Məhkəmə qərarları › İş №e-2-2(113)-7110/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7110/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7110/2024 05.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, icranın gecikdirilməsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5648,01 manat əsas borc, 738,75 manat gecikdirilmiş faiz borcu olmaqla, cəmi 6386,76 manat pul vəsaiti və 83,87 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2018-ci il tarixli 6 № li, xx.xx.2020-ci il tarixli K2020-0241 №li, xx.xx.2022-ci il tarixli K2022-0335 №li müqavilələr bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən tikinti materialları almış və qeyd olunan borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə İddiaçı MMC-yə 5648,01 manat əsas borc, 738,75 manat gecikdirilmiş faiz borcu olmaqla, cəmi 6386,76 manat məbləğində borcunum olduğu müəyyən edilmişdir. Lakin bugünə kimi cavabdeh tərəfindən İddiaçı MMC-yə ödəniş edilməmişdir. Bildirilmişdir ki, tərəflər arasında müqavilə bir neçə dəfə bağlanmış və alqısatqı münasibətləri davam etmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 427.1, 442, 445.7, 448.1, 448.2, 598.1, 598.2, 739.1, 739.2, 740.2, 743-cü maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh 5648.01 manat əsas borc, 738.75 manat dəbbə pulu olmaqla, cəmi 6386.76 manat pul vəsaiti və 83.87 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

6. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 06 nömrəli (malların alğı-satqısı haqqında) müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı hazırkı müqavilənin əlavələrində göstərilən materialları (bundan sonra hazırkı müqavilədə “mal adlandırılacaq) alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən satılan malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan X1 müəyyən edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən satıcı malın verildiyi məqamda alıcının ona məlum olmuş tələbatını nəzərə almaqla alıcıya malı müəyyən bir çeşiddə və ya çeşidlərdə verə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən malın keyfiyyəti qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş norma və standartlara uyğun olmalıdır. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən alıcı malın satış qiymətini müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəmək öhdəliyini öz üzərinə götürür. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqaviləyə əsasən satılan malın hər bir vahidinin və ƏDV-ni nəzərə almaqla malın satış qiyməti X3 ilə müəyyən edilir. Materialların qiymətinin sonradan azalması və ya artması yenidən hesablaşmaya səbəb olmur. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən alıcı qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərini qanunvericiliklə müəyyən edilmiş qayda ilə fakturada malın təslim anında və ya tərəflərin razılaşdığı başqa bir müddətdə, nisyə aldıqda isə fakturada göstərilən vəd tarixində satıcıya ödənilməsini təmin etməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə satıcı borcun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır. Həmin müqavilənin 8.1-ci maddəsinə əsasən müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmiş, yaxud lazımınca yerinə yetirməmiş tərəf bunun nəticəsində digər tərəfə vurulmuş maddi və mənəvi ziyanı ödəməyə borcludur. Həmin müqavilənin 8.2-ci maddəsinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01%-i məbləğində dəbbə pulu ödəyir.

9. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, K-2020-0241 nömrəli (malların alğı-satqısı haqqında) müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı hazırkı müqavilənin əlavələrində göstərilən materialları (bundan sonra hazırkı müqavilədə “mal adlandırılacaq) alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən satılan malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan X1 müəyyən edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən satıcı malın verildiyi məqamda alıcının ona məlum olmuş tələbatını nəzərə almaqla alıcıya malı müəyyən bir çeşiddə və ya çeşidlərdə verə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən malın keyfiyyəti qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş norma və standartlara uyğun olmalıdır. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən alıcı malın satış qiymətini müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəmək öhdəliyini öz üzərinə götürür. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqaviləyə əsasən satılan malın hər bir vahidini və ƏDV-ni nəzərə almaqla malın satış qiyməti X3 ilə müəyyən edilir. Materialların qiymətinin sonradan azalması və ya artması yenidən hesablaşmaya səbəb olmur. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən alıcı qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərini qanunvericiliklə müəyyən edilmiş qayda ilə fakturada malın təslim anında və ya tərəflərin razılaşdığı başqa bir müddətdə, nisyə aldıqda isə fakturada göstərilən vəd tarixində satıcıya ödənilməsini təmin etməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə satıcı borcun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır. Həmin müqavilənin 8.1-ci maddəsinə əsasən müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmiş, yaxud lazımınca yerinə yetirməmiş tərəf bunun nəticəsində digər tərəfə vurulmuş maddi və mənəvi ziyanı ödəməyə borcludur. Həmin müqavilənin 8.2-ci maddəsinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01%-i məbləğində dəbbə pulu ödəyir.

10. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2022ci il tarixli, 2022-0335 nömrəli (malların alğı-satqısı haqqında) müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı hazırkı müqavilənin əlavələrində göstərilən materialları (bundan sonra hazırkı müqavilədə “mal adlandırılacaq) alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən satılan malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan X1 müəyyən edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən satıcı malın verildiyi məqamda alıcının ona məlum olmuş tələbatını nəzərə almaqla alıcıya malı müəyyən bir çeşiddə və ya çeşidlərdə verə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən malın keyfiyyəti qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş norma və standartlara uyğun olmalıdır. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən alıcı malın satış qiymətini müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəmək öhdəliyini öz üzərinə götürür. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqaviləyə əsasən satılan malın hər bir vahidinin və ƏDV-ni nəzərə almaqla malın satış qiyməti X3 ilə müəyyən edilir. Materialların qiymətinin sonradan azalması və ya artması yenidən hesablaşmaya səbəb olmur. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən alıcı qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərini qanunvericiliklə müəyyən edilmiş qayda ilə fakturada malın təslim anında və ya tərəflərin razılaşdığı başqa bir müddətdə, nisyə aldıqda isə fakturada göstərilən vəd tarixində satıcıya ödənilməsini təmin etməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə satıcı borcun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır. Həmin müqavilənin 8.1-ci maddəsinə əsasən müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmiş, yaxud lazımınca yerinə yetirməmiş tərəf bunun nəticəsində digər tərəfə vurulmuş maddi və mənəvi ziyanı ödəməyə borcludur. Həmin müqavilənin 8.2-ci maddəsinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01%-i məbləğində dəbbə pulu ödəyir.

11. xx.xx.2018-ci il tarixli, EAAL seriyalı, 203994 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2384,01 manat (ƏDV daxil) təşkil edir.

12. xx.xx.2018-ci il tarixli, EAAH seriyalı, 164247 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2344,12 manat (ƏDV daxil) təşkil edir.

13. xx.xx.2019-cu il tarixli, EAAV seriyalı, 968252 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4664 manat (ƏDV daxil) təşkil edir.

14. İddiaçı MMC və Cavabdeh arasında imzalanmış borcların qarşılıqlı üzləşdirilməsi aktından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə 5648,01 manat borcu vardır. Qarşılıqlı borcların üzləşdirilməsi barədə akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun 10 (on) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

18. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alğı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmiş, qalıq borcu yaranmışdır.

19. İddia tələbinin bir hissəsini Cavabdeh ödənilməmiş 5648,01 manat əsas borcun tutulması təşkil edir.

20. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh 5648,01 manat (beş min altı yüz qırx səkkiz manat bir qəpik) əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu işə əlavə edilmiş sübutlarla, o cümlədən üzləşmə aktı ilə öz təsdiqini tapır.

21. İddia tələbinin digər hissəsini cavabdehdən öhdəliyin icrasının gecikdirilməsinə görə 738,75 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması təşkil edir.

22. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərin nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 300 (üç yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

23. Eləcə də, ödənilmiş 83,87 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

24. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83,87 manat (səksən üç manat səksən yeddi qəpik) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5648,01 manat (beş min altı yüz qırx səkkiz manat bir qəpik) əsas borc, 300 (üç yüz) manat dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83,87 manat (səksən üç manat səksən yeddi qəpik) olmaqla, cəmi 6031,88 manat (altı min otuz bir manat səksən səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar