Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7134/2024 07.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 1204/22 nömrəli, xx.xx.2022-ci il tarixli, “Alqı-Satqı” müqaviləsinə əsasən cavabdehə satılmış mallara görə ödənilməmiş qalan 14336,85 manat əsas, 2580,63 manat 18% ƏDV dəyəri olmaqla ümumilikdə 16917,48 manat borc; 2) Müqavilənin 8.4-cü bəndinə əsasən hesablanmış 1691,74 cərimə məbləği; 3) MM-nin 445.7-ci maddəsinə əsasən əsas borca hesablanmış 1691,74 məbləğində gecikdirilmiş vaxta görə faiz borcu; 4) hüquqi yardım üçün ödənilmiş 520 manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 20820,96 manat manat məbləğində pulun və 153 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyəti ilə CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətiarasında 1204/22 nömrəli, xx.xx.2022-ci il tarixli, “Alqı-Satqı” müqaviləsi bağlanmışdır. (müqavilənin surəti əlavə edilir) Həmin müqavilə və müqavilənin xx.xx.2022-ci il tarixli 1 nömrəli “Qiymətlərin razılaşdırılması” protokoluna əsasən ümumi dəyəri 25263,86 manat, 18% ƏDV dəyəri 4547,49 manat olmaqla yekun dəyəri 29811,35 manat olan 4(dörd) adda malı satıcı İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyəti alıcı CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətinə satmışdır. Sözügedən müqavilənin 1 nömrəli “Qiymətlərin razılaşdırılması” protokolunun 2-ci bəndində göstərilmişdir ki; Malın bu əlavə ilə müəyyən edilmiş məbləği "Satıcı" tərəfindən təqdim olunmuş hesabfakturaya əsasən "Alıcı" tərəfindən "5" təqvim günü ərzində Satıcının bank hesabına köçürülür. (X2nun surəti əlavə edilir) xx.xx.2022-ci il tarixli “Təhvil-Təslim” aktından görünür ki, satıcı İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alıcı Cavabdehnə satılmış yuxarıda qeyd edilən ümumi dəyəri 25263,86 manat, 18% ƏDV dəyəri 4547,49 manat olmaqla yekun dəyəri 29811,35 manat olan 4(dörd) adda malı alıcı Cavabdeh təhvil almışdır. (təhvil-təslim aktının surəti əlavə edilir) Bununla bağlısatıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə EBBU 337222 nömrəli qaimə-faktura göndərmiş və həmin qaimə-fakturaya əsasən Cavabdeh tərəfindən 15000 manat əsas, 2700 manat 18% ƏDV dəyəri olmaqla ümumilikdə 17700 manat ödəniş edilmişdir. Lakin qalan 10263,86 manat əsas, 1847,49 manat 18%ƏDV dəyəri olmaqla ümumilikdə 12111,35 manat pul bu günə qədər ödənilməmişdir. Bundan başqa İddiaçı ilə Cavabdeh arasında 1204/22 nömrəli, xx.xx.2022-ci il tarixli, “Alqı-Satqı” müqaviləsi və müqavilənin xx.xx.2022-ci il tarixli 2 nömrəli “Qiymətlərin razılaşdırılması” protokoluna əsasən ümumi dəyəri 4072,99 manat, 18% ƏDV dəyəri 733,14 manat olmaqla yekun dəyəri 4806,13 (dörd min səkkiz yüz altı, 13) manat olan 3(üç) adda malı satıcı İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyəti alıcı CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətinə satmışdır. Sözügedən müqavilənin 2 nömrəli “Qiymətlərin razılaşdırılması” protokolunun 2ci bəndində göstərilmişdir ki; Malın bu əlavə ilə müəyyən edilmiş məbləği "Satıcı" tərəfindən təqdim olunmuş hesab fakturaya əsasən "Alıcı" tərəfindən "5" təqvim günü ərzində Satıcının bank hesabına köçürülür. (X2nun surəti əlavə edilir) xx.xx.2022-ci il tarixli “Təhvil- Təslim” aktından görünür ki, satıcı İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alıcı Cavabdehnə satılmış yuxarıda qeyd edilənümumi dəyəri 4072,99 manat, 18% ƏDV dəyəri 733,14 manat olmaqla yekun dəyəri 4806,13 manat olan 3(üç) adda malı alıcı Cavabdeh təhvil almışdır. Bununla bağlı satıcı İddiaçı tərəfindən alıcı “AZMETAL SUPPLYM” əhdud Məsuliyyətli Cəmiyyətinə EBBU 564351 nömrəli qaimə-faktura göndərmişdir. Lakin Cavabdeh tərəfindən 4072,99(dörd min yetmiş iki, 99) manat əsas, 733,14 (yeddi yüz otuz üç, 14) manat 18% ƏDV dəyəri olmaqla ümumilikdə 4806,13 (dörd min səkkiz yüz altı, 13) manat pul bu günə qədər ödənilməmişdir. Yuxarıda qeyd edilən tərəflər arasında bağlanmış 1204/22 nömrəli, xx.xx.2022-ci il tarixli, “Alqı-Satqı” müqaviləsi və həmin müqaviləyə, xx.xx.2022-ci il tarixli 1 nömrəli “Qiymətlərin razılaşdırılması” protokolu və xx.xx.2022-ci il tarixli 2 nömrəli “Qiymətlərin razılaşdırılması” protokoluna əsasən göndərilmiş EBBU 337222 nömrəli və EBBU 564351nömrəli qaimə-fakturaya görə alıcı Cavabdeh tərəfindən14336,85 (on dörd min üç yüz otuz altı, 85) manat əsas, 2580,63 (iki min beş yüz səksən, 63) manat 18% ƏDV dəyəri olmaqla ümumilikdə 16917,48 (on altı min doqquz yüz on yeddi, 48) manat borc bu günə qədər satıcı İddiaçınə ödənilməmiş qalmışdır. Bundan başqa qeyd edilməldir ki, tərəflər arasında bağlanmış 1204/22 nömrəli, xx.xx.2022-ci il tarixli, “Alqı-Satqı” müqaviləsinin 8.4- cü bəndinə əsasən “Malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%- miqdarında (lakin Malın dəyərinin 10%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.” göstərilmişdir. Tərəflər arasında bağlanmış 1204/22 nömrəli, xx.xx.2022-ci il tarixli, “Alqı- Satqı” müqaviləsinin 8.4-cü bəndinə əsasənalıcı Cavabdehsatıcı İddiaçınə yuxarıda göstərilən “Qiymətlərin razılaşdırılması” protokollarına, EBBU 337222 nömrəli və EBBU 564351nömrəli qaimə-fakturaya görə ödənilməmiş14336,85 (on dörd min üç yüz otuz altı, 85) manat əsas, 2580,63 (iki min beş yüz səksən, 63) manat 18% ƏDV dəyəri olmaqla ümumilikdə 16917,48 (on altı min doqquz yüz on yeddi, 48) manat borca görə 1691,74 (bir min altı yüz doxsan bir, 74) cərimə ödəməlidir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 02 saylı maliyyə arayışına əsasən məlum olur ki, qaimələr üzrə gecikdirilmiş günlərə görə tətbiq edilən cərimənin məbləği 1691,74 manat təşkil edir (cərimənin hesablanması düsturu və qaydası maliyyə arayışında ətraflı göstərilmişdir). Belə olduğu halda, malların 2022-ci ildə təhvil verilməsinə və müvafiq elektron qaimələrin vurulmasına baxmayaraq, artıq 2-ci ildir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən, əsas borca münasibətdə illik 5% olmaqla, ümumilikdə (16917,48 x 5% x 2 il) 1691,74 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh tərəfindən əsassız olaraq borcun ödənilməsindən imtina edildiyindən, İddiaçıişin məhkəmə qaydasında həll edilməsi üçün məcbur qalıb 14 saylı vəkil bürosunun vəkili Vəkilla hüquqi xidmət göstərilməsi haqqında müqavilə bağlamışdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı vəkilin hüquqi yardım xidməti üçün 520 manat ödəniş etmişdir. Bu səbəbdən, vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilən həmin 520 manat xərc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdehə 18 iyul 2024-cü il tarixli məktub ünvanlanaraq müqavilə üzrə öhdəliklərinin tam şəkildə xx.xx.2024-cü il tarixinə qədər həyata keçirilməsi tələb edilmiş, buna baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1204/22 saylı alqı-satqı müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən Müqaviləyə əsasən "Satıcı" "Alıcı" ya onun sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan "X2"nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları (bundan sonra ismin müvafiq halına "Mal" adlandırılacaq) satır, "Alıcı" isə həmin Malı qəbul edir və bunun müqabilində bu Müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini "Satıcı"ya ödəməyi öz öhdəsinə götürür.
9. Müqavilənin 1.2-ci bəninə əsasən Malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan "X2"nda öz əksini tapmışdır.
10. Müqavilənin 2.1-ci bəninə əsasən Malın qiyməti, təhvil verilmə müddəti və ödəniş müddəti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan "X2" ilə müəyyən edilir.
11. Müqavilənin 2.2-ci bəninə əsasən Malın "X2"nda göstərilən qiymətinin dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında və bu müqavilənin 2.3-cü bəndinə uyğun surətdə yol verilir. Belə razılaşma tərəflər arasında bu barədə yazılı əlavə razılaşmanın imzalanması ilə etibarlıdır. Razılıq əldə edilmədikdə, Satıcı "X2"nda göstərilən qiymətlərlə Mal təchiz etməyə davam edir.
12. Müqavilənin 3.1-ci bəninə əsasən Satıcının aşağıdakı hüquqları vardır.
13. Müqavilənin 3.1.1-ci bəninə əsasən Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini Alıcıdan tələb etmək;
14. Müqavilənin 3.1.2-ci bəninə əsasən Alıcı bu Müqavilə ilə müəyyən edilmiş öhdəliklərini kobud şəkildə pozduqda Müqavilədən birtərəfli qaydada imtina etmək;
15. Müqavilənin 3.4-ci bəninə əsasən Alıcının aşağıdakı vəzifələri vardır;
16. Müqavilənin 3.4.1-ci bəninə əsasən Malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malın qiymətini) bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək;
17. Müqavilənin 4.1-ci bəninə əsasən Satıcı Malın təhvil verilməsi ilə birlikdə zəruri olan sənədləri Alıcıya təqdim etməlidir.
18. Müqavilənin 4.2-ci bəninə əsasən Malın yüklənməsi Satıcı tərəfindən həyata keçirlir. Malın daşıma xərcləri ilə bağlı şərtlər Müqaviləyə əlavə olunan X1 göstərilir.
19. Müqavilənin 4.3-cü bəninə əsasən Mal Alıcı tərəfindən bu Müqavilənin 4.4.-cü maddəsinə uyğun olaraq qəbul edildiyi andan Mala olan mülkiyyət hüququ və risklər Alıcıya keçir.
20. Müqavilənin 5.1-cü bəninə əsasən Alıcı tərəfindən Malın dəyərinin ödənilməsi Mal Alıcı tərəfindən qəbul edildikdən sonra (4.4-cü maddə) Satıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Ödəniş müddəti "X3"nda müəyyən edilir.
21. Müqavilənin 5.2-ci bəninə əsasən Ödəmələr Azərbaycan Respublikasının milli valvutası olan manatla həyata keçirilir.
22. Müqavilənin 5.3-cü bəninə əsasən Malın dəyərinin ödənilməsi üzrə öhdəliyin icrası günü, istirahət və ya bayram gününə düşərsə, ödəmə bu tarixdən sonrakı ilk iş günü hayata keçirilməlidir.
23. Müqavilənin 8.4-cü bəninə əsasən Malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-miqdarında (lakin Malın dəyərinin 10 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.
24. Müqavilənin 8.5-ci bəninə əsasən Malın Alıcıya təhvil verilməsinin və ya çatdırılmasının gecikdirilməsi halında Satıcı Alıcıya gecikdirilən hər təqvim günü üçün təhvil verilməmiş malın ümumi dəyərinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 10%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.
25. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 29811,35 manat dəyərində və xx.xx.2022-ci il tarixliərində isə ƏDV daxil 4806,13 manat dəyərində mallar təhvil verilmiş və hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
26. xx.xx.2022-ci il tarixli, 2 saylı qiymətlərin razılaşdırılmasına protokoluna əsasən müqavilə üzrə təhvil verilməli olan malın dəyəri 4806,13 manat və malın ödənişi həyata keçirildikdən sonra 5 təqvim günündən gec olmayaraq alıcı cavabdheə təhvil verilməsi müəyyən edilmişdir. Malın məbləğinin isə satıcı olan iddiaçı tərəfindən təqdim olunmuş hesab-fakturaya əsasən alıcı tərəfindən 5 təqvim günü ərzində satıcının bank hesabına köüçürülməsi nəzərdə tutulmuşdur.
27. EBBU564351 saylı xx.xx.2022-ci il tarixli e-qaiməyə əsasən 4806,13 manat, EBBU337222 saylı xx.xx.2022-ci il tarixli e-qaiməyə əsasən 29811,35 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə satılmışdır.
28. Bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli müqavilə üzrə 15.000 manat məbləğində ödəniş edilmişdir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
30. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
31. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
32. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
34. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1204/22 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən Müqaviləyə əsasən "Satıcı" "Alıcı" ya onun sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan "X2"nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları (bundan sonra ismin müvafiq halına "Mal" adlandırılacaq) satır, "Alıcı" isə həmin Malı qəbul edir və bunun müqabilində bu Müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini "Satıcı"ya ödəməyi öz öhdəsinə götürmüşdür.
35. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktı, e-qaimə və qismən ödəniş ilə təsdiq olunduğu üçün 16917,48 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
36. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya müqavilə üzrə 16917,48 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləği tutularaq iddiaçıya ödənilməlidir.
37. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 1697,74 manat cərimə borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
38. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
39. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
40. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
41. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 846 manat məbləğində müəyyən edilməlidir.
42. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 1691,74 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini məhkəmə əsaslı hesab edir.
43. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
44. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
45. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.
46. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mallar cavabdehə 2022-ci ilin aprel ayında verildiyi üçün və iki ildən artıq müddət ərzində malların dəyəri iddiaçıya ödənilmədiyi üçün, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 1691,74 manat məbləğində faiz borcu cavabdehdən tutularaq idiaçıya ödənilməlidir.
47. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 153 manat dövlət rüsumu və 520 manat vəkil xərci ödənilmişdir.
48. Azərbaycan Respublikası MPM-in:
49. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
50. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
51. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
53. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 150 manat (iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq) məbləğində pul vəsaiti və 520 manmat vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 1204/22 saylı müqavilə üzrə ƏDV daxil 16917,48 manat borc məbləği, 846 manat dəbbə pulu, borcun ödənilməsinin gecikdirilməsinə görə 1691,74 manat, hüquqi xidmət xərcinin əvəzi olaraq 520 manat və dövlət rüsumunun əvəzi olaraq 150 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova