Məhkəmə qərarları › İş №e-2-2(113)-714/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-714/2020

06.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-714/2020 06.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızı İddiaçı Cavabdeh Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı pul tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 65 manat 70 qəpik abunə və xidmət haqqı, 20 manat dövlət rüsumu, cəmi 85 manat 70 qəpik məbləğində pul vəsaitinin İddiaçı xeyrinə məcburi tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi İddiaçı MMC ilə bağladığı xx.xx.2015-ci il tarixli, ********* saylı “Abunə müqaviləsi”nə əsasən ********* mobil nömrə ilə iddiaçının rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 65 manat 70 qəpik məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır. Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən, abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, hesab-fakturada göstərilən ödəniş müddətləri Abunəçi tərəfindən pozularsa, “Azercell” Abunəçiyə faktura kəsildiyi tarixdən 45 təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdarında hesablanır. Gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləğinin 20%-dən artıq olmamaq şərti ilə, borc(lar) tam ödənilənə qədər “Azercell” tərəfindən davam etdirilir. Cavabdeh öz borcunu ödəməsinin son tarixi xx.xx.2017-ci il müəyyən olunsa da o, müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış ***-***-**-** nömrəsinə telekommunikasiya xidmətinin göstərilməsinə dair xx.xx.2015-ci il tarixli abunə müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin predmetini İddiaçı MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi; abunəçi tərəfindən isə həmin xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilələrin 4.1-ci bəndinə görə abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. İddiaçı MMC tərəfindən Cavabdeh Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə təqdim edilmiş: xx.xx.2017-ci il tarixli hesab-fakturadan görünür ki, Cavabdeh Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arası dövrdə 50-247-39-23 nömrəsi üzrə 29,90 manat borcu yaranmış, borcun son ödəmə tarixi kimi xx.xx.2017-ci il müəyyən edilmişdir. - xx.xx.2017-ci il tarixli hesab-fakturadan görünür ki, Cavabdeh Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arası dövrdə 50-247-39-23 nömrəsi üzrə 29,90 manat borcu yaranmış, borcun son ödəmə tarixi kimi xx.xx.2017-ci il müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli hesab-fakturadan görünür ki, Cavabdeh Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arası dövrdə 50-247-39-23 nömrəsi üzrə 5,90 manat borcu yaranmış, borcun son ödəmə tarixi kimi xx.xx.2017-ci il müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən verilmiş cari hesab arayışı ilə təsdiq edilir ki, xx.xx.2019-cu il tarixə Cavabdeh Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin İddiaçı MMC-yə olan ***-***-**-** nömrəsi üzrə borcu 65,699997 manat təşkil edir. İddiaçı MMC tərəfindən Cavabdeh Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış 65 manat 70 qəpik məbləğində borcun xx.xx.2019-cu il tarixdən gec olmayaraq tam həcmdə ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında abunə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin adına olan mobil telefon nömrəsinə telekommunikasiya xidmətləri göstərmiş, lakin cavabdeh göstərilmiş xidmət və abunə haqqını ödəməməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 65 manat 70 qəpik borcu yaranmışdır. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə hesab edir ki, borc məbləğinin ödənilməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən göstərilmiş telekommunikasiya xidmətlərin müqabilində 65 manat 70 qəpik abunə və xidmət haqqı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 65,70 (altmış beş manat, yetmiş qəpik) manat abunə və xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti, cəmi 85,70 (səksən beş manat, yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar