Məhkəmə qərarları › İş №e-2-2(113)-7217/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7217/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7217/2024 18.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "Prior Leasing” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Möhyəddin oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "Prior Leasing” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia və iddianındəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci tarixli sazişə əsasən 2.261,22 manat gecikdirilmiş əsas borcun və 64 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı məhkəmənin hazırlıq iclasına gəlməmişdir. xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə baxış iclasına iddiaçının nümayəndəsi yenə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən işə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır 172.1.1 işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay; 172.1.2 ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay; 172.1.3. digər mübahisələrə dair işlərə - 4 ay müddətində. Göründüyü kimi iddiaçı tərəf laqeydlik nümayiş etdirərək, cəmi bir məhkəmə hazırlıq iclasına gəlməklə kifayətlənmişdir. Həmçinin də, cavabdeh tərəf ödəniş sənədi təqdim etməklə tələb edilən məbləğdən 2.216 manatı ödəsə də, iddiaçı tərəf heç iddia tələbini belə azaltmamış, cəmi qalmış 45,22 manat məbləğində pula görə 1 həftə məhkəmə iclasının təxirə salınması barədə ərizə vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf məhkəmə baxış iclasına gəlmədiyindən və gəlməməsinin üzürlü olmasına dair işə hər hansı bir sənəd əlavə etmədiyindən ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 260.4-cü maddəsinə əsasəən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üzrə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "Prior Leasing” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 Möhyəddin oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. ********** nömrəli qəbzə əsasən ödənilmiş 64 (altmış dörd) manat məbləğində dövlət rüsumu "Prior Leasing” Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar