Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7132/2024 06.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, pul tələbi, dəbbə pulu) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən “Mühasibat və vergi uçotu üzrə xidmətin göstərilməsi barədə” 15 noyabr 2021-ci il tarixli 11/21 saylı müqaviləyə əsasən göstərilmiş xidmətin dəyəri kimi 23010 manat əsas borc və 500 manat cərimə borcu olmaqla, ümumilikdə 23510 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 noyabr 2021-ci il tarixli, 11/21 saylı müqaviləyə əsasən iddiaçı mühasibat uçotu üzrə əməliyyatların aparılması barədə xidmətləri göstərməyi öz öhdəsinə götürmüş, cavabdeh isə həmin müqavilənin şərtlərinə görə göstərilən xidmətlərin dəyərini iddiaçıya ödənilməsini öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1 saylı Əlavəsinə əsasən 15 noyabr 2021-ci il tarixli Müqavilənin 1.1 bəndinin göstərilmiş işlərinin yerinə yetirilməsi üçün xidmətlərin dəyəri 1 ay üçün ƏDV daxil 1770 manat müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən mühasibat uçotu sahəsində xidmət göstərilmiş, cavabdeh isə bu xidmətləri qəbul etmiş, bu barədə aralarında təhvil-qəbul aktları imzalanmış və bu xidmətin dəyərinin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə elektron Qaimə göndərilmişdir. Hal-hazıradək, xidmət göstərilsə də, cavabdeh tərəfindən həmin məbləğin 23010 manat hissəsi ödənilməmişdir. Cavabdeh müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədiyinə görə iddiaçı öz öhdəliyinin icrasını dayandırmışdır. Hal-hazıradək, iddiaçı tərəfindən cavabdehə 23010 manat dəyərində xidmət göstərilsə də, cavabdeh tərəfindən həmin məbləğ ödənilməmişdir. Tərəflər arasında bağlanmış “Mühasibat və vergi uçotu üzrə xidmətin göstərilməsi barədə” 15 noyabr 2021-ci il tarixli 11/21 saylı müqavilənin 4.2-ci maddəsinə görə tərəflər müqavilənin şərtlərinə əsasən aralarındakı hər cür ödənişlərin vaxtında aparılmamasına görə hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,15 % həcmində cərimə ödəməyi qəbul etmişlər. Bununla əlaqədar cavabdehə bildiriş göndərilərək tərəflər arasında bağlanmış “Mühasibat və vergi uçotu üzrə xidmətin göstərilməsi barədə” 15 noyabr 2021-ci il tarixli 11/21 saylı müqaviləyə əsasən ödənilməmiş 23010 manat məbləğində pul vəsaitinin iddiaçının müqavilədə göstərilən bank hesabına ödənilməsi tələb edilmiş, göstərilən məbləğin qeyd edilən müddətdə ödənilmədiyi təqdirdə cavabdehdən 23010 manat məbləğində əsas borc və cərimə borcunun tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq cavabdeh qeyd edilən müqavilənin şərtlərini yerinə yetirməkdən imtina etmiş, müqavilə üzrə ödəməli olduğu məbləği iddiaçıya ödəməmişdir. Cavabdeh tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməyərək, xidmət haqqı vaxtında ödənilmədiyinə görə ödənilməyən əsas məbləğə 500 manat cərimə hesablanmışdır. Göründüyü kimi tərəflər arasında xidmət göstərilməsi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı üzərinə qarşılıqlı öhdəlik götürmüş, cavabdehin öz öhdəliyinin yerinə yetirməsi iddiaçının müqavilə ilə razılaşdırılmış xidməti göstərməyi ilə şərtləndirilmişdir. Yəni iddiaçı ilkin olaraq müqavilədə nəzərdə tutulan xidməti göstərməyi öhdəsinə götürmüş, cavabdeh isə bu xidmətin müqabilində hər ay 1770 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh öz öhdəliyini pozmuş, göstərilən xidmət haqqı kimi 23010 manat ödəməli olduğu halda bu məbləği iddiaçıya ödəməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 449.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Sifarişçi” İddiaçı MMC ilə “İcraçı” Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021ci il tarixli 11/21 nömrəli xidmət müqaviləsindən görünür ki, İcraçı, Müştərinin tapşırığı ilə, həmin Müqavilənin şərtləri daxilində aşağıdakı xidmətləri yerinə yetirməyi öz öhdəsinə götürür: mühasibat uçotunun avtomatlaşdırılması; mühasibat və vergi uçotu üzrə ilkin sənədlərin 1C proqram təminatına işlənilməsi; maliyyə hesabatlarının İFRS üzərində tərtib edilməsi. Müqavilə açıq hesab edilir və Müştəri ilə qarşılıqlı razılaşma əsasında, əlavə tapşırıqlara, İcraçı tərəfindən maliyyə və uçot sahəsində qanunvericiliyə zidd olmayan digər xidmətlər göstərilə bilər. Müqavilənin 3.1-ci bəndinə əsasən yerinə yetiricilək işlər üzrə xidmət haqqı qiymətləri Müqavilənin 1.1 bəndi üzrə görüləcək işlərin məbləği göstərilməklə, Müqavilənin 1 saylı Əlavəsi ilə müəyyənləşdirilir. Müqavilənin 3.4-cü bəndinə əsasən müştəri xidmətin dəyərini hesabın təqidm edildiyi tarixndən 5 gündən gec olmayaraq ödəməyi qəbul edir. Müqavilənin 4.2-ci bəndinə əsasən tərəflər, Müqavilənin şərtlərinə əsasən aralarındakı hər cür ödənişlərin vaxtında aparılmamasına görə hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,15% həcmində cərimə ödəməyi qəbul edirlər. Həmin Müqavilənin 1 saylı Razılaşmasına əsasən “15” noyabr 2021-ci il tarixli Müqavilənin 1.1 bəndinin göstərilmiş işlərinin yerinə yetirilməsi üçün xidmətlərin dəyəri 1 ay üçün ƏDV daxil 1770 manat müəyyən edilmişdir. EBBO seriyalı, 247852 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 1770 manat, EBBQ seriyalı, 071273 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1770 manat, EBBR seriyalı, 918175 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1770 manat, EBBT seriyalı, 433808 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1770 manat, EBBV seriyalı, 216223 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1770 manat, EBBW seriyalı, 905736 nömrəli, xx.xx.2022ci il tarixli elektron qaiməyə əsasən 1770 manat, EBBY seriyalı, 861532 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1770 manat, EBCA seriyalı, 582856 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1770 manat, EBCC seriyalı, 531770 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1770 manat, EBCE seriyalı, 537514 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1770 manat, EBCİ seriyalı, 034912 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1770 manat, EBCJ seriyalı, 975857 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1770 manat və EBCL seriyalı, 871885 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1770 manat dəyərində göstərilmiş xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş 2021-ci ilin dekabr ayı üzrə aktdan görünür ki, 2021-ci ilin dekabr ayı ərzində Cavabdeh MMC-yə mühasibat və vergi uçotu üzrə ilkin sənədlərin 1C proqram təminatına işlənilmiş və məsləhət xidməti göstərilmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş 2022-ci ilin yanvar ayı üzrə aktdan görünür ki, 2022-ci ilin yanvar ayı ərzində Cavabdeh MMC-yə mühasibat və vergi uçotu üzrə ilkin sənədlərin 1C proqram təminatına işlənilmiş və məsləhət xidməti göstərilmişdir. "xxxx" MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş 2022-ci ilin fevral ayı üzrə aktdan görünür ki, 2022-ci ilin fevral ayı ərzində Cavabdeh MMC-yə mühasibat və vergi uçotu üzrə ilkin sənədlərin 1C proqram təminatına işlənilmiş və məsləhət xidməti göstərilmişdir. "xxxx" MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş 2022-ci ilin mart ayı üzrə aktdan görünür ki, 2022-ci ilin mart ayı ərzində Cavabdeh MMC-yə mühasibat və vergi uçotu üzrə ilkin sənədlərin 1C proqram təminatına işlənilmiş və məsləhət xidməti göstərilmişdir. "xxxx" MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş 2022-ci ilin aprel ayı üzrə aktdan görünür ki, 2022-ci ilin aprel ayı ərzində Cavabdeh MMC-yə mühasibat və vergi uçotu üzrə ilkin sənədlərin 1C proqram təminatına işlənilmiş və məsləhət xidməti göstərilmişdir. "xxxx" MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş 2022-ci ilin may ayı üzrə aktdan görünür ki, 2022-ci ilin may ayı ərzində Cavabdeh MMC-yə mühasibat və vergi uçotu üzrə ilkin sənədlərin 1C proqram təminatına işlənilmiş və məsləhət xidməti göstərilmişdir "xxxx" MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş 2022-ci ilin iyun ayı üzrə aktdan görünür ki, 2022-ci ilin iyun ayı ərzində Cavabdeh MMC-yə mühasibat və vergi uçotu üzrə ilkin sənədlərin 1C proqram təminatına işlənilmiş və məsləhət xidməti göstərilmişdir. "xxxx" MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş 2022-ci ilin iyul ayı üzrə aktdan görünür ki, 2022-ci ilin iyul ayı ərzində Cavabdeh MMC-yə mühasibat və vergi uçotu üzrə ilkin sənədlərin 1C proqram təminatına işlənilmiş və məsləhət xidməti göstərilmişdir. "xxxx" MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş 2022-ci ilin avqust ayı üzrə aktdan görünür ki, 2022-ci ilin avqust ayı ərzində Cavabdeh MMC-yə mühasibat və vergi uçotu üzrə ilkin sənədlərin 1C proqram təminatına işlənilmiş və məsləhət xidməti göstərilmişdir. "xxxx" MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş 2022-ci ilin sentyabr üzrə aktdan görünür ki, 2022-ci ilin sentyabr ayı ərzində Cavabdeh MMC-yə mühasibat və vergi uçotu üzrə ilkin sənədlərin 1C proqram təminatına işlənilmiş və məsləhət xidməti göstərilmişdir. "xxxx" MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş 2022-ci ilin oktyabr ayı üzrə aktdan görünür ki, 2022-ci ilin oktyabr ayı ərzində Cavabdeh MMC-yə mühasibat və vergi uçotu üzrə ilkin sənədlərin 1C proqram təminatına işlənilmiş və məsləhət xidməti göstərilmişdir. "xxxx" MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş 2022-ci ilin noyabr ayı üzrə aktdan görünür ki, 2022-ci ilin noyabr ayı ərzində Cavabdeh MMC-yə mühasibat və vergi uçotu üzrə ilkin sənədlərin 1C proqram təminatına işlənilmiş və məsləhət xidməti göstərilmişdir. "xxxx" MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş 2022-ci ilin noyabr ayı üzrə aktdan görünür ki, 2022-ci ilin noyabr ayı ərzində Cavabdeh MMC-yə mühasibat və vergi uçotu üzrə ilkin sənədlərin 1C proqram təminatına işlənilmiş və məsləhət xidməti göstərilmişdir. 17 sentyabr 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən dövlət büdcəsinə 161 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidməti göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktları, elektron qaimə) öz təsdiqini tapır. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən muzdun ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, iddiaçı tərəfindən xidmətlərin cavabdehə göstərildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı xidmətlərə görə 23010 manat xidmət haqqını ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, iddiaçının tələbinin haqlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 23010 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasındakı müqaviləyə əsasən hesablanmış 500 manat məbləğində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən 500 manat cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhəkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 500 manat məbləğində cərimə məbləği tutulmalıdır. Həmçinin məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 161 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 23010 manat əsas borc və 500 manat cərimə borcu olmaqla, ümumilikdə 23510 (iyirmi üç min beş yüz on) manat məbləğində pul vəsaiti və ödənilmiş 161 (yüz altmış bir) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7132/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7132/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver