Məhkəmə qərarları › İş №e-2-2(113)-72/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-72/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-72/2021 26.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” ASC-yə qarşı (“Azad İstehlakçılar” İB maraqlı şəxs qismində göstərilməklə) “sığorta ödənişinin edilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” ASC-yə qarşı (“Azad İstehlakçılar” İB maraqlı şəxs qismində göstərilməklə) “sığorta ödənişinin edilməsi” tələbinə dair İddiaçı1 xeyrinə 15 000 (on beş min) manat sığorta ödənişi məbləğinin, 20 000 (iyirmi min) manat əldən çıxmış fayda məbləğinin hər gecikdirilmiş gün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 13 410 ( on üç min dörd yüz on) manat məbləğində dəbbə pulunun (30 000 manat sığorta ödənişi *447 gün-0.1% dəbbə=13410), 1000 (min) vəkil xərcləri məbləğinin, ümumilikdə 49 410 (qırx doqquz min dörd yüz on) manat pul məbləğində pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2021-ci il tarixə saat 14:30-a təyin edilmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Şükürov X1 Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” ASC-yə qarşı (“Azad İstehlakçılar” İB maraqlı şəxs qismində göstərilməklə) “sığorta ödənişinin edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar