Respublikanın müxtəlif rayon və şəhərləri istiqamətində müqavilə üzrə daşıma xidməti həyata keçirmişdir və hazırda “xxxx” MMC-yə həmin müqavilə üzrə 9576,35 manat məbləğində borcu qalmışdır. CPSX19/0417 nömrəli, 11.04.2017-ci il tarixli xidmət müqaviləsinin 2.3-cü maddəsinə əsasən müqavilə üzrə ödəniş, təhvil-təslim aktı imzalandıqdan və ay ərzində göstərilmiş xidmətə dair hesabfaktura Sifarişçiyə təqdim olunandan sonra, 30 gün ərzində bank köçürməsi yolu ilə həyata keçirilməlidir. Lakin uzun müddət keçməsinə baxmayaraq 9576,35 manat məbləğində borc cavabdeh tərəfindən bu günə kimi İddiaçı MMC-yə ödənilməmişdir. İddiaçı MMC dəfələrlə cavabdehə şifahi və yazılı şəkildə müraciət edərək qeyd edilən borcun ödənilməsini xahiş etmişdir. Cavabdeh MMC tərəfindən borcun ödənilməsi barədə vədlər verilməsinə baxmayaraq hələ də qeyd edilən borc İddiaçı MMC-yə ödənilməmişdir. Artıq cavabdehlə mövcud münasibətlərin qarşılıqlı razılıqla həll yolunun mümkünsüz olduğu üçün cavabdehdən 11.04.2017-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 9576,35 manat məbləğində borc, məhkəmə xərcləri üçün 500 manat məbləğində pul vəsaiti və məhkəməyə müraciətlə bağlı ödənilən 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - CPSX19/0417 nömrəli, 11.04.2017-ci il tarixli xidmət müqaviləsinə əsasən “xxxx” MMC Sifarişçiyə (cavabdeh “X1” MMC) “xxxx” MMC-nin istehsalı olan kisə sement məhsullarının öz nəqliyyat vasitələri ilə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən məntəqədən qeyd edilmiş şəhər və rayonlara təyin edilmiş qiymət tarifinə uyğun olaraq daşınması və Sifarişçinin təyin etdiyi anbara boşaldılması (daşınma xidmətləri) xidmətlərini göstərməyi, Sifarişçi isə həmin xidmətin müqabilində İcraçıya Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. - 04.09.2018-ci il tarixli, 700 saylı hesab fakturaya əsasən CPSX19/0417 nömrəli, 11.04.2017-ci il tarixli xidmət müqaviləsi üzrə 4128,04 manat dəyərində, 21.09.2018-ci il tarixli, 736 saylı hesab faktura üzrə 2545 manat dəyərində,22.10.2018-ci il tarixli, 789 saylı hesab-faktura üzrə 1597 manat dəyərində və 22.10.2018-ci il tarixli 790 saylı hesabfaktura üzrə 1453,60 manat dəyərində yük daşıma xidməti həyata keçirilmişdir. - “xxxx” MMC tərəfindən “X1” MMC-yə ünvanlanmış 20.02.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, CPSX19/0417 saylı xidmət müqaviləsinə əsasən 2017- 2018-ci illər ərzində Respublikasının müxtəlif rayon və şəhərləri istiqamətində daşınmalar olmuş və müqavilə üzrə ümumi dövriyyə 92416,5 manat təşkil etmiş və əməkdaşlıq dövründə görülmüş işlərə görə təqdim edilmiş hesab fakturalar üzrə cəmi 82840,50 manat ödəniş olduğu, CPSX19/0417 saylı xidmət müqaviləsi üzrə 20.02.2019-cu il tarixinə olan qalıq borc 9576,35 manat təşkil etmişdir. Məktub hər iki tərəfin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiqlənmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. İşdən göründüyü kimi CPSX19/0417 nömrəli, 11.04.2017-ci il tarixli xidmət müqaviləsinə əsasən “xxxx” MMC Sifarişçiyə (cavabdeh “X1” MMC) “xxxx” MMC-nin istehsalı olan kisə sement məhsullarının öz nəqliyyat vasitələri ilə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən məntəqədən qeyd edilmiş şəhər və rayonlara təyin edilmiş qiymət tarifinə uyğun olaraq daşınması və Sifarişçinin təyin etdiyi anbara boşaldılması (daşınma xidmətləri) xidmətlərini göstərməyi, Sifarişçi isə həmin xidmətin müqabilində İcraçıya Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən cavabdehin müvafiq sifarişlərini yerinə yetirərək yüklərin daşınmasını həyata keçirmişdir və təyinatı üzrə çatdırmışdır. Lakin cavabdeh müqavilənin 2.3-cü bəndinin şərtini pozaraq iddiaçının göstərdiyi xidmətlərə razılaşdırılmış xidmət haqqını iddiaçıya ödəməmişdir. Bununla belə cavabdeh cəmiyyət isə müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin etmiş olduğu xəbərdarlığa məhəl qoymadan yaranmış borcu tam ödəməkdən hal – hazıra kimi yayınmışdır. Bundan başqa “xxxx” MMC tərəfindən “X1” MMC-yə ünvanlanmış 20.02.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, CPSX19/0417 saylı xidmət müqaviləsinə əsasən 2017-2018-ci illər ərzində Respublikasının müxtəlif rayon və şəhərləri istiqamətində daşınmalar olmuş və müqavilə üzrə ümumi dövriyyə 92416,5 manat təşkil etmiş və əməkdaşlıq dövründə görülmüş işlərə görə təqdim edilmiç hesab fakturalar üzrə cəmi 82840,50 manat ödəniş olduğu, CPSX19/0417 saylı xidmət müqaviləsi üzrə 20.02.2019cu il tarixinə olan qalıq borc 9576,35 manat təşkil etmişdir. Məktub hər iki tərəfin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiqlənmişdir. Buna görə də məhkəmə hesab edir ki, 9576,35 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddia təmin olunmalıdır. Bundan başqa məhkəmə 500 manat məhkəmə xərcləri ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Lakin, iddiaçı tərəf həmin xərclərin nədən ibarət olması qeyd etməmiş və buna dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 9576,35 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar