Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7169/2025 02.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi X3 qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh xx.xx.2015-ci il tarixli 1316- GL/15 nömrəli, xx.xx.2016-cı il tarixli 2586-GL/16 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC (sonradan "xxxx") iləCavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1316- GL/15 nömrəli, xx.xx.2016-cı il tarixli 2586-GL/16 nömrəlimüqavilələrin ləğv edilməsi, Cavabdeh iddiaçıAzərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinəxx.xx.2015-ci il tarixli 1316- GL/15 nömrəli müqavilə üzrə 6 710 (altı min yeddi yüz on manat 00 qəpik) manat qalıq borc, 6 985,11 (altı min doqquz yüz səksən beş manat 11 qəpik) manat hesablanmış cərimə olmaqla cəmi 13 695,11 (on üç min altı yüz doxsan beş manat 11 qəpik) manat, xx.xx.2016-cı il tarixli 2586-GL/16 nömrəli müqavilə üzrə 1 908 (bir min doqquz yüz səkkiz manat 00 qəpik) manat qalıq borc, 2 844,83 (iki min səkkiz yüz qırx dörd manat 83 qəpik) manat hesablanmış cərimə olmaqla cəmi 4 752,83 (dörd min yeddi yüz əlli iki manat 83 qəpik) manat borcun, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat pulun iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (sonradan "xxxx") iləCavabdeh arasında xx.xx.2015-ci il tarixli 1316-GL/15 nömrəli, xx.xx.2016-cı il tarixli 2586-GL/16 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən lizinq verən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikaları Lizinq alanCavabdeh lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən Lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan - hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə Cavabdeh xx.xx.2015-ci il tarixli 1316-GL/15 nömrəlimüqavilə üzrə xx.xx.2025- ci il tarixinə 6 710 (altı min yeddi yüz on manat 00 qəpik) manat qalıq borc, 6 985,11 (altı min doqquz yüz səksən beş manat 11 qəpik) manat hesablanmış cərimə olmaqla cəmi 13 695,11 (on üç min altı yüz doxsan beş manat 11 qəpik) manat, xx.xx.2016-cı il tarixli 2586-GL/16 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 1 908 (bir min doqquz yüz səkkiz manat 00 qəpik) manat qalıq borc, 2 844,83 (iki min səkkiz yüz qırx dörd manat 83 qəpik) manat hesablanmış cərimə olmaqla cəmi 4 752,83 (dörd min yeddi yüz əlli iki manat 83 qəpik) manat borcu yaranmışdır.
3. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, İddiaçı - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və Cavabdeh – Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1316-GL/15 nömrəli və xx.xx.2016-cı il tarixli 2586-GL/16 nömrəli müqavilələrin ləğv edilməsini, xx.xx.2015-ci il tarixli 1316-GL/15 nömrəli müqavilə üzrə yaranmış 6 985,11 (altı min doqquz yüz səksən beş manat on bir qəpik) manat cərimə məbləğinin və xx.xx.2016-cı il tarixli 2586-GL/16 nömrəli müqavilə üzrə yaranmış 2 844,83 (iki min səkkiz yüz qırx dörd manat səksən üç qəpik) manat cərimə məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdeh məhkəmə iclasında iddia ərizəsini alan kimi əsas borc məbləğlərii ödədiyini, məhkəmə tərəfindən bunn nəzərə alınmasını , maddi vəziyyətinin nəzərə alınaraq, cərimənin azaldılmasını xahiş etmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1316-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 12640 manat olan və aşağıda göstərilən kənd təsərrüfatı texnikasını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.
10. xx.xx.2015-ci il tarixli 1316-GL/15 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikinə əsasən lizinq alan tərəfindən texnika üçün 2015-cı ilin İV rübündən başlayaraq 2022-ci ilin İİİ rübünə qədər olan dövrdə ümumilikdə 3820 manat məbləğində lizinq ödənişləri edilməli idi.
11. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2016-cı il tarixli 2586-GL/16 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 6710 manat, cərimə borcu 6985.11 manat olmaqla cəmi borc 13695.11 manat təşkil edir.
12. xx.xx.2015-ci il tarixli 1316-GL/15 nömrəli lizinq müqaviləsinin spesifikasiyasına əsasən əsasən 1 ədəd traktor Belarus-892 və 1 ədəd kotan 4 gövdəli AG-14-4 "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir.
13. Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış 19 xx.xx.2016-cı il tarixli 2586-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 3820 manat olan və aşağıda göstərilən kənd təsərrüfatı texnikasını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.
14. xx.xx.2016-cı il tarixli 2586-GL/16 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikinə əsasən lizinq alan tərəfindən texnika üçün 2016-cı ilin İV rübündən başlayaraq 2022-ci ilin İİİ rübünə qədər olan dövrdə ümumilikdə 3820 manat məbləğində lizinq ödənişləri edilməli idi.
15. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2016-cı il tarixli 2586-GL/16 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 1908 manat, cərimə borcu 2844.83 manat olmaqla cəmi borc 4752.83 manat təşkil edir.
16. xx.xx.2016-cı il tarixli 2586-GL/16 nömrəli lizinq müqaviləsinin spesifikasiyasına əsasən əsasən 1 ədəd toxumtəmizləyən səyyar AGTTT-1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir.
17. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzləri ilə təsdiq olunur ki, Cavabdeh xx.xx.2025-ci il tarixində 100 manat,1808 manat, 6711 manat məbləğində ödəniş etmişdir.
18. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki xx.xx.2016-cı il tarixli müqavilə üzrə cavabdehin iddiaçıya 2844.83 manat qalıq cərimə borcu,xx.xx.2016-cı il tarixli müqavilə üzrə isə 6985.11 qalıq cərimə borcu var.
19. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqaviləsi üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. V. Tətbiq edilən hüquq:
21. AR Mülki Məcəlləsinin: - - 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
22. AR MPM-in: - 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
Vİ.Məhkəmənin mövqeyi:
23. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
24. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 1316-GL/15 nömrəli, xx.xx.2016-cı il tarixli 2586-GL/16 saylı lizinq müqavilələri bağlanmışdır. Hazırda iddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (mübahisəli hüquq münasibətində "xxxx" ASC-nin hüquqi varisi) həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini, nəticədə X1 xx.xx.2015-ci il tarixli 1316-GL/15 nömrəli, xx.xx.2016-cı il tarixli 2586-GL/16 nömrəli lizinq müqaviləsi üzrə dəbbə pulunun tutulmasını tələb edir.
25. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə Cavabdeh lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqaviləsi üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
26. İddia tələbinin birinci hissəsi icarə müqaviləsinin ləğv edilməsindən ibarətdir.
27. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərinə faktiki xx.xx.2025-ci il tarixdən xitam verildiyindən və davam etmədiyindən, cavabdeh müqaviləni əhəmiyyətli dərəcə pozduğu üçün müqavilə münasibətlərinə xitam verildiyindən tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli 1316-GL/15 nömrəli, xx.xx.2016-cı il tarixli 2586-GL/16 il tarixli lizinq müqavilələri ləğv edilməlidir.
28. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
29. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq xx.xx.2015-ci il tarixli, 1316-GL/15 saylı müqavilə üzrə dəbbə pulu 200 manat və xx.xx.2016-cı il tarixli, 2586- GL/16 saylı müqavilə üzrə dəbbə pulu 100 manat məbləğində müəyyən edilməlidir.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli, 1316-GL/15 nömrəli müqavilə üzrə 200 manat məbləğində cərimə borcu, xx.xx.2016-cı il tarixli, 2586-GL/16 nömrəli müqavilə üzrə 100 manat məbləğində cərimə borcu, hüquqi xidmət xərci olaraq 300 manat tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
31. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat təşkil edir.
32. Hazırkı halda iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1316-GL/15 nömrəli və xx.xx.2016-cı il tarixli, 2586-GL/16 nömrəli müqavilələr ləğv edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, 1316-GL/15 nömrəli müqavilə üzrə 200 (iki yüz) manat məbləğində cərimə borcu, xx.xx.2016-cı il tarixli, 2586-GL/16 nömrəli müqavilə üzrə 100(yüz) manat məbləğində cərimə borcu, 300 (üç yüz) manat məbləğində hüquqi yardım üçün ödənilmiş pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova