Məhkəmə qərarları › İş №e-2-2(113)-7106/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7106/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7106/2025 05.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.543.70 manat borc məbləği və dövlət rusumunun əvəzi olaraq 76 manat pulun Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə icraçı İddiaçı MMC arasında xx.xx.2024-ci il tarixdə 452 saylı “alqı-satqı” müqaviləsi bağlanmışdır. Bağlanmış xx.xx.2024-ci il tarixli 452 saylı “alqı-satqı” müqavilənin şərtlərinə uyğun olaraq malların alqı-satqısı həyata keçirilmişdir. Ümumi qaimələrə əsasən 24.849.15 manat dəyərində mal satılıb və onun qarşılığında 19.305.45 manat məbləğində ödəniş olub. Sifarişçi Cavabdeh2 müqavilə şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə tərəflər arasında rəsmiləşdirilmiş xx.xx.2024-ci il tarixli 452 saylı müqavilə üzrə alınan məhsulun dəyəri ilə əlaqədar “üzləşmə aktı” rəsmiləşdirilmişdir. Üzləşmə aktında faktları etiraf etməklə, tərəflər öz aralarında aşağıdakıları rəsmiləşdiriblər: Biz,İddiaçı MMC-nin (VÖEN **********) İcraçı X1 və FS Cavabdeh2 (VÖEN **********) qarşılıqlı yoxlamaya əsasən aşağıda qeyd olunmuş borc göstəricilərini 22 may 2025-ci il üçün öz imzalarımızla təsdiq edirik. Beləliklə, FS Cavabdeh2 borcu xx.xx.2025 ci il tarixinə İddiaçı MMC-yə (VÖEN **********) 5670.61 manat təşkil edir. Üzləşmə aktı ilə cavabdehin borclu olduğu öz təsdiqini tapır. Üzləşmə imzalanandan sonra, qismən ödəniş olub. Hal-hazırda qalıq borc qaimələrə əsasən 5.543.70 manat təşkil edir və qalıq borcu ödəməkdən cavabdeh tərəf imtina edirlər, bu səbəbdən İddiaçı MMC ziyanla qarşılaşıb. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinin tələbinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Tərəflər arasındakı münasibətlər müqavilədən irəli gələn öhdəliklər olduğundan, hazırkı iş üzrə cavabdeh sifarişçi tərəf olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün, İddiaçı MMC xx.xx.2025-ci il tarixdə hazırkı iş üzrə cavabdeh tərəfə “Pretenziya məktubu” ilə müraciət edilmişdir. Pretenziya məktubu əsasında müqavilə öhdəliyi üzrə yaranmış borc məbləğinin ödənilməsi xahiş olunmuşdur. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianı müdafiə etmiş, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin sualına cavab olaraq üzləşmə aktından sonra bu borc üzrə cavabdeh tərəfindən ödəniş edilmədiyini, sadəcə müqaviləyə əsasən nisyə mal verilmədiyi üçün sahibkarın nağd şəkildə əlavə mal alarkən artıq ödəniş etdiyi üçün üzləşmə aktında olan məbləğdən artıq ödənilmiş qalıq məbləğin çıxıldığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2024-ci il tarixli 452 saylı alqı-satqı müqaviləsinin 11.-ci bəndinə əsasən satıcı sifarişlər əsasında nəzərdə tutulmuş miqdarda, çeşiddə və qiymətdə malları alıcıya satır, alıcı isə öz növbəsində bu malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə satıcıya ödəyir. 2.1-ci bəndə əsasən malların qiyməti hesab fakturalarda göstərilir. 2.4-cü bəndə əsasən malların alıcının qəbul məntəqəsinə fiziki olaraq çatdırılması və aidiyyətı şəxs tərəfindən malların qəbulu sənədinin imzalanması malların təhvil verilməsi hesab edilir. 4.2-ci bəndə əsasən bu müqavilə üzrə q-qaimə təqdim edildiyi tarixdən 10 (on) iş gün müddətində odəniş köçürmə və yaxud nağd şəkildə həyata keçirilir. Mallara görə edilən ödənişlərdən hər hansı tutulmalara yol verilmir. Təhvil-təslim aktı imzalı olmalıdır hər iki tərəfdən. 4.3-cü bəndə əsasən ödənişlər bu müqavilədə müəyyən edilmiş müddətdə ödənilmədikdə alıcıya gecikdirilən məbləğin hər bir gecikdirilmiş günü üçün ümumi məbləğin 10%-ni keçməmək şərti ilə 0,2 faiz məbləği hesablanacaq. Alıcı göndərilmiş mallara görə ödənişləri ardıcıl olaraq 2 (iki) dəfədən çox gecikdirdiyi halda satıcı tək öz mülahizəsinə görə malların göndərilməsini yaranmış borcun ödənilməsinədək dayandırmaq hüququna malikdir. 6.1-ci bəndə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müddətsiz bağlanmış hesab olunnur. MT2507 seriyalı, 11572550 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 373.08 manat, MT2504 seriyalı, 10012643 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 319.99 manat, MT2502 seriyalı, 11894899 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 857.95 manat, MT2502 seriyalı, 10603953 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 343.14 manat, MT2502 seriyalı, 10601529 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 290.50 manat, MT2501 seriyalı, 11818325 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 372.50 manat, MT2501 seriyalı, 11735777 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 190.00 manat, MT2501 seriyalı, 11614373 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 575.70 manat, MT2501 seriyalı, 11614381 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 1598.69 manat, MT2501 seriyalı, 11023941 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 956.49 manat, MT2501 seriyalı, 10720937 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 1508.50 manat olan elektron qaimə-fakturalar ödəniş edilməsi üçün iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Sadə riyazi hesablama ilə hesabladıqda görünür ki, elektron qaimə-fakturalardakı məbləğlərin cəmi 7386,54 manat təşkil edir. 24 mart 2025-ci il tarixli akta əsasən dəyəri 320 manat (ƏDV daxil 48,82) olan 02 adda mal, 23 fevral 2025-ci il tarixli akta əsasən dəyəri 857,95 manat (ƏDV daxil 130,87) olan 12 adda mal, 08 fevral 2025-ci il tarixli akta əsasən dəyəri 343,14 manat(ƏDV daxil 52,34) olan 10 adda mal, 07 fevral 2025-ci il tarixli akta əsasən dəyəri 690,00 manat (ƏDV daxil olmaqla: 105,25) olan 03 adda mal, 07 fevral 2025-ci il tarixli akta əsasən dəyəri 100 manat (ƏDV daxil olmaqla: 15,25) olan 01 adda mal, 03 fevral 2025-ci il tarixli akta əsasən dəyəri 290,50 manat (ƏDV daxil olmaqla: 44,31) olan 06 adda mal, 14 yanvar 2025-ci il tarixli akta əsasən dəyəri 956,50 manat (ƏDV daxil olmaqla: 145,91) olan 07 adda mal, 17 yanvar 2025-ci il tarixli akta əsasən dəyəri 762,30 manat (ƏDV daxil olmaqla: 116,27) olan 10 adda mal, 22 yanvar 2025-ci il tarixli akta əsasən dəyəri 1 668,69 manat (ƏDV daxil olmaqla: 241,77) olan 10 adda mal, 24 yanvar 2025-ci il tarixli akta əsasən dəyəri 610,70 manat (ƏDV daxil olmaqla: 93,16) olan 05 adda mal, 25 yanvar 2025-ci il tarixli akta əsasən dəyəri 300 manat (ƏDV daxil olmaqla: 45,76) olan 01 adda mal, 26 yanvar 2025-ci il tarixli akta əsasən dəyəri 372,50 manat (ƏDV daxil olmaqla: 56,82) olan 02 adda mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh tərəfdən də Rauf, Zöhrab, Abbas və s. adlı şəxslər tərəfindən imzalanaraq təhvil alınmışdır. Hər iki tərəfin imzaları və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş, İddiaçı MMC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2025-cü il tarixli üzləşmə aktında qeyd olunmuşdur ki, qarşılıqlı yoxlamaya əsasən 22 may 2025-ci il tarixədək Cavabdeh2 borcu 5 670,61 manat təşkil edir. 09 dekabr 2024-cü il tarixli ödəniş sənədinə əsasən Cavabdeh2 tərəfindən İddiaçı MMC-nin hesabına 1525,99 manat, 17 dekabr 2024-cü il tarixdə, 919,49 manat, 24 dekabr 2024-cü il tarixdə 1323,27 manat, 06 yanvar 2025-ci il tarixdə 2997,31 manat, 21 yanvar 2025-ci il tarixdə 2174,09 manat, 30 yanvar 2025-ci il tarixdə 831,38 manat, 31 yanvar 2025-ci il tarixdə 690,20 manat, 03 fevral 2025-ci il tarixdə 646,03 manat, 10 fevral 2025-ci il tarixdə 1095,22 manat, 17 fevral 2025-ci il tarixdə 1105,02 manat, 01 aprel 2025-ci il tarixdə 1162,89 manat, 16 aprel 2025-ci il tarixdə 584,75 manat, 17 iyul 2025-ci il tarixdə 500 manat olmaqla, cəmi 15 555,64 manat ödənmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 76 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq 24849,15 manat məbləğində malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı malların dəyərini müəyyən olunmuş müddətdə tam, 5543,70 manatı ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktları, üzləşmə aktı, elektron qaimələr) öz təsdiqini tapmışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, borcun tam ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 5543,70 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 76 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh2 5 543 (beş min beş yüz qırx üç) manat 70 (yetmiş) qəpik bоrc və ödənilmiş 76 (yetmiş altı) dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar